Məhkəmə qərarları › İş №2(104)-444/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-444/2025

05.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-444/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ona dair verilmiş qeydiyyatların ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Nümayəndə2, həmçinin Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi və qeydin ləğv olunması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3644/2024 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı Əliyev X6 rayonunun Xoşbulaq kəndində yerləşən 0.075 ha torpaq sahəsini alıcı Cavabdeh1 24.000 manata satmışdır.

2. xx.xx.2022-ci il tarixli, Gəncə şəhəri Gülüstan qəsəbəsi ev 2 mənzil 16-da yaşayan İddiaçı, Gəncə şəhəri Nizami rayonu Təbriz küçəsi 218 saylı evdə yaşayan Cavabdeh1 Gəncə şəhəri Kəpəz rayonu Avtozavod yolu ünvanda yaşayan X3 və ünvan 2 qeydiyyatda olan X2 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, İddiaçı Cavabdeh1 24000 manat məbləğində pul borc alıb. Həmin borcu İddiaçı Cavabdeh1 adına olan bank hesabına 30 ay müddətində hər ay 800 manat ödəmək şərti ilə Cavabdeh1 ödəməyi üzərinə götürür. Həmin borcun müqabilində İddiaçı özünə məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0.075 ha torpaq sahəsini alqı-satqı yolu ilə Cavabdeh1 adına rəsmiləşdirib. Həmin torpaq sahəsində İddiaçı tərəfindən ev inşa edilib. Əgər mütəmadi olaraq 03 ay ərzində borclu tərəfindən ödəmə aparılmazsa, Cavabdeh1 göstərilən torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini satıb, həmin müddət üçün borc qalmış məbləği götürüb, yerdə qalan məbləği İddiaçı qaytarmalıdır. Əks halda İddiaçı borcunu tam ödəyərsə, Cavabdeh1 dərhal onunla bağlanmış alqı-satqı müqaviləsini ləğv edib, əmlakı İddiaçı mülkiyyətinə qaytarmalıdır.

3. xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən 0.075 ha torpaq sahəsini alıcı Cavabdeh2 25000 manata satmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən 0.075 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-327/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı ilkin iddiası qismən təmin edilərək, Cavabdeh2 məxsus olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,075 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə qanunsuz sahiblikdən azad edilməklə boşaldılması, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmaqla torpaq sahəsinin Cavabdeh1 tərəfindən iddiaçıya təhvil verilməsi qət edilmiş, cavabdeh İddiaçı Cavabdeh2 qarşı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 25 iyun 2023-cü il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 14 iyul 2023-cü il tarixli mülkiyyət hüququna dair qeydin ləğv edilməsinə dair qarşılıqlı iddiası rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Dаşkəsən rаyоnu, Хоşbulаq kəndində yеrləşən, onunla cаvаbdеh Məmmədоvа Аyşən Tеlmаn qızı аrаsındа bаğlanmış АN-1№1022199 rеyestrli 16 аprеl 2022-ci il tаriхli аlqı-sаtqı müqаviləsinin və Məmmədоvа Аyşən Tеlmаn qızı ilə Аğаyеvа Аynur Аrif qızı аrаsındа bаğlаnmış 25 iyun 2023-cü il tаriхli, АN-İ№ ******* rеyеstr nömrəli fərdi yаşаyış еvinə dаir bаğlаnmış аlqı-sаtqı müqаviləsinin еtibаrsız hеsаb еdilməsi, 14 iyul 2023-cü il tаriхli mülkiyyət hüququnа dаir qеydiyyаtın ləğv еdilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cаvаbdеh Məmmədоvа Аyşən Tеlmаn qızı ilə onun аrаsındа pul tələbi ilə bаğlı münаsibət оlmuş və o, hаzırdа mübаhisə prеdmеti оlаn еvi cаvаbdеh Məmmədоvа Аyşən Tеlmаn qızı ilə аrаlarındа аlqı-sаtqı müqаviləsi bаğlаyаrаq аkt tərtib еdilmişdir. Bundаn sоnrа tərəfindən qеyd оlunаn bоrc münаsibəti əsаsındа оnа bоrcu аktа əsаsən həmin bоrcu hissə-hissə ödəmişdir. Lаkin cаvаbdеh Məmmədоvа Аyşən Tеlmаn qızı həmin еvi digər cаvаbdеh Аğаyеvа Аynur Аrif qızınа sаtmışdır. Bu bахımdаn hеsаb еdir ki, cаvаbdеhlər Məmmədоvа Аyşən Tеlmаn qızı ilə digər cаvаbdеh Аğаyеvа Аynur Аrif qızı аrаsındа bаğlаnmış аlqı-sаtqı müqаviləsi еtibаrsızdır. Hər iki cаvаbdеhlər onu аldаtmаqlа ona məхsus оlаn еvi mənimsəmişlər. Qеyd оlunаn tоrpаq sаhəsini cаvаbdеh Məmmədоvа Аyşən Tеlmаn qızınа sаtmаq niyyəti оlmаmışdır. Yаlnız еvini girоv qоyаrаq оndаn bоrc pul аlmış və Məmmədоvа Аyşən Tеlmаn qızının və Аğаyеvа Аynur Аrif qızının bundаn məlumаtı оlmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3644/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, “Məmmədоvа Аyşən Tеlmаn qızı ilə Аğаyеvа Аynur Аrif qızı аrаsındа bаğlаnmış 25 iyun 2023-cü il tаriхli, АN-İ№ ******* rеyеstr nömrəli fərdi yаşаyış еvinə dаir аlqı-sаtqı müqаviləsinin еtibаrsız hеsаb еdilməsi və 14 iyul 2023-cü il tаriхli mülkiyyət hüququnа dаir qеydiyyаtın ləğv еdilməsi” tələbinə dair hissədə iddia ərizəsisi baxılmamış saxlanılmışdır.

8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3644/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli), iddianın qismən təmin ediməsi, İddiaçı və Cavabdeh1 arasında bağlanmış, xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçı Cavabdeh1 aldığı borcun təminatı qismində ona məxsus daşınmaz əmlakın sonuncunun mülkiyyətinə keçməsinə dair bağladıqlarını bildirdiyi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Tələbin əsaslandığı və həmin tərəflərin tərtib etdiyi xx.xx.2022-ci il tarixli akta əsasən, İddiaçı Cavabdeh1 aldığı borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür, mütəmadi ödəniş edilməzsə, Cavabdeh1 mübahisələdirilən müqavilənin predmeti olan daşınmaz əmlakı satmaq və əldə edilmiş vəsaitdən borc çıxılmaqla qalan hissəsini İddiaçı qaytarmalı,İddiaçı borcu tam ödəyərsə, Cavabdeh1 dərhal mübahisələndirilən alqı-satqı müqaviləsini ləğv edərək əmlakı İddiaçı qaytarmalı idi. Məhkəmə icraatı zaman Cavabdeh1 həmin aktın məzmununu oxuyub anlayaraq imzaladığını bildirdi, yəni həmin aktın Cavabdeh1 həqiqi iradəsini ifadə etdiyi müəyyən edildi. Belə olan halda, mülki işin yazılı və formal hallarına qiymət verməklə kifayətlənməməli olan məhkəmə müəyyən etmişdir ki, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri Cavabdeh1 qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün İddiaçı məxsus daşınmaz əşyanın ipoteka ilə yüklü edilməsinə yönəlmiş, lakin həmin daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə bağlayaraq belə iradələri ilə ifadəsi arasında bilərəkdən uyğunsuzluq yaratmışlar. Tərəflər əslində əmlakın yüklü edilməsinə dair hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, qəsdən əmlakın mülkiyyətə verilməsinə dair başqa bir hüquqi prosedur həyata keçirmişlər. Beləliklə, İddiaçı və Cavabdeh1 pərdələyən əqd qismində alqı-satqı müqaviləsini görüntüdə bağlayaraq, pərdələnən əqd qismində ipoteka müqaviləsini gizli bağlamaq və yanlış təsəvvür yaratmaq niyyətində olmuşlar. Beləliklə, İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir.

10. Məhkəmə həmçinin nəzərə alır ki, pərdələnən ipoteka müqaviləsi tərəflərin həqiqi iradəsi ifadə olsa da, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş, etibarlılıq tələblərinə cavab vermədiyindən, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilməz. Belə ki, İddiaçı və Cavabdeh1 ipoteka müqaviləsinin bütün mühüm şərtləri barəsində mülki qanunvericiliklə tələb olunan formada, həmin növ müqavilə üçün mühüm və ya zəruri adlandırılmış şərtlər barədə razılığa gələrək müqavilə bağlamamışlar. Buna görə, İddiaçı və Cavabdeh1 arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış alqı-satqı müqaviləsi əhəmiyyətsiz olsa da, həqiqi iradəyə uyğun olan ipoteka müqaviləsi tərəfləri arasında yaranmış hesab oluna bilməz.

11. Məhkəmə həmin nəticəyə gələrkən Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli qərarları, N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarları, B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli qərarları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.6, 269.7, 307.1, 307.3, 307.4, 307.5, 307.6, 307.7, 309.1, 309.2, 324.1, 324.2, 324.3, 324.4, 324.5, 324.6, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.2, 404.1 və 405.1-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 357-360cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3644/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi girov və ipoteka müqavilələrinə dair müddəaları tətbiq edərkən səhvə yol vermişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı və Cavabdeh1 arasında alqı-satqı müqaviləsi olmuş və qeyd olunan əmlak 24000 manat müqabilində ona satılmışdır. Daha sonra onlar arasında akt tərtib edilmiş və həmin akta əsasən qeyd olunan məbləğ 30 ay müddətində hissə-hissə qaytarılması qeyd olunmuşdur. Həmçinin 03 ay ərizində borclu tərəfindən ödəmə aparılmazsa, Cavabdeh1 göstərilən torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini satılması nəzərdə tutulmuşdur. İddiaçı isə məhkəməyə qəbzlər təqdim edərək guya həmin ödənişləri etdiyini bildirmişdir. Lakin həm akta, həmdə ödəniş qəbzlərinə diqqət yetirilsə, onlar arasında razılaşmaya əsasən aylıq 800 manat ödəniş edilməsi qeyd olunmuş, lakin qəbzlərdə fərqli rəqəmlər qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, həmin ödənişlər əslində İddiaçı arvadı Zülfiyə Əliyevanın götürdüyü qızılların ödənişləri olmuşdur. Belə ki, Cavabdeh1 qızıl alqı-satqısı ilə məşğul olur və onunla Zülfiyə Əliyeva arasında razılaşmaya əsasən 10000 manatlıq nisyə qızıl Zülfiyə Əliyevaya verilmişdir. Daha sonra da həmin ödənişlər qeyd olunan qızıllara görə edilmişdir. Bundan başqa əgər həqiqətəndə qeyd olunan ödənişlər evin alqısatqısı ilə bağlı olsaydı onda aylıq müntəzəm olaraq ödənişlər edilməli və aktda qeyd olunan məbləğdə edilməli idi. Göründüyü kimi, İddiaçı arvadının qızıl borcunu ödəmiş, lakin məhkəmədə bu qəbzləri təqdim edərək özünün borcuna görə ödədiyini bildirmişdir. Həmçinin məhkəmə öz qətnaməsində qeyd edir ki, tərəflər əslində əmlakın yüklü edilməsinə dair hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, qəsdən əmlakın mülkiyyətə verilməsinə dair başqa bir hüquqi prosedur həyata keçirmişlər. Beləliklə, İddiaçı və Cavabdeh1 pərdələyən əqd qismində alqı-satqı müqaviləsini görüntüdə bağlayaraq, pərdələnən əqd qismində ipoteka müqaviləsini gizli bağlamaq və yanlış təsəvvür yaratmaq niyyətində olmuşlar. Beləliklə, İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir. Bununla bağlı qeyd edir ki, tərəflər arasında olan əqdin uydurma əqd kimi qeyd olunması əsassızdır. Çünki qeyd olunan 24.000 manat pul müqabilində alqı-satqı müqaviləsi bağlanılmış və həmin məbləğ Taleh Alıyevə ödənilmişdir. Qeyd olunan müqavilə tərəflərin iradəsi ilə bağlanılmışdır. Daha sonra aralarında gələcəkdə qeyd olunan pulun tam geri qaytarılması müqabilində evin geri qaytarılması barədə akt tərtib etmişlər. Lakin, İddiaçı həmin razılaşmaya əməl etməmişdir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin tərifi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsində verilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçının ondan borc aldığını, borcun qaytarılmasının təminatı qismində aralarında alqı-satqı müqaviləsini bağlandığını və xx.xx.2022-ci il tarixli aktı məzmununu oxuyub anlayaraq imzaladıqlarını, iddiaçı tərəfindən borc üzrə ödənişlər aralarındakı razılaşmaya uyğun olaraq lazımınca həyata keçirilmədiyindən oğlunun müalicəsi üçün mübahisəli evi satmışdır. İddiaçı onun arasında аlqı-satqı müqaviləsi olmuş və qeyd olunan əmlak 24.000 manat müqabilində ona satılmışdır. Daha sonra onlar arasında akt tərtib edilmiş və həmin akta əsasən qeyd olunan məbləğ 30 ay müddətində hissə-hissə qaytarılması qeyd olunmuşdur. Həmçinin, 03 ay ərzində borclu tərəfindən ödəmə aparılmazsa, Cavabdeh1 göstərilən torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini satılması nəzərdə tutulmuşdur. İddiaçı isə məhkəməyə qəbzlər təqdim edərək guya həmin ödənişləri etdiyini bildirmişdir. Lakin, həm akta, həmdə ödəniş qəbzlərinə diqqət yetirilsə, onlar arasında razılaşmaya əsasən aylıq 800 manat ödəniş edilməsi qeyd olunmuş, lakin qəbzlərdə fərqli rəqəmlər qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, həmin ödənişlər əslində İddiaçı arvadı Zülfiyə Əliyevanın götürdüyü qızılların ödənişləri olmuşdur. Belə ki, Cavabdeh1 qızıl аlqı-satqısı ilə məşğul olur və onunla Zülfiyə Əliyeva arasında razılaşmaya əsasən təxminən 8.000 manat ətrafında nisyə qızıl əşyaları Zülfiyə Əliyevaya verilmişdir. Ödənişlər qeyd olunan qızıllara görə edilmişdir. Lakin, bu barədə məhkəməyə subut təqdim edə bilmir. Ödənişlər evin аlqısatqısı ilə bağlı olsaydı onda aylıq müntəzəm olaraq ödənişlər edilməli və aktda qeyd olunan məbləğdə edilməli idi. İddiaçı məhkəmədə qəbzləri təqdim edərək özünün borcuna görə ödədiyini bildirmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, tərəflər arasında olan əqdin uydurma əqd kimi qeyd olunması əsassızdır. Çünki, qeyd olunan 24.000 manat pul müqabilində аlğı-satqı müqaviləsi bağlanılmış və həmin məbləğ Taleh Alıyevə ödənilmişdir. Qeyd olunan müqavilə tərəflərin iradəsi ilə bağlanılmışdır. Daha sonra aralarında gələcəkdə qeyd olunan pulun tam geri qaytarılması müqabilində evin geri qaytarılması barədə birlikdə akt tərtib etmişlər. Lakin, İddiaçı həmin razılaşmaya əməl etməmişdir. Pulu vaxtında ödəməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, cаvаbdеh Məmmədоvа Аyşən Tеlmаn qızı ilə onun аrаsındа pul tələbi ilə bаğlı münаsibət оlmuş və o, hаzırdа mübаhisə prеdmеti оlаn еvi cаvаbdеh Məmmədоvа Аyşən Tеlmаn qızı ilə аrаlarındа аlqı-sаtqı müqаviləsi bаğlаyаrаq həmin gün аkt tərtib еdilmişdir. Bundаn sоnrа tərəfindən qеyd оlunаn bоrc münаsibəti əsаsındа оnа bоrcu аktа əsаsən həmin bоrcu hissə-hissə ödəmişdir. Lаkin cаvаbdеh Məmmədоvа Аyşən Tеlmаn qızı həmin еvi digər cаvаbdеh Аğаyеvа Аynur Аrif qızınа sаtmışdır. Bu bахımdаn hеsаb еdir ki, cаvаbdеhlər Məmmədоvа Аyşən Tеlmаn qızı ilə digər cаvаbdеh Аğаyеvа Аynur Аrif qızı аrаsındа bаğlаnmış аlqı-sаtqı müqаviləsi еtibаrsızdır. Hər iki cаvаbdеhlər onu аldаtmаqlа ona məхsus оlаn еvi mənimsəmişlər. Qеyd оlunаn tоrpаq sаhəsini cаvаbdеh Məmmədоvа Аyşən Tеlmаn qızınа sаtmаq niyyəti оlmаmışdır. Yаlnız еvini girоv qоyаrаq оndаn bоrc pul аlmış və Məmmədоvа Аyşən Tеlmаn qızının və Аğаyеvа Аynur Аrif qızının bundаn məlumаtı оlmuşdur. Aldığı borcadan təxminən 8450 manat ətrafında pul qaytarmışdır. Onun həyat yoldaşı Cavabdeh1 qızıl almamış, o da ödənişləri akta əsasən etmişdir. Qızıla görə ödəniş etməmişdir. Həmin dövrdə bir müddət xəstələndiyi üçün aldığı borcu tam qaytara bilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə vermişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

23. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

24. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

25. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

26. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.

27. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.

28. Maddə 307.1. “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir.

29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

30. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

31. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

32. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 32.

34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

35. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

38. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

39. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.

40. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

41. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

42. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli qərarı

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Həmin Qərardan görünür ki, “Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

44. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

45. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

52. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

53. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

55. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

58. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh Ayşən Məmmədov qətnamənin ləğvini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamənin iddianın təmin edilmiş hissəsindən narazıdır. İddianın rədd edilmiş hissəsi onun mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı Cavabdeh1 münasibətdə yalnız həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

60. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3644/2024 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən qətnamənin iddianın təmin edilmiş hissədə dəyişdirilmədən saxlanılmalıdır.

62. Beləliklə, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Əliyev X6 rayonunun Xoşbulaq kəndində yerləşən 0.075 ha torpaq sahəsini alıcı Cavabdeh1 24.000 manata satmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və həmin akta əsasən, İddiaçı Cavabdeh1 24000 manat məbləğində pul borc alıb. Həmin borcu İddiaçı Cavabdeh1 adına olan bank hesabına 30 ay müddətində hər ay 800 manat ödəmək şərti ilə Cavabdeh1 ödəməyi üzərinə götürür. Həmin borcun müqabilində İddiaçı özünə məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0.075 ha torpaq sahəsini alqı-satqı yolu ilə Cavabdeh1 adına rəsmiləşdirib. Həmin torpaq sahəsində İddiaçı tərəfindən ev inşa edilmişdir. Əgər mütəmadi olaraq 03 ay ərizində borclu tərəfindən ödəmə aparılmazsa, Cavabdeh1 göstərilən torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini satıb, həmin müddət üçün borc qalmış məbləği götürüb, yerdə qalan məbləği İddiaçı qaytarmalıdır. Əks halda İddiaçı borcunu tam ödəyərsə, Cavabdeh1 dərhal onunla bağlanmış alqı-satqı müqaviləsini ləğv edib, əmlakı İddiaçı mülkiyyətinə qaytarmalıdır. Cavabdeh1 isə xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə, satıcı Cavabdeh1 Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən 0.075 ha torpaq sahəsini alıcı Cavabdeh2 25000 manata satılmışdır.

63. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

64. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

65. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.

66. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

67. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

68. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.

69. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

70. Qeyd edilməlidir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

71. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

72. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.

73. Belə ki, İddiaçı Cavabdeh1 aldığı borcun təminatı qismində ona məxsus daşınmaz əmlakın sonuncunun mülkiyyətinə keçməsinə dair bağladıqlarını bildirdiyi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir.

74. Məhkəmə Kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, tələbin əsaslandığı və həmin tərəflərin arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən, İddiaçı Cavabdeh1 aldığı borcu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür, mütəmadi ödəniş edilməzsə, Cavabdeh1 mübahisələdirilən müqavilənin predmeti olan daşınmaz əmlakı satmaq və əldə edilmiş vəsaitdən borc çıxılmaqla qalan hissəsini İddiaçı qaytarmalı, İddiaçı borcu tam ödəyərsə, Cavabdeh1 dərhal mübahisələndirilən alqı-satqı müqaviləsini ləğv edərək əmlakı İddiaçı qaytarmalıdır.

75. Birinci instansiya məhkəməsinin iclasında və məhkəmə kollegiyasının iclasında Cavabdeh1 həmin aktın məzmununu oxuyub anlayaraq imzaladığını bildirmiş, yəni həmin aktın Cavabdeh1 həqiqi iradəsini ifadə etdiyi müəyyən edilmişdir.

76. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri Cavabdeh1 qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün İddiaçı məxsus daşınmaz əşyanın ipoteka ilə yüklü edilməsinə yönəlmiş, lakin həmin daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə bağlayaraq belə iradələri ilə ifadəsi arasında bilərəkdən uyğunsuzluq yaratmışlar. Tərəflər əslində əmlakın yüklü edilməsinə dair hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, qəsdən əmlakın mülkiyyətə verilməsinə dair başqa bir hüquqi prosedur həyata keçirmişlər.

77. Beləliklə, İddiaçı və Cavabdeh1 pərdələyən əqd qismində alqı-satqı müqaviləsini görüntüdə bağlayaraq, pərdələnən əqd qismində ipoteka müqaviləsini gizli bağlamaq və yanlış təsəvvür yaratmaq niyyətində olmuşlar.

78. Nəzərə alınmalıdır ki, pərdələnən ipoteka müqaviləsi tərəflərin həqiqi iradəsi ifadə olsa da, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş, etibarlılıq tələblərinə cavab vermədiyindən, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilməz. Belə ki, İddiaçı və Cavabdeh1 ipoteka müqaviləsinin bütün mühüm şərtləri barəsində mülki qanunvericiliklə tələb olunan formada, həmin növ müqavilə üçün mühüm və ya zəruri adlandırılmış şərtlər barədə razılığa gələrək müqavilə bağlamamışlar. Buna görə, İddiaçı və Cavabdeh1 arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış alğı-satqı müqaviləsi əhəmiyyətsiz olsa da, həqiqi iradəyə uyğun olan ipoteka müqaviləsi tərəfləri arasında yaranmış hesab oluna bilməz.

79. Göründüyü kimi, tərəflər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda isə hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.

80. Qeyd olunan hallara əsasən, İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsiz olmuş və buna görə də birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir.

81. İş materiallarından göründüyü kimi, cavabdeh aralarında olan alqı-satqı müaviləsinin tərəflərin iradəsi ilə bağlanılması və bunun qarşılığında pulun ödənilməsini bildirir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

82. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

83. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

84. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər

85. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

86. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

89. Məhkəmə Kollegiyasının araşdırılması ilə bir daha müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə satıcı Əliyev X6 rayonunun Xoşbulaq kəndində yerləşən 0.075 ha torpaq sahəsini alıcı Cavabdeh1 24.000 manata satmış, xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və həmin akta əsasən, İddiaçı Cavabdeh1 24000 manat məbləğində pul borc alıb. Həmin borcu İddiaçı Cavabdeh1 adına olan bank hesabına 30 ay müddətində hər ay 800 manat ödəmək şərti ilə Cavabdeh1 ödəməyi üzərinə götürür. Həmin borcun müqabilində İddiaçı özünə məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0.075 ha torpaq sahəsini alqı-satqı yolu ilə Cavabdeh1 adına rəsmiləşdirib. Həmin torpaq sahəsində İddiaçı tərəfindən ev inşa edilib. Əgər mütəmadi olaraq 03 ay ərizində borclu tərəfindən ödəmə aparılmazsa, Cavabdeh1 göstərilən torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini satıb, həmin müddət üçün borc qalmış məbləği götürüb, yerdə qalan məbləği İddiaçı qaytarmalıdır. Əks halda İddiaçı borcunu tam ödəyərsə, Cavabdeh1 dərhal onunla bağlanmış alqı-satqı müqaviləsini ləğv edib, əmlakı İddiaçı mülkiyyətinə qaytarmalıdır. Cavabdeh1 isə xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə, satıcı Cavabdeh1 Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən 0.075 ha torpaq sahəsini alıcı Cavabdeh2 25000 manata satılmışdır.İddiaçı və Cavabdeh1 ipoteka müqaviləsinin bütün mühüm şərtləri barəsində mülki qanunvericiliklə tələb olunan formada, həmin növ müqavilə üçün mühüm və ya zəruri adlandırılmış şərtlər barədə razılığa gələrək müqavilə bağlamamışlar. Buna görə, İddiaçı və Cavabdeh1 arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış alqı-satqı müqaviləsi əhəmiyyətsiz olsa da, həqiqi iradəyə uyğun olan ipoteka müqaviləsi tərəfləri arasında yaranmış hesab oluna bilməz.

90. Göründüyü kimi, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

91. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

92. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3644/2024 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar