Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-360/2025 03.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X15 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi və vəkili Qanuni nümayəndə, mübahisə predmeti barəsəində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iştirakları ilə, İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(021)-1353/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X18 ilə X19 birgə nikahından 4 uşağı doğulmuşdur: Cümşüd(hazırki iş üzrə iddiaçı), Mürşüd, Marif və Rəşid. X28 xx.xx.1974-cü ildə ölmüş, xx.xx.1990-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun vərəsəsi kimi X18 tanınmış, miras əmlak Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən 6** kv.m torpaq sahəsində saman-kərpicdən tikilmiş iki otaqlı 39,56 kv.m yaşayış, 69,59 kv.m ümumi sahəsi olan yaşayış evindən ibarət olmuşdur. X18 xx.xx.1990-cı il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakını harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, həmçinin Bərdə şəhəri ünvan 1 ünvanda saman kərpicdən tikilmiş iki otaqlı yaşayış evini oğlu X16 vəsiyyət etmişdir. X23 xx.xx.1987-ci ildə, X20 xx.xx.1989-cu ildə, X18 12.03.2**1-ci ildə, X24 xx.xx.2012ci ildə ölmüşdür. Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində X7 tam mülkiyyət hüququ 22 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 22 may 2020-ci il tarixli, 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7 vərəsəsi – oğlu(əslində nəvəsi) X29 olmuşdur, lakin 2**7-ci il tarixdə vəfat etməsi ilə əlaqədar miras onun təmsilçiləri - gəlini Cavabdeh1, nəvələri - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras əmlakdan 1/4 hissədə pay almışlar. Şəhadətnamə verilən miras əmlak Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və ümumi sahəsi 280,1 kv.m-dən ibarət fərdi yaşayış evindən ibarət olmuşdur. Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi üzərində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyət hüququ 30 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 04 iyun 2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə mülkiyyətlərində olan Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 280,1 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini 60.**0 manata (ev 5**** manat, torpaq sahəsi 1**** manat olmaqla) X4, hər iki əmlak 11 aprel 2022ci il tarixdə mülkiyyət hüququ ilə sonucunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X25 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab olunması, valideynlərindən miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 280 kv.m-dən ibarət fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və digər qardaşlarının böyüyüb boyabaşa çatdığı Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən ev mərhum valideynləri X28 və X13 məxsus olmuşdur. Valideynlərinin birgə nikahından iddiaçı, Mürşüd, Rəşid və Maarif doğulmuşdur. Atası, anası, qardaşları Mürşüd, Maarif və Rəşid vəfat etmişdir. Qanun üzrə yeganə vərəsə olduğu halda, Bərdə şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən anası Xanım Təhməzova vəfat etdikdən sonra, guya onunla bir təsərrüfatda yaşamış hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsə olduğu barədə qanunsuz arayış verilmişdir. Bundan sonra cavabdehlər mərhum anası X7 adına Bərdə şəhəri, ünvan 3 ünvanının mülkiyyətinə keçirilməsi barədə 22 may 2020-ci il tarixli çıxarış almışlar. Bu faktlar yaxın günlərdə təsadüf nəticəsində ona məlum olmuşdur. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(021)- 1353/2022 nömrəli iş üzrə qəbul etdiyi 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onların adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, X18 vəfat edən günə qədər Bərdə şəhəri Füzuli küçəsi 16 ünvanında gəlini X17 və nəvəsi X8 ilə birgə yaşamışdır və sonuncular hal-hazırda da orada yaşayırlar. X1 Füzuli küçəsi 16 ünvanındakı həyətyanı sahədə ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə (ünvan 4 X7 nəvəsi mərhum X21 ailəsi - Cavabdeh1, Təhməzzadə (Hüseynzadə) Xanım Rza qızı, Cavabdeh3 və Cavabdeh4 yaşamışdır. X29 2**7-ci ildə vəfat etdikdən sonra Füzuli küçəsi 16 a ünvanında onun ailəsi yaşamışdır. Hal-hazırda qeyd olunan şəxslər ünvan 5 ünvanda yaşamırlar. Miras əmlakla bağlı iki ünvanın qeyd edilməsi və rəsmi sənədlərin bir qismində mübahisəli evin Bərdə şəhəri, Füzuli küçəsi ev 16, bəzi sənədlərdə isə Bərdə şəhəri ünvan 2 kimi göstərilməsi vərəsələr arasında qeyrimüəyyənlik hallarını yaratmışdır ki, bu da öz növbəsində məhkəmə mübahisəsi predmetinə çevrilmişdir. Belə olduğu halda, iddia ərizəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab olunmasına dair hissədə təmin edilməli, valideynlərindən miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi 16 ünvanında yerləşən, ümumi sahəsi 280 kv.m-dən ibarət fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair hissədə isə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının miras əmlakı qəbul etməsi faktı müəyyən edilməmişdir. Miras əmlak faktiki olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X17 və X8 tərəfindən qəbul edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 1133.1, 1133.2, 1243.2, 1159.1.1, 1274, 1276, 1134.1, 1151.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 76.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İşə baxan məhkəmə işi birtərəfli araşdıraraq yanlış nəticəyə gəlmiş, iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. X5 vəsiyyətnamə vermişdir. Ancaq iddiaçının 21 ildən sonra iddia qaldırması tam əsassızdır və müddət keçmişdir. İddiaçı müddəti qəsdən keçirmişdir. İddiaçı cavabdehdən pul almaq naminə belə bir iddia verir. Göründüyü kimi 21 ildir X5 vəfat edib, onun vəfatından illər öncə də həmin evdən və həyətyanı torpaqdan Cavabdeh1 istifadə etmişdir. Mübahisəli ünvanda isə 2 ev var. İddiaçının tələb etdiyi evin ona heç bir aidiyyətı yoxdur. Hazırda həmin mübahisəli ev başqa şəxsə satılıb və sənədləşdirilib. Sadalanan xüsusatlardan göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri isə işin hallarına uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-935/2023 nömrəli iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseynzadə (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və İ.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X25 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrə nişanlı çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının miras qalmış əmlakı nə faktiki, nə də rəsmi qaydada qəbul etməsi nəticəsinə gələrək, iddia tələbini həmin hissədə rədd etmiş, iddiaçı isə məhkəmənin gəldiyi həmin nəticə ilə razılaşaraq, qətnamədən apellyasiya şikayəti verməmiş və mirasın qəbul edilməsi faktının rədd edilməsi hissəsində qətnamə qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq iddianı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində təmin etmişdir. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-463/2024 nömrəli iş üzrə 05 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər – A.Hüseynov (sədrlik edən və məruzəçi), Z.Babayev və Ə.Nurməmmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 05 may 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının qəbul edildiyi dövrdə hazırkı iş məhkəmələrin icraatında olduğu üçün həmin Qərar bu işə də şamil edilməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Baxılan iş üzrə iddiaçının qanunla nəzərdə tutulmuş müddət ərzində birinci növbəli vərəsə kimi anasından qalmış miras əmlakdan imtina etdiyi müəyyən olunmadığı üçün, o, qanuna əsasən miras əmlaka mülkiyyət hüququ əldə etmişdir. İddiaçının Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində miras əmlakı rəsmi və ya faktiki qəbul etməməsi mübahisəli əmlaka dair onun vərəsəlik hüquqlarının məhrum edilməsi ilə nəticələnən hal kimi qiymətləndirilə bilməz. Bu baxımdan iddiaçının mübahisəli miras əmlaka dair tələb irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığı barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni sayıla bilməz. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin tətbiq edilməli olmayan 140-cı maddəsi mübahisəyə tətbiq edilmişdir. Belə ki, həmin maddə daşınmaz əmlakı mülkiyyətçi olmayan şəxslərdən əldə etmiş mülki dövriyyə iştirakçılarının reyestrin məzmununa olan etimadını qorumaqla, onun məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərdə tutur. Həmin prinsip daşınmaz əmlaka mülkiyyət hüquqları vərəsəlik qaydasında qeydə alınmış şəxslərə tətbiq edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının “çıxarış və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbinə də mahiyyəti üzrə qiymət verərək, həmin tələb birinci instansiya məhkəməsi tərəfindən təmin, apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilmiş, bu tələbin konkret olaraq nədə ifadə olunması dəqiqləşdirilməmişdir. Halbuki, MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qeyd olunan hal MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılması, icraata qəbul edildiyi halda isə MPM-in 259.0.12-ci maddəsində müəyyən edilmiş qaydada (iddiaçıya təklif olunmasına baxmayaraq müəyyən edilmiş müddət ərzində iddia tələbini dəqiqləşdirmədiyi halda) baxılmamış saxlanılması, habelə MPM-in 387.2.8-ci maddəsinə əsasən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması üçün əsas olmuşdur. Mövcud qeyri-müəyyənlik məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərindən irəli gələn, işin hallarının işdə iştirak edən şəxslərlə müzakirə olunması vəzifəsinə riayət etməklə də aradan qaldırıla bilərdi. Belə ki, dispozitivlik və çəkişmə prinsiplərinə ciddi riayət etmək şərtilə, MPM-in 14.1 və 184.1-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə tərəfləri xəbərdar etmək, işin və mübahisənin vəziyyətini müzakirə etmək, hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etmək, habelə MPM-in 167-ci maddəsinə əsasən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri etmək hakimin vəzifəsidir. Hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən MPM-in 14, 184.1 və 167-ci maddələrinin tələbləri pozulmuş, tərəflərlə lazımi müzakirələr aparılmadan qeyri-müəyyən iddia tələbinə mahiyyəti üzrə baxılmış, yol verilmiş həmin prosessual pozuntular apellyasiya instansiyası məhkəməsi tərəfindən də aradan qaldırılmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1125/2024 nömrəli iş üzrə 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və R.Muradov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(021)-1353/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsi “iddianın qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onların adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X25 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, 12 mart 2**1-ci il tarixdə vəfat etmiş X6 miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi, ev 16 saylı fərdi yaşayış evinin 1/4 hissəsinə mərhum X9, 1/4 hissəsinə mərhum X14, 1/4 hissəsinə mərhum X10 və 1/4 hissəsinə İddiaçı vərəsəlik üzrə paylarının müəyyən edilməsi qət edilmişdir. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-1353/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsi qismən, “və onun hüquqi nəticələrinin etibarsız hesab olunması” hissəsində ləğv olunaraq, həmin hissədə iddia baxılmamış saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras qoyan X18 12 mart 2**1-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra Bərdə şəhəri, Füzuli küçəsi, ev 16 saylı fərdi yaşayış evi miras qalmışdır. X7 birinci növbə vərəsələri övladları X20, X24, İddiaçı və X22 olmuşdur. Hazırkı iş üzrə məhkəmədə iddia qaldırılarkən, birinci növbə vərəsələrdən X20, X24 və X22 vəfat etmiş olduğundan, onun hüquqi vərəsələrinin müəyyən edilməsi üçün, iş üzrə icraatın dayandırılmasına hüquqi əsaslar müəyyən edilmir. Belə ki, bu vərəsəlik mübahisəsi miras qoyan X7 hazırda sağ və vəfat etmiş birinci növbə vərəsələrinə münasibətdə həll edilir. Miras qoyanın vəfat etmiş birinci növbə vərəsələrinin özlərinin birinci növbə vərəsələrinin yaşayış ünvanlarının hazırda tam müəyyən edilməsi mümkün olmadığından, miras qoyan X7 birinci növbə vərəsələrinin miras əmlakdan qanuna müvafiq olaraq payının müəyyən edilməsini məqsədə müvafiq hesab edilir. Cavabdeh1 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi və ya işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-3319/2024 nömrəli iş üzrə 17 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər – Ə.Xıdırov (sədrlik edən və məruzəçi), E.Şamayev və E.Vəliyeva) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yenidən işə baxarkən miras əmlaka hüququ olan digər vərəsələrin dairəsinin müəyyən edilməsi, qəbul edilən məhkəmə aktı belə şəxslərin hüquqlarına və vəzifələrinə toxunursa, həmin şəxslərin işdə iştirak etməyə cəlb olunması barədə kifayət qədər tədbir görməmişdir. Halbuki işə əvvəl kassasiya qaydasında baxan məhkəmə tərkibinin göstərişlərindən biri bu barədə olmuşdur. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli qərarı ilə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının qəbul edildiyi dövrdə hazırkı iş məhkəmələrin icraatında olduğu üçün həmin Qərar bu işə də şamil edilməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, miras evlə bağlı X16 vəsiyyət qoyulsa da, sonuncu tərəfindən həmin əmlak faktiki və ya notariata yazılı ərizə vermək yolu ilə qəbul edilməmiş, o, anasının sağlığında həmin həyətdə ona ayrılmış 2 sot torpaq sahəsində tikilmiş evdə yaşamışdır. Qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının xeyrinə vəsiyyətnamə qoyulan şəxsə münasibətdə (yəni vəsiyyət üzrə vərəsəlik zamanı) tətbiq edilməli olub-olmamasını əsaslandırmamışdır. Müvafiq hüquqi qiymətləndirmə nəticəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarının, xeyrinə vəsiyyətnamə qoyulan şəxsə münasibətdə (yəni vəsiyyət üzrə vərəsəlik zamanı) tətbiq edilməli olması qənaətinə gəlindikdə isə iddiaçının qanun üzrə vərəsəlik qaydasında pay, yoxsa məcburi pay alması məsələsinə hüquqi qiymət verilməlidir. İddiaçının miras əmlakdan alacağı hissə müəyyənləşdirildikdən sonra isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X25 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın tamamiləmi, yoxsa iddiaçının mirasdan almalı olduğu hissəyə münasibətdəmi etibarsız hesab edilməli olduğu məsələsi araşdırılıb hüquqi qiymətləndirmə aparılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 izahatında bildirmişdir ki, nənəsindən miras qalmış əmlak onun atası Rəşidə vəsiyyət edilmişdir. İddiaçı isə mirası qəbul etməmiş və miras açıldıqdan sonra miras əmlakda yaşamamışdır. Odur ki, iddia əsassızdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirsə də, Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qərardadı ilə iddia tələbi “Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X25 adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın hüquqi nəticələrinin etibarsız hesab olunması” hissəsində baxılmamış saxlanılmışdır. Odur ki, Məhkəmə qətnamənin qalan, yəni “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 22 may 2020-ci il tarixdə aldıqları 2V-455 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onların adına verilmiş 30 may 2020-ci il tarixli 182**10649 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” hissəsinin əsaslılığını yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərəfindən işin araşdırılmış və mübahisələndirilməyən halları kimi müəyyən edilmişdir ki, X18(bundan sonra- miras qoyan) ilə X19 birgə nikahından 4 uşağı doğulmuşdur: Mürşüd, Rəşid, Cümşüd və Marif. X28 30 iyul 1974-cü ildə, miras qoyanın vərəsələri olan Marif və Mürşüd miras qoyandan əvvəl, yəni müvafiq olaraq 1987 və 1989-cu ildə ölmüşdür. Miras qoyan xx.xx.1990-cı il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakını harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, həmçinin Bərdə şəhəri ünvan 1 ünvanda saman kərpicdən tikilmiş iki otaqlı yaşayış evini oğlu Rəşidə vəsiyyət etmişdir. Həmin əmlak, yəni Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 280,1 kv.m sahədən ibarət fərdi yaşayış evi(bundan sonra- miras əmlak) üzərində X7 tam mülkiyyət hüququ 22 may 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra miras qoyanın nəvəsi olan Rzanın(miras qoyanın oğlu Rəşidin oğlu) arvadı və uşaqları(hazırki iş üzrə cavabdehlər) 22 may 2020-ci il tarixdə miras əmlaka dair 2V-455 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, miras əmlakı öz adlarına rəsmiləşdirərək 04 iyun 2020-ci ildə X2. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçının miras əmlakı qəbul etməsi faktı müəyyən edilməmişdir. Miras əmlak faktiki olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X17 və X8 tərəfindən qəbul edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin həmin əsaslandırması və buna dair gəldiyi nəticə ilə razılaşmır. Belə ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik və mülkiyyət hüquqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”. Qeyd olunanları əsas gətirərərək Məhkəmə hesab edir ki, iddia tələbi 22 may 2020-ci il tarixli, 2V-455 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə bildirir ki, miras əmlak barəsində miras qoyanın vəsiyyətnaməsi olduğundan iddiaçının miras əmlakdan məcburi pay almaq hüququ yaranmışdır. Belə ki, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Mülki Məcəllənin 1193-cü maddəsinin tələbinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Miras qoyanın vərəsələri olan Marif və Mürşüd miras qoyandan əvvəl vəfat etmişlər. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 1194-cü maddəsinin tələbinə görə, miras qoyanın övladları olan Marif və Mürşüd miras açılan vaxt sağ olmadıqlarından onlar məcburi pay tələb etmək hüququ olan şəxslərin sırasına daxil deyil. Çünki qanunvericiliyin mənasına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 aprel 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Belə ki, həmin qərarda göstərilir ki,”... Mülki Məcəllənin 1193-cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur... Mülki Məcəllənin 1194-cü maddəsinin “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur”. Məhkəmə prossesual qənaət prinsipindən çıxış edərək hesab edir ki, miras əmlakın 3/4 hissəsinə vəsiyyətnamə üzrə vərəsə olan mərhum X14, 1/4 hissəsinə İddiaçı payları müəyyən edilməlidir. İddia tələbinin “cavabdehlərin adına verilmiş 30 may 2020-ci il tarixli, 182**10649 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi” hissəsinə münasibət Məhkəmə bildirir ki, cavabdehlər miras əmlakı öz adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırdıqdan sonra 04 iyun 2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X4, miras əmlak 11 aprel 2022-ci il tarixdə mülkiyyət hüququ ilə sonucunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi iddiçının mübahisələndirdiyi 30 may 2020-ci il tarixli, 182**10649 qeydiyyat nömrəli çıxarış(qeyd) artıq mövcud olmadığından bu hissədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bərdə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi qismən təmin edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. X3 miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və ümumi sahəsi 280,1 kv.m olan fərdi yaşayış evinin 1/4 hissəsinə Cavabdeh1, 1/4 hissəsinə Cavabdeh2, 1/4 hissəsinə Cavabdeh3 və 1/4 hissəsinə Cavabdeh4 bərabər pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Bərdə regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 22 may 2020cü il tarixli, 2V-455 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" etibarsız hesab edilsin. X3 miras qalmış Bərdə şəhəri, Füzuli küçəsi ev 16 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və ümumi sahəsi 280,1 kv.m olan fərdi yaşayış evinin 3/4 hissəsinə mərhum X14, 1/4 hissəsinə İddiaçı payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-360/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-360/2025
03.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver