Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-558/2023 07.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2245/2022 saylı mülki iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh“Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmədə baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona süni və əsassız olaraq tərtib edilmiş 4320 kubmetr qaz sərfiyyatı xərcinin ləğv edilməsi və yeni sayğacın xərcinin cavabdehin hesabına ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdehin öz əməkdaşları sayğacı zədələdiyi halda dəymiş zərərdə onu günahlandırır. Halbuki, 104 qəza xidmətinin əməkdaşları, yəni cavabdehin öz əməkdaşları ona məxsus sayğacı zədələdiklərinə görə sayğac alarm rejiminə keçmişdir. Belə ki, qapı qonşusu Mirsalehi Səbuhinin sifarişi ilə onun evinin hasarına maneə yaratdığı üçün Azəriqazın əməkdaşları gəlib ana xəttin yerini dəyişmişlər. İş zamanı onlar ona məxsus sayğacı da tərpədiblər və bu zaman da sayğaca zədə yetiriblər. Onların işlədiyi günün sabahısı cavabdehin sahə üzrə çilingəri Vüqar ona zəng etmişdir ki, sayğacı zədələnib. O görmüşdür ki, sayğac alarm rejiminə keçib. Bununla bağlı özləri də təsdiq etmişlər ki, 104 qəza xidmətinin əməkdaşları işləyən vaxtı bu xətanı törədiblər. Elə həmin zərər vuranlar özləri də orda idilər. Axşam olduğu üçün bir gün sonra gəlib sayğacı dəyişdilər. Sayğacı zədələyən əməkdaşlar etiraf etdilər ki, bu iş zamanı olan qəzadır, özləri bunu həll edəcək. Lakin heç bir şey etmədilər və onun üzərinə 4320 kubmetr qaz sərfiyyatı qeyd ediblər. Daha sonra isə ondan xəbərsiz akt tərtib etmişlər. Məcbur olub məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2245/2022 saylı mülki iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim: C.Tağıyev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı barəsində tərtib edilmiş təbbi qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022ci il tarixli ******* saylı akt üzrə hesablanmış 432 manat borcun silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Belə ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinin qaz sayğacının element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olması ilə bağlı iddiaçıya xx.xx.2022-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş və ona 432 manat borc hesablanmışdır. Odur ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2245/2022 saylı mülki iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 2(125)-2245/2022 saylı mülki iş üzrə 24 noyabr 2022-ci il tarixliqətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən iddiaçını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə baxan birinci instansiya məhkəməsiiddiaçı X1 qaz sayğacına müdaxilə etməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək, aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə юz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun юz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməliдир. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-in 88-cimaddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cimaddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən qaz sayğacına məhz iddiaçı tərəfindən müdaxilə edilməsi iş materiallarında olan sübutlarla təsdiq edilmir. “Azəriqaz” İB-nin işçiləri tərəfindən tərtib edilmiş Akt da məhz iddiaçının məsuliyyətli olması barədə güvənli nəticəyə gəlməyə əsas vermir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, iddianın qiyməti 5000 manatdan aşağı olan mülki işlər üzrə apellyasiya instansiyasıməhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan RespublikasınınMPMin372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2245/2022 saylı mülki iş üzrə 24 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-558/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-558/2023
07.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver