Məhkəmə qərarları › İş №2(104)-2964/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2964/2023

26.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2964/2023 26.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Samux Rayon Məhkəməsinin 2(058)-1000/2023 saylı mülki iş üzrə 27 noyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında olan şifahi alıq-satqı müqaviləsinə əsasən cavabdehə ödədiyi 5000 manat, dəymiş zərərin əvəzi qismində 1500 manat və həmin məbləğlərin beş illik 5 faizi olan 1625 manat, həmçinin dövlət rüsumunun əvəzi qismində 101 manat pulunun alınaraq ona verilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(058)1000/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət elektron sistem vasitəsilə düzgün qaydada verilmədiyindən Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Daha sonra iddiaçı məhkmənin həmin qərardadından, eyni zamanda məhkəmənin sözügedən qətnaməsindən elektron sistem vasitəsilə şikayət verərək Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadnın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 2(058)1000/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılmasına dair məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, qətnamədən verilən apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)2715/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə uyğunluğunun yoxlanılması üçün mülki iş Samux Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin həmin qərardadında göstərilmişdir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmiş, apellyasiya şikayətinin mətni oxunaqlı olmamış, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyatını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 361.1.1, 361.1.4, 361.1.5 və 361.1.6-cı maddələrinin tələblərini pozmuşdur. Bundan sonra, Samux Rayon Məhkəməsinin iş üzrə 27 noyabr 2023-cü il tarixli qərardadı ilə Samux Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(058)1000/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı Samux Rayon Məhkəməsinin 2(058)-1000/2023 saylı mülki iş üzrə 27 noyabr 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apelllyasiya şikayətinin məzmununa əlavə edilmiş normalar qanun və məcəllələrdən birbaşa əlavə edildiyindən şikayətin bəzi yerləri elektron poçtla göndəriş zamanı kiril qrafikasına dəyişmiş, tam oxunaqlı olmamışdır.Apellyasiya şikayətinin mətninin qrafikasını məhkəmənin özündə bir neçə dəqiqə ərzində dəyişdirmək (çevirmək) olardı, komputerlərdə istənilən şiriftlər var, yaxud onun telefonuna zəng vuraraq qrafikanın dəyişdirilməsi ona həvalə edilərdi. Bununla da şikayətinin qaytarılmasına ehtiyac qalmazdı. Hazırda isə apellyasiya şikayətinin mətnini düzgün qrafikada tərtib edərək yenidən göndərir. Ona görə də, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş edir. Samux Rayon Məhkəməsinin 2(058)-1000/2023 saylı mülki iş üzrə 07 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və şikayətə işlə birlikdə baxılması üçün 7 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasını Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tətqiq edib, məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Samux Rayon Məhkəməsinin 2(058)-1000/2023 saylı mülki iş üzrə 27 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Göründüyü kimi, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmiş, apellyasiya şikayətinin mətni oxunaqlı olmamış, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı, iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyatını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 361.1.1, 361.1.4, 361.1.5 və 361.1.6-cı maddələrinin tələblərini pozmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini həmin əsasla geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir, İddiaçı şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin 2(058)-1000/2023 saylı mülki iş üzrə 27 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Samux Rayon Məhkəməsinin 2(058)-1000/2023 saylı mülki iş üzrə 27 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar