Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-409/2024 25.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3034/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7300 manat pulun və 93 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan 27 may 2021-cü il tarixdə 3300 manat pulun verilməsi və həmin pulun qaytarılması üçün icra müddəti 27 may tarixə qədər müəyyən edilməsinə dair 3M-570 saylı notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Bu günə qədər cavabdeh həmin borc məbləğindən qaytarmamışdır. Bundan başqa cavabdeh əlavə olaraq ondan 1000 manat və 3000 manat olmaqla müqavilə olmadan əlavə borc pullar almışdır. Bildirir ki, həmin pulun 1000 manatlıq məbləği onun kart hesabına yollanılmışdır. Lakin həmin pulları da indiyə kimi ödəməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3034/2023 saylı qətnaməsi ilə (sədrlik edən Fuad Babaşov) iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3034/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən arqumentlərlə əsaslandırlmış və maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi göstərilmişdir. İddiaçı və Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçının vəkili məhəmə kollegiyasına ərizə ünvanlayaraq Bakı- Gəncə magistral yolun buzlanması səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiyini, buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3034/2023 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3300 manat nəbləğində pul və 45 manat məbləğində ödənilmiş dövlət rüsümünün əvəzi alınaraq İddiaçı verilməli, qətnamə iddianın təmin edilməyən 4000 manat pul hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 3300 manat məbləğində pul vermişdir. Cavabdeh xx.xx.2022-ci il tarixə qədər (1 il müddətində) pulu geri qaytarmağı öhdəsinə götürmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1709/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, e-2(021)- 1114/202 qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh oglundan 12.500 (on iki min beş yüz) manat məbləğində pul və ödənilmiş 127,5 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat dövlət rüsumunun alinaraq iddiaçı X2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi, tərəflər arasında pul verilməsi ilə bağlı borc münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə 3300 manat məbləğində borc pul vermiş, sonuncu həmin borcu 27 may 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, bu vaxtadək qaytarmamışdır. Ona görə də, iddiaçı cavabdehə qarşı 3300 manat məbləğində pul tələbində haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə, işin həmin hallarına düzgün hüquqi qiymət verməmiş və həmin hissədə gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, məhkəmədə iddiaçı ilə cavabdeh arasında notarial qaydada bağlanmış 27 may 2021-ci il tarixli kredit (borc) müqaviləsi üzrə 3300 manat pulun cavabdehə verilməsi təsdiq edilsə də məhkəmə hesab edir ki, həmin pul bundan əvvəl iddiaçının həyat yoldaşı (arvadı) X3 ilə Cavabdeh arasında pul tələbinə dair məhkəmə mübahisəsinin predmeti olmaqla həmin borc məbləği digər pul tələbinin tərkibinə daxil edilməklə qəbul edilmiş Gəncə Apellyasiya Məhkəməsinin qüvvədə olan xx.xx.2023-cü il tarixli məhkəmə qərarlarında öz əksini tapmışdır. Halbu ki, qanuni qüvvədə olan Gəncə Apellyasiya Məhkəməsinin qüvvədə olan xx.xx.2023-cü il tarixli 2(104)-1709/2023 saylı qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı özünün hissə-hissə borc verdiyi 37.000 manat pul tələbinə dair iddiası ilə bağlı olmuşdur ki, iddia 12.500 manat həcmində təmin olumuşdur. Hazırkı iddia tələbi isə, İddiaçı Cavabdeh 7300 manat pul tələbi ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə aldığı 3300 manat məbləğində borc pulun qaytarılması ilə bağlı heç bir sübut növü təqdim etməmişdir. Ona görə də, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3034/2023 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 3300 manat nəbləğində pul alınaraq İddiaçı verilməlidir. İddianın cavabdehin əlavə olaraq ondan 1000 manat və 3000 manat müqavilə olmadan borc pul alması hissəsinə gəldikdə isə, iddianın həmin hissəsi əsassızdır. Belə ki, iddiaçı tərəf cavabdehə həmin məbləğdə pulun verilməsinə dair birinci instansiya məhkəməsinə heç bir mötəbər subut növünü təqdim etməmişdir. Ona görə də, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3034/2023 saylı qətnaməsi iddianın təmin edilməyən 4000 manat pul hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu iş üzrə mübahisənin maddi-hüquqi əsaslarını qismən düzgün müəyyən edə bilməmiş, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəlmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3034/2023 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 3300 manat nəbləğində pul alınaraq İddiaçı verilməli, qətnamə iddianın təmin edilməyən 4000 manat pul hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3034/2023 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3300 manat nəbləğində pul və 45 manat məbləğində ödənilmiş dövlət rüsümünün əvəzi alınaraq İddiaçı verilsin. Qətnamə iddianın təmin edilməyən 4000 manat pul hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-409/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-409/2024
25.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver