Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-522/2023 02.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac оğlunun sədirliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhraman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2254/2022 nömrəli qətnaməsindən cavabdeh «Аzəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* nömrəli, 28 fevral 2019-cu il tarixli aktın, iddiaçının barəsində qanunsuz hesablanmış 176 manat məbləğində cərimənin ləğv olunması və iddiaçının qaz təhcizatının bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2254/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Camal Quliyev ) iddia təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında, ******* nömrəli, 28 fevral 2019-cu il tarixli aktın etibarsız hesab edilməsi, və həmin akt əsasında İddiaçı hesablanmış 176 (bir yüz yetmiş altı ) manat borcun silinməsi, ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ,, ******* nömrəli, 28 fevral 2019-cu il tarixli akta əsasən hesablanmış borcla əlaqədar Gəncə şəhəri, İsmayıl Talıblı küçəsi, 163 saylı mənzilə dayandırılmış qaz təchizatının bərpa edilməsi qət edilmişdir. Cavabdeh «Azəriqaz» İB həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2254/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Gəncə X4 İdarəsinin nümayəndələri tərəfindən iddiaçının mənzilində quraşdırılmış qaz sayğacının istismar müddəti bitdiyinə görə Gəncə xidmət sahəsinin əmakdaşları tərəfindən sayğac sökülərək “ Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli,3327640 saylı akt tərtib edilərək sayğac quraşdırıldığı yerdən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğaclarını kalibləmə laboratoriyasına göndərilmişdir.”İnformasiya Texnoloğiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”-nın rəyində qeyd edilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Bundan sonra xx.xx.2019-cu il tarixli tələbnaməyə əsasən itirilmiş təbii qazın hesabatı aparılmışdır.Hesabata əsasən Qaz işlədicilərdən PQ 4-ün maksimal qaz sərfi 1.2x6x30=216m3, 2.6x1830=1404m3,0.8x6x30=144m3,itirilmiş qazın bərpası üçün hesabat aparılaraq rəy verilmişdir.Belə olan halda 1764 m3 təbii qaz 0.10qəpiyə vurularaq 176.00 manat hesablanmışdır .Bununlada abonentin “Azəriqaz” İB-nin Gəncə X4ı İdarəsinə 176.00 manat borcu yaranmışdır. Cavabdeh «Azəriqaz» İB-nə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, onun tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunmamışdır, Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(125)-2254/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi . Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2254/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 25 nömrəli Gəncə şəhəri Kəpəz rayon Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE- 01 seriyalı 092270 nömrəli arayışın surətindən görünür ki, İddiaçı gözlə əlaqədar ümumi səbəblərdən birinci dərəcəli əlildir. «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 01 iyun 2018ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçı X1 adına qeydə alınmış qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma, heç bir nasazlıq aşkar edilməmişdir. Sayğac növbəti texniki baxışa (təmiz qaz) göndərilməsi üçün çıxarılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı adına qeydə alınmış qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma, heç bir nasazlıq aşkar edilməmişdir.**********3 nömrəli sayğac element bitib qeydi ilə çıxarılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019- ci il tarixli ******* nömrəli aktın sürətindən görünür ki, iştehlakçıya məxsus qeyri-yaşayış sahəsində 28 fevral 2019–cu il tarixdə təbii qz uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və ********** nömrəli sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmuşdur. 28 fevral 2019-cu il tarixli «dəymiş ziyanın bərpasına dair tələbnamə»nin surətindən görünür ki, qaz sayğacının maksimal saatlıq qaz sərfi 1.2 m3 , orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, kombinin 24 kw maksimal saatlıq qaz sərfi 2.6m3 , orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, PQ 3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3 , orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 1.2x6x30=216 m3 , 2.6x18x30=1404 m3 və 0.8x6x30=144 m3 , cəmi 1764 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. «Azəriqaz» X2 Regional İdarəsinin 20 may 2022-ci il tarixli HŞ-01/08-849 nömrəli məktubundan görünür ki, İddiaçı hesab kodunda yaranmış borc yaşayış ünvanında istismarda olmuş və xx.xx.2018-ci il tarixdə istismar müddəti bitməsi səbəbindən sökülmüş, «Gulf» markalı, **********3 zavod seriya nömrəli qaz sayğacının sərfiyyatı qeydə almaması ilə əlaqədar hesablanmış itirilmiş təbii qazın dəyərinə əsasən yaranmışdır. «Azəriqaz» X2 X4 İdarəsinin 20 may 2022-ci il tarixli HŞ-01/08-849 nömrəli məktubunda da xx.xx.2018-ci il tarixdə istismar müddəti bitməsi səbəbindən sökülmüş «Gulf» markalı, **********3 zavod seriya nömrəli qaz sayğacının sərfiyyatı qeydə almaması ilə əlaqədar İddiaçı hesab kodunda borcunun yarandığı qeyd olunmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki,xx.xx.2018-ci il tarixli ******* saylı akt ilə istismar müddəti bitməsi səbəbindən sökülmüş «Gulf» markalı, **********3 zavod seriya nömrəli qaz sayğacının sərfiyyatı qeydə almaması ilə əlaqədar İddiaçı hesab kodunda borcunun yarandığı qeyd olunmuşdur, həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmış və itirilmiş qaz sərfiyyatı 1764 m3 müəyyən edilmişdir . “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus qaz sayğacının sərfiyyatı qeydə almaması aşkar edilsə də, həmin halın baş verməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacın sərfiyyatı qeydə almaması məhz sonuncu tərəfindən həyata keçirilməsi və ya qüsurda onun hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmişdir. Buna baxmayaraq, iddiaçıya əsassız olaraq qaz sərfinə görə 176 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tətbiq edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2254/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-2254/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-522/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-522/2023
02.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver