Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-506/2025 28.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: icra qeydinin ləğvi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X* ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin *2 may 2023-cü il tarixli 2(045)-557/2023 nömrəli qətnaməsindən üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları *. 05 aprel 20*8-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən X4 borc alana İddiaçı 60000 manat borc vermiş, borcalan isə həmin borcu 3* dekabr 20*8-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür;
2. İddiaçı 60000 manat borc və 25 manat dövlət rüsumunun X2 xeyrinə tutulması barədə Cavabdeh tərəfindən 22 dekabr 2022-ci il tarixli 8İ-6090 reyestr nömrəli icra qeydi verilmişdir.;
3. Goranboy rayon icra və probasiya şöbəsinin *3 yanvar 2023-cü il tarixli tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borclu İddiaçı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 22 dekabr 2022-ci il tarixli 8İ-6090 nömrəli icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı arasında Bakı şəhəri 3 saylı notariat ofisində 05 aprel 20*8-ci il tarixli 3M-244 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci bəndində kreditin 3* dekabr 20*8-ci il tarixədək ödənilməsi qeyd edilmişdir. Müqavilənin bağlanmasından dörd ildən çox müddət keçməsinə baxmayaraq, hər hansı formada xəbərdarlıq bildirişi göndərilmədən Cavabdeh tərəfindən birbaşa Goranboy rayon icra şöbəsinə 22 dekabr 2022-ci il tarixli, 8İ-6090 nömrəli icra qeydi göndərilmişdir. Halbu ki, notariat ofisi əvvəlcə ona xəbərdarlıq məktubu göndərməli və onu notariat ofisinə dəvət etməli, sonradan bu barədə icra qeydi verə bilərdi. Goranboy rayon icra və probasiya şöbəsində ona qərar, bildiriş və icra qeydinin surəti təqdim edilən zaman bundan xəbər tutmuşdur. Ona görədə icra qeydini mübahisələndirmişdir.
6. Goranboy Rayon Məhkəməsinin *5 may 2023-cü il tarixli 2(045)-557/2023 nömrəli qətnaməsi ilə (hakim T.Mustafayev) iddia təmin edilərək, Cavabdeh 22 dekabr 2022-ci il tarixli, 8İ-6090 nömrəli icra qeydinin ləğv edilməsi qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 385.*, 442, 448.*, 739 maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76 maddəsi və Mülki Prosessual Məcəlləsinin *4.2, 77.*, 2*7.4, 2*6-220, 227, 233, 360 maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Üçüncü şəxs X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən iştirakı təmin edilməmiş, qətnamə çəkişmə prinsipinin pozulması ilə çıxarılmışdır. Digər tərəfdən icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borculuya göndərilən bildiriş məktubunu *2 oktyabr 2020-ci ildə xəbərnaməli sifarişli məktubla İddiaçı göndərilmiş, eləcədə *3 oktyabr 2020-ci il tarixdə bildirişin göndərilməsi barədə sifarişli xəbərnaməli məktubla Cavabdehnə müraciət etmişdir. Cavabdeh həmin sifarişli məktubu *9 oktyabr 2020-ci il tarixdə almışdır. Bu barədə poçt qəbzində sifarişli məktubun X.Aslanov tərəfindən alındığı barədə müvafiq qeyd mövcuddur.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri *0. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. e) Məhkəmə icraatı iştirakçılarının izahatları, **. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi *2. Kollegiya apellyasiya şikayətinin çəkişmə prinsipinin pozulması barədə dəlilini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətin qeyd olunan dəlili əsaslıdır. Mülki iş materiallarından müəyyən olunur ki, iş baxılarkən maraqlı şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmişdir. Belə ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə sonuncunun adına məhkəmə bildirişləri göndərilsədə, lakin həmin bildirişlərin cavabdehə çatdırılması işdən müəyyən olunmur. *3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.*.*. maddsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi əsaslarından biridir. *4. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. *5. Həmin Məcəlləsinin 372.6-cı maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. *6. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin *2 may 2023-cü il tarixli 2(045)-557/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. *7. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. *8. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, X4 ilə İddiaçı arasında 05 aprel 20*8-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat kontorunda kredit müqaviləsi bağlanmış və Lətif Süleymanov borcalan İddiaçı 3* dekabr 20*8-ci il tarixdək qaytarmaq şərtilə 60000 manat borc vermişdir. Borc alan müqavilə üzrə öhdəliklərini icra etmədiyindən Lətif Süleymanov icra qeydinin verilməsi üçün Cavabdehnə müraciət etmiş və 22 dekabr 2022ci il tarixli 8İ-6090 reyestr nömrəli icra qeydi verilmişdir. İcra qeydi Goranboy rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin orqan tərəfindən *3 yanvar 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Bununla razılaşmayan İddiaçı icra qeydinin ləğvi barədə məhkəməyə müraciət etmişdir. *9. Kollegiya hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh notariusu tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli 8İ-6090 reyestr nömrəli icra qeydi ləğv edilməlidir.
20. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə görə, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. 2*. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.*. maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir.
22. Həmin Məcəllənin 373.2. maddəsinə görə isə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
23. 05 aprel 20*8-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının son tarixi, yəni borcalan tərəfindən borcun qaytarılma müddəti 3* dekabr 20*8-ci il tarix müəyyən edilmişdir. İddia müddətinin axımı isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə olan halda sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək üçün nəzərdə tutulmuş müddət 3* dekabr 20*8-ci il tarixdən başlayaraq 3* dekabr 202*-ci il tarixədək hesablanmalıdır. Çünki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
24. Yuxarıda qeyd olunanlara baxmayaraq icra qeydi 22 dekabr 2022-ci il tarixdə aparılmışdır. Halbu ki, qanunvericiliyin tələblərinə əsasən həmin kredit müqaviləsi üzrə icra qeydi yalnız üç il müddətində (müqavilə tələbləri üzrə iddia müddəti), yəni 3* dekabr 202*ci il tarixədək verilə bilərdi. Kollegiya bir daha qeyd etməyi zəruri hesab edir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə əsasən barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.
25. İşin yuxarıda göstərilən hallarını nəzərə alan kollegiya hesab edir ki, Cavabdeh 22 dekabr 2022-ci il tarixli 8İ-6090 reyestr nömrəli icra qeydi qanunvericiliyin tələbinə uyğun hesab oluna bilməz.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 385, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin *5 may 2023-cü il tarixli 2(045)-557/2023 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qarşı icra qeydinin ləğvi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 22 dekabr 2022-ci il tarixli 8İ-6090 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.