Məhkəmə qərarları › İş №2(104)-568/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-568/2024

05.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-568/2024 05.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası- hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-873/2019 saylı qərardadından İddiaçı verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək onun 1990-cı ilin yanvar ayından 1994-cü ilin iyul ayına qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidmət etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-873/2019 saylı qətnaməsi ilə İddiaçı yanvar 1990-cı ildən iyul 1994-cü il tarixədək Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)- 873/2019 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli 2(104)-3393/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-873/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ərizəçi İddiaçı xx.xx.2023-cü il tarixdə əlavə qətnamə qəbul edilməsi ilə bağlı ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin 2(061)- 873/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamənin qət etdi hissəsinin onun 1990-cı ilin yanvar ayından, 1994-cü ilin iyul ayı da daxil olmaqla Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı əlavə qətnamə qəbul edilməsi ilə bağlı ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-873/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamənin qət etdi hissəsinin onun 1990-cı ilin yanvar ayından, 1994-cü ilin iyul ayı da daxil olmaqla Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-873/2019 saylı qərardadı ilə ərizəçi İddiaçı 1990-cı ilin yanvar ayından, 1994-cü ilin iyul ayı da daxil olmaqla Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının təsdiq edilməsi barədə əlavə qətnamə qəbul edilməsi ilə bağlı ərizəsi təmin edilməmişdir. Məhkəmə qərardadını Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)- 873/2019 saylı qətnaməsinin qanuni qüvvəyə minməsi ilə əsaslandırmışdır. Ərizəçi İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə verərək Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-873/2019 saylı qətnaməsindəki yanlışlıqların düzəldilməsi, yəni qətnamənin nəticə hissəsində onun 1990-cı ilin yanvar ayından, 1994-cü ilin iyul ayı da daxil olmaqla Azərbaycan Respublikasını suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi kimi başa düşülməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-873/2019 saylı qərardadı ilə İddiaçı Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-873/2019 saylı qətnamədə qət etdi hissəsində yanlışlığın düzəldilməsi barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə qərardadını Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)- 873/2019 saylı qətnaməsindən ərizəçinin apellyasiya şikayəti verməməsi, həmin qətnamə ilə razılaşması ilə əsaslandırmışdır. Ərizəçi İddiaçı xx.xx.2023-cü il tarixdə həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 1990-cı ilin yanvar ayından 1994-cü ilin iyul ayına qədər Azərbaycan Respublikasının azadlığı, Suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsini xahiş etmiş, məhkəmə xx.xx.2019-cu il tarixli, 2(061)- 873/2019 saylı qətnamə qəbul edərək iddia tələbini təmin etmişdir. Qətnamədə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi İddiaçı Ağdərə rayonu ərazisində yaradılmış özünü müdafiə taborunun və N saylı hərbi hissənin (Tərtər özünü müdafiə batalyonu) tərkibində 1990-cı ilin yanvar ayından, 1994-cü ilin iyul ayı da daxil olmaqla Azərbaycan Respublikasını suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu fakt ərizəçinin özünün izahatı ilə bərabər həmçinin şahid ifadələri və işdə olan sənədlərlə tam təsdiq olunur. Ancaq məhkəmə qətnaməilə ərizə təmin edilmiş İddiaçı 1990-cı ilin 19 sentyabr ayına qədər keçmiş Ağdərə rayonunun Kəmərli kənd ərazi özünümüdafiə batalyonunun tərkibində xx.xx.1992-ci il tarixdən isə Tərtər rayon ərazisində yerləşən N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı təsdiq edilmişdir. Göründüyü kimi məhkəmə qətnamənin qət etdi hissəsində 1990-cı ilin yanvar ayından, 1994-cü ilin iyul ayı da daxil olmaqla Azərbaycan Respublikasını suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi halda bu qeyd edilənləri qətnamənin qət etdi hissəsində qeyd etməmişdir. Qərardadda xx.xx.2019-cu il tarixli, 2(061)- 873/2019 saylı qətnaməsində hər hansı yanlışlığa yol verilmədiyi göstərilmişdir. Onun 1990- cı ilin yanvar ayından 1994-cü ilin iyul ayı da daxil olmaqla Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi nəzərə alınmamışdır. Göstərdiklərinə əsasən məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(061)- 873/2019 qərardadının əsassız olduğu üçün ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Tərtər Rayon Məhkəməsinin 18 dekabr 2023- cü il tarixli 2(061)-873/2022 saylı qərardadının ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi və mülki işin 7 gün müddətində şikayətlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət qismən təmin edilərək Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)- 873/2019 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək ərizə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli 2(061)-873/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı 1990-cı ilin yanvar ayından, 1992-ci ilin 19 sentyabr ayına qədər keçmiş Ağdərə rayonunun Kərəmli kənd ərazi üzünümüdafiə batalyonunun tərkibində xx.xx.1992-ci ildən isə Tərtər rayon ərazisində yerləşən N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidmət etməsi faktının təsdiq edilməsi qət edilmişdir. Lakin iş materiallarından görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-873/2019 saylı qətnaməsi ilə İddiaçı yanvar 1990-cı ildən iyul 1994-cü il tarixədək Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 228.2.-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Lakin hazırkı iş materiallarından görünür ki, ərizəçinin birinci instansiya məhkəməsinə verdiyi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(061)-873/2019 saylı qətnaməsi ilə təmin edilmiş, ərizəçinin yanlışlığın düzəldilməsinə dair ərizəsinə əlavə etmiş olduğu kserosurətdən ibarət qətnamənin nəticə hissəsi məhkəmənin qəbul etdiyi və iş materiallarında olan, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilməmiş saxlanmış məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(061)-873/2019 saylı qətnaməsinin nəticə hissəsindən fərqlənir. Əslində ərizəçinin əlavə qətnamənin çıxarılmasını xahiş etdiyi, daha sonra isə qətnamədəki yanlışlığın düzəldilməsini xahiş etdiyi məsələ məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(061)- 873/2019 saylı qətnaməsi ilə həll edilmişdir ( bax: i.v. 36-40). Ərizəçinin Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-873/2019 saylı qətnaməsi ilə bağlı əlavə qətnamənin çıxarılmas, daha sonra isə həmin qətnamədə yol verimiş yanlışlığın aradan qaldırılmasına dair ərizələrinə baxmış məhkəmə ərizəçinin ərizəsinin ərizəsinin Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-873/2019 saylı qətnaməsi ilə tam şəkildə təmin olunmasına, ərizəçinin ərizəsinə əlavə etmiş olduğu Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-873/2019 saylı qətnaməsinin kserosurətinin işdəki qətnamə ilə eynilik təşkil etməməsinə əhəmiyyət verməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mövcud olmayan qətnamədəki yanlışlığın düzəldilməsi məsələsinə baxmış, bununla da səhvə yol vermişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(061)-873/2019 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək ərizəyə yenidən baxılması üçün iş materialı həmin məhkəməyə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-873/2019 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-873/2019 saylı qətnamədəki yanlışlığın düzəldilməsinə dair ərizəsi iş materiallarıl ilə birlikdə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar