Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-523/2024 15.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər X4 və X10 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Samux Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(058)-17/2023 saylı qətnaməsindən cavabdehlər X7 və X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6 və X12 qarşı «payın naturada bölünməsi»tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktına əsasən paylı mülkiyyətdə olan 0.74 ha torpaq sahəsindən onun payına düşən 0.247 ha torpaq sahəsinin naturada bölünərək ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(058)-17/2023 saylı qətnaməsi ilə ( sədrlik edən hakim Gündüz Şirinov) iddia təmin edilmiş, Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsində yerləşən JN-1298 KOD 50701006 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında tərəflərin ümumi paylı mülkiyyətində olan 0.74 ha kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsindən İddiaçı düşən 1/3 hissədə (0.247) ha payı təcrid şəklində ayrılaraq naturada bölünməsi, (xx.xx.2023-cü il tarixli ekspert rəyinə uyğun qaydada) iş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manatın cavabdehlər X2 və X8 müştərək qaydada tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SFİFT BİK: CTREAZ22, hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdehlər X7 və X14 həmin qətnamədən apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(058)-17/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən yalnız ekspertiza rəyinə əsaslanmışdır. Lakin məhkəmə və ekspert torpağın özəlliyini nəzərə almamışdır. Belə ki, həmin torpaq sahəsi qonşu torpaq sahələrinin əhtəsində yerləşir.Torpaq sahəsinin bölünməsi tərəflərin birinin torpaq sahəsinə gediş-gəlişini mümkünsüz edəcək. Eyni zamanda məhkəmə və ekspert nəzərə almamışdır ki, torpaq sahəsinin 3 mülkiyyətçisi var və 1 payın ayrılması digər payların gələcəkdə ayrılmasının mümkün olub-olmaması məsələsinə aydınlıq gətirilməli idi. Ona görə də, hesab edir ki, yenidən ekspertiza keçirilməlidir. Cavabdehlər Alməmmədov Toxtamurad X1 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mübahisə edilən torpaq sahəsi qonşu torpaq sahələrinin əhatəsində yerləşir ki, torpaq sahəsinin bölünməsi tərəflərin birinin torpaq sahəsinə gediş-gəlişini mümkünsüz edir. Ona görə də, Samux Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(058)-17/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Samux Rayonu Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə verilmiş cizgidə sərhəd daxilində 0.74 hektar torpaq sahəsi 3 nəfərə paylı təsərüffat şəklində verilmişdir. Həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair xx.xx.1998-ci il tarixli JN-1298 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 0.74 hektar torpaq sahəsi Cavabdeh Ələddin oğlunun, X10 və İddiaçı paylı mülkiyyətindədir. O, dəfələrlə cavabdehdən payına düşən torpaq sahəsinin ayrılıb verilməsini tələb etmiş, cavabdeh isə onun payına düşən torpaq səhəsinin sərhədlər daxilində ayrılıb verilməsinə bəhanələr gətirmiş və torpaqdan istifadəyə imkan vermir. Odur ki, həmin torpaq sahəsinin naturada bölünməsinə dair iddia qaldırılmış və qəbul edilən qətnaməsini qanuni hesab edir. Cavabdehlərin mübahisə edilən torpaq sahəsinin hazırkı vəziyyətdə bölünməsinin tərəflərin birinin torpaq sahəsinə gediş-gəlişini mümkünsüz etməsinə dair apellyasiya dəlilinə gəldikdə isə, həmin torpaq sahəsinin bir tərəfi ümumi yol istiqamətindədir ki, bölğü halında ora giriş məhdudlaşmır və bu əldə edilmiş ekspertiza rəyi ilə də təsdiq edilir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Samux Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(058)-17/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(058)-17/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.1998-ci “Torpağa mülkiyyət hüququna dair” JN1298 KOD 50701006 nömrəli Dövlət aktından görünür ki, Samux rayonu Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə Samux rayonu Nəbiağalı ŞTQ sakinləri X5, X12 və X3 0.74 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 10/6187 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi ərazisində yerləşən JN-1298 KOD 50701006 nömrəli Dövlət aktına əsasən 0.74 ha kənd təsərrüfatı istehsalıtəyinatlı torpaq sahəsindən iddiaçıya düşən 1/3 hissədə (0.247 ha) payının naturada real bölgüsünün mümkün olduğu müəyyən olunmuşdur. Torpaq sahəsinin bölgü sxemi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin təqdim etdiyi sxemdə ətraflı göstərilmişdir. Həmçinin bölünən torpaq sahəsinin koordinatları 1) x-619097.71, y4510633.22, 2) x-619111.23, y- 4510633.56, 3) x-619136.73, y-4510634.20, 4) x619079.85, y-4510436.54, 5) x- 619056.01, y-4510443.44, 6) x-619044.08, y-4510446.84 təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə kollegiyasında müəyyən edildi ki, xx.xx.1998-ci “Torpağa mülkiyyət hüququna dair” JN1298 KOD 50701006 nömrəli Dövlət aktı ilə Samux rayonu Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 04 nömrəli qərarı ilə Samux rayonu Nəbiağalı ŞTQ sakinləri X5, X12 və X3 0.74 ha torpaq sahəsi verilmişdir. Paylı mülkiyyətin mülkiyyətçiləri torpaq sahəsinin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmiş və bundan sonra, iddiaçı öz payının naturada ayrılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6187 nömrəli rəyi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Samux rayonu, Yeni Nəbiağalı qəsəbəsi ərazisində yerləşən JN-1298 KOD 50701006 nömrəli Dövlət aktına əsasən 0.74 ha kənd təsərrüfatı istehsalıtəyinatlı torpaq sahəsindən iddiaçıya düşən 1/3 hissədə (0.247 ha) payının naturada real bölgüsünün mümkün olduğu müəyyən olunmuşdur. Torpaq sahəsinin bölgü sxemi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin təqdim etdiyi sxemdə ətraflı göstərilmişdir. Həmçinin bölünən torpaq sahəsinin koordinatları 1) x-619097.71, y4510633.22, 2) x-619111.23, y-4510633.56, 3) x-619136.73, y-4510634.20, 4) x619079.85, y-4510436.54, 5) x-619056.01, y-4510443.44, 6) x-619044.08, y-4510446.84 təşkil edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etmişdir. İş üzrə yenidən ekspertiza keçirilməsinə dair apellyasiya dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə yenidən ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə görə, ekspertizanın rəyi kifayət qədər aydın və tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 10/6187 nömrəli rəyi kifayət qədər aydın və tam olmaqla, həmin rəylə müəyyən edilən hallar işdə olan digər sübutlarla və məhkəmə baxışı zamanı da öz təsdiqini tapır. Cavabdeh tərəfin mübahisə edilən torpaq sahəsinin qonşu torpaq sahələrinin əhtəsində yerləşdiyi üçün, torpaq sahəsinin bölünməsi tərəflərin birinin torpaq sahəsinə gediş-gəlişini mümkünsüz etməsinə dair dəlili məhkəmə kollegiyasında öz təsdiqini tapmır. Belə ki, əvvala yuxarıda qeyd edilən ekspertiza rəyi ilə mübahisə edilən kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsindən iddiaçıya düşən 1/3 hissədə (0.247 ha) payının naturada real bölgüsünün mümkün olduğu müəyyən olunmuş və bölge koordinatları göstərilmişdir. Digər tərəfdən, həmin ekspertiza rəyinə əlavə edilmiş bölgü sxemindən də, görünür ki, həmin torpaq sahəsi üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunsada da, bir tərəfdən, yəni bölgü aparılan istiqamətdən açıq yol ilə əhatə olunur ki, bu da tərəflərin öz torpaq sahəsinə tam maneəsiz girişinin mümkün edir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Samux Rayon Məhkəməsinin 28 noyabr 2023cü il tarixli, 2(058)-17/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(058)-17/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-523/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-523/2024
15.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver