Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-400/2023 23.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-1333/2022 saylı mülki iş üzrə 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15 fevral 2008-ci il tarixli alqısatqı müqaviləsi əsasında Cavabdeh3 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu AİK-nın qərarına əsasən ona və mərhum anası X2 Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0.42 ha pay torpaq sahəsi verilmiş və JN 1106 saylı Dövlət Aktı ilə qeydiyyata alınmışdır. Onun razılığı olmadan həmin torpaq sahəsini 15 fevral 2008-ci ildə X1 alqı-satqı müqaviləsi əsasında arvadı Cavabdeh3 satmışdır. Tovuz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(062)- 34/2021 saylı qətnaməsi ilə həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə hazırda da qüvvədədir. Həmin torpaq sahəsi isə hələ də Cavabdeh3 adına reyestr çıxarışı ilə qeydiyyatdadır. Odur ki, Cavabdeh3 adına verilmiş xx.xx.2008-ci il tarixli ********* və ********* qeydiyyat nömrəli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-1333/2022 saylı mülki iş üzrə 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Q.Baxşıyyev) iddia təmin edilmiş, Cavabdeh3 adına verilmiş Seriya MH ******* nömrəli, reyestr nömrəsi **********61 olan 25 aprel 2008-ci il tarixli ********* qeydiyyat nömrəli və Seriya MH ******* nömrəli, reyestr nömrəsi **********53 olan 25 aprel 2008-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışlar etibarsız hesab edilmişdir. Cavabdeh X1 qətnamədən apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə zamanı o, iddiaçının iddiasını qəbul etməyərək izahatında qeyd etmişdir ki, torpağın dəyərini ödəyərək əldə etmişdir. Hər aparılan sənəd qanuni olan halda necə ola bilər ki, çıxarış etibarsız sayılsın? Torpaq onundur, 15 ilə yaxın dövr ərzində harada olmuşlar ki, hazırda torpaq tələb edirlər. Ümumi iddia müddəti 10 il olduğu halda daşınmaz əmlakla bağlı iddia müddəti 6 ildir, buna görə də iddia təmin edilə bilməz. X6 ilə razılığa gələrək həmin torpaq sahəsinin dəyərini ona ödəmişdir. Ona görə də iddiaçının iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə isə əsassz olaraq iddianı təmin etmişdir. Hesab edir ki, sözügedən qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X1 apellyasiya şikayətində götərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini qətnamənin ləğv edilərək, iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətdə göstərilənlərə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-1333/2022 saylı mülki iş üzrə 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Seriya MH ******* nömrəli, reyestr nömrəsi **********53 olan 25 aprel 2008-ci il tarixli ********* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0.01838 ha torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir. İşə apellyasiya `qaydasında baxılarkən Daşınmaz Əmlakın Dövlət Reyestri və X5 Şəxsin 15 saylı ərazi İdarəsi tərərfindən məhkəməyə göndərilən və iş materiallarına əlavə olunan Seriya MH ******* nömrəli, reyestr nömrəsi **********53 olan 25 aprel 2008-ci il tarixli ********* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0.40 ha torpaq sahəsi Cavabdeh3 adına mülk kimi qeydə alınmışdır. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(062)- 34/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 adına Tovuz rayon Notariat Kontorunda verilmiş 30 yanvar 2008-ci il tarixli etibarnamə və onun əsasında bağlanılmış 15 fevral 2008-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli 2(104)-2917/2021 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, ərizə cavabdehin adına verilmiş Çıxarışların etibarsız hesab edilməsi tələbindən ibarətdir. Hazrıki mübahisəyə baxarkən kollegiya aşağıdakıları normaları nəzərə almağı məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012–ci il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe, əsasən bu hüququn məzmunu Konstitusiyanın 13–cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13–cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsində deyilir ki, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsində göstərilir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İddia ərizəsindən, eləcə də iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, Tovuz rayonu AİK-nın qərarına əsasən İddiaçı və mərhum anası X2 Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0.42 ha pay torpaq sahəsi verilmiş və JN 1106 saylı Dövlət Aktı ilə qeydiyyata alınmışdır. İddiaçının razılığı olmadan həmin torpaq sahəsinə dair 15 fevral 2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 tərərfindən arvadı Cavabdeh3 satılmış, iddiaçı həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(062)-34/2021 saylı qətnaməsi ilə həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə hazırda da qüvvədədir. Buna baxmmayaraq həmin torpaq sahəsi hələ də Cavabdeh3 adında qeydiyyatdadır. Odur ki, Cavabdeh3 adına verilmiş xx.xx.2008-ci il tarixli ********* və ********* qeydiyyat nömrəli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Artıq yuxarıda qeyd edildiyi kimi, mübahisələndirilən Çıxarışların verilməsinə əsas olan alqı-satqı müqaviləsi məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə etibarsız hesab edilmişdir. Yəni, həmin müqavilənin etibarlılıq şərtləri artıq yoxlanılmışdır. Belə olan halda həmin müqavilənin yaratdığı hüquqi nəticələr də etibarsız hesab olunur. Yəni, hazırki halda iddiaçı Cavabdeh3 adına olan Çıxarışların etibarsız hesab edilməsi tələbi ilə deyil, cavabdehin adına olan həmin Çıxarışların ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin torpaq sahələrinə dair cavabdehin adına qeydə alınmış Çıxarışların ləğvini tələb edə bilər. Göründüyü kimi, etibarsız əqd əsasında verilmiş Çıxarışların etibarsız hesab edilməsi tələbi barədə olan hazırki iddia ərizəsinə məhkəmədə baxılmalı deyildir. Ona görə də hazırkı iş üzrə icraata, işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işə apellyasiya `qaydasında baxılarkən Daşınmaz Əmlakın Dövlət Reyestri və X5 Şəxsin 15 saylı ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilən sənədlərdən müəyyən olunur ki, **********53 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən Cavabdeh3 mülkiyyətində olan 0.40 ha torpaq sahəsi 29 iyun 2017-ci il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsi əsasında X3 adlı şəxsə satılmışdır. Həmin alqı satqı satqı müqaviləsinin qanuni olub olmaması məsələsi də birinci instansiya məhkəməsində araşdırma predmeti olmamışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.5. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1333/2022 saylı mülki iş üzrə 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Mükli iş üzrə icraata, iddia ərizəsinə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı izah olunsun ki, Cavabdeh3 adına verilmiş xx.xx.2008-ci il tarixli ********* və ********* qeydiyyat nömrəli çıxarışların ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-400/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-400/2023
23.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver