Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-480/2025 23.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin 2(062)-3291/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh xüsusi notarius X2 qarşı «notariat hərəkətlərinin həyata keçirilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, atası X1 miras qalmış əmlak tərkibinin müəyyən edilməsi, faktiki kim tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, vəfat etdiyi tarixə faktiki sahibliyində olmuş lakin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamış əmlaklara dair məlumatların əldə edilməsi, atasından miras qalmış əmlaka dair dövlətə, bələdiyyəyə və ya vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair məlumatların əldə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-3291 saylı qərardadı ilə iddia ərizəsi üzrə icraata işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(062)-3291 saylı qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərardad əsassızdır. Belə ki, onun iddia ərizəsində qeyd edilir: X6 Xidmət Mərkəzində Notariat Ofisinə xx.xx.2024-cü il tarixində rəsmi yazılı qaydada ərizə ilə müraciət etmiş, müraciəti həmin quruma 04 oktyabr 2024-cü il tarixində poçt vasitəsilə çatdırılıb, lakin indiyədək müraciətimə cavab ala bilməmişdir. X6 Xidmət Mərkəzində Notariat Ofisinə müraciəti aşağıdakı məlumatların əldə edilməsi ilə əlaqədar olmuşdur: 26 aprel 2004-cü il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlakın tərkibinin müəyyən edilməsi, miras qalmış əmlakın faktiki olaraq kim tərəfindən qəbul edilməsi haqqında məlumat əldə edilməsi, 26 aprel 2004-cü il tarixdə vəfat etmiş atam X3 vəfat etdiyi tarixə faktiki sahibliyində olmuş lakin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamış əmlakına dair məlumatların əldə edilməsi, 26 aprel 2004-cü il tarixdə vəfat etmiş atam X1 miras qalmış əmlaka dair dövlətə, bələdiyyəyə və ya digər vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair məlumatların əldə edilməsi. Məhkəmə hesab etmişdir ki, onun hüquq və mənafeyinin qorunması baxımından notariat orqanı tərəfindən pozuntu halı yoxdur. Tovuz Rayon Məhkəməsinin 2(062)-3291/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-3291/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı tamamilə ləğv edilməli və yeni qərardad qəbul edilməli, İddiaçı iddia ərizəsinə işin məhkəmədə baxılmağa hazırlanması mərhələsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz nəticəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçının ərizəsi üzrə notariat kontoru tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın tələblərinə müvafiq olaraq tədbirlər həyata keçirilmişdir. Yəni iddiaçının hüququnun notariat kontoru tərəfindən pozulmasından söhbət gedə bilməz. Hansı ki, burada notariat kontoru hər hansı məsuliyyət daşımır. Digər tərəfdən də, notariat kontoru iddia ərizəsində xahiş olunan tələblər üzrə iddiaçının müraciətini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdiməyə yönəlmiş addımlar atmışdır. Yəni iddiaçının hüququnun və ya qanunla qorunan mənafeyinin notariat kontoru tərəfindən pozulması halı yoxdur. Qeyd olunanlara əsasən, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmır. Belə ki, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1025-ci il tarixli, 04 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Birinci instansiya məhkəməsi isə, iddia ərizəsinə mahiyyəti üzrə baxıb nəticə veməli olduğu halda, iş üzrə icraata xitam verilmiş və hesab etmişdir ki, iddiaçının hüququnun və ya qanunla qorunan mənafeyinin notariat kontoru tərəfindən pozulması halı yoxdur. Azərbaycan Respublikası MPM-nin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbi üzrə iş üzrə icraata xitam verməkdə haqlı olmamış və mülki-prosessual qanunvericiliyin müvafiq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iddiaçının ərizəsi üzrə notariat kontoru tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın tələblərinin pozulmaması iş üzrə icraata xitam verilməsi üçün yox, iddianın rədd edilməsi üçün hüquqi əsas ola bilər. Birinci instansiya məhkəməsi isə, işə mahiyyəti üzrə baxmadan, iddia tələbinin əsassızlığına hüqui qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin: 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-3291/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı tamamilə ləğv edilməli və yeni qərardad qəbul edilməli, İddiaçı iddia ərizəsi işin məhkəmədə baxılmağa hazırlanması mərhələsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-3291/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı tamamilə ləğv edilsin və yeni qərardad qəbul edilsin. İddiaçı iddia ərizəsi işin məhkəmədə baxılmağa hazırlanması mərhələsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-480/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-480/2025
23.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver