Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-427/2024 30.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh2 Vaqif oğlunun və DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-1487/2023 saylı mülki iş üzrə 20 noyabr 2023cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2 Vaqif oğlu, Cavabdeh3 və DƏDRX-nin 3 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu Qarabulaq kəndində 5248.6 kvm. həyətyanı torpaq sahəsində yerləşən 2/33-də evi yarımzirzəmi olmaqla 29.6 kvm. yaşayış mərtəbəsinin ümumi sahəsi 47.0 kvm., o cümlədən yaşayış sahəsi 47.0 kvm. iki yaşayış otağı, açıq eyvan 80.9 kvm., tövlə 30.4//16.7 kvm. dair alqı-satqı müqaviləsinin baş tutmasının müəyyən edilməsi və Göygöl rayonu Qarabulaq kəndində 5248.6 kvm. həyətyanı torpaq sahəsində yerləşən 2/33-də evi yarımzirzəmi olmaqla 29.6 kvm. yaşayış mərtəbəsinin ümumi sahəsi 47.0 kvm., o cümlədən yaşayış sahəsi 47.0 kvm. iki yaşayış otağı, açıq eyvan 80.9 kvm., tövlə 30.4//16.7 kvm. dair Çıxarışın verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzrərinə öhdəlik qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-1487/2023 saylı mülki iş üzrə 20 noyabr 2023cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-1487/2023 saylı mülki iş üzrə 20 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-1487/2023 saylı mülki iş üzrə 20 dekabr 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-427/2024 saylı iş üzrə 09 yanvar 2024cü il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Vaqif oğlu şikayətdə qeyd olunanlara etirazını bildirdi, əlavə olaraq göstərdi ki, mərhum atası X1 52 sot torpağı həqiqətən iddiaçıya satmışdır. Hazırda da həmin torpaq sahəsinin iddiaçıya verilməsinə etirazları yoxdur. Həmin 52 sotdan əlavə orada 17 sot da torpaq sahəsi də vardır. Hazırda iddiaçı həmin 17 sot torpaq sahəsini də tələb etdiyinə görə aralarında mübahisə yaranmışdır. Sonda şikayətin təmin edilməməsini məhkəmə kollegiyasında xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X3 şikayətdə qeyd edilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1487/2023 saylı mülki iş üzrə 20 noyabr 2023-cü il tarixli qərardadı qismən, “iddianın “müqavilənin bağlanmış hesab edilməsi” hissəsində MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir” hissəsində ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə iddia tələbinin “orqanın üzrərinə çıxarışın verilməsi öhdəliyinin qoyulması” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Hazırki işdən görünür ki, iddiaçı orqanın üzərinə öhdəlik qoyulmasını tələb edir. Göründüyü kimi, iddiaçı göstərilən “orqanın üzrərinə çıxarışın verilməsi öhdəliyinin qoyulması” üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət etməli olduğu halda birbaşa ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, həmin hissədə iş üzrə icraata xitam verilməli və iddiaçıya izah olunmalıdır ki, o, göstərilən tələblə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət etməli, ərizəçinin tələbinin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Beləliklə məhkəmə hesab etmişdir ki, hazırki işə məhkəmə qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və qeyd edir ki, qeyd olunan tələb məhkəmə qaydasında baxılmalı olmadığından həmin hissədə icraata xitam verilməsi barədə məhkəmənin mövqeyi əsaslıdır. İddia tələbinin “müqavilənin bağlanmış hesab edilməsi” hissəsində isə birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-687/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiаçı İddiaçı Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 qarşı “əqdin baş tutmuş hesab edilməsinə” tələbinə dаir iddiası təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-3551/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiаçı İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)- 687/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4306/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərarı ilə iddiаçı İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-3551/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2(066)-924/2023 nömrəli qərardadı ilə iddiаçı İddiaçı Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dаir mülki iş üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddianın “müqavilənin bağlanmış hesab edilməsi” hissəsində MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Hazırki işdən görünür ki, məhkəmənin qeyd etdiyi qərarda iddia tələbi yalnız torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi olduğu halda, hazırki iddia tələbi isə Göygöl rayonu Qarabulaq kəndində 5248.6 kvm. həyətyanı torpaq sahəsində yerləşən 2/33-də evi yarımzirzəmi olmaqla 29.6 kvm. yaşayış mərtəbəsinin ümumi sahəsi 47.0 kvm., o cümlədən yaşayış sahəsi 47.0 kvm. iki yaşayış otağı, açıq eyvan 80.9 kvm., tövlə 30.4//16.7 kvm. dair alqı-satqı müqaviləsinin baş tutmasının müəyyən edilməsi və Göygöl rayonu Qarabulaq kəndində 5248.6 kvm. həyətyanı torpaq sahəsində yerləşən 2/33-də evi yarımzirzəmi olmaqla 29.6 kvm. yaşayış mərtəbəsinin ümumi sahəsi 47.0 kvm., o cümlədən yaşayış sahəsi 47.0 kvm. iki yaşayış otağı, açıq eyvan 80.9 kvm., tövlə 30.4//16.7 kvm. dair Çıxarışın verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzrərinə öhdəlik qoyulmasından ibarətdir. Belə olan halda hər iki iddia tələbləri bir-biri ilə oxşar olsa da eyni iddia kimi qiymətləndirilə bilməz. Bundan əlavə kollegiya iddiaçının iddia tələbinin sözügedən yaşayış evi barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair hissəsində qeyd edir ki, iş materiallarında olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xanlar (indiki Göygöl) rayonu Qarabulaq kəndində yerləşən 47.0 kvm.sahəsi olan 2 yaşayış otağından ibarət yaşayış evi Xanlar rayon Notariusunda bağlanmış xx.xx.2004-cü il tarixli 4Ə-1-184 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmişdir. Belə olan halda həmin məsələyə məhkəmə tərəfindən baxıla bilməz. Birinci instasiya məhkəməsi həmin halı nəzərə almamış, ümumilikdə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-1487/2023 saylı mülki iş üzrə 20 noyabr 2023-cü il tarixli qərardadı qismən, “iddianın müqavilənin bağlanmış hesab edilməsi” hissəsində MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir” hissəsində ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-1487/2023 saylı mülki iş üzrə 20 noyabr 2023cü il tarixli qərardadı qismən, “iddianın “müqavilənin bağlanmış hesab edilməsi” hissəsində MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir” hissəsində ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-427/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-427/2024
30.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver