Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-522/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhər Qeydiyyat şöbəsinə qarşı qohumluq faktının və sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1753/2024 nömrəli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxslər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhər Qeydiyyat şöbəsinə qarşı ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş babası Bağırov X1 X3 atası olması faktının və ünvan 1 ünvanda sahəsi 433,0 kv.m torpaq sahəsinin X9 adına xx.xx.1933-cü il tarixdə verilmiş torpaq qeydinin və həmin torpaq sahəsinin üzərində 104.1 kv.m dörd yaşayış otağı, 105.0 kv.m köməkçi sahəsi olan “A” literli yaşayış evindən, 18.8 kv.m “B” literli hamamdan ibarət olan fərdi yaşayış evinin Bağırov X2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 6-cı dalan, 8 ünvandında yerləşən 433 kvm torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi babası X11 adına qeydə alınmışdır. Babası Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ölmüş hesab edilmişdir və onun ölümü barədə şəhadətnamə verilmişdir. Babasının ölümü haqqında şəhadətnamədə babasının soyadı adı və ata adı Bağırov X4 kimi qeyd edilmişdir. X3 doğum haqqında şəhadətnaməsində ata kimi X12 qeyd edilmişdir. Buna görə babasından qalmış miras əmlakı qəbul etmək üçün babası ilə onun qohumluq münasibətlərini təsdiq etmək mümkün olmamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-7153/2024 nömrəli qərardadı ilə (hakim C.Tağıyev) iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan ərizəçi İddiaçı şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin e- 2(125)-7153/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının şikayət edilən hissədə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə prosessual hüquq normalarını tətbiq edərək hesab etmişdir ki, ərizəçinin babasının adına verilmiş torpaq qeydində olan səhvlər vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə bağlı olmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsindən sonra sənədin şəxsə məxsus olması faktı aradan qalxmış olur. Ərizəçinin X3 doğum haqqında şəhadətnaməsində sonuncunun atası kimi X12 qeyd olunmuşdur. Lakin babasının ölümü haqqında şəhadətnaməsində babasının soyadı, adı və ata adı Bağırov X4 kimi qeyd edilmişdir. Bu hal vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə bağlı olmuşdur, vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsindən sonra isə babası Bağırov X2 məxsus xx.xx.1933-cü il tarixdə verilmiş torpaq qeydinin və həmin torpaq sahəsinin üzərində 104.1 kv.m dörd yaşayış otağı, 105.0 kv.m köməkçi sahəsi olan “A” literli yaşayış evindən, 18.8 kv.m “B” literli hamamdan ibarət olan fərdi yaşayış evinin ona məxsus olması faktı aradan qalxmır. Belə ki, sözügedən torpaq qeydi babası Bağırov X1 adına yox, X13 adına işlənmişdir. Hər iki şəxs eyni olduğundan sənəddə qeyd edilən şəxslərin adı, soyadı və ata adı fərqlənir. xx.xx.1933-cü il tarixdə verilmiş torpaq qeydində olan ziddiyəti başqa cür aradan qaldırmaq mümkün olmadığından ərizə həmin hissədə baxılmalı və qeyd olunan fakt müəyyən olunmalıdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-7153/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-7153/2024 nömrəli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətin mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-7153/2024 nömrəli qərardadı ləğv edilməli, ərizə mahiyyəti üzrə baxılması üçün iş materialları ilə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, işin halı ondan ibarətdir ki, Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, 6-cı dalan, 8 ünvandında yerləşən 433 kvm torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi babası X11 adına qeydə alınmışdır. Babası Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ölmüş hesab edilmişdir və onun ölümü barədə şəhadətnamə verilmişdir. Babasının ölümü haqqında şəhadətnamədə babasının soyadı adı və ata adı Bağırov X4 kimi qeyd edilmişdir. X3 doğum haqqında şəhadətnaməsində ata kimi X12 qeyd edilmişdir. Buna görə babasından qalmış miras əmlakı qəbul etmək üçün babası ilə onun qohumluq münasibətlərini təsdiq etmək mümkün olmamışdır. Ona görə də hazrki ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin babasının adına verilmiş torpaq qeydində olan səhvlər vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə bağlı olmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsindən sonra sənədin şəxsə məxsus olması faktı aradan qalxmış olur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhər Qeydiyyat şöbəsinə qarşı qohumluq faktının və sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçi İddiaçı geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respubublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Yuxarıda şadalanan qanun normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda tələb vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərin düzəlməsi ilə bağlı deyil, məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ölmüş hesab edilmiş ərizəçinin babası Bağırov X1 X3 atası olması faktının və ünvan 1 ünvanda sahəsi 433,0 kv.m torpaq sahəsinin X9 adına xx.xx.1933-cü il tarixdə verilmiş torpaq qeydinin və həmin torpaq sahəsinin üzərində 104.1 kv.m dörd yaşayış otağı, 105.0 kv.m köməkçi sahəsi olan “A” literli yaşayış evindən, 18.8 kv.m “B” literli hamamdan ibarət olan fərdi yaşayış evinin Bağırov X2 məxsus olması faktının müəyyən olunması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi isə bunları nəzərə almadan ərizəni icraata qəbul etməkdən imtina etməkdə haqlı olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1753/2024 nömrəli qərardadından ləğv edilməli və iş materialları həmin ərizəyə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1753/2024 nömrəli qərardadı ləğv edilsin. Ərizəçi İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhər Qeydiyyat şöbəsinə qarşı qohumluq faktının və sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-522/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-522/2025
27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver