Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-355/2024 16.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3 və ünvan 1 qarşı mülki iş üzrə Açar sözlər: “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və həmin paylara uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməs” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X21 qqızının katibliyi ilə, İddiaçı2, onun və digər İddiaçı1 nümayəndəsi vəkil Nümayəndə, Cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi, vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3 və ünvan 1 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və həmin paylara uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi tələbinə dair Gəncə Şəhər Məhkəməsinin 2(125)- 3635/2*23 saylı mülki iş üzrə 11.1*.2*23-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 16 yanvar 2*24-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Rusiyadan pul köçürmələrinin surətindən görünür ki, İddiaçı1 tərəfindən *7.*3.2*14-cü il, 1*.*2.2*15-ci il, 12.*3.2*15-ci il, 25.*3.2*15-ci il, 13.*4.2*15-ci il, 28.*4.2*15-ci il, *6.*5.2*15-ci il, 16.*5.2*15-ci il, 27.*5.2*15-ci il, 24.*6.2*15ci il, 18.*7.2*15-ci il, 29.*7.2*15-ci il, 21.*8.2*15-ci il, 27.*8.2*15-ci il, *1.*9.2*15-ci il, *7.*9.2*15-ci il, *5.*6.2*17-ci il, 15.*6.2*17-ci il, *1.*7.2*17-ci il, *7.*7.2*17-ci il, 12.*7.2*17-ci il, 24.*7.2*17-ci il, *5.*8.2*17-ci il, *9.*8.2*17-ci il, 13.*8.2*17-ci il, 21.*8.2*17-ci il, 24.*8.2*17-ci il, *6.*9.2*17-ci il, 14.*9.2*17-ci il, 19.*9.2*17-ci il, 22.11.2*17-ci il, *1.12.2*17ci il, 19.12.2*17-ci il, 2*.*4.2*18-ci il, 2*.11.2*18-ci il, *5.12.2*19-cu il, 28.12.2*19-cu il, 22.*1.2*2*-ci il, *4.*2.2*2*-ci il tarixlərdə X15 və Cavabdeh2 hesablarına müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüşdür.
2. İş materiallarında olan İddiaçı1 tərəfindən 14 fevral 2*23-cü il tarixdə verilmiş, 2374*8****484 nömrə ilə Gəncə Şəhəri 3 saylı Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən İddiaçı1 bildirmişdir ki, 24 iyul 2**6-cı il tarixdə vəfat etmiş atası Cavabdeh3 Astan oğlunun hər hansı bir əmlakına dair onun iştirakı olmadan vərəsəlik işi açılmasın.
3. İş materiallarında olan İddiaçı2 tərəfindən 14 fevral 2*23-cü il tarixdə verilmiş, 2374*8****48* nömrə ilə Gəncə Şəhəri 3 saylı Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən İddiaçı2 bildirmişdir ki, 24 iyul 2**6-cı il tarixdə vəfat etmiş atası Cavabdeh3 Astan oğlunun hər hansı bir əmlakına dair onun iştirakı olmadan vərəsəlik işi açılmasın.
4. İş materiallarında olan, İddiaçı1 və İddiaçı2 tərəfindən *9 mart 2*23-cü il tarixdə ünvan 1 ünvanladıqları məktubda 24 iyul 2**6-cı il tarixdə vəfat etmiş ataları Cavabdeh3 Astan oğlunun vərəsələri olduqlarını, atalarının ölümündən sonra onun adına ünvan 2 ünvanında yerləşən miras mülkün qaldığını, həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququnu qəbul etdiklərini bildirərək 24 iyul 2**6-cı il tarixdə vəfat etmiş ataları Cavabdeh3 Astan oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən evə dair onların payına düşən hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər.
5. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2*1*13*1*453- 1*3*1 reyestr nömrəli, 23.1*.2*21-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda *,*32* hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 121,4 kv.metr olan fərdi yaşayış evi Cavabdeh3 Astan oğlunun adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır.
6. İş materiallarında olan Gəncə şəhəri 2 saylı Notariat ofisində *4.*3.2*23-cü il tarixdə, 2V-55 reyestr nömrəsi ilə təsdiq edilmiş notariat işinin materiallarında olan *4.*3.2*23-cü il tarixli “qanun üzrə vərəsəlik hüququna dair Şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh3 Astan oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh3, Cavabdeh2dır, miras əmlak Cavabdeh3 Astan oğlunun tam mülkiyyətində olmuş, ünvan 3 ünvanda *,*32 ha torpaq sahəsində və onun üzərində yerləşən ümumi sahəsi 121,4 kv.m olan fərdi yaşayış evindən ibarətdir, 24.*7.2**6-cı il tarixdə vəfat etmiş Cavabdeh3 Astan oğlunun vərəsəsi Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 5 ünvanında qeydiyyatda olan oğlu X18r, o isə mirası qəbul etmiş, lakin adına rəsmiləşdirmədən 3*.12.2*22-ci il tarixdə vəfat etdiyi üçün ona çatası miras payın vərəsələri X11, Cavabdeh3 və Cavabdeh2 miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Miras əmlak 23.1*.2*21-ci il tarixdə Cavabdeh3 Astan oğluna verilmiş, 2*1*13*1*453- 1*3*1 reyestr nömrəli, 1521*27**3 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanda *,*32* hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 121,4 kv.metr olan fərdi yaşayış evindən ibarətdir.
7. İş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Səhər İƏD üzrə nümayəndəsi tərəfindən verilən 2*.*4.2*23-cü il tarixli, 1377 nömrəli arayışdan görünür ki, İddiaçı1 həqiqətən xx.xx.1959-cu il təvəllüdlü bacısı İddiaçı2 ilə ünvan 4 ünvanında yaşayır.
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən 2*1*13*1*453- 1*3*1 reyestr nömrəli, *9.*3.2*23-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda *,*32* hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 121,4 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyətdədir. Daşınmaz əmlak üzərində 1/3 hissədə pay hüququ X8, 1/3 hissədə pay hüququ Cavabdeh2 və 1/3 hissədə pay hüququ Cavabdeh3 məxsusdur.
9. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmə sorğusuna cavab məktubunda bildirilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı1 2**6-2**8-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 15.*6.2**6-cı il giriş, *2.*8.2**6-cı il çıxış, *4.*6.2**7-ci il giriş, *1.*9.2**7-ci il çıxış, *5.*4.2**8-ci il giriş, 15.*9.2**8-ci il çıxış olmuşdur. 1*. İş materiallarında olan ünvan 5 ünvanlanmış 248 nömrəli, *8.*3.2*23-cü il tarixli cavab məktubunda göstərilir ki, mərhum Cavabdeh3 Astan oğlundan miras qalmış əmlaka dair vərəsəlik işinin aparılması üçün mərhumun oğlu - X15 ailəsinin vəkili tərəfindən 13.*2.2*23-cü ildə notariat ofisinə müraciət edilmiş, onun verdiyi məlumata əsasən məlum olmuşdur ki, mərhumun oğlu - X23 3*.12.2*22-ci ildə vəfat etmişdir və ondan başqa Cavabdeh3 Astan oğlunun iki övladı qalıb. Lakin miras qalan əmlakda sağlığından öldüyü günə kimi yalnız mərhum oğlu X23 olub və hazırda pasport qeydiyyatında yalnız onun ailə üzvləri olan arvadı X11, qızı-Cavabdeh2 və oğlu - Cavabdeh3dur. Həmin gün iddiaçılar notariat ofisinə müraciət edərək, vərəsəlik işinin aparılması üçün qarşı tərəfin müraciətindən məlumatlı olduğunu bildirdi və həmin əmlakdan pay istədiyinizi məlum etdilər. Onlara izah edilmişdir ki, həmin ünvanda pasport qeydiyyatında deyillər və mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ərizində notariat ofisinə müraciət etməyiblər. Bu səbəbdən iddiaçıları vərəsə kimi tanıyaraq, onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Buraxılmış müddətin bərpası ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüquqlarını və bununla bağlı notariat ofisinə işin məhkəmə icraatına götürülməsi haqqında bildiriş təqdim etmək lazım olduğu onlara bildirilmişdir. Əks təqdirdə 1* gün ərzində məhkəmə bildirişini təqdim etmədikləri halda, qanuna müvafiq olaraq iştirakları olmadan digər vərəsələr vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etdikdə onların müraciətinin təmin olunacağı qeyd edilmişdir. 14.*2.2*23-cü ildə iddiaçılar tərəfindən notariat ofisinə göndərilən teleqram daxil olmuş, həmin teleqramda bildirilmişdir ki, miras qalmış əmlakla bağlı iddia tələbi ilə məhkəməyə müraciət edilib.Teleqram daxil olduqdan təxminən bir həftə sonra iddiaçıların vəkili ilə telefon əlaqəsi saxlayaraq ona bildirilmişdir ki, müddətin başa çatmasına az bir vaxt qalıb və bu məlumatın iddiaçılara çatdırılması ondan xahiş olunub. Beləliklə, işin məhkəmə icraatına qəbul edilməsi haqqında bildiriş iddiaçılar tərəfindən qanuna müvafiq müddət ərzində təqdim edilmədiyi üçün, *4.*3.2*23-cü ildə X4, Cavabdeh2 və Cavabdeh3 müraciəti əsasında 24 iyul 2**6-cı ildə vəfat etmiş Cavabdeh3 Astan oğlundan miras qalmış ünvan 6 ünvanda yerləşən mülkə dair 3*.12.2*22-ci ildə vəfat etmiş X19 bütövlükdə çatası miras hissə transmissiya qaydasında onların adına rəsmiləşdirilmişdir və onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3 və ünvan 1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyul 2**6-cı il tarixdə vəfat etmiş Cavabdeh3 Astan oğlunun miras qoyduğu ünvan 7 ünvanında yerləşən miras əmlakın (evin) birinci növbə vərəsə kimi iddiaçıların qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlaka dair Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına Gəncə şəhəri 2 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, mərhum ataları Cavabdeh3 Astan oğlundan qalmış miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və miras əmlakdakı paylara uyğun Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onlar mərhum Cavabdeh3 Astan oğlunun övladlarıdır, ataları 24 iyul 2**6-cı il tarixdə ölmüşdür. X2 12 fevral 2*19-cu il tarixdə ölmüşdür. X3 3* dekabr 2*22-ci il tarixdə ölmüşdür. Atalarının ölümündən sonra ondan ünvan 7 ünvanında miras ev qalmışdır. Ataları Cavabdeh3 Astan oğlu vəfat edəndən sonra, ondan miras qalmış evdə faktiki olaraq onlar və qardaşları Hamlet yaşamışlar. İddiaçılar atalarının sağlığında ailə qurub başqa ünvanda yaşasalar da, atalarının ölümündən sonra həmin evə qayıtmış, anaları ilə birlikdə yaşamış və miras əmlakı faktiki qəbul edərək idarə etmişlər. Anaları vəfat etdikdən sonra da onlar miras əmlakı idarə etməkdə davam etmişlər. Miras əmlaka dair bütün xərcləri iddiaçılar ödəmişlər. Həmin ünvanda yaşayan X6na və ailəsinə həmişə maddi və mənəvi yardım etmişlər. X6 vəfat edəndən sonra atasından miras qalmış əmlakla bağlı müəyyən problemlər yaranmağa başlandı. Onlara məlum olmuşdur ki, mərhum X6nun arvadı Cavabdeh1 miras əmlakı tam şəkildə öz adına keçirmək istəyir və iddiaçıları miras əmlakdan məhrum etmək istəyir. İddiaçılar mərhum ataları Cavabdeh3 Astan oğlundan miras qalmış ünvan 7 ünvanda yerləşən evi faktiki olaraq qəbul edərək idarə edirlər. 14 fevral 2*23-cü il tarixdə iddiaçılar ünvan 1 ərizə ilə müraciət edərək bildirmişlər ki, ataları Cavabdeh3 Astan oğlu 24 iyul 2**6-cı il tarixdə vəfat etmişdir və xahiş etmişlər ki, iddiaçıların iştirakı olmadan vərəsəlik işi açılmasın və bu barədə ayrıca teleqram da vurmuşlar. Mütəmadi olaraq notariusla əlaqə saxlamışlar, lakin notarius iddiaçılara hər hansı bir məlumat verməkdən imtina etmişdir. Ərizənin belə bir məzmunda yazılması iddiaçıların günahı deyil, həmin ərizə Gəncə şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən tərtib olunaraq təsdiq edilib. Lakin, sonradan iddiaçılar *9 mart 2*23cü il tarixdə yeni ərizə yazaraq, bildirmişlər ki, 24 iyul 2**6-cı il tarixdə vəfat etmiş ataları Cavabdeh3 Astan oğlunun vərəsəsidirlər. Miras əmlaka vərəsəlik hüququnu qəbul etmişlər və paylarına düşən hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edirlər. Ərizələri 1* mart 2*23-cü il tarixdə ünvan 1 daxil olmuşdur. Dəfələrlə müraciət etdikdən sonra Gəncə şəhəri 2 saylı Notariat Ofisinin xüsusi notariusu 18 mart 2*23-cü il tarixdə 248 nömrəli məktubla onların ərizəsinə cavab vermişdir. Cavabla tanış olduqdan sonra onlara məlum olmuşdur ki, notarius digər vərəsələr barəsində 14.*2.2*23-cü il tarixdən notariat ofisində məlumat olmasına baxmayaraq, *4.*3.2*23-cü il tarixdə mərhum X6nun vərəsələrinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və bu barədə iddiaçılara məlumat verməmişdir. İddiaçılara ünvanlanan cavab məktubunda notarius onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən yazılı imtina vermək əvəzinə guya iddiaçıları şifahi məlumatlandırdığını göstərir. “Notariat haqqında” Təlimatın 36-cı maddəsinə əsasən, Notarius notariat hərəkətinin aparılmasından imtina etdikdə, şəxsin xahişi ilə üç gün müddətində imtinasının səbəbləri barədə əsaslandırılmış qərar çıxarır. Lakin, notarius təlimatın həmin maddəsinin tələblərini pozmuş, iddiaçılara imtina barədə əsaslandırılmış cavab verməmişdir. Bununla da onların mirasdan pay almaq hüququnu pozmuşdur. Yuxarıda göstərilən səbəbdən iddiaçılar, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və həmin paylara uyğun daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməsi üçün məhkəməyə müraciət edirlər. Hesab edirlər ki, məhkəmə 24 iyul 2**6-ci il tarixdə vəfat etmiş Cavabdeh3 Astan oğlunun miras qoyduğu ünvan 7 ünvanında yerləşən miras əmlakın (evin) birinci növbə vərəsə kimi iddiaçıların qəbul etməsi faktının müəyyən edilməsi, miras əmlaka dair Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adına Gəncə şəhəri 2 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, mərhum ataları Cavabdeh3 Astan oğlundan qalmış miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və miras əmlakdakı paylara uyğun Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi barədə qətnamə qəbul etməlidir.
13. Cavabdehlərin nümayəndəsi və vəkili məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddianın əsassız olduğunu qeyd etmiş, bildirmişdir ki, miras qoyan cavabdeh X4 qayınatası, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə babasıdır. X11 1994-cü ildə miras qoyanın oğlu X23 ilə ailə qurmuş və həmin vaxtdan da sözügedən miras əmlaka köçərək orada yaşamış və hazırda da yaşayır. Onların birgə nikahlarından 2 övladları, iş üzrə cavabehlər Cavabdeh2 və Cavabdeh3 dünyaya gəlmişlər. Hər ikisi dünyaya gələn gündən hazırki vaxta kimi həmin mülkdə yaşayırlar. Cavabdeh3 Astan oğlu 24 iyul 2**6-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra sözügedən miras mülkdə vərəsələrindən yalnız oğlu X23 ailəsi ilə birlikdə yaşamışdır. Digər vərəsələr olan iş üzrə iddiaçılar isə hələ atalarının sağlığından daimi yaşamaq üçün başqa yerə köçüb getmişlər. Belə ki, İddiaçı1 atasının sağlığından Rusiya Federasiyasına köçmüş və hazırda da orada yaşayır. İddiaçı2 isə atasının sağlığından ailə həyatı quraraq Gədəbəy şəhərinə köçmüşdür və miras açıldıqdan sonra da uzun müddət ərzində orada yaşamağa davam etmişdir (onların hətta evdə pasport qeydiyyatları belə yoxdur). Yəni atasından qalmış miras əmlakı yalnız X23 qəbul etmişdir. X1* mirası faktiki olaraq qəbul etsə də, onu öz adına rəsmiləşdirmədən 3* dekabr 2*22-ci il tarixində vəfat etmişdir. Buna qədər isə X1 miras mülkü öz adına rəsmiləşdirmək üçün notariat kontoruna müraciət edərək vərəsə tanınması üçün miras qoyanın adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, lakin vərəsəliyi rəsmiləşdirməyə macal tapmadan vəfat etmişdir. Onun vəfatından sonra isə miras əmlak irsi transmissiya qaydasında iş üzrə cavabdehlər tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmişdir. Lakin iddiaçılar yalnız miras qoyanın övladları olduğuna görə və hesab edirlər ki, həmin mülkdə onların da payı vardır. İddia ərizəsində guya iddiaçıların atalarının vəfatından sonra sözügedən miras əmlakda yaşamaqla onun idarə etmələri barədə göstərilənlər tamamilə yalandır və heç bir sübuta söykənmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi İddiaçı1 atasının sağlığından Rusiya Federasiyasına köçmüş və hazırda da orada yaşayır. İddiaçı2 isə atasının sağlığından ailə həyatı quraraq Gədəbəy şəhərinə köçmüşdür və miras açıldıqdan sonra da uzun müddət ərzində orada yaşamağa davam etmişdir. Yəni onların heç biri qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası hər hansı bir formada qəbul etməmişlər. Elə iş materiallarından da görünür ki, iddiaçıların mirası hər hansı bir formada qəbul etmələri barədə onlar tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Odur ki, iddianın əsassız olduğuna görə təmin edilməməsini xahiş etmişdir.
14. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3635/2*23 saylı mülki iş üzrə 11.1*.2*23-cü il tarixli qətnaməsi ilə (hakim:F.Fərhadov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3 və ünvan 1 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və həmin paylara uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3635/2*23 saylı mülki iş üzrə 11.1*.2*23-cü il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar miras əmlakı vaxtında faktiki olaraq qəbul edərək idarə etmişlər. Məhkəmə qətnamədə göstərdiyi və istinad etdiyi sənədlərə düzgün qiymət verməmişdir: Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavabda göstərilir ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı1 15 iyun 2**6-cı il tarixdə Azərbaycan Respublikasına daxil olmuş və *2 avqust 2**6-cı il tarixdə Azərbaycan Respublikasından çıxmışdır. Yalnız bu fakt onu göstərir ki, İddiaçı1 hələ atasının ölümündən qabaq Azərbaycana gəlmiş, atasının ölümü vaxtı (24.*7.2**6) Gəncə şəhərində olmuş və onu dəfn etdikddən sonra Azərbaycanı tərk etmişdir. Atasının ölümü vaxtı onun yanında olması artıq o deməkdir ki, o, miras açıldığı vaxtdan mirası qəbul etmişdir. Həmin sənədə əsasən, o, *4.*6.2**7-ci il tarixdən *1.*9.2**7-ci il tarixə kimi (3 ay), *5.*4.2**8-ci il tarixdən 15.*9.2**8-ci il tarixə kimi (5 ay) Azərbaycan Respublikasında olmuş və ata mülkündə yaşamışdır. Nədənsə məhkəmə sonrakı illər barədə məlumat əldə etməkdə maraqlı olmamışdır. Bütün bu müddət ərzində İddiaçı1 Gəncə şəhərində miras əmlakda özünə məxsus olan evin 1-ci mərtəbəsində olan otaqda yaşamışdır. Bacısının da 1-ci mərtəbədə yaşadığı (hal-hazırda da) otaq var. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏDüzrə nümayəndəsi tərəfindən 2*.*4.2*23-cü il tarixli 1377 nömrəli arayışından görünür ki, İddiaçı1 həqiqətən xx.xx.1959-cu il təvəllüdlü bacısı İddiaçı2 ilə ünvan 9 ünvanında yaşayır. Məhkəmə qətnamədə göstərdiyi sənədə hər hansı bir münasibət bildirməmişdir. Sənəddə göstərilənlər araşdırılmamış və həmin sənədə hüquqi qiymət verilməmişdir. Bundan başqa məhkəmə tərəfindən şahid ifadələrinə də düzgün qiymət verilməmişdir. Bundan əlavə məhkəmə tərəfindən iş materiallarında olan 2*14-cü ildən 2*2*-ci ilin fevral ayı daxil olmaqla X15 və Cavabdeh2 adlarına pul köçürmələri haqqında sənədlərə də qiymət verilməmişdir. Belə ki, qardaşı Hamlet Əliyev işləməmiş və onun ailəsinə İddiaçı1 baxmışdır və evin saxlanması xərcləri də onun tərəfindən ödənilmişdir. Bu isə o deməkdir ki, İddiaçı1 miras əmlakı faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Bundan əlavə məhkəmə bir halı da nəzərə almamışdır ki, cavabdehlər də ( həmçinin X23 ) miras açıldığı vaxt ərizə ilə notariat kontoruna müraciət etməmişlər. Miras açılan vaxt vərəsə yalnız X23, İddiaçı1, İddiaçı2 və X2 olmuşlar və onlar birlikdə faktiki olaraq miras əmlakı qəbul etmiş və idarə etmişlər. Hal-hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlakdan mərhum X15 payına vərəsədirlər. Məhkəmə tərəfindən bu fakta da qiymət verilməmişdir. Bundan əlavə, məhkəmə iş materiallarında göstərilən bir faktın üzərindən sükutla keçmiş və həmin fakta hər hansı bir münasibət bildirməmişdir. Belə ki, 24.*7.2**6-cı ildə Cavabdeh3 Astan oğlu vəfat edən zaman onun arvadı X7 olmuş, həmin ünvanda yaşamış və o da miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. Cavabdeh3 Astan oğlu ilə X14 13.*6.1957-ci ildə nikaha daxil olmuşlar və nikah Gəncə şəhər qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. X16 11 fevral 2*19-cu il tarixdə vəfat etmişdir. İddiaçı2 iş materiallarında olan sənədlərə əsasən daimi olaraq 2*18-ci il tarixdən anasının yanında yaşayır və ən azından miras əmlakdan anasına düşən payı miras olaraq qəbul etmiş və hal-hazırda da idarə edir. Məhkəmə burada Əliyeva PüstəRüstəm qızının miras əmlakdakı payını da müəyyən etməli idi. Belə ki, miras əmlaka dair mərhum Cavabdeh3 Astan oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 23.1*.2*21-ci il tarixlidir. Məhkəmə işə baxarkən həmin əmlakın birgə nikah dövründə alınıb-alınmadığını, həmin əmlakda X12 mülkiyyət payının olub-olmaması faktını yoxlamalı idi. Lakin, məhkəmə iş materiallarında X16 barədə məlumatlar olmasına baxmayaraq, həmin məsələni araşdırmamış, onlara aydınlıq gətirməmiş və həmin məsələyə hüquqi qiymət verməmişdir. Bununla da birinci növbə vərəsələr barədə qanunvericiliyin tələblərini pozmuşdur. Həmçinin iş materiallarından olan ünvan 10 ünvanlanmış ərizələrinə cavab məktubundan görünür ki, notariat ofisinin digər vərəsələr barədə məlumatı olmuş və vərəsələr arasında mübahisə olduğu barədə o, məlumatlı olmuşdur. Belə olan halda notarius miras əmlakla bağlı mübahisə olduğundan notariat hərəkətini etməkdən imtina barədə qərar qəbul etməli və tərəflərə mübahisəni məhkəmədə həll etməli olmalarını bildirməli idi. Lakin, notarius bütün bu faktları bilə-bilə iddiaçıların hüquqlarını pozmuşdur Həmin cavab məktubundan görünür ki, notarius iddiaçıların birinci yazılı müraciətlərinə yazılı formada deyil, şifahi formada cavab vermişdir, bu isə kobud qanun pozuntusudur. Bu sənəd iş materiallarında olduğu halda məhkəmə həmin sənədin yalnız məzmununu qətnaməyə köçürməklə kifayətlənmiş, notariat haqqında qanunvericiliyin tələblərinin pozulması halına göz yummuş və bununla da notarius kimi qanunvericiliyin tələblərini pozmuşdur. Bildirirmişdir ki, qətnaməni qəbul edərkən məhkəmə təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə sübutları tam araşdırmadığından və tam yoxlamadığından öz qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 və onun, həm də digər İddiaçı1 nümayəndəsi, vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi, vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası: 2*.Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 22.Maddə 1243. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir 23.Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
24. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
25. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2*23-cü il tarixli qərarı
Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27.Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
29. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 3*. Maddə 8.3. Bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
31. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Apellyasiya baxışının hədləri
35. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Maddə 384.*.2 - apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Maddə 385.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır:
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
4*. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və proses iştirakçılarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 3635/2*23 saylı mülki iş üzrə 11.1*.2*23-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir.
41. Birinci instansiya məhkəməsi irəli sürülən iddianı təmin etməyərkən, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alan məhkəmə bir daha vurğulayır ki, miras qoyan Cavabdeh3 Astan oğlu 24.*7.2**6-cı il tarixdə ölmüş, həmin vaxtdan mirasın açıldığı iddiaçılara bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçılar qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmiş, miras payın qəbul edilməsi ilə bağlı mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etməmiş, miras əmlaka sahiblik və onu faktiki idarə etməmişlər. Bununla da, iddiaçılar mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı1 başqa ölkədə olması da mirası qəbul etməməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının başqa ölkədə olması onu digər hüquqlarından məhrum etməmişdir, o başqa ölkədə olduğu vaxt mirası qəbul etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən hərəkətlər edə, yəni notariat orqanına yazılı ərizə ünvanlayaraq mirası qəbul etdiyini bildirə bilərdi. Digər tərəfdən, İddiaçı1 iddia edir ki, başqa ölkədə olsa da mirasın açıldığı vaxtdan mirası oradan idarə edir. Lakin bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu qeyd etdiklərini təsdiq edəcək hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdehin təqdim etdiyi, mötəbər sübutlarla təsdiq olunur ki, İddiaçı1 yalnız yas mərasimlərində müvəqqəti olaraq Azərbaycan Respublikasına gəlmiş, daima Rusiya Federasiyasında olmuş, digər İddiaçı2 isə atasının sağlığından ailə həyatı quraraq Gədəbəy şəhərinə köçmüşdür və miras açıldıqdan sonra da uzun müddət ərzində orada yaşamağa davam etmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçıların sözügedən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində iddia tələbi əsassız olduğundan bu hissədən birbaşa asılı olan digər tələblər - qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və həmin paylara uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi tələbləri də təmin edilməməlidir.
42. Məhkəmə kollegiyası məhkəməninin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
43. Belə ki, işin məhkəmədə müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh3 Astan oğlu və X5 birgə nikahından xx.xx.1959-cu il tarixdə Məmmədova (Əliyeva) İradə Əli qızı, *9.*2.1963-cü il tarixdə X24 və xx.xx.1965-ci il tarixdə İddiaçı1 adlarında 3 uşaqları doğulmuşdur: Cavabdeh3 Astan oğlu 24.*7.2**6-cı il tarixdə, X16 11.*2.2*19-cu il tarixdə, X23 isə 3*.12.2*22-ci il tarixdə ölmüşdür. İş üzrə cavabdeh X11 1994-cü ildə miras qoyanın oğlu X23 ilə ailə qurmuş, onların birgə nikahlarından 2 övladları- iş üzrə digər cavabehlər Cavabdeh2 və Cavabdeh3 dünyaya gəlmişlər. ünvan 7 ünvanda yerləşən ev Cavabdeh3 Astan oğlundan miras qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən 2*1*13*1*453-1*3*1 reyestr nömrəli, *9.*3.2*23-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda *,*32* hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 121,4 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi bərabər paylarla X9in, Cavabdeh2 və Cavabdeh3 adına qeydə alınmışdır. Hazırda iddiaçılar iddia qaldıraraq mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakın bütün vərəsələr arasında yenidən bölüşdürülməsi və həmin paylara uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə dair qətnamə qəbuil edilməsini xahiş etmişlər və məhkəmə tərəfindən yuxarıda qeyd edilən qətnamə qəbul edilmişdir.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2*23-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqe ondan ibarət olmuşdur ki, Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki, belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Bu cür tənzimləmənin əsas və ən vacib şərti isə müvafiq normaların Konstitusiyaya uyğunluğudur. Bu şərt Konstitusiyanın 149-cu maddəsinin İİİ hissəsindən irəli gəlir ki, həmin maddəyə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Mülki Məcəllənin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Konstitusiya Məhkəməsinin Plenumu 2*22-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.X13 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının həmin Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. Lakin qanunvericilikdə bununla bağlı hər hansı dəyişiklik həyata keçirilmədiyindən və sorğuda da qeyd olunduğu kimi, Mülki Məcəllədə mirasın həm qəbulu, həm də ondan imtina müddətinin nəzərdə tutulması, birincinin digərindən daha uzun olması hüquq tətbiqetmə təcrübəsində qeyri-müəyyənliyin və fərqli yanaşmaların yaranmasına və nəticədə şəxslərin vərəsəlik və mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. 45.Qeyd olunanları önəçəkən məhkəmə kollegiyası göstərir ki, birinci instansiya məhkəməsi miras qalmış əmlakın birinci dərəcə vərəsələr olan iddiaçılar tərəfindən qanunda nəzərdə tutulmuş müddətdə qəbul etmədiklərinə əsaslanaraq iddia tələbini rədd etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelnumunun 26 dekabr 2*23-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyinə əsasən əgər vərəsə miras qoymuş şəxsin öldüyü və ya ölmüş elan edildiyi vaxtdan 3 ay ərzində miras qalmış əmlakdan imtina etməmişdirsə, hesab olunur ki, o, həmin miras əmlakı qəbul etmişdir. Hazırki işin hallarından da görünür ki, iddiaçılar atalarının ölümündən sonra ondan miras qalmış əmlakdan imtina etdikləri barədə notariat orqanına müraciət etməmiş, bununla da mirası qəbul etmiş hesab olunurlar. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, 24 iyul 2**6-cı il tarixdə vəfat etmiş Cavabdeh3 Astan oğlundan miras qalmış əmlakın 3/9 hissəsi üzərində İddiaçı1, 3/9 hissəsi üzərində İddiaçı2 və mərhum Hamlet Əliyevin vərəsələrinə çatan 1/9 hissəsi üzərində X4, 1/9 hissəsi üzərində Cavabdeh2, 1/9 hissəsi üzərində Cavabdeh3 payları müəyyən edilsin.
46. İddia miras əmlakdakı paylara uyğun Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi tələbi hissədə təmin olunmamalıdır. Çünki, iddia tələbinin həmin hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestrini aparan İnzibati Orqanın üzərinə inzibatı vəzifə qoyulması barədədir ki, mülki məhkəmə icraatı çərçivəsində bu məsələ həll oluna bilməz.
47. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.*.2, 392, 4*2, 4*4, 4*5 və 4*6-cı maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3635/2*23 saylı mülki iş üzrə 11.1*.2*23-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. 24 iyul 2**6-cı il tarixdə ölmüş Cavabdeh3 Astan oğlundan miras qalmış ünvan 4 ünvanda *,*32* hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 121,4 kv.metr olan fərdi yaşayış evinin 3/9 hissəsi üzərində İddiaçı1, 3/9 hissəsi üzərində İddiaçı2, 1/9 hissəsi üzərində X4, 1/9 hissəsi üzərində Cavabdeh2 və 1/9 hissəsi üzərində Cavabdeh3 payları müəyyən edilsin. Qalan hissədə iddia təmin olunmasın. Bu qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamə ondan şikayət verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.