Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2896/2023 04.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Kəlbəcər Rayon İcra Hakimiyyəti və Cavabdeh2 qarşı qəyyum təyin edilmə barədə sərəncamın ləğv edilməsi tələbinə dair mülki işə İddiaçı Kəlbəcər Rayon Məhkəməsinin sədri Həsən Qəniyev tərəfindən baxılmasına verdiyi etiraza Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər rayonunun Hopurlu kənd sakini Cavabdeh2 nəvəsi – 03 iyul 2020-ci il tarixdə doğulmuş X7 üzərində qəyyum təyin edilməsi barədə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Azər Qocayevin 08 sentyabr 2023-cü il tarixli 83 saylı sərəncamının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə iş həmin həmin məhkəmənin hakimi Həsən Qəniyevin icraatına qəbul edilmişdir. İddiaçı Kəlbəcər Rayon Məhkəməsinin sədri Həsən Qəniyevə etiraz verərək, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 oğu cavabdehlər: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına, X1 və İddiaçı qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 03 iyul 2020-ci ildə doğulmuş və valideynlərini itirmiş nəvəsi (oğlunun övladı) X4 onun qəyyumluğuna verilməsi və onun həmin uşaq üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı Cavabdeh2 və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumlar X5 ilə X2 birgə nikahlarından 03 iyul 2020-ci ildə doğulmuş və valideynlərini itirmiş nəvəsi X4 onun qəyyumluğuna verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin (sədrlik edən hakim Həsən Qəniyev) 18 iyul 2023-cü il tarixli 2(040)- 568/2023 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh2 və cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti üzrə 2(104)-2301/2023 saylı mülki iş Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin hakimi 18 iyul 2023-cü il tarixli 2(040)-568/2023 saylı qətnamə ilə hazırkı iş üzrə cavabdeh Kəlbəcər Rayon İcra Hakimiyyətinə qarşı iddiaları üzrə hakim kimi öz mövqeyini və fikrini formalaşdırmış və fikrini müəyyən etmişdir. Buna görə də hazırkı mülki iş üzrə hakim Həsən Qəniyevin yekun məhkəmə qətnamə qəbul etməsi yolverilməzdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb və məruzəçi hakimi dinləyərək hesab edir ki, İddiaçı tərəfindən işə Kəlbəcər Rayon Məhkəməsinin hakimi tərəfindən baxılmasına dair etiraz təmin edilməməli və işə baxılması üçün iş Kəlbəcər Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respubliksının Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respubliksının Qanununun 15-ci maddəsi də məhkəmə aidiyyətinin dəyişdirilməsini qadağan edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsində hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar göstərilmişdir. Həmin Məcəllənin 19.1.3-cü maddəsinə əsasən, hakim əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə, hakimin işə baxılmasına yol verilmir. 21.1-ci maddəsinə görə, bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. 22.5-ci maddəsinə görə, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Kəlbəcər Rayon Məhkəməsinin sədri X6 tərəfindən hazırkı işə baxılmasına yol verilməyən və ona etiraz etmək üçün qanunvericiliklə müəyyən edilən əsaslar yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən işə Kəlbəcər Rayon Məhkəməsinin sədri tərəfindən baxılmasına dair etirazı təmin edilməməli və iş baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 19, 21-22, 263-264, 400–cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARAALDİ: İddiaçı tərəfindən işə Kəlbəcər Rayon Məhkəməsinin sədri tərəfindən baxılmasına dair etirazı təmin edilməsin və iş baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2896/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2896/2023
04.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver