Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-397/2024 12.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbə qarşı «məcburi boşdayanmaya görə əmək haqqının hesablanması və ödənilməsi, həmçinin ona ibtidai sinifdə dərs tədris etmək üçün sinif verilməsi» tələbinə dair mülki iş üzrə Gəncə şəhər Məhkəməsinin *6 sentyabr 2*23-cü il tarixli, 2(125)- 3388/2*23 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbə qarşı iddia ərizəsi, sonradan isə həm də cavabdeh GəncəDaşkəsən Regional Təhsil İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 2*21-ci ilin sentyabr ayından hazırki dövrədək məcburi boşdayanmaya görə əmək haqqının hesablanması və ödənilməsi, həmçinin onun 2*23/2*24-cü tədris ilində ibtidai sinifdə dərs tədris etmək üçün sinif verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *6 sentyabr 2*23-cü il tarixli, 2(125)-3388/2*23 saylı qərardadı ilə (hakim F.Fərhadov) iddia qismən təmin edilərək, İddiaçı boşdayanma vaxtı üçün 2*21-ci ilin sentyabr ayından hazırkı qətnamə qəbul edilən - *6.*9.2*23-cü il tarixədək, işçi İddiaçı üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqının hesablanıb ödənilməsi, cavabdehlər Cavabdeh2nə və Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin *6 sentyabr 2*23-cü il tarixli, 2(125)-3388/2*23 saylı qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün X1 göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 dekabr 2*23-cü il tarixli, 2(1*4)-3**8/2*23 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəm kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 11.*1.2*24-cü il tarixli, 2(123)-3388/2*23 saylı müraciəti məhkəməyə daxil olmuşdur ki, həmin müraciətdə Gəncə Şəhər Məhkəməsinin *4.12.2*23-cü il tarixli, 2(125)-3388/2*24 saylı qərardadından iddiaçının nümayəndəsi tərəfindən şikayət verilməsi qeyd olunmaqla, şikayətə baxılması üçün işin Gəncə Şəhər Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual 384.*.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 25 dekabr 2*23-cü il tarixli, 2(1*4)-3**8/2*23 saylı qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.*.6-cı maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin şikayətin mümkünlüyü barədə 25 dekabr 2*23-cü il tarixli, 2(1*4)-3**8/2*23 saylı saylı qərardadı ləğv edilsin. Gəncə Şəhər Məhkəməsinin *4.12.2*23-cü il tarixli, 2(125)-3388/2*24 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq Gəncə Şəhər Məhkəməsinə geri qaytarılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-397/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-397/2024
12.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver