Məhkəmə qərarları › İş №2(104)-449/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-449/2024

11.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-449/2024 11.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1438,41 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,38 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı ASC apellyasiya şikayəti vermiş, Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qərardadından İddiaçı ASC elektron şikayət verərək, həmin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə qətnamə xx.xx.2023-cü il tarixdə elektron kabinetdə yeləşdirilmişdir. Onlar tərəfindən şikayət vermə müddətinin son günü xx.xx.2023-cü il tarixidir. Həmin tarix qeyri iş gününə təsadüf etdiyindən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e- 2(021)-1561/2023 nömrəli qərardadı tam, onunla bağlı Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qərardadı isə qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, İddiaçı ASC tərəfindən Bərdə Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. İddiaçı isə şikayətində qətnamənin xx.xx.2023-cü il tarixdə elektron kabinetdə yerləşdirilməsini, şikayət vermə müddətinin son günü xx.xx.2023-cü il tarixi qeyri iş gününə təsadüf etdiyindən, apellyasiya şikayətini isə xx.xx.2023-cü il tarixində 1 aylıq müddətə riayət etməklə verməsini qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 01 noyabr 2023cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qətnaməsi xx.xx.2023-ci il tarixində elektron kabinetdə yerləşdirilmiş və apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası MPM-nin: 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qətnaməsi xx.xx.2023-ci il tarixində elektron kabinetdə yerləşdirildiyindən, apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş son müddət xx.xx.2023-cü ilə düşür ki, İddiaçı ASC tərəfindən Bərdə Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti müəyyən edilmiş prosessual müddət daxilində verilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi İddiaçı ASC tərəfindən Bərdə Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamış və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qərardadı tam, onunla bağlı Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qərardadı isə qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, İddiaçı ASC tərəfindən Bərdə Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-285, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qərardadı tam, onunla bağlı Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)- 1561/2023 nömrəli qərardadı isə qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin və yeni qərardad qəbul edilsin. İddiaçı ASC tərəfindən Bərdə Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e- 2(021)-1561/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar