Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-539/2024 14.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Qəbul edilmiş məhkəmə qətnaməsi ilə hüquq və vəzifələrinə toxunan şəxs X11 nümayəndəsi və vəkili X12 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-937/2023 saylı qətnaməsindən qəbul edilmiş məhkəmə qətnaməsi ilə hüquq və vəzifələrinə toxunan şəxs X11 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 miras qalmış Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 5-ci dalanda istifadəsində olan 0,0224 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 59.4 kv.m yaşayış, 17.4 kv.m qeyri yaşayış, 42.4 kv.m köməkçi sahədən ibarət 1A nömrəli fərdi yaşyış evinə dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-937/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) iddia təmin edilmiş, İddiaçı anası X4 mülkiyyətində olmuş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qəbul edilmiş məhkəmə qətnaməsi ilə hüquq və vəzifələrinə toxunan şəxs X22 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 937/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən onun vərəsə olaraq gizlədilməyi ilə bağlı məhkəməyə yalan məlumat verilmişdir.Məhkəmə qətnaməsində olan şahidlər də həmçinin məhkəməyə yalan məlumat verərək qonşuluqda yaşadıqları halda mərhum anasının 4 övladının olmasını onun isə ümumiyyətlə mövcudluğundan məlumatlarının olmamasını bildirərək onun adını gizlətmişlər. Mərhum anası X4 vəfatından sonra həmin evi varis olaraq qəbul etmiş və idarə etmişdir. Belə ki, onun tərəfindən notariat orqanına müraciət edən zaman notarius cavabdehlərlə yaxın münasibətdə olduqlarından onları notariat orqanına çağıraraq saxta sənədlər əsasında vərəsəlik işi açmış və idiaçının hər birinə münasibətdə qanun üzrə vərəsəlik hüququndan məhrum edilmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmı kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qəbul edilmiş məhkəmə qətnaməsi ilə hüquq və vəzifələrinə toxunan şəxs X11 nümayəndəsi və vəkili X23 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, X11 anası X9 xx.xx.2013-cü ildə vəfat etmişdir. ünvan 2 ünvanında yerləşən mülk anasının xüsusi mülkiyyətində olmuş və anasının adına xx.xx.2006-cı il tarixli çıxarış əldə edilmişdir. Anası rəhmətə gedəndən sonra, 5 nəfər uşaqlar, yəni o, İddiaçı, Cavabdeh, Niyazova Sevinc (Aybəniz) Əli qızı, X19 qalmış, atası X28 xx.xx.1995-ci ildə, vərəsələrdən X19 isə xx.xx.2008-ci ildə vəfat etmişdir. İddiaçı tərəfindən X11 vərəsə olaraq gizlədilməyi ilə bağlı məhkəməyə yalan məlumat verilmişdir. Məhkəmə qətnaməsində olan şahidlər də həmçinin məhkəməyə yalan məlumat verərək qonşuluqda yaşadıqları halda mərhum anasının 4 övladının olmasını, onun isə ümumiyyətlə mövcudluğundan məlumatlarının olmamasını bildirərək onun adını gizlətmişlər. Mərhum anası X4 vəfatından sonra X22 həmin evi varis olaraq qəbul etmiş və idarə etmişdir. Belə ki, onun tərəfindən notariat orqanına müraciət edən zaman notarius cavabdehlərlə yaxın münasibətdə olduqlarından onları notariat orqanına çağıraraq saxta sənədlər əsasında vərəsəlik işi açmış və idiaçının hər birinə münasibətdə qanun üzrə vərəsəlik hüququndan məhrum edilmişdir. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-937/2023 saylı qətnaməsinin ləğv edilməsi və miras əmlakda X11 miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-937/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: - MH seriyalı ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2-ci dalanda istifadəsində olan 0,0224 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 59.4 kv.m yaşayış, 17.4 kv.m qeyri yaşayış, 42.4 kv.m köməkçi sahədən ibarət 1A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyat alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 06 fevral 2023-cü il tarixli daşınmaz əmlaka dair arayışın təqdim edilməsi barədə məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 4 yanvar 2006-cı il tarixli, 2V-1- 27 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməsinə əsasən, X9, X5 və X2 Hilal Cəfər oğlunun vərəsələri tanınmışdırlar. ünvan 4 yanvar 2006cı il tarixli 3M-01-C9 reyestr nömrəli bölgü müqaviləsinə əsasən mülk üç hissəyə bölünmüş, X6 çatacaq hissəyə ünvan 5 ünvanı verilməklə 20 iyul 2006-cı il tarixli, **********91-10301 reyestr nömrəli çıxarış verilmişdir. AZ-İ seriyalı 618192 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 04 noyabr 2013-cü il tarixdə Gəncə şəhərində ağ ciyər ödəmi xəstəliyindən vəfat etmişdir. Gəncə şəhər qeydiyyat şöbəsinin 21 noyabr 2022-ci il tarixli, 05/Q2923/70 nömrəli arayışının surətindən görünür ki, X29 08 may 1995-ci il tarixdə Gəncə şəhərində kəskin beyin qan dövranı pozulması xəstəliyindən vəfat etmişdir. Gəncə şəhər qeydiyyat şöbəsinin 22 noyabr 2022-ci il tarixli, 05/Q-2941/70 nömrəli arayışının surətindən görünür ki, X29 ilə X9 arasında 02 mart 1963-cü il tarixdə nikah bağlanmışdır. Gəncə şəhər qeydiyyat şöbəsinin 15 noyabr 2022-ci il tarixli, 05/Q2837/70 nömrəli arayışının surətindən görünür ki, X19 ilə X16 arasında 30 dekabr 1993-cü il tarixdə nikah bağlanmışdır. Gəncə şəhər qeydiyyat şöbəsinin 21 noyabr 2022-ci il tarixli, 05/Q-2924/70 nömrəli arayışının surətindən görünür ki, X19 18 avqust 2008-ci il tarixdə Gəncə şəhərində qan dövranı çatmamazlığı xəstəliyindən vəfat etmişdir. Gəncə şəhər qeydiyyat şöbəsinin 15 noyabr 2022-ci il tarixli, 05/Q2836/70 nömrəli arayışının surətindən görünür ki, X17 06 oktyabr 2015-ci il tarixdə Gəncə şəhərində qidalanma çatmamazlığı xəstəliyindən vəfat etmişdir. AZ-T seriyalı 033898 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx xxxx 1963-cü il tarixdə anadan olmuşdur. Onun atası X29, anası isə X7r. Vİİ-JQ seriyalı 446909 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxx 1966-cı il tarixdə anadan olmuşdur. Onun atası X29, anası isə X7r. Gəncə şəhər 6 saylı notariat ofisinin İddiaçı və Cavabdeh ünvanladığı 27 noyabr 2022-ci il tarixli, 891 nömrəli məktubundan görünür ki, onlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbul müddətini keçirmişlər. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəsinin 14 fevral 2023-cü il tarixli, 429 nömrəli arayışından görünür ki, U.Hacıbəyov küçəsi, 5-ci dalanda istifadəsində olan 0,0224 ha torpaq sahəsində yerləşən 1 (bir) mərtəbəli, 2 (iki) otaqlı, 59.4 kv.m yaşayış, 17.4 kv.m qeyri-yaşayış, 42.4 kv.m köməkçi sahədən ibarət 1A nömrəli fərdi yaşayış evi İddiaçı anası X4 adınadır. X9 isə 04 noyabr 2013-cü ildə vəfat etmişdir. Mərhumənin əri X29 08 may 1995-ci ildə vəfat etmişdir. X9 04 noyabr 2013-cü ildə vəfat etdikdən sonra yuxarıda qeyd edilən ünvanda M.Niyazovanın qızları xx xxxx 1963-cü il təvəllüdlü İddiaçı və xx xxx 1966-cı il təvəllüdlü Cavabdeh qızları yaşamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 14 fevral 2023-cü il tarixli, 3-21-3-33/2- 1291/2023 nömrəli məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ünvan 7 tarixli, 2V-127 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və xx.xx.2006-cı il tarixli, 3M-1-09 reyestr nömrəli evin bölgü müqaviləsinə əsasən bir mərtəbəli, iki otaqlı, 59.4 kv.m yaşayış sahəsi, 17.4 kv.m qeyri yaşayış sahəsi, 42.4 kv.m köməkçi sahədən ibarət evə dair ünvan 1 ünvanı ilə X8 20 iyul 2006-cı il tarixli, **********9110301 reyestr nömrəli (150601101 qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş: Gəncə Şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-1075/2023 saylı məktubundan görünür ki, 1926-cı ildə anadan olmuş və xx.xx.1995-ci ildə vəfat etmiş X21 və xx.xx.1963-cü ildə 04 saylı akt qeydi ilə Göygöl rayon Qızılca kənd icra nümayəndəliyində nikahı qeydə alınmış arvadı 21,03.1937-ci ildə anadan olmuş və xx.xx.2013-cü ildə vəfat etmiş X4 övladları barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və qeydiyyat şöbəsinin arxivində xx.xx.2023-cü ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: İddiaçı xx.xx.1963 Cavabdeh xx.xx.1966 Niyazova Sevinc (Aybəniz) Əli qızı xx.xx.1968 X19 xx.xx.1962 X22 xx.xx.1959 İddanı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı anası X4 ölümündən sonra miras qalmış evi faktik qəbul edərək həmin evi öz əmlakı kimi idarə etmiş və bunu şəksiz nümayiş etdirmişdir. İddiaçı miras qoyanın vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Belə ki, X4 xx.xx.2013-cü il tarixdə vəfat etməsi və onun vəfatından sonra ünvan 8 ünvanında yerləşən mənzilin miras qalması, həmçinin mərhumun 5 nəfər birinci növbədə qanun üzrə birinci növbə vərəsəsinin, yəni İddiaçı, Cavabdeh, Niyazova Sevinc (Aybəniz) Əli qızı, X19 və X11 olması işin mübahisə edilməyən halıdır. Mərhumun əri X29 xx.xx.1995ci ildə, vərəsələrdən X19 isə, xx.xx.2008-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X4 xx.xx.2013-cü ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər mərhumun qanun üzrə birinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə məhkəmədə iddia qaldırılarkən, birinci növbə vərəsələrdən X19 xx.xx.2008-ci ildə vəfat etmiş olduğundan, onun hüquqi vərəsələrinin müəyyən edilməsi üçün, iş üzrə icraatın dayandırılmasına hüquqi əsaslar müəyyən edilmir. Həm də, onun birinci növbə vərəsələrinin sayının və yaşayış ünvanlarının hazırda müəyyən edilməsi mümkün olmadığından, onun adına miras əmlakdan qanuna müvafiq olaraq 1/5 hissədə payının müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Kollegiya qeyd edir ki, bu hal gələcəkdə həmin şəxsin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmaq məqsədi daşıyır. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qanuni olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)937/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, X1 miras qalan ünvan 8 ünvanında yerləşən mənzil üzərində 1/5 hissədə İddiaçı, 1/5 hissədə Cavabdeh, 1/5 hissədə Niyazova Sevinc (Aybəniz) Əli qızının, 1/5 hissədə X10, 1/5 hissədə X11 miras payı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-937/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. X1 miras qalan ünvan 8 ünvanında yerləşən mənzil 1/5 hissədə İddiaçı, 1/5 hissədə Cavabdeh, 1/5 hissədə Niyazova Sevinc (Aybəniz) Əli qızının, 1/5 hissədə X10, 1/5 hissədə X11 miras payı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-539/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-539/2024
14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver