Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-496/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 ilk iddia üzrə Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və evdən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh iştirakı ilə, İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 ilk iddia üzrə Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair ilk iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 qarşı ünvan 1 ünvanda yerləşən mülkə istifadə hüququnun verilib evə köçürülmə tələbinə dair qarşılıqlı iddiasına dair dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1636/2024 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, iddiaçı Cavabdeh Goranboy şəhəri Ş.Qurbanov küçəsi 8A-da pasort qeydiyyatındadır.
2. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdən reyestr nömrəli **********45-10301 qeydiyyat nömrəsi ********** olan Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 xüsusi mülkiyyətindədir və mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, onların xüsusi mülkiyyətində olan Goranboy şəhəri Ş.Qurbanov küçəsi 8A-da yerləşən fərdi yaşayış evinə Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy şəhəri Ş.Qurbanov küçəsi 8A-da yerləşən fərdi yaşayış evi ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 xüsusi mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdən reyestr nömrəsi **********45-10301 qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Cavabdeh onların evinə qeydiyyata düşmüşdür. Cavabdeh hazırda onların mülkiyyətində olan mənzidə yaşamır. Buna görə də onların xüsusi mülkiyyətində olan Goranboy şəhəri Ş.Qurbanov küçəsi 8A-da yerləşən fərdi yaşayış evinə Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bundan sonra Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı ünvan 1 ünvanda yerləşən mülkə istifadə hüququnun verilib evə köçürülmə tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, onun Goranboy şəhəri Ş.Qurbanov küçəsi 8A-da istifadə hüququ verilərək evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1636/2024 nömrəli qətnaməsi ilə (hakim Toğrul Məmmədov), ilk iddia tələbinin təmin edilməsi, İddiaçı1, İddiaçı2 xüsusi mülkiyyətində olan Goranboy şəhəri Ş.Qurbanov küçəsi 8A-da yerləşən fərdi yaşayış evinə dair Cavabdeh istifadə hüququna xitam verilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilk iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilk İddiaçı1 özünə, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5 və 178.1-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1636/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnamədə Konstitusiyanın 29-cu maddəsinə istinad etmişdir. Sual olunur o öz payını ilk iddia üzrə iddiaçıya bağışlamışdır. Onun mülkiyyət hüququna necə mane ola bilər. Yəni bu maddədə maddi hüquq norması kimi hüququna istinad etdiyi də məlum olmur. Yəni məhkəmə ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən maddi hüquq normasına düzgün istinad etməmişdir. Azərbaycan Respublikasının MM-in 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri və uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna mallikdirlər. Göründüyü kimi işə baxan məhkəmə mənim qarşılıqlı iddianı rədd edərkən ilk iddianı təmin edərkən məlum MM-nin 228.5-ci madddəsinin tələbini də pozmuşdur. Belə ki, onun mübahisəli evdə istifadə hüququ olduğu halda, o evdən çölə atılıb əşyalarını çölə töküldüyü halda məhkəmə işin hallarını tam araşdırmadan ilk iddianı təmin edib MM-nin 228.5-ci maddəsinin tələbini pozmuşdur. İşə baxan məhkəmə onun qarşılıqlı iddiasını rədd edib, ilk iddianı təmin edərkən MM-nin 228.4-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, bu maddəyə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. İşə baxan məhkəmə iddianı təmin edib qarşılıqlı iddianı rədd edərkən MM-nin 152.5-ci maddəsinə istinad etmişdir. Halbuki bu maddənin onun istifadə hüququna xitam verilməsi üçün maddi hüquq norması kimi istifadə edilməsinin hüquqi əsası yoxdur. O evdə olan ½ hissə payını oğluna bağışlamışdır. O evdəki payını bağışlasa da məhz bu MM-nin 152.5-ci maddəsində də nəzərdə tutulmuş hal kimi evdə qeydiyyatda olan 3-cü şəxs kimi ev üzərində sərəncam verilərkən onun hüququ pozula bilməzdi. Bu məhkəmənin qətnamədə istinad etmiş olduğu maddi hüquq normasında nəzərdə tutulmuş olsa da məhkəmə onun evdə pasport qeydiyyatında olan, evdən məcburi çölə atılmış 3-cü şəxsin hüququnu kobud şəkildə pozmaqla iddianı təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, iddiaçılar İddiaçı1 onun sabiq həyat yoldaşı, İddiaçı2 isə onun oğludur. O, ünvan 1 ünvanda yerləşən mülkü könüllü olaraq oğlu Raufa notariat qaydasında bağışlamışdır. İddiaçı1 ilə nikahları pozulduqdan sonra başqa yerə köçmüşdür. Hazırda evə köçmək istyəyir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə nikahları pozulmuşdur. Cavabdeh bütün əmlaklarını götürərək, evdən çıxıb daimi yaşamaq üçün valideynlərinin yanına getmişdir. Cavabdehin 10 il ödənilməmiş 45000 manat aliment borcu olduğu üçün evin ona düşən hissəsini oğlu Raufa notariat qaydasında bağışlamışdır. Goranboy şəhəri Ş.Qurbanov küçəsi 8A-da yerləşən fərdi yaşayış evi ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 xüsusi mülkiyyətindədir. Onlara Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdən reyestr nömrəsi **********45-10301 qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Cavabdeh onların evinə qeydiyyata düşmüşdür. Cavabdeh hazırda onların mülkiyyətində olan mənzildə uzun müddətdir ki, yaşamır. Məhkəmənin qətnaməsi ilə razıyam. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən ilk iddia üzrə İddiaçı2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh onun mülkiyyətində olan mənzildə yaşamasına razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. İş üzrə ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
19. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)- 1636/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Beləliklə, işin halları ondan ibarətdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 Cavabdeh arvadı olmuş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ½ hissədə İddiaçı1, ½ hissədə Cavabdeh payları müəyyən edilmiş, Cavabdeh ½ hissədə payını oğlu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 bağışlama müqaviləsi əsasında bağışlamış, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdən reyestr nömrəli **********45-10301 qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 xüsusi mülkiyyətindədir və mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
39. Qeyd edilməlidir ki, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
40. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
41. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
42. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı).
43. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
44. Məhkəmə kollegiyası göstərir ki, iddiaçının hazırki iddiası mülkiyyət hüquqlarından qaynaqlandığından cavabdehin evə dair istifadə hüququnun olub-olmaması araşdırılmalıdır.
45. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdən reyestr nömrəli **********45-10301 qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 xüsusi mülkiyyətindədir və mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində olan payını özgəninkiləşdirməklə həmin fərdi yaşayış evinə olan mülkiyyət hüququnu (sahiblik, istifadə, sərəncam) itirmişdir.
47. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə cavabdehin yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Həmçinin mülkiyyətçilər yəni, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehin həmin evdə yaşamasına razı deyirlər. Ona görə də Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməklə iddia tələbi üzrə cavabdeh mübahisəli mənzildən çıxarılması qanuni və əsaslı olmuşdur.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir.
49. Eyni zamanda, məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə dair münasibətdə qeyd edir ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində olan payını özgəninkiləşdirməklə həmin fərdi yaşayış evinə olan mülkiyyət hüququnu (sahiblik, istifadə, sərəncam hüquqlarını) itirdiyindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 qarşı ünvan 1 ünvanda yerləşən mülkə istifadə hüququnun verilib evə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
51. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
54. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
55. Məhkəmə Kollegiyasının araşdırılması ilə müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixdən reyestr nömrəli **********45-10301 qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 xüsusi mülkiyyətindədir və mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində olan payını özgəninkiləşdirməklə həmin fərdi yaşayış evinə olan mülkiyyət hüququnu (sahiblik, istifadə, sərəncam) itirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə cavabdehin yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Həmçinin ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh həmin evdə yaşamasına qəti razı deyirlər.
56. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(045)-1636/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.