Məhkəmə qərarları › İş №2(104)-365/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-365/2024

16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-365/2024 16.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin, vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsi ilə maneənin aradan qaldırılması və miras qalmış torpaq sahəsi və fərdi yaşayış evi üzərində payların müəyyən edilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı2, onun və digər iddiaçıların vəkili X5, Cavabdeh1, Maraqlarına toxunan şəxs Maraqlı şəxs və onun nümayəndəsi Vəkil iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-88/2023 saylı mülki iş üzrə 29 mart 2023–cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs və onun nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 16 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İş materiallarında olan JN-001F saylı, KOD 50806018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» nin surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2001-ci il tarixli, 17 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Quşqara kənd sakini Cəfərova Şərabanının, İddiaçı1, İddiaçı4 Əbülfət qızının, İddiaçı3 Əbülfət qızının və İddiaçı2 Əbülfət oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Xanlar (Göygöl) rayon Dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, 23 mart 2005-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdeh1dur və şəhadətnamə verilən miras əmlak Xanlar rayonu Quşqara kəndində 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı yaşayış evi, ümumi sahəsi 161.6 kvm, əsas sahəsi 67.0 kvm, köməkçi sahə 94.6 kvm, 1 mərəbəli 1 otaqlı yaşayış evi ümumi sahəsi 32.4 kvm, əsas yaşayış sahəsi 32.4 kvm, köməkçi sahə 94.6 kvm, açıq eyvan 36.9 kvm, açıq eyvan 37.7 kvm, hamam 16.6 kvm, zirzəmi 1 mərtəbəli ümumi sahəsi 82.3 kvm-dən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Xanlar (Göygöl) rayonu Quşqara kəndində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 99.4 kv.m yaşayış, 94.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Xanlar (Göygöl) rayonu Quşqara kəndində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 99.4 kv.m yaşayış, 94.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1ində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 32.4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Göygöl rayon Dövlət notariat kontorunun 06 oktyabr 2008-ci il tarixli, 4Ə-3-574 reyestr nömrəli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh1 özünə məxsus olan ünvan 2ində yerləşən 0.03 ha torpaq sahəsini xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh2 50000 (əlli min) manata satmışdır. İşdə olan Xanlar rayon Quşqara kənd icra nümayəndəliyi tərəfindən verilmiş 25 mart 2005-ci il tarixli, AZ-İ 088576 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 23 mart 2005-ci il tarixdə vəfat etmişdir. İşdə olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 oktyabr 1992-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 oktyabr 1992-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin, vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsi ilə maneənin aradan qaldırılması və miras qalmış torpaq sahəsi və fərdi yaşayış evi üzərində payların müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq iş üzrə iddiaçı olaraq onlara paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli şəhadətnamənin, bu şəhadətnamə əsasında X2 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyat nömrəsi 150702200, 02 aprel 2007-ci il tarixli çıxarışın, Cavabdeh1 adına qeydə alınmış ******* nömrəli və ******* qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarışın və Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* nömrəli olan, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və X1 paylı mülkiyyət hüququ üzrə 0,12 ha torpaq sahəsinin üzərində vərəsə olaraq paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi X7 məhkəməyə ərizə təqdim edərək, onlara paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsinə və bu şəhadətnamə əsasında X2 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyatın, çıxarışın və Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsinə, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Göy-Göl rayonu, Quşqara kəndində yerləşən və JN-001F, Kod:50806018 nömrəli şəhadətnaməyə əsasən torpaq sahəsi iddiaçıların və Şərabanu Cəfərovanın paylı mülkiyyətinə verilmişdir. Şərabanu Cəfərova vəfat etdikdən sonra Cavabdeh1 tərəfindən qanunsuz olaraq Cəfərova Şərabanuya münasibətdə hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınaraq 0.12 ha torpaq sahəsinə və miras qalmış fərdi yaşayış evinə dair adına çıxarış alınmışdır. Hansı ki, həmin torpaq sahəsi iddiaçıların paylı mülkiyyətində olmuşdur. Qeyd olunan torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ pozulmuşdur. Hazırda tərəflərindən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və alqı-satqı müqavilələrini o, cümlədən Cavabdeh1 adına və Şərabanu Cəfərovanın adına olan çıxarışları məhkəmə qaydasında mübahisələndirirlər. Hal-hazırda Şarabanı Cəfərovadan miras qalmış torpaq sahəsi və iddiaçıların mülkiyyətində olan torpaq sahəsi iş üzrə cavabdehlər tərəfindən zəbt olunaraq torpaq sahəsində qanunsuz olaraq orada əkdikləri ağaclar kəsilməklə orada tikinti işləri aparılır. Bu baxımdan torpaq sahəsindən cavabdehlər tərəfindən zəbt edilməsi və istifadə edilməsi iddiaçıların mülkiyyət hüququnu pozur. Qeyd olunan torpaq sahəsi üzərində Cavabdeh1 tərəfindən Şarabanı Cəfərovanın adına qanunsuz qeydə alındırmaqla, Cavabdeh1 digər Cavabdeh2 satmışdır. Hansı ki, qeyd olunan 0.12 ha torpaq sahəsi üzərində iddiaçıların paylı mülkiyyət hüquqları vardır. Bu baxımdan mülkiyyətlərində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının müdafiəsi, edilən maneənin aradan qaldırılması və Şarabanı Cəfərovadan miras qalmış torpaq sahəsi üzərində paylarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Göygöl Rayon Məhkəməsinin 2(066)-88/2023 saylı mülki iş üzrə 29 mart 2023–cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan ünvan 2i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə etibarsız hesab edilməsi, bu şəhadətnamə əsasında X2 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyat, çıxarış və Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavıləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-88/2023 saylı mülki iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Maraqlı şəxs qeyd olunan 0.12 ha torpaq sahəsinin 0.03 ha hissəsini Hüseynov Cavabdeh2 01 fevral 2022-ci il tarixdə 4Ə-119 saylı alqı-satqı müqaviləsi əsasında almışdır. Hazırda həmin torpq sahəsi tam mülkiyyət hüququ əsasında Maraqlı şəxs məxsusdur. İşə baxan məhkəmə Maraqlı şəxs cəlb etməmiş və ümumiyyətlə onunla Cavabdeh2 arasında olan alqı-satqı müqaviləsinə heç bir əhəmiyyət verməmişdir. Hesab edir ki, Maraqlı şəxs mübahisəli torpaq sahəsinin 0.03 ha hissəsinin vicdanlı sahibidir, o həmin əmlakı qanuni və etibarlı əsaslarla əldə etmişdir. Ona görə də qətnamə Maraqlı şəxs maraqlarına toxunduğu üçün qətnamədən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya məhkəməsində icraat Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs və onun nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasnda iştirak edən İddiaçı2, onun və digər iddiaçıların vəkili X7 apellyasiya şikayətinə etirazlarını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranması əsaslarından biri hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələrdir; Maddə 67.1 Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Prosessual hüquq normaları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmədə iştirak edən şəxsləri dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, Xanlar rayon Aqrar İsalahat Komissiyasının 26 dekabr 2001-ci il tarixli 17 saylı qərarı ilə Xanlar (Göygöl) rayonunun Quşqara kəndində 0,12 ha torpaq sahəsi ayrılaraq Cəfərova Şərabanıya, İddiaçı1, İddiaçı4 Əbülfət qızına, İddiaçı3 və İddiaçı2 Əbülfət oğluna verilmişdir. Ş.Cəfərovanın vəfatından sonra Cavabdeh1 tərəfindən notariat kontorundan vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilərək iddiaçıların və Ş.Cəfərovanın paylı mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən mülkə dair Ş.Cəfərovanın adına MH seriyalı ******* nömrəli, 02 aprel 2007-ci il tarixli çıxarış, bundan sonra isə özünün adına MH seriyalı, ******* nömrəli, 13 sentyabr 2007-ci il tarixli və MH seriyalı, ******* nömrəli, 03 fevral 2009-cu il tarixli çıxarışlar alınmış və 0.12 ha torpaq sahəsinin 0.03 hektarı 06 oktyabr 2008-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən cavabdeh H.Əliyev tərəfindən digər Cavabdeh2 satılmışdır. Həmçinin qeyd olunan 0.12 ha torpaq sahəsi və sözügedən torpaq sahəsində yerləşən mülk cavabdehlər tərəfindən zəbt edilmişdir. Belə olan halda iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Hazırda Maraqlı şəxs (və onun nümayəndəsi Vəkil) maraqlarına toxunan şəxs kimi qətnamədən apellyasiya şikayəti verərək, Maraqlı şəxs mübahisəli 0.12 ha torpaq sahəsinin 0.03 ha hissəsini Cavabdeh2 alqı-satqı müqaviləsi əsasında aldığını bildirmiş, həmin əmlakın vicdanlı sahibi kimi əmlakı qanuni əsaslarla əldə etdiyini göstərmişdir. Məhkəmə kollegiyası göstərir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, hazırki məhkəmə qətnaməsi Maraqlı şəxs maraqlarına toxunmur. Çünki, iddiaçılar hazırda Maraqlı şəxs adına verilmiş çıxarışı, onunla işdə cavabdeh olan Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, hazırki məhkəmə qətnaməsi Maraqlı şəxs maraqlarına toxunmadığından onun şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, məhkəmə kollegiyası belə qərara gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin 2(066)-88/2023 saylı mülki iş üzrə 29 mart 2023–cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Maraqlı şəxs və onun nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-88/2023 saylı mülki iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar