Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-550/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 2(023)-147/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi bina 9-da yerləşən 21 nömrəli mənzil İddiaçı mülkiyyətindədir;
2. Əmlak sığortası şəhadətnaməsindən görünür ki, Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi bina 9-da yerləşən 21 saylı mənzil 64938 manat sığorta məbləğində "xxxx" ASC tərəfindən sığortalanmışdır;
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli 10/3392 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu Məmmədli Şərifli küçəsi 9 saylı evin 21 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 5810 manat müəyyən edilir. Su sızma nəticəsində əmələ gəlmiş qüsurlar mənzilə baxış zamanı və foto-video materialında olan məlumatlara əsasən müəyyən edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11078,28 manat maddi ziyanın, 170 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 124 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi bina 9 mənzil 21 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli yaşayış sahəsinin alqı-satqısı və ipoteka müqaviləsinə əsasən həmin mənzil onun tərəfindən alınmış və həmin əmlak ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən əmlak 98000 manat qiymətləndirilmiş, əmlakın dəyərinin 29400 manat hissəsi onun tərəfindən, 68600 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir, əmlak 2019-cu ildə qiymətləndirilmişdir. (əmlakın qiyməti, eyni zamanda təmir xərcləri hal-hazırda 2019-cu illə müqayisədə kəskin şəkildə qalxmışdır) və qalan borca proporsional olaraq əmlak "xxxx" ASC tərəfindən sığortalanmışdır). Onun mənzilindən yuxarı mərtəbədə yaşayan qonşusu Cavabdeh oglunun mənzilində su borularının partlaması ilə əlaqədar (özünün bildirdiyinə görə) onun mənzilini su basmış və mənzilin tavan hissəsi deformasiyaya uğramışdır. Cavabdehin hərəkətləri nəticəsində mənzilin su xətlərindən axıdılan su onun mənzilinin tavan, döşəmə, divar hissələrinə, mənzildaxili elektrik xətlərinə, həmçinin mənzildə yerləşən yumşaq-bərk mebel dəstlərinə və digər daşınan əşyalara zərər dəyməklə ona xeyli maddi ziyan vurmuşdur. Dələlərlə vurulmuş ziyanın ödənilməsi barədə müraciət etsə də, müsbət nəticə olmamışdır. Ona məxsus evin divarlarındakı oboy və rəng boya örtüyü qopmuş, divarların boyası qalxmış, tavanda deformasiya yaranmış (daha dəqiq uçmuşdur), (parketlər şişmiş, mətbəx mebeli yararsız hala düşmüşdür). Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu evin fotoşəkilləri, akt, qiymətləndirmə rəyi və bir sıra digər sübutlarla təsdiq olunur. Mənzilin komendantına yaranmış vəziyyətlə bağlı rəsmi məlumat vermişdir və bununla bağlı xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Cavabdehin hərəkətləri səbəbindən mənzilə dəymiş maddi ziyanın hesablanması ilə bağlı onun tərəfindən "xxxx" MMC-yə rəsmi müraciət edilmiş və 15576 manat məbləğində maddi ziyan dəyməsi hesablanmışdır. Bununla belə, əmlakın bir hissəsi (borcun ödənilməyən hissənə proporsional olaraq) sığorta edildiyindən dəymiş ziyanın 4497,72 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir. Beləliklə, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində təmir dəyəri 15576 manat təşkil edən bərpa təmir işlərinin aparılması tələb olunmuş, 4497,72 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir ki, buna görə də hesab edir ki, arada qalan fərq 11078,28 manat cavabdeh tərəfındən vurulmuş maddi ziyan ödənilməlidir. Həmçinin göstərilən məsələ ilə bağlı hüquqi yardımın göstərilməsi üçün tərəfindən müəyyən xərclər çəkilmişdir: maddi zərəri etmiş mülkiyyətçinin kimliyini müəyyən olunması üçün DƏDRX-ya vəkil sorğusu göndərilməsi üçün 90 manat, sorğuya cavab verilməsi üçün 10 manat, Maps-a sorğu verilməsi üçün 20 manat, iddia ərizəsinin tərtibi üçün 50 manat, məhkəmə üçün dövlət rüsumu 124 manat xərclənmişdir.
6. Qazax Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 2(023)-147/2024 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş maddi zərərə görə 5810 (beş min səkkiz yüz on) manat pul və 78,10 (yetmiş səkkiz manat on qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi; İddianın qalan hissədə təmin edilməməsi; İddiaçı və Cavabdeh müştərək qaydada iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.2, 1097.1, 1098.2, 1111.2 və 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının "xxxx" MMC tərəfindən birtərəfli qaydada verilmiş qiymətləndirmədə guya ki evə 15576 manat ziyan dəydiyi göstərilmişdir. Bu əsassız və saxta qiymətləndirmə əsasında ev sığorta edildiyindən "xxxx" ASC tərəfindən iddiaçıya 4497,72 manat məbləğində ziyanlığa görə ödəniş edilmişdir. Əslində isə, evə dəymiş ziyanın məbləği heç 300 manat belə təşkil etmirdi. Bundan sonra isə iddiaçı arada olan 11078,28 manat fərqin ödənilməsini üçün yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddia tələbini ümumilikdə 300 manat hissədə qəbul etmiş və həmin iclaslarda da bildirmişdir ki, iddiaçı birbaşa yalan danışır və o qanunsuz varlanmaq niyyətindədir. Ona görə də məhkəmənin qərarı əsasında təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/3392 nömrəli rəyi alınmış, həmin rəyə əsasən mübahisələndirilən mənzilə ümumilikdə 5810 manat maddi zərər dəydiyi müəyyən edilmişdir. Buna baxmayaraq məhkəmə yenə də iddiaçının iddiasını qəbul edərək təmin etmişdir. Belə ki, əgər "xxxx" ASC tərəfindən pul iddiaçıya ödənilmişdirsə, "xxxx" onu məhkəməyə verib iddiaçıya ödədiyi pulu tələb etməsi əvəzinə, tam əksinə iddiaçı tərəfindən ona qarşı dəymiş ziyanlığa görə 5810 tələb edilmişdir. Hansı ki, artıq Sığorta təşkilatı tərəfindən 5810 manat məbləğində zərərin 4497,72 manatı iddiaçıya ödənilmişdir. Məhkəmə iddianı icraata qəbul etməməli idi. Ona görə ki, artıq bu barədə subyektiv hüquqa malik olan "xxxx" idi. Paşa Sığorta isə ona qarşı hələ ki hər hansısa iddia qaldırmadığı halda, iddiaçının bu əsassız tələbinə baxan məhkəmə prosessual pozuntular edərək, ümumi vurulmuş zərər 5810 manat təşkilı etdiyi halda iddiaçının həm Paşa Sığortadan 4497,72 manat həm də ki, ondan əlavə 5810 manat pulu iddiaçının xeyrinə tutmaqla pozuntu etmişdir. Ekspertizadan da narazı qaldığı halda məhkəmə əlavə ekspertiza təyin etməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10 Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, həqiqətən də onun mənzilindən iddiaçının mənzilinə su axıdılmışdır. Həmin vaxt oğlunu çağırıblar, oğlu mənzili təmir etdirəcəyini bildirdikdə isə iddiaçı buna ehtiyac olmadığını, evin sığortası olduğunu bildirmişdir. Bir müddət sonra sığorta şirkətindən ona məktub göndərilsə də, sonradan sığorta ilə razılaşmışlar. Daha sonra isə iddiaçı ona qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza keçirilsə də, ekspert tərəfindən düzgün rəy verilməmişdir. Belə ki, evə cəmi 200-300 manat ziyan dəydiyi halda, ekspert rəyində dəymiş ziyanın məbləği 5000 manatdan çox qeyd edilmişdir. İddiaçı isə sığortadan 4500 manat pul almış, lakin işə baxan məhkəmə tərəfindən həmin məbləğin ödənilməsi nəzərə alınmadan ekspert rəyi ilə müəyyən edilən vəsaitin ondan tutulması qənaətinə gəlinmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
27. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh vurulmuş maddi zərərə görə 5810 (beş min səkkiz yüz on) manat pul alınaraq İddiaçı verilməsi» hissədə dəyişdirilməli, həmin hissədə maddi ziyan məbləği 1312,28 manat məbləğdə müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı məxsus Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi bina 9da yerləşən 21 nömrəli mənzilə yuxarı mərtəbədə yerləşən Cavabdeh məxsus mənzilə su sızmışdır. Ona görə də iddiaçı mənzilə dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir. Bu qətnamənin 27-ci bəndində qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır.
30. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
31. İşin mübahisəsiz halıdır ki, İddiaçı məxsus Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi bina 9-da yerləşən 21 nömrəli mənzilə yuxarı mərtəbədə yerləşən Cavabdeh məxsus mənzildən su sızması nəticəsində ziyan dəymişdir. Həmçinin işin faktiki halları ilə müəyyən edilir ki, "xxxx" ASC tərəfindən iddiaçınını mənzilinə dəymiş ziyana görə 4497,72 manat vəsait ödənilmişdir. Bu hallar cavabdeh tərəfin apellyasiya baxışı zamanı verdiyi izahat, o cümlədən iş materiallarındakı sənədlərlə öz təsdiqini tapmışdır.
32. İşin mübahisə doğuran tərəfi iddiaçıya məxsus mənzilə dəymiş ziyanın məbləği ilə bağlıdır. Çünki, birinci instansiya məhkəməsi dəymiş ziyan məbləğini 5810 manat müəyyən etmiş, cavabdeh isə bununla razılaşmayaraq mənzilə dəymiş ziyanın təqribən 200-300 manat civarında olduğunu bildirmişdir.
33. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli 10/3392 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Nizami rayonu Məmmədli Şərifli küçəsi 9 saylı evin 21 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 5810 manat müəyyən edilir.
34. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
35. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
36. Məhkəmə kollegiyası hesab edir ki, rəy əsaslıdır. Ona görə ki, su sızma nəticəsində əmələ gəlmiş qüsurlar mənzilə baxış zamanı və foto-video materialında olan məlumatlara əsasən müəyyən edilmişdir. Bundan əlavə, cavabdeh tərəf rəyin qeyriobyektivliyi barədə formal arqumentlər irəli sürsə də, lakin bunu əsaslandıra bilməmişdir. Ekspert rəyində göstərilən məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilmədiyindən məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmişdir.
37. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su sızması nəticəsində həmin mənzilə 5810 manat məbləğində ziyan dəymişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən həmin məbləğdə dəymiş ziyan məbləği tutmaqda haqlı olmamışdır. Çünki, İddiaçı iddia ərizəsində əmlakın bir hissəsinin (borcun ödənilməyən hissənə proporsional olaraq) sığorta edildiyindən dəymiş ziyanın 4497,72 manat hissəsinin "xxxx" ASC tərəfindən ödənildiyini bildirmişdir. Bu halda, iddiaçı mənzilə dəymiş ziyan məbləğinin qalıq hissəsini (5810- 4497,72=1312,28) 1312,28 manat cavabdehdən tələb etmək hüququna malik olmuşdur. Birinci instansiya məhkəməsi isə işin bu hallarını nəzərə almadan mənzilə dəymiş ziyan məbləğini 5018 manat olması qənaətinə gəlmişdir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya məxsus mənzilə dəymiş maddi ziyan məbləğinə dair hissədə dəyişdirilməli və maddi ziyan məbləği 1312, 28 manat müəyyən edilməlidir.
38. Məhkəmə kollegiyası həmçinin edir ki, hazırkı iş üzrə tələb qiymətləndirilən iddia olmaqla iddianın qiyməti 11078,28 manatdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, cavabdehdən ziyan məbləği olaraq 5810 manat vəsait tutulmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməni mübahisələndirmədiyindən hazırkı apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayəti üzrə iddia tələbinin təmin olunmuş hissəsi, yəni 5810 manat hissə təşkil etmişdir. Kollegiyanın gəldiyi qənaətə görə də dəymiş ziyan məbləği 1312,28 manat müəyyən edilmişdir. Beləliklə, MPM-nin 403.1-ci maddəsinə əsasən tələbləri təmin olunmayan şəxslər tərəfindən qətnamənin mübahisələndirilə biləcək müvafiq hissələrində iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 2(023)-147/2024 nömrəli qətnaməsi «Cavabdeh vurulmuş maddi zərərə görə 5810 (beş min səkkiz yüz on) manat pul alınaraq İddiaçı verilməsi» hissədə dəyişdirilsin. Maddi ziyana görə Cavabdeh İddiaçı xeyrinə tutulan məbləğ 1312,28 (bir min üç yüz on iki manat iyirmi səkkiz qəpik) manat müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.