Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-464/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) “pul” tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2859/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2859/2024 saylı qətnaməsi ilə (hakim F.Fərhadov) iddianın qismən təmin edilməsi, Cavabdeh dəymiş maddi zərərə görə 1840 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 38,40 manat olmaqla, cəmi 1878,40 (bir min səkkiz yüz yetmiş səkkiz manat qırx qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək ona məxsus “VAZ 21074” markalı, 20-DB352 dövlət qeydiyyat nişanlı maşına 2808 manat məbləğində dəymiş maddi ziyanın, dəymiş mənəvi ziyan olaraq 3000 manat, maşın olmadığı üçün çəkilən xərclərin əvəzi qismində 5000 manat, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat üçün ödənilmiş 67,92 manat məbləğində pul olmaqla, cəmi 10875,92 manat və 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, birinci qrup əlildir, 4 aydır ki, piyada qalmışdır. “VAZ-2107” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı maşın (avtomobil) onun mülkiyyətindədir. Cavabdeh (sürücü) Cavabdeh idarə etdiyi “Nissan Micra” markalı **- RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü X2 idarə etdiyi “Hyundai Elantra” markalı **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, sürücü Nümayəndə2 idarə etdiyi “VAZ-2107” markalı, **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və sürücü X3 idarə etdiyi “VAZ-2107” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər toqquşmuşdur. Bundan sonra 21 fevral 2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 328.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. O, əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət etmiş və ona əmlakın Qiymətləndirilməsinin nəticələri haqqında hesabat verilmişdir. 15 mart 2024-cü il tarixli əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus “VAZ-2107” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı maşına dəymiş ziyan 2808 manat təşkil edir. Cavabdeh ona dəymiş ziyanı bu günə qədər ödəməmişdir. Həmçinin iddia ərizəsinə qeyd edilir ki, ona əlavə ziyan dəymiş, çünki uzun müddətdir ki, maşınsız qaldığı üçün taksidən istifadə etmək məcburiyyətində qalmışdır. Ailəsində oğlu, qızı, nəvəsi və o, İ qrup əlildir. Ona məxsus maşın onlara daim lazım olub. Çünki həmin maşınla tələbatlarını ödəyə bilmək üçün xəstəxanaya və digər yerlərə gedirlər. Lakin həmin avtomobil yararsız vəziyyətə düşdüyü üçün 5000 manat məbləğində əlavə xərci çıxmışdır. Nəticədə ona maddi ziyan dəymişdir. Ona görə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ə sassızdır. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində Cavabdeh idarə etdiyi “Nissan Micra” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarını pozaraq ona məxsus “VAZ 21074” (**-DB-***) markalı avtomobilə (etibarnamə əsasında oğlu Nümayəndə2 tərəfindən idarə edilən) ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi cavabdehin təqsirli olduğunu müəyyən etmiş, lakin ona dəymiş maddi və mənəvi ziyanın, habelə digər xərclərin (taksi, sığorta müraciəti xərcləri və s.) böyük hissəsini rədd etmiş, yalnız 1.840 (bir min səkkiz yüz qırx) manat məbləğində zərərin ödənilməsinə dair qərar çıxarmışdır. O, 1-ci qrup əlildir. Hadisədən sonra uzun müddət avtomobilsiz qalmış, bununla bağlı həm fiziki, həm maddi, həm də mənəvi zərər görmüşdür. Məhkəmənin gəldiyi nəticədə (yalnız 1.840 manat ödənilməsi) onun bu vəziyyəti lazımi səviyyədə nəzərə alınmamışdır. Halbuki avtomobil onun və ailəsinin yeganə komfortlu nəqliyyat vasitəsi olmuşdur. “VaZ 21074” markalı avtomobilə dəymiş ziyanın daha yüksək olması özəl qiymətləndirmə rəyində (2.808 manat) və digər sənədlərdə (2.900 manat) göstərilsə də, birinci instansiya rəsmi ekspert rəyinə (1.840 manat) üstünlük vermiş, amma bu rəyin nə dərəcədə tam, hərtərəfli olub-olmadığını obyektiv araşdırmamışdır. Məhkəmə mənəvi ziyanın, taksi xərcləri və digər sərfiyyatların əsassız sayılmasını düzgün dəyərləndirməmiş, xüsusən də 1-ci qrup əlil kimi onun həyat fəaliyyətindəki çətinlikləri faktiki olaraq nəzərə almamışdır. Sığorta orqanına dəfələrlə müraciət edilsə də, cavabdehin hərəkətsizliyi ucbatından heç bir ödəniş edilməmişdir. Odur ki, hüquqlarım kobud pozulduğu üçün məcburiyyət qarşısında apellyasiya şikayəti ilə müraciət etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməısinin qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, avtomobili icbari sığortalı olduğuna görə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı sığorta təşkilatı tərəfindən ona 1000 (bir min) manat sığorta pulu ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər nvə əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə əməldə cinayət tərkibi olmaması əsasına görə rədd edilmiş, cavabdehin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 328.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. Aparılmış ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində cavabdeh (sürücü) Cavabdeh ayıq vəziyyətdə sürücülük hüququ əsasında idarə etdiyi “Nissan Micra” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə hərəkətdə olan zaman həmin küçə ilə onun qarşısında hərəkətdə olan sürücü X2 idarə etdiyi “Hyundai Elantra” markalı **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşduqdan sonra sürücü Nümayəndə2 idarə etdiyi “VAZ-2107” markalı, **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə və sürücü X3 idarə etdiyi “VAZ-2107” markalı **-DJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə sürücü Nümayəndə2 xəsarət aldığı üçün Gəncə şəhər TTYX-na müraciət etmişdir. Aparılmış araşdırma zamanı cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ilə etibarnamə əsasında idarə etdiyi “Nissan Micra” markalı **- RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman qarşıda çuxur olduğunu görüb qəflətən əyləci sıxdığı üçün arxadan gələn “VAZ 2107” markalı avtomobil onun avtomobilinə toxunmuş və bu səbəbdən o, idarəetməni itirmiş və onun idarə etdiyi avtomobil digər avtomobillərə dəymişdir. Aparılmış araşdırma zamanı yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçının avtomobilini idarə etmiş Nümayəndə2 tərəfindən verilmiş izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində anası İddiaçı mülkiyyətində olan və etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı 20-DB352 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə hərəkətdə olan zaman əks istiqamətdə olan “Nissan Micra” markalı avtomobil idarəetməni itirərək bir neçə dəfə yerində fırlanıb arxa hissəsi ilə onun idarə etdiyi avtomobilin ön hissəsinə dəymişdir. Toqquşma nəticəsində onun idarə etdiyi avtomobildə olan sərnişinlər heç bir xəsarət almasalar da, o, sol ayaq və sol qol nahiyyəsindən xəsarət almışdır. Beləliklə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, məhkəmə yol nəqliyyat ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/158 nömrəli rəyinə əsasən günah sürücü Cavabdeh verilmişdir. Hadisə vaxtı “Nissan Micra” markalı 99-RB554 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh məhkəmə tibbi ekspertizasının rəyinə əsasən yüngül xəsarət almış, digər sürücülər isə xəsarət almamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Qanunvericiliyin tələblərinə görə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə zərər çəkmiş şəxsin yalnız az ağır və ağır xəsarət alması cinayət məsuliyyətinə səbəb olur. Baş vermiş hadisə zamanı isə Cavabdeh yüngül dərəcəli bədən xəsarətləri alması və digər şəxslərin isə xəsarət almaması və digər şəxslərin isə xəsarət almaması faktları cinayət məsuliyyətini istisna edir. Həmçinin hadisə zamanı dəymiş ziyan ilə əlaqədar sürücülər X5, Nümayəndə2 və X4 mülki iddia ərizəsi ilə müvafiq rayon (şəhər) məhkəmələrinə müraciət etmələri izah edilməlidir. İş materiallarında olan Gəncə şəhəri X12 Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında AP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan və bununla əlaqədar Gəncə şəhəri X12 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, cavabdeh, “Nissan Micra” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, yəni xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınınına əks istiqamətdə hərəkət etmə, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 328.1-ci maddələri ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən və “Elektron notariat” X1 çıxarışdan görünür ki, “Nissan Micra” markalı, **- RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7, etibar edilən şəxs isə Cavabdehdur. Digər - “VAZ 21074” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı, etibar edilən isə Nümayəndə2dur. İş materiallarında olan PPA********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi”nin surətindən görünür ki, sığortalı Nümayəndə2 2010-cu il istehsalı olan, “VAZ” markalı, “21074” modelli, 20DB352 dövlət qeydiyyat nişanlı minilk avtomobilini xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortaçı "xxxx" ASC tərəfindən sığorta etdirmişdir. İş materiallarında olan İcbari Sığorta Bürosunun “İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması” informasiya sistemindən çıxarışdan görünür ki, PPA********** nömrəli müqaviləyə əsasən “Nissan Micra” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığorta edilmişdir İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli ƏQ- 315/2024 nömrəli əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus “Vaz” markalı, “21074” modelli, **-DB-*** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı, “Qara metallik” rəngli, sedan tipli minik avtomobilinin əvvəlki vəziyyətə gətirilməsi üçün dəymiş ziyanın real bazar dəyəri 2808 (iki min səkkiz yüz səksən) manat təşkil edir. İş materiallarında olan Gəncə avtomotoservis və ticarət müəssisəsi 9 saylı TXE tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli qüsur aktından görünür ki, “VAZ 21074” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2900 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/5468 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş, “Gəncə avtomotoservis və ticarət müəssisəsi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 2010-cu il buraxılışlı “VAZ 21074” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci (dəyişilməli hissələrin qiyməti – 790,00 manat; təmirbərpa işlərinin qiyməti – 1050,00 manat) təxminən 1840,00 manat müəyyən edilir. “Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə” Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 nömrəli məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2010-cu il buraxılışlı “VAZ 21074” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı, tədqiqata təqdim edilmiş qüsur aktı əsasında hesablanmışdır. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin qənaətinə görə nəqliyyat vasitəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunduğundan, zərərvuran avtomobil isə cavabdehin istifadə və sahibliyində olduğundan və onun tərəfindən idarə edildiyindən, həmçinin yol nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsirli olması müəyyən edildiyindən, yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə, cavabdeh özü birbaşa məsuliyyət daşıyır. Lakin məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə tələb edilən məbləğdə deyil, cəmi 1840 manat məbləğində təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə -əmtəəşünaslıq ekspertizasının 9/5468 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə 2010-cu il buraxılışlı “VAZ 21074” markalı, 20-DB352 dövlət qeydiyyat nişanlı avtomobilin təmir -bərpa xərci təxminən 1840,00 manat müəyyən edilmişdir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi vurulmuş mənəvi ziyana görə 3000 manat, avtomobil olmadığı üçün çəkilən xərclərin əvəzinə görə 5000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Hazırki iş üzrə isə iddiaçı öz tələbində cavabdeh tərəfindən ona 3000 manat məbləğində mənəvi ziyan vurulduğunu bildirsə də, mənəvi ziyanın əsaslılığını göstərən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, fiziki və mənəvi sarsıntılar keçirməsini sübut etməmişdir. Bundan başqa, iddiaçı ona məxsus avtomobili istifadə etmək mümkün olmadığından ailə üzvlərinin səhhəti ilə əlaqədar dəfələrlə taksi xidmətindən istifadə etdiyini göstərərək bununla əlaqədar ona 5000 manat məbləğində maddi ziyan dəydiyini göstərsə də, məhkəmə prosesində bu halları təsdiq edən heç bir təsdiqləyici faktları və ya sübutları təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya mənəvi zərər, eləcə də taksi xərcləri ilə bağlı maddi ziyan vurması iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından, bu xüsusatlar üzrə sübutlar iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.11-ci maddəsinə əsasən ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatında da şamil edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Nissan Micra” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yol hərəkəti qaydaları pozmaqla iddiaçıya məxsus, Nümayəndə2 tərəfindən etibarnamə əsasında idarə edilən “VAZ 21074” markalı, 20DB352 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur və yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs iş üzrə cavabdeh olmuşdur. İddiaçı iddia tələbində 2808 manat məbləğində dəymiş maddi ziyanın əvəzini tələb etsə də iş materiallarında olan məhkəmə -əmtəəşünaslıq ekspertizasının 9/5468 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə 2010-cu il buraxılışlı “VAZ 21074” markalı, 20-DB352 dövlət qeydiyyat nişanlı avtomobilin təmir -bərpa xərci təxminən 1840,00 manat müəyyən edilmişdir. Odur ki, birinci intansiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul etməklə iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur, həm də nəzərə alınmalıdır ki, iddiaçıya sığorta təşkilatı tərəfindən 1000 (bir min) manat sığorta ödənişi də edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyan və çəkilən xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə həyatının toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndində isə qeyd edilir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İş materiallarında olan DSMF Gəncə şəhhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş 017624 nömrəli vəsiqədən görünür ki, İddiaçı ümumi xəstəliklə müddətsiz İ qrup gözdən əlildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İ qrup əlil olduğundan, xüsusi qayğıya ehtiyacı olduğundan və bir müddət avtomobilsiz qaldığından mənəvi iztirablar çəkmiş, eyni zamanda avtomobil olmadığna görə başqa nəqliyyat vasitələrindən istifadə etməli olmuşdur. Bu da işin mübahisəsiz halıdır. Baxmayaraq çəkilmiş xərclərlə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Birinciinstansiyaməhkəmə bu xüsusatadiqqət yetirməmiş və iddia tələbini mənəvi ziyan və çəkilmiş xərcin əvəzinin ödənilməsi hissədində tam təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının keçirtdiyi iztirab və sarsıntıya görə 200 manat mənəvi zərərin əvəzi, 500 manat çəkilmiş xərcin əvəzinin cavabdehdən tutularaq iddiaçıya verilməsi ağlabatandır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilərək 200 manat mənəvi zərərin əvəzi, 500 manat çəkilmiş xərcin əvəzi kimi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378- 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya apellyasiya şikayəti qismən təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2859/2024 saylı qətnaməsi qismən - iddianın təmin edilməmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh mənəvi zərərə görə 200 (iki yüz) manat, çəkilmiş xərcin əvəzi kimi 500 (beş yüz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-464/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-464/2025
12.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver