Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-527/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və Maraqlı şəxs2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2*23-cü il tarixli, 2(125)-4343/2*23 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ərizə və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X5ndan qalmış Gəncə şəhəri Azərbaycan küçəsi 14-cü dalan 16 saylı miras əmlaka payının tanınmasına, 2V-1-29 reyestr nömrəli 28.*1.2*13-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bu şəhadətnamə əsasında verilmiş 2*2*13**45*31*3*1 reyestr nömrəli 1513**1374 qeydiyyat nömrəli 2*.*2.2*13-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, bu çıxarış əsasında Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış 4Ə-24 reyestr nömrəli 28.*1.2*23-cü il tarixli bağışlama müqaviləsinin, bu müqavilə əsasında verilmiş 2***13**2324-1*3*1 reyestr nömrəli 1523**3953 qeydiyyat nömrəli 29.*1.2*23-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Azərbaycan küçəsi 14-cü döngə 16 saylı mülk Kirovabad şəhəri X19 İcraiyyə Komitəsinin *2.*3.1956-cı il tarixli 5-1122 reyestr nömrəli müqaviləyə əsasən X14 fərdi yaşayış evinin tikintisi üçün 45*,* kvm torpaq sahəsi ayrılmışdır. Gəncə şəhər Kəpəz rayon İHB 19 dekbr 2*12-ci il tarixli Sərəncamına əsasən mülkdə inşa edilmiş tikililər dövlət qeydiyyatına alınmış, 26.*1.2*13-cü il tarixli 2*2*13**45*3-1*3*1 reyestr nömrəli 1513****77 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X5 *4.*3.1998-ci ildə, anası X17 *8.*3.2**9-cü ildə vəfat ediblər. Onların birgə nikahdan 5 övladı olmuşdur: X22 (12.12.2*12-ci ildə vəfat edib), Mövsümova (Əliyeva) Sevda Yaqub qızı, Eyvazova (Əliyeva) Sevil Yaqub qızı, Cavabdeh və İddiaçı. Ondan başqa atasının bütün övladları atası rəhmətə gedənədək ailə quraraq qızlar ər evlərinə, qardaşı Ələkbər isə özünə məxsus evə köçmüşlər. Atası 1998-ci ildə rəhmətə gedəndə miras mülkdə o, ailəsi ilə və mərhum anası yaşamışdır. Yas mərasiminin və atasının dəfni ilə bağlı bütün xərcləri o çəkmişdir. Mirası qəbul edərək faktiki istifadə etməyə başlamış, həmin mülkdə tikili inşa etdirmiş, təmir işləri aparmış və ailəsi, anası ilə həmin əmlakda yaşamışdır. İşi ilə əlaqədar mütamadi olaraq Rusiya Federasiyasına getmiş və Respublikaya qayıdanda öz mülkündə daim yaşamışdır. İldə ən azı 2-3 dəfə Gəncəyə gələrək, mülkündə yaşayıb, mülkə dair yığılmış müxtəlif vergi və ödəmələri ödəmiş, anasına yardım etmiş, bütün ehtiyyaclarını qarşılamişdır. Cavabdeh 2**5-ci ildə ərindən rəsmi boşanaraq, bir necə il cavabdeh uşaqları ilə kiraye menzildə qalmışdır. Anası 2**9-cu ildə rəhmətə gedəndə yas mərasiminin və anasının dəfni ilə bağlı bütün xərclərini o çəkmişdir. Anası rəhmətə gedəndən sonra o, cavabdehə uşaqları ilə birgə onun istifadəsində olan mülkdə müvəqqəti yaşamasına icazə vermişdir ki, o işi ilə əlaqədar Respublikanı tərk edəndə ev boş qalmasın. Lakin o, faktiki qəbul etdiyi və istifadəsində olduğu miras mülkə rəsmi pasport qeydiyyatına düşməsinə və həmin mülkə dair hər-hansı işlərin görülməsinə icazə verməmişdir. Son zamanlar o, Gəncəyə gələndə cavabdeh özünü çox müəmmalı aparmış və yekunda aralarında narazılıq yaranmışdır. Məhz, bu hərəkətlərdən sonra məlum oldu ki, cavabdeh saxta yollarla vərəsəlik edib, faktiki ona məxsus ata mülkünü öz adına rəsmiləşdirmişdir. Sorğu əsasında daşınmaz əmlakdan arxiv məlumatları aldıqdan sonra, notarait işinin də arxiv sənədlərini rəsmi yolla əldə etmişdir. Cavabdeh saxta yolla küçə üçlüyündən arayış almış və bunun əsasında notariat orqanını aldadaraq, heç bir digər vərəsələrin olmaması barədə ərizə tərtib etmiş, faktiki olaraq öz bacı və qardaşlarını gizlətmişdir. Cavabdeh 2*13-cü il tarixədək Gəncə şəhəri D.Qorqud küçəsi bina 7 mənzil 47-də rəsmi pasport qeydiyyatında olmuş, yəni atası rəhmətə getməzdən öncə ərə gedib və həmin dövrdən qeyd olunan miras mülkdən rəsmi pasport qeydiyyatından çıxmışdır. Notariat işinin içində 167 saylı küçə üçlüyü tərəfindən verilmiş 29.*1.2*13-cü il tarixli arayışda mərhum atasının heç bir ailə üzvünün olmadığı, cavabdehin həmin mülkdə mərhum atası vəfat edən günə qədər yaşadığı və həmçinin başqa ünvanda pasport qeydiyyatın da olması kimi hallar qeyd edilmişdir. Halbuki həmin dövrdə o, əri ilə boşanmamış və bir ailə kimi rəsmi pasport qeydiyyatında olan mənzildə yaşamışlar. Bundan əlavə cavabdeh notariat orqanına təqdim etdiyi 3*.*1.2*13-cü il tarixli ərizəsində atasının vəfatından sonra başqa heç bir vərəsənin qalmadığını ərizəsində qeyd etmişdir. Bu hal da tamamilə saxtadır. İddia ərizəsinə əlavə edilmiş Gəncə şəhər Qeydiyyat Şöbəsinin *6.*2.2*23-cü il tarixli arayışından tam aydın olur ki, atasının necə övladı var. Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2*23-cü il tarixli, 2(125)-4343/2*23 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Z.Rəsulov) İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Gəncə şəhəri 1 saylı Notariat ofisi və Maraqlı şəxs2) “miras əmlaka payın müəyyən edilməsi və sair” tələblərinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2*23-cü il tarixli, 2(125)-4343/2*23 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd edilən arqumentlərlə əsaslandırılmışdır. Həmçinin qeyd edilmişdir ki, atası 1998-ci ildə rəhmətə gedəndə miras mülkdə o ailəsi ilə və mərhum anası yaşamışlar. Yas mərasiminin və atasının dəfni ilə bağlı bütün xərcləri o çəkmışdir. Mirası qəbul edərək faktiki istifadə etməyə başlamış, həmin mülkdə təmir işləri aparmış və ailəsi ilə anasıyla həmin əmlakda yaşamış və fasiləsiz rəsmi pasport qeydiyyatında olmuşdur. Bununla da faktiki susmağına baxmayaraq, mirası yiyələndiyini şərhsiz nümayiş etdirmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mərhum X5 *4.*3.1998-ci ildə vəfatından sonra evdə o və anası yaşamış, Cavabdeh və digər vərəsələr isə atası sağlığında ailə quraraq qızlar ər evlərinə, qardaşı Ələkbər isə özünə məxsus evə köçmüşlər. Onlar 5 nəfər doğma bacı-qardaşdırlar. İşi ilə əlaqədar mütamadi olaraq Rusiya Federasiyasına getmiş və Respublikaya qayıdanda öz mülkündə daim yaşamışdır. 2*1*-cu ildən sonra isə Bakı şəhərində yaşayır, cavabdeh isə, 2**5-ci ildə ərindən rəsmi boşanaraq, bir necə il uşaqları ilə kiraye menzildə qalmışdır. Anası 2**9-cu ildə rəhmətə gedəndə yas mərasiminin və anasının dəfni ilə bağlı bütün xərclərini o çəkmişdir. Anası rəhmətə gedəndən sonra o, cavabdehə uşaqları ilə birgə onun istifadəsində olan mülkdə müvəqqəti yaşamasına icazə vermişdir ki, o işi ilə əlaqədar Respublikanı tərk edəndə ev boş qalmasın. Miras ata mülkünü isə, yalnız o və anası faktiki olaraq qəbul edərək, idarə etmişlər. Məhkəmə isə həmin halları nəzərə almamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2*23-cü il tarixli, 2(125)-4343/2*23 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, 198*-ci ildə ərə getmiş, mübahisəli evdən çıxmışdır. Daha sonra 2***-ci ildə faktiki ayrılmaqla anasının sağlığında mübahisə evə qayıtmışdır. Boşanması isə 2**3-cü ildə olmuşdur. Hazırda mübahisəli evdə yaşayır. İddiaçı qardaşı olan İddiaçı isə ata sağlığında ayrıca evi olmuş və orada yaşamışdır. Mərhum X5 *4.*3.1998-ci ildə vəfatından sonra evdə yalnız anası yaşamış, digər bacı və qardaşlarının hər birinin ayrıca evi olmuşdur. Onlar 5 nəfər doğma bacı-qardaşdırlar. Məhkəmənin qətnaməsini qanuniu hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2*23-cü il tarixli, 2(125)-4343/2*23 nömrəli qətnaməsinindəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2*23-cü il tarixli, 2(125)-4343/2*23 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, mərhum X5 *4.*3.1998-ci ildə vəfatından sonra, evdə yalnız anası yaşamış, digər bacı və qardaşlarının hər birinin ayrıca evi olmuşdur. Onlar 5 nəfər doğma bacı-qardaşdırlar. Qardaşı Mailin ayrıca evi olmuş və Mail Rusiyada yaşayanda ailəsi onun öz evində yaşamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2*23-cü il tarixli, 2(125)-4343/2*23 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, cavabdeh Səkinənin qızıdır. Müvbahisə edilən ev baba mülki olmaqla, anası Səklinə ona bağışlamışdır O, hazırda mübahisəli evdə yaşayır. Məhkəmənin qətnaməsini qanuniu hesab edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2*23-cü il tarixli, 2(125)-4343/2*23 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2*23-cü il tarixli, 2(125)-4343/2*23 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZİİ seriyalı 281463 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X21 *4.*3.1998-ci il tarixdə ölmüşdür. Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş *6.*2.2*23-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin çıxarışının surətindən görünür ki, X17 *8.*3.2**9-cu il tarixdə ölmüşdür. Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş *6.*2.2*23-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin çıxarışının surətindən görünür ki, X21 ilə X17 arasında 2*.*3.195*-ci ildə nikah bağlanmışdır. 28.*6.1957-ci il tarixli, 475929 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1957-ci ildə Kirovabadda anadan olmuşdur. X5, anası X9r. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 24.*2.2*23-cü il tarixli məktubundan görünür ki, Kirovabad şəhər Baş memarı tərəfindən təsdiq edilmiş layihə və Kirovabad şəhər notariat kontorunda Kirovabad şəhəri X15 İcraiyyə Komitəsi ilə bağlanmış *2.*3.1956-cı il tarixli, 5-1122 reyestr nömrəli müqaviləyə əsasən X14 fərdi yaşayış evinin tikintisi üçün 45*.* kvm torpaq sahəsi ayrılaraq layihə verilmişdir. Dövlət arxivinin Gəncə filialının 28 dekabr 2*12-ci il tarixli, 224/3 nömrəli Axiv arayışı, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının 19 dekabr 2*12-ci il tarixli, 665 nömrəli tikililərin qeydiyyata alınması barədə Sərəncamı, Gəncə şəhərinin Baş Memarı tərəfindən təsdiq edilmiş 2*.12.2*12-ci il tarixli razılaşdırılmış layihəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X1* adına qeydiyyata alınaraq 26.*1.2*13-cü il tarixli, 2*2*13**45*3-1*3*1 reyestr nömrəli (1513****77 qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunun 28.*1.2*13-cü il tarixli, 2V-1-29 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəahdətnaməsinə əsasən fərdi yaşayış evinə dair Cavabdeh 2*.*2.2*13-cü il tarixli, 2*2*13**45*3-1*3*1 reyestr nömrəli (1513**1374 qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin 28.*1.2*23-cü il tarixli, 4Ə-24 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən X4 bağışlanmışdır və sonuncununa adına 29.*1.2*23-cü il tarixli, 2***13**2324-1*3*1 reyestr nömrəli (1523**3953 qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı Notariat ofisinin 28.*1.2*13-cü il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1* vərəsəsi Cavabdeh Gəncə şəhəri, Azərbaycan küçəsi, 14 döngə, 16 saylı evi miras əmlak olaraq irs almalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX serialı **94146 nömrəli 26.*1.2*13-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1* adına qeydiyyata alınmışdır. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş *6.*2.2*23-cü il tarixli arayışın surətindən görünür ki, X1* vərəsələri arvadı X17 (24.*6.1933) (*8.*3.2**9-cu ildə vəfat edib), oğlu X22 (*3.*4.1951) (12.12.2*12-ci ildə vəfat edib), qızı X18 (17.*4.1953), qızı X23 (17.*3.1955), oğlu İddiaçı (xx.xx.1957) və qızı Cavabdehdır (16.*4.1962). Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin *3.*8.2*23cü il tarixli məktubundan görünür ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2**1-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 1998-2**1-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkanımız xaricindədir. Bununla yanaşı, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 2**2-2**9-cu illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Giriş 22.*6.2**6-cı il-Çıxış 28.*7.2**6-cı il, Giriş 16.*7.2**7-ci il-Çıxış *7.*8.2**7-ci il, Giriş *4.*3.2**9-cu il-Çıxış 21.*4.2**9-cu il, Giriş 1*.12.2**9-cu il-Çıxış 21.12 2**9-cu ildir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən mənzil Maraqlı şəxs2 bağışlanmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, miras qoyanlar X21 *4 mart 1998-ci ildə, X17 isə *8 mart 2**9-cu il tarixdə vəfat etmişlər. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mirasqoyan X1* ölümündən sonra İddiaçı və onun bacı qardaşları olan digər vərəsələr miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə (3-6 ay müddətində) notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməməklə, onu idarə etməməklə faktiki olaraq mirası qəbul etməmişdir. Belə ki, iş materialları ilə miras qoyan X1* *4 mart 1998-ci ildə vəfatından sonra, arvadı X8 həmin mülkdə yaşamaqla və miras əmlakı idarə etməklə mirası faktiki olaraq onun qəbul etməsi təsdiq edilir, digər birinci növbə vərəsələrin isə hər birinin həmin vaxt ayrıca evlərinin olması və miras mülkdə yaşamaları müəyyən edilmir. Göründüyü kimi, miras qoyan X1* övladları miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə rəsmi, nə də faktiki qəbul etmədiyinə görə subyektiv vərəsəlik hüquqlarını itirmişlər. Qanun üzrə birinci növbə vərəsə olan X17 tərəfindən isə, yuxarıda qeyd edildiyi kimi miras əmlak faktiki qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibəti mərhum X1* *4 mart 1998-ci il tarixdə vəfat etməsi ilə yarandığından, mübahisəyə *1.*9.2***-ci ilədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsi: Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır... Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Kollegiya qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, mirasın qəbul edilməsinin iki üsulu vardır: birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər. Miras əmlakla bağlı mübahisələr zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələrin, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2*13-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2*14-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir...Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mirasqoyanın ölümündən sonra mirasqoyanın övladları olan iddiaçı və cavabdeh, həmçinin digər qanun üzrə vərəsələr miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməklə, onu idarə etməklə faktiki olaraq mirası qəbul etməmişlər. İşin həmin halı onların izahatları ilə də, təsdiq olunur və onların hər biri valideynlərinin sağlığında daimi olaraq başqa ünvanlara köçərək yaşamışlar və ayrıca yaşayış evləri vardır. X2 *8 mart 2**9-cu il tarixdə vəfat etmişdir. Belə ki, X8 *8.*3.2**9-cu il tarixdə vəfat etməsi və onun vəfatından sonra ünvan 4 ünvanında yerləşən mənzilin miras qalması, həmçinin mərhumun 5 nəfər birinci növbədə qanun üzrə birinci növbə vərəsəsinin, yəni İddiaçı, Cavabdeh, X22, Mövsümova (Əliyeva) Sevda Yaqub qızı, Eyvazova (Əliyeva) Sevil Yaqub qızının olması işin mübahisə edilməyən halıdır. X1 12.12.2*12-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X8 *8.*3.2**9-cu ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə *1.*9.2***-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2*23-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 13*1-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər mərhumun qanun üzrə birinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə məhkəmədə iddia qaldırılarkən, birinci növbə X1 12.12.2*12-ci ildə vəfat etmiş olduğundan, onun hüquqi vərəsələrinin müəyyən edilməsi üçün, iş üzrə icraatın dayandırılmasına hüquqi əsaslar müəyyən edilmir. Həm də, onun birinci növbə vərəsələrinin sayının və yaşayış ünvanlarının hazırda müəyyən edilməsi mümkün olmadığından, onun adına miras əmlakdan qanuna müvafiq olaraq 1/5 hissədə payının müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Kollegiya qeyd edir ki, bu hal gələcəkdə həmin şəxsin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmaq məqsədi daşıyır. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edildi ki, 12 yanvar 2*23-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Cavabdeh ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini Maraqlı şəxs2 bağışlamış və mənzil tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs2 mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ilə Maraqlı şəxs2 daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 29.*1.2*23-cü il tarixli, 2***13**2324-1*3*1 reyestr nömrəli (1523**3953 qeydiyyat nömrəsi qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası mülki qanunvericiliyin tələbləri baxımından qeyd edir ki, mübahisə edilən əmlak əvəzli şəkildə deyil, bağışlama müqaviləsi ilə Maraqlı şəxs2 bağışlanıldığı üçün, sonuncunun vicdanlı əldə edən olması istisna edilir. Bununla belə, cavabdehlərdən Cavabdeh ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi üzrə öz payını Maraqlı şəxs2 bağışlamaqla, iradə ifadəsini irəli sürdüyündən, Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış 4Ə-24 reyestr nömrəli 28.*1.2*23-cü il tarixli bağışlama müqaviləsi qismən, yəni yalnız dügər mülkiyyətçilərə münasibətdə 4/5 hissədə etibarsız hesab edilməli və həmin müqavilə əsasında sonuncuya verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış da, həmin hissədə etibarsız hesab edilməlidir. Cavabdeh Gəncə şəhəri Azərbaycan küçəsi 14-cü döngə 16 saylı mənzil üzərində 1/5 hissədə miras payı müəyyən edildiyindən və həmin hissədə öz payını qızı Maraqlı şəxs2 bağışladığından, iddia tələbi Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış 4Ə-24 reyestr nömrəli 28.*1.2*23-cü il tarixli bağışlama müqaviləsi və həmin müqavilə əsasında sonuncuya verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa münasibətdə 1/5 hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda qeys edilənləri nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2*23cü il tarixli, 2(125)-4343/2*23 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, 2V-1-29 reyestr nömrəli 28.*1.2*13-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, bu şəhadətnamə əsasında verilmiş 2*2*13**45*31*3*1 reyestr nömrəli 1513**1374 qeydiyyat nömrəli 2*.*2.2*13-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilməli, bu çıxarış əsasında Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış 4Ə-24 reyestr nömrəli 28.*1.2*23-cü il tarixli bağışlama müqaviləsi və bu müqavilə əsasında verilmiş 2***13**2324-1*3*1 reyestr nömrəli 1523**3953 qeydiyyat nömrəli 29.*1.2*23-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı 4/5 hissədə etibarsız hesab ediləməli, X3 miras qalan Gəncə şəhəri Azərbaycan küçəsi 14-cü döngə 16 saylı mənzil üzərində 1/5 hissədə İddiaçı qızının, 1/5 hissədə Cavabdeh, 1/5 hissədə X11, 1/5 hissədə Mövsümova (Əliyeva) Sevda Yaqub oğlunun, 1/5 hissədə Eyvazova (Əliyeva) Sevil Yaqub qızının miras payı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 4*4-4*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2*23-cü il tarixli, 2(125)-4343/2*23 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 2V-1-29 reyestr nömrəli 28.*1.2*13-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, bu şəhadətnamə əsasında verilmiş 2*2*13**45*31*3*1 reyestr nömrəli 1513**1374 qeydiyyat nömrəli 2*.*2.2*13-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız etibarsız hesab edilsin. Gəncə şəhər 6 saylı notariat ofisində bağlanmış 4Ə-24 reyestr nömrəli 28.*1.2*23-cü il tarixli bağışlama müqaviləsi və bu müqavilə əsasında verilmiş 2***13**2324-1*3*1 reyestr nömrəli 1523**3953 qeydiyyat nömrəli 29.*1.2*23-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı 4/5 hissədə etibarsız hesab edilsin. X3 miras qalan Gəncə şəhəri Azərbaycan küçəsi 14-cü döngə 16 saylı mənzil üzərində 1/5 hissədə İddiaçı qızının, 1/5 hissədə Cavabdeh, 1/5 hissədə X11, 1/5 hissədə Mövsümova (Əliyeva) Sevda Yaqub oğlunun, 1/5 hissədə Eyvazova (Əliyeva) Sevil Yaqub qızının miras payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-527/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-527/2024
13.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver