Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-346/2025 15.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1290/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1290/2024 sayl qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın qismən təmin edilməsi, Cavabdeh 2340 manat borc və ödənilmiş dövlət rüsumunun 43 manat 40 qəpiyinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli 2(062)-1290/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2500 manat məbləğində pulun alınaraq və dövlət rüsumu hesabına ödədiyi 45 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi əvəllər həmkəndlisi kimi tanımışdır. Əvəllər onunla aralarında hər hansı ədavət və narazılıq olmamışdır. O, cavabdehə 2022-ci ilin dekabr ayında 2500 manat pul vermişdir. Pulu ondan alarkən borc məqsədilə almışdır. Borcunu isə qaytarmamışdır. Hər dəfə borcunu qaytarması ilə bağlı onunla əlaqə yaradarkən bildirmişdir ki, pulu qaytaracaqdır. Sonuncu dəfə Cavabdeh borcunu qaytarması ilə bağlı müraciət etsə də, o yenə də borcunu qaytaracağını bildirmişdir. Lakin borcunu qaytarmamışdır. O, pulu götürən zaman bildirmişdir ki, borcunu yaxın müddətdə ödəyəcək. Lakin həmin pulu ödəməmişdir. Ona görə də, Cavabdeh 2500 manat məbləğində pulun və dövlət rüsumu hesabına ödədiyi 45 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, o, məhkəmə iclasında iddiaçıdan 1300 manat sələm pulu aldığını və həmin pulu cavabdehə tam şəkildə qaytardığını, hətta əlavə olaraq ona 1000 manat əlavə sələm ödədiyini bildirməsinə baxmayaraq məhkəmə heç bir əsas olmadan yalnız iddiaçının yalan ifadəsi ilə ondan 2340 manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarmışdır. İddiaçı ona pulu verərkən aralarında heç bir müqavilə olmamışdır. Buna baxmayaraq məhkəmə əsassız olaraq iddia tələbini təmin etmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən pul borc verilərkən borc müqaviləsi bağlanmalıdır. İddiaçı ona pulu verərkən aralarında heç bir müqavilə olmamışdır. Buna baxmayaraq məhkəmə əsassız olaraq iddia tələbini təmin etmişdir. Lakin mülki qanunvericiliyin tələbinə əsasən pul borc verilərkən borc müqaviləsi bağlanmalıdır. İddiaçı heç bir müqaviləni məhkəməyə təqdim etmədiyi halqa iddia tələbi təmin edilmişdir. İddiaçı ona pul verməsinə dair heç bir subut təqdim edə bilməmiş, lakin məhkəmə heç bir subut dəlil olmadan iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş olsa da, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci ninstansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının izahatını dinləyərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə alınmalı olan pulun məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlə həmkəndli olmaqla əvvəllər bir-biri ilə yaxşı münasibətlərdə olmuş, qarşılıqlı razılaşma əsasında iddiaçı cavabdehə 2022-ci ilin dekabr ayında sonradan qaytarmaq şərti ilə 2500 manat pul verdiyini göstərmiş olsa da, cavabdeh iddiaçıdan hər ay əlavə faiz ödəmək şərti ilə borc olaraq 1300 manat aldığını, əvəzində hər ay 65 manat olmaqla 2340 manat qaytardığını etiraf etmiş, iddiaçı isə cavabdehə borc olaraq 2500 manat verdiyini təsdiq edən sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri yaranmış, iddiaçı cavabdehə 2340 manat məbləğində pul vermişdir. İddiaçı 2500 manat məbləğində pulun cavabdehə verilməsini sübut etməsə də, cavabdehin izahatından müəyyən edilir ki, 2340 manat pul cavabdehə verilmişdir. Cavabdeh 2340 manat pulun iddiaçıya ödənilməsini iddia etsə də, o bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi fiziki və hüquqi şəxslər müqavilələr bağlamaqda sərbəst olsalar da, lakin müəyyən kateqoriya əqdlərin bağlanması üçün qanunvericilik yazılı formanı, həm də notariat qaydada təsdiq olunmanı mühüm şərt kimi müəyyən etmişdir. Lakin hazırkı halda iddiaçı cavabdehə şifahi razılaşma əsasında 2500 manat verdiyini iddia edir. Kollegiya hesab edir ki. bu halda öz tələbini sübut etmə öhdəliyi iddiaçının üzərinə düşür. Lakin iddiaçı məhkəməyə öz tələbini təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim etməmiş olsa da, cavabdeh iddiaçıdan borc olaraq 1300 manat pul aldığını və razılaşdıqları kimi əvəzində hər ay 65 manatdan olmaqla 2340 manat qaytardığını etiraf edir. Lakin o, da qaytardığı məbləi təsdiq edə biləcək hər hansı sübut təqdim etmir. Bununla belə cavabdeh izahatı ilə iddiaçıdan 1300 manat pul aldığını etiraf etdiyinə görə kollegiya hesab edir ki, iddia tələbi məhz həmin həddə, yəni cavabdeh tərəfindən etiraf olunan həddə təmin edilməli idi. Məhkəmə qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsindəki izahatından və apellyasiya şikayətinin dəlillərindən görünür ki, tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə 1300 manat pul verilmişdir. Cavabdeh isə qarşılıqlı razılaşmanın şərtlərinə əməl etməyərək aldığı borcu ödəməmiş, iddiaçıya məxsus pulu özündə saxlamaqla əsassız varlanmışdır. Cavabdeh pulun qaytardığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda Cavabdeh 1300 manat pul tutumalı, bununla da birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1290/2024 saylı qətnaməsi - Cavabdeh 2340 manat borcun alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 1300 (bir min üz yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-346/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-346/2025
15.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver