Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-313/2025 19.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: cinayət nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)- 1751/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil Mahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(013)-06/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, iki il altı ay müddətə azadlıqdan məhrum etmə qəti cəza saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən bir il sınaq müddəti müəyyən edilərək, Cavabdeh təyin edilmiş iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Cavabdeh davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi, Cavabdeh davranışına nəzarət icra və probasiya şöbəsinə həvalə edilməsi, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X28 Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyan qismində 27707 manat məbləğində pulun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 aprel 2011-ci il tarixli 09/11-417 saylı əmrlə Ağdam rayon Məşğulluq Mərkəzinin (bundan sonra – Mərkəz) direktoru vəzifəsinə təyin edilmiş və 7 fevral 2020-ci il tarixədək həmin vəzifədə işləmişdir. Cavabdeh Mərkəzdə direktor işlədiyi dövrdə “Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli 1941 nömrəli Sərəncamının icrası ilə bağlı Mərkəzdə işsiz kimi qeydiyyata alınmış 30 nəfərin şəxsin biznes-planlarının həyata keçirilməsi məqsədi üçün dövlət büdcəsindən 143.371 (bir yüz qırx üç min üç yüz yetmiş bir) manat məbləğində pul vəsaiti ayrılmışdır. Sözügedən məbləğdə maddi aktivlərin alınması üçün kotirovkaların qalibi müəyyən edilmiş "Qrost” MMC, “Sabit” Kəndli Fermer təsərrüfatı və fiziki şəxs X11 tərəfindən aktivlərin işsizlərə təhvil verilərkən aktlarda qiymətlərin göstərilməməsi, alınmış aktivlərin dəyərinin isə sonradan qaimə-fakturalarda yüksək göstərilərək qiymət fərqinin yaradılması və nəticəsində biznesplanlarının həyata keçirən işsiz şəxslərə cəmi 27.707 (iyirmi yeddi min yeddi yüz yeddi) manat məbləğində daha az maddi aktiv verilməsi faktı aşkar edilmişdir. Beləliklə, Cavabdeh qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamışdır. Nəticədə Cavabdeh qanunsuz hərəkətləri səbəbindən vurulmuş zərər ümumilikdə 27.707 (iyirmi yeddi min yeddi yüz yeddi) manat təşkil etməkdədir. Qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (bundan sonra – Baş İdarə) aparılmış istintaq nəticəsində Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Cavabdeh barəsində başlanmış cinayət işi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X28 (bundan sonra – Agentlik) zərərçəkmiş şəxs qismində tanınmışdır. Baş İdarədə ibtidai istintaq tamamlanaraq cinayət işi üzrə tərtib edilmiş ittiham aktı baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Ağdam Rayon Məhkəməsi tərəfindən cinayət işi üzrə tərtib edilmiş ittiham aktı icraata qəbul edilmiş və 1(013)-06/2023 nömrəsi ilə cinayət işinin məhkəmə istintaqı aparılaraq 4 aprel 2023-cü il tarixində yekun məhkəmə aktı qismində hökm çıxarılmışdır. Ağdam Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli 1(013)-06/2023 saylı hökmünə əsasən Cavabdeh tərəfindən Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi məhkəmə baxışında sübuta yetirilmişdir. Belə ki, hökmdə təqsirləndirilən şəxs Cavabdeh tərəfindən 27.707 (iyirmi yeddi min yeddi yüz yeddi) manat məbləğində maddi zərərin zərərçəkmış şəxs qismində tanınan Agentliyə ödəmədiyi qeyd edilmişdir.
4. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1751/2024 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov), Cavabdeh 27707 (iyirmi yeddi min yeddi yüz yeddi) manat məbləğində maddi ziyan tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 hesabına ödənilməsi, Cavabdeh 173 (bir yüz yetmiş üç) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət gəlirlərinə alınması qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikası Konsitutisiyasının 60-cı maddəsinin İ bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Cinayət Prosessual Məcəlləsinin 179.1 və 181.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 216- 220, 227 və 360-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil Mahir oğlu apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1751/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, hazırda ondan tələb olunan məbləğ X12 mənfəəti və faydası olmuşdir. Həmin pul məbləği adı çəkilən şəxsdən tələb olunardı. Hazırki məhkəmə hökmünun olması həmin pul məbləğinin ondan tutulması demək deyil. Əlavə olaraq bildirir ki, hazırki iddia tələbi ilə bağlı hələ cinayət işi üzrə aparılan istintaq zamanı mülki iddia verilsə də məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır. Çünki cinayət işi üzrə onun hər-hansı bir pul məbləğinin mənimsədiyi aşkar olunmamışdır. Buna görə də, həmin pul məbləği ondan tələb oluna və bu əsaslarla da iddianın təmin olunması barədə qətnamə qəbul edilə bilməzdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 nümayəndəsi X29 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
24. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
32. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)- 1751/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Beləliklə, işin halları ondan ibarətdir ki, X3 verilmiş maddi aktivlər üzrə 1.300 manat, X1 verilmiş maddi aktivlər üzrə 740 manat, X13 verilmiş maddi aktivlər üzrə 1.340 manat, X19 verilmiş maddi aktivlər üzrə 1.025 manat, X14 verilmiş maddi aktivlər üzrə 1222 manat, X4 verilmiş maddi aktivlər üzrə 1422 manat, X5 verilmiş maddi aktivlər üzrə 400 manat, X25 verilmiş maddi aktivlər üzrə 752 manat, X6 verilmiş maddi aktivlər üzrə 1452 manat, X20 verilmiş maddi aktivlər üzrə 1352 manat, X15 verilmiş maddi aktivlər üzrə 1522 manat, X16 verilmiş maddi aktivlər üzrə 1352 manat, X21 verilmiş maddi aktivlər üzrə 1152 manat, X26 verilmiş maddi aktivlər üzrə 1652 manat, X41 verilmiş maddi aktivlər üzrə 1002 manat, X7 verilmiş maddi aktivlər üzrə 1352 manat, X30 verilmiş maddi aktivlər üzrə 1352 manat, X8 verilmiş maddi aktivlər üzrə 352 manat, X42 verilmiş maddi aktivlər üzrə 16 manat, X17 verilmiş maddi aktivlər üzrə 1216 manat X31 verilmiş maddi aktivlər üzrə 1316 manat, X27 verilmiş maddi aktivlər üzrə 816 manat, X22 verilmiş aktivlər üzrə 816 manat, X18 verilmiş maddi aktivlər üzrə 516 manat, X23 verilmiş maddi aktivlər üzrə 466 manat, X33 verilmiş maddi aktivlər üzrə 1452 manat, X32 verilmiş maddi aktivlər üzrə 352 manat olmaqla, cəmi 27707 manat fərq müəyyən edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(013)-06/2023 nömrəli hökmü ilə, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, iki il altı ay müddətə azadlıqdan məhrum etmə qəti cəza saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən bir il sınaq müddəti müəyyən edilərək, Cavabdeh təyin edilmiş iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Cavabdeh davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi, Cavabdeh davranışına nəzarət icra və probasiya şöbəsinə həvalə edilməsi, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir.
35. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
37. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
38. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
39. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.
40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur.
41. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
42. Göründüyü kimi, iş materiallarından müəyyən olunur ki, X3 verilmiş maddi aktivlər üzrə 1.300 manat, X1 verilmiş maddi aktivlər üzrə 740 manat, X13 verilmiş maddi aktivlər üzrə 1.340 manat, X19 verilmiş maddi aktivlər üzrə 1.025 manat, X14 verilmiş maddi aktivlər üzrə 1222 manat, X4 verilmiş maddi aktivlər üzrə 1422 manat, X5 verilmiş maddi aktivlər üzrə 400 manat, X25 verilmiş maddi aktivlər üzrə 752 manat, X6 verilmiş maddi aktivlər üzrə 1452 manat, X20 verilmiş maddi aktivlər üzrə 1352 manat, X15 verilmiş maddi aktivlər üzrə 1522 manat, X16 verilmiş maddi aktivlər üzrə 1352 manat, X21 verilmiş maddi aktivlər üzrə 1152 manat, X26 verilmiş maddi aktivlər üzrə 1652 manat, X41 verilmiş maddi aktivlər üzrə 1002 manat, X7 verilmiş maddi aktivlər üzrə 1352 manat, X30 verilmiş maddi aktivlər üzrə 1352 manat, X8 verilmiş maddi aktivlər üzrə 352 manat, X42 verilmiş maddi aktivlər üzrə 16 manat, X17 verilmiş maddi aktivlər üzrə 1216 manat X31 verilmiş maddi aktivlər üzrə 1316 manat, X27 verilmiş maddi aktivlər üzrə 816 manat, X22 verilmiş aktivlər üzrə 816 manat, X18 verilmiş maddi aktivlər üzrə 516 manat, X23 verilmiş maddi aktivlər üzrə 466 manat, X33 verilmiş maddi aktivlər üzrə 1452 manat, X32 verilmiş maddi aktivlər üzrə 352 manat olmaqla, cəmi 27707 manat fərq müəyyən edilmişdir. İddiaçının şikayəti əsasında cavabdeh cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin, dəymiş ziyan isə hazırki vaxta qədər ödənilməmişdir.
43. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.
44. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
45. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
46. Məhz bu prinsipi əsas götürərək kollegiya hesab edir ki, iddiaçının iddiasını əsaslandırdığı faktiki hallar həmin tələbin qanuni əsası hesab edilə biləcək mülki qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və iddia tələbi əsaslı olaraq təmin olunmuşdur. Buna görə də kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə mövqeyi əsaslıdlr.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
48. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
49. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
52. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
53. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə Kollegiyasının araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh hökmdə adları qeyd olunan vətəndaşlara verilmiş maddi aktivlər üzrə cəmi 27707 manat fərqi müəyyən edilmişdir. Ona görə də, o, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(013)-06/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, iki il altı ay müddətə azadlıqdan məhrum etmə qəti cəza saxlanılması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən bir il sınaq müddəti müəyyən edilərək, Cavabdeh təyin edilmiş iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməsi, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmışdır.
55. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh nümayəndəsi (vəkili) Vəkil Mahir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-1751/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.