Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-301/2024 11.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4978/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin xüsusi X2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin xüsusi X2 tərəfindən xx.xx.2023-cü il tarixdə çıxarılmış 8İ-443 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Gəncə şəhəri 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Xüsusi X2 “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən Cavabdeh tərəfindən təqdim edilmiş sənədlər üzrə Cavabdeh xeyrinə iddiaçıdan vaxtında ödənilməmiş 24500 manat pulun və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 24525 manat məbləğində pul tutulması barədə 16 yanvar 2023-cü il tarixli, reyestr 8İ-443 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş icra qeydi çıxarılmışdır. Qəbul edilmiş icra qeydinin ləğv edilməli olduğunu hesab edir, belə ki, icra qeydi barədə ona bildiriş və yaxud digər formada hər hansı bir məlumat verilməmişdir. İcra qeydi haqqında məlumatı icra məmurundan almışdır və həmin icra qeydi hazıradək rəsmi olaraq ona çatdırılmamışdır. Eyni zamanda qeyd edir ki, onun Cavabdeh borcu qalmayıb, belə ki, 06 avqust 2021-ci il tarixdə Cavabdeh ilə bağlanmış kredit müqaviləsi əsasında olan borcunu tam olaraq ödəmiş və Cavabdeh həmin kredit müqaviləsinin arxasına “xx.xx.2022-ci il tarixdə iddiaçının ona heç bir borcu yoxdur, 24500 manatı verdi” öz xətti ilə yazaraq imzası ilə təsdiq etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4978/2023 saylı qətnaməsi ilə (sədrlik edən Fuad Fərhadov) iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4978/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin arqumentləri ilə əsaslandırılmışdır. Həmçinin qeyd edilmişdir ki, tələbkar “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən, icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bundan başqa qeyd olunan maddənin tələbinə əsasən bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildirişin borcluya çatdırıldığını təstiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalı olduğu halda qeyd olunan tələblərə əməl olunmadığına, yəni tələbkar notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməməsini, həmin bildirişin borcluya çatdırılmasını təstiq edən sübutların olmamasına diqqət yetirmədən məhkəmə iddianın təmin edilməməsi barədə qətnamə çıxartmışdır. Göründüyü kimi, Gəncə şəhəri, 2 saylı Gəncə regional “ASANxidmət” mərkəzinin xüsusi notariusu icra qeydini təstiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verilməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təstiq edən sənədi tələb etmədən icra qeydini təstiq etmiş və bununla da, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinin pozulmasına məhkəmə diqqət yetirməmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, icra qeydi haqqında məlumatı icra məmurundan almışdır və həmin icra qeydi hazıradək rəsmi olaraq ona çatdırılmamışdır. Eyni zamanda onun Cavabdeh borcu qalmamış, belə ki, 06 avqust 2021-ci il tarixdə Cavabdeh ilə bağlanmış kredit müqaviləsi əsasında olan borcunu tam olaraq ödəmiş və Cavabdeh həmin kredit müqaviləsinin arxasına “xx.xx.2022-ci il tarixdə iddiaçının ona heç bir borcu yoxdur, 24500 manatı verdi” öz xətti ilə yazaraq imzası ilə təsdiq etmişdir. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4978/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4978/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə iddiaçıya 24500 manat məbləğində pul borc vermiş, iddiaçı krediti xx.xx.2021-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iddiaçı borc aldığı pulu qaytarmamışdır. Bu səbəbdən iddiaçıya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmiş və bundan sonra qanuna uyğun olaraq, icra qeydinin verilməsi üçün müvafiq notaruat ofisinə müraciət etmişdir. İddiaçının təqdim edtiyi müqaviləyə borcunu qaytarmasına dair qeyd yazsa da, əslində iddiaçı ona plan borcunu qaytarmamış, həmin qeyd formal xarakter daşıyır. xx.xx.2023-cü il tarixli icra qeydi tam qanuni olaraq verilmiş və qətnaməni də əsaslı hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4978/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4978/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4978/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli, reyestrdə 3M-338 nömrə ilə qeyd edilmiş kredit müqaviləsindən görünür ki, həmin müqavilə ilə borcverən - hazırki iş üzrə Cavabdeh borc alan - hazırki iş üzrə İddiaçı 24500 manat məbləğində borc pul vermiş, borcalan krediti xx.xx.2021-ci il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6-cı bəndinə görə, borcverən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Həmin müqavilənin 7-ci bəndində görə, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Həmin kredit müqaviləsinin arxa tərəfinə xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən onun öz imzası ilə təsdiq edilmiş, öz xətti ilə yazılmış “Şəfiqə xanımın mənə heç bir borcu yoxdur, 24500 manat verdi” ifadələri əks olunmuşdur. Gəncə şəhəri 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Xüsusi X2 tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-8850 nömrəsi ilə qeyd olunmuş, Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********850 nömrəli ərizədə qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə 3M-338 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinə əsasən İddiaçı 24500 manat məbləğində borc pul vermişdir və İddiaçı xx.xx.2021-ci il tarixədək həmin pul məbləğini geri qaytarmalı idi, bu günə kimi həmin borc məbləğindən ona heç bir ödəniş ödənilməyib, həmin kredit (borc) müqaviləsində icra qeydinin aparılması xahiş olunmuş, borcun ödənilməməsi ilə bağlı məhkəməyə müraciət olunmadığı və bununla bağlı işin məhkəmənin icraatında olmadığı qeyd edilmişdir. Gəncə şəhəri 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Xüsusi X2 tərəfindən təsdiq edilmiş, reyestrdə 8İ-8851 nömrəsi ilə qeyd olunmuş, Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********851 nömrəli ərizədə qeyd olunmuşdur ki, Əliyev X5 Şəfiqə Lətifovna ilə Gəncə şəhəri 5 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 3M-338 reyestr nömrəsi ilə təsdiq olunmuş kredit müqaviləsi bağlamışlar, həmin kredit müqaviləsi üzrə hazırki iş üzrə iddiaçının ona borcu ümumilikdə 24500 manat təşkil edir, ona görə də bildirir ki, bildirişi əldə etdikləri gündən yaxın bir zamanda öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar Gəncə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə və ya ona məlumat verilsin, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir, odur ki qısa zamanda ödəliklərini yerinə yetirməsə, notarius tərəfindən kredit müqaviləsi üzrə icra qeydi aparıldıqdan sonra öhdəliyin məcburi icra edilməsi üçün müqaviləni Gəncə şəhəri üzrə İcra İdarəsinə təqdim edəcək. xx.xx.2022-ci il tarixli, Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”dən görünür ki, borclu İddiaçı barəsində xx.xx.2021-ci il tarixli, 3M-338 reyestr nömrəsi ilə rəsmiləşən borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi mövcuddur, həmin sənədə görə İddiaçı 24500 manat məbləğində borc aldığı pulu xx.xx.2021-ci il tarixinədək qaytarmaq öhdəliyi yaranmışdır, bu günə kimi 24500 manat məbləğindən bu günə qədər hər hansı vəsait qaytarmayıb. Bugünkü tarixədək müəyyən edilmiş öhdəliyin icra edilməməsi nəticəsində xx.xx.2021-ci il tarixli, 3M kredit müqaviləsindən irəli gələrək 24500 manat məbləğində əsas borc borclu tərəfindən ödənilməlidir. Borc 21 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Gəncə şəhəri 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Xüsusi X1 xx.xx.2023-cü il tarixli, 54 nömrəli məktubundan görünür ki, borclu İddiaçı tutulmalı olan müddət üçün vaxtında ödənilməmiş borc üzrə aparılmış icra qeydi icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, icra qeydinin verilməsi üçün qanunvericikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur. Belə ki, icra qeydinin verilməsi üçün ən vacib şərt borcun mübahisəsiz olmasıdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə borcun mövcud olması işin mübahisəsiz halıdır və bu halı iddiaçı özü də təsdiq etmişdir. Belə ki, iddiaçı qeyd edilən məbləğdə pulu cavabdehdən borc olaraq aldığını bildirmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı həmin borcunu qaytardığını, cavabdeh isə borcun qaytarılmadığını bildirir. Daha bir şərt isə, tələbkarın borcluya icra qeydinin verilməsindən əvvəl bildiriş göndərməsidir ki, qanunun mənasından da göründüyü kimi, bu məlumatın göndərilməməsi icra qeydinin verilməsini istisna edən başlıca amildir. Yəni, bu məlumatın göndərilmədiyi halda icra qeydinin aparılması mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri 2 saylı Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmaqla, təsdiq edilmiş kredit müqaviləsinə əsasən borcverən borcalana 24500 manat məbləğində borc pul verməyi, borcalan isə krediti xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin arxa vərəqində xx.xx.2022-ci il tarixdə “Şəfiqə xanımın mənə heç bir borcu yoxdur, 24500 manat verdi” yazılmış Cavabdeh tərəfindən onun öz imzası ilə təsdiq edilmişdir. Bundan sonra cavabdeh iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Gəncə şəhəri 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Xüsusi X2 tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq icra qeydi verilmişdir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Göründüyü kimi, qanunvericilikdə icra qeydlərinin yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparıldığı, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu, bildirişin, onun borcluya çatdırıldığını təsdiq edən sənədin, borclunun cavab məktubunun (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlərin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunduğu birmənalı olaraq təsbit edilmişdir. Lakin kollegiya işin faktiki hallarını işdəki materiallarla qarşılıqlı şəkildə təhlil edərək, belə qənaətə gəlir ki, Gəncə şəhəri 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Xüsusi X2 tərəfindən xx.xx.2023-cü il tarixli icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, Cavabdeh (borcverən) tərəfindən İddiaçı (borcalan) 24500 manat borc pul verilməsinə dair xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış və təsdiq edilmiş kredit müqaviləsinin 6-cı bəndində borcverən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməli olduğu, 7-ci bəndində isə ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınacağı təsbit edilmişdir. Müqavilənin 6-cı bəndinə müvafiq olaraq Əliyev X5 Şəfiqə Lətifovnayadan ödənişi qəbul edən zaman müqavilənin arxa vərəqində qeyd edərək, “Şəfiqə xanımın mənə heç bir borcu yoxdur, 24500 manat verdi” yazaraq imza etmişdir. İddiaçının borcunu Cavabdeh qaytarması müəyyən olunur və sonuncu bunu öz imzası ilə təsdiqləmişdir. Bu zaman İddiaçı Cavabdeh borcu qalmadığı halda, Cavabdeh Gəncə şəhəri 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə müraciətində İddiaçı ona 24500 manat borcunun qaldığını göstərmiş, beləliklə borc barədə təqdim olunan sənədlərdə mübahisə (mübahisəli məqam) olduğu halda, həmin notariat ofisinin xüsusi X2 24500 manat məbləğə dair icra qeydi vermişdir. Bundan başqa, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə bildiriş ünvanlanaraq, ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borc tələbi 21 gün müddətində ödənilmədiyi halda icra qeydi veriləcəyi barədə xəbərdarlıq edilsə də, həmin bildirişin İddiaçı çatdırılması barədə sənəd icra qeydinin verilməsinə dair ərizəyə əlavə edilməmişdir və hazırkı iş materiallarında da mövcud deyildir. Göründüyü kimi, Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Xüsusi X2 tərəfindən xx.xx.2023-cü il tarixli icra qeydi Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində nəzərdə tutulan qaydalar pozulmaqla, verilmişdir ki, bu onun məhkəmə qaydasında ləğvi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən edə bilməmişdir. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(125)-4978/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(125)-4978/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin xüsusi X2 tərəfindən xx.xx.2023cü il tarixdə 8İ-443 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş icra qeydi ləğv edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-301/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-301/2024
11.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver