Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-57/2023 27.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı1 və hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs vəkili X1 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı “payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)-33/2017 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı1 Cavabdeh1 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülkün torpaq sahəsinin ona məxsus olan 2/4 hissəsinin naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mülk 2/4 hissəsi onun, ¼ hissəsi Cavabdeh1, ¼ hissəsi isə X6 adına rəsmiləşdirilmişdir. Mülkiyyət hüquqlarını ƏMDK yanında DƏDRX-in RX ******* saylı çıxarışı təsdiq edir. Digər iki mülkiyyətçi vəfat etmişdir. Mübahisəli mülkün torpaq sahəsindən cavabdehlə birlikdə istifadə etməsi qeyri-mümkündür. Torpaq sahəsindən istifadə ilə bağlı mübahisələri yaranır. Torpaq sahəsindən istifadə edə bilməməsi mülkiyyət hüquqlarının pozulması mənasına gəlir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)-33/2017 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia təmin edilərək, ünvan 2 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus olan 2/4 hissəsinin naturada ayrılması, ünvan 1 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus olan 2/4 hissəsinin naturada ayrılması üçün tətqiq olunan torpaq sahəsində yerləşən (texniki pasportda öz əksini tapmayan) tikilinin bir hissəsi söküldükdən sonra əlavə giriş çıxış qapısını açılmalı və iş üzrə İddiaçı1 məxsus 2/4 paya düşən 136,0 kv.m (8,5x16,0 m) ölçüdə torpaq sahələri üzrə sərhəd hasarı çəkilməklə torpaq sahələrində təcrid sahələrinin yaradılmalısı və iş üzrə ekspertiza xərcinə görə İddiaçı1 və Cavabdeh1 müştərək qaydada 100 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İşdə olan sübutlar: Məhkəmə Ekspertiza Mərkəzinin 25770 nömrəli, 31 yanvar 2017-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 3 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus 2/4 payının rəyə əlavə edilmiş torpaq sahəsinin bölgüsü üzrə plan sxemdə göstərilən qaydada texniki cəhətdən ayrılması mümkündür. Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2022-ci il tarixli 10/1154 nömrəli rəyindən görünür ki, 1-ci sual üzrə: ünvan 2 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus 2/4 hissədə payın ayrılması, DƏDRX-nin ********** qeydiyyat nömrəli çıxarışı ilə Maraqlı şəxs mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın bütövlüyünə təsir etdiyi müəyyən edilir. 2-ci sual üzrə: ünvan 2 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus 2/4 hissədə payın ayrılması, DƏDRX-nin ********** qeydiyyat nömrəli çıxarışı ilə Maraqlı şəxs mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın bütövlüyünə təsir etdiyi halda, başqa qaydada ünvan 2 ünvanında yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus 2/4 hisssədə payının ayrılması mümkündür. Bunun üçün tədqiq olunan həyətyanı torpaq sahəsinin sağ küngündən qonşu sərhəd hasarından 9,0 metr uzunluğunda hissə saxlanılmalı və həmin hissədən İddiaçı1 məxsus yaşayış evi ilə Maraqlı şəxs mülkiyyətində olan yaşayış evi arasında olan sərhəd hasarına bitişik şəkildə 14,0 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir. Maraqlı şəxs mülkiyyətində olan yaşayış evinə dalandan əlavə giriş-çıxış qapısı əlavə quraşdırılmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2022-ci il tarixli 10/6894 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mülkün torpaq sahəsinin çıxarışlarda və texniki pasportda göstərilən 2/4 hissəsi İddiaçı1, ¼ hissəsi X7 və 1/4 bir hissəsi isə X9 məxsus olan 18,6 kv.m yaşayış evinin yerləşdiyi ********** reyestr nömrəli 0.272 ha sahəsinin, Maraqlı şəxs mülkiyyətində olan 45,6 kv.m yaşayış evinin yerləşdiyi və istifadədə olan ********** reyestr nömrəli 0.00813 ha torpaq sahəsindən naturada ayrılması mümkündür. Bunun üçün tədqiq olunan həyətyanı torpaq sahəsində Maraqlı şəxs mülkiyyətində olan 45,6 kv.m yaşayış evinin tinindən 2,50 metr enində sərhəd hasarı çəkilməli, sərhəd hasarının son nöqtəsindən 9,5 metr uzunluğunda sərhəd hasarı çəkilməli və son nöqtəsindən dalana tərəf bitişik şəkildə 12,5 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Cavadxan küçəsi 82A saylı 0.008130 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Maraqlı şəxs məxsusdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda 0.0272 ha torpaq sahəsində yerləşən 18,6 kv.fərdi yaşayış evinin 2/4 hissəsi İddiaçı1, 1/4 hissəsi X3, 1/4 bir hissəsi isə X6 paylı mülkiyyətindədir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)-33/2017 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)-33/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında, 0,0081 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 45,6 kv.m yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Bununla bağlı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışı da mövcuddur. Həmin əmlakı xx.xx.2019-cu il tarixdə mülkün əvvəlki sahibi X2 alqı-satqı yolu ilə almışdır. Alqı-satqı edilən zaman D.Ə.Əhmədovanın Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-ci il tarixli Çıxarışı mövcud olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)-33/2017 saylı qətnaməsi hazırkı mərhələyədək icra edilməmişdir. İş üzrə icra məmuru X18 şəhəri Nizami rayonu, Cavadxan küçəsi 82 A ünvanında, 0,0081 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 45,6 kv.m yaşayış sahəsinin mülkiyyətçisi kimi onunla əlaqə saxlayaraq bildirmişdir ki, məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə icra olunacaq zaman ekspertin verdiyi koordinatlara əsasən mülkiyyətiındə olan ev sökülməlidir. Qətnamənin icrası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Maraqlı şəxs icra məmuruna hansı əsasla onun mülkiyyətində olan evin söküləcəyini bildirəndə o dövlətin adından çıxarılmış məhkəmə qətnamənin mövcudluğunu və icra olunmasının məcburi olduğunu və narazı olacağı təqdirdə qətnamədən şikayət verə biləcəyini bildirmişdir. Bundan sonra qətnaməni, icra vərəqi və digər sənədləri toplayaraq apelyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Belə ki, DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021ci il tarixli məktubundan aydın olur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)-33/2017 saylı qətnaməsinin icra olunması üçün onun mülkiyyətində olan ünvan 8 ünvanında, 0,0081 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 45,6 kv.m yaşayış sahəsi sökülməlidir. Hesab edir ki, xx.xx.2017-ci il tarixli, 25770 saylı ekspert rəyi tam əsassızdır. Ekspertin hansı əsasla əvvəllər X4, daha sonra isə onun mülkiyyətinə keçmiş və texniki pasportda öz əksini tapmaqla qanuni mülkiyyətdə və istifadədə olan torpaq sahəsində və başqa ünvanda yerləşən evin sökülməsi ilə İddiaçı1 iddiasının maraqlarına xidmət edən rəy verməsi müəmmalıdır. İşə baxılan zaman məhkəmə tərəfindən mülkün əvvəlki sahibinin işə cəlb edilməməsi də ekspertin məsuliyyətsizliyi ucbatından olmuşdur. Belə ki, ekspert texniki pasport olmadığı halda rəy verməklə yanaşı, rəydə müəyyən etdiyi ölçülərin başqa şəxsin mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxardığını müəyyən etməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs nümayəndəsi vəkil X10 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 Maraqlı şəxs mülkiyyət hüququna dair sənədinin qanunsuz olduğunu, əslində 82 A saylı evin də ona məxsus olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, o, yalnız torpaq sahəsinin payına uyğun naturada ayrılmasını tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan RespublikasınınTorpaq Məcəlləsi:
4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)-33/2017 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, yuxarıda qeyd olunan Mülki Məcəllənin 135.4-cü və Torpaq Məcəlləsinin 4-cü maddəsinin tələbindən göründüyü kimi torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. İşə baxan birinci instansiya məhkəməsi isə Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2017-ci il tarixli, 25770 nömrəli rəyini əsas götürərək iddia tələbini təmin etmişdir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi vahid daşınmaz əşya olmaqla, vahid mülkiyyət obyektidir. Bu mənada torpaq sahəsinin fərdi yaşayış evindən kənar şəkildə naturada ayrılması yolverilməz hesab olunur. Belə ki, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi həmin evdən təyinatı üçün istifadə etməyə xidmət göstərən ərazi hesab olunur. İş materiallarında olan Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan və fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi ünvan 3 ünvanda 0.0272 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 18,6 kv.m sahəsi olan 1 otaqlı evdən ibarətdir ki, həmin 1 otaqlı yaşayış otağının 2/4, 1/4 və 1/4 hissələrdən ibarət paylara naturada ayrılması mümkün deyildir. Həmçinin, nəzərə alınmalıdır ki, paylı fərdi yaşayış evinin naturada paya uyğun şəkildə ayrılması zamanı hər bir payçının fərdi yaşayış evinə giriş-çıxışı olmaqla, torpaq sahəsi də buna müvafiq olaraq naturada ayrıla bilməlidir. Hazırkı iddia üzrə isə iddiaçının payının naturada ayrılması qeyd olunanlara əsasən qeyri-mümkündür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası Maraqlı şəxs şikayətinə münasibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin 25770 nömrəli, 31 yanvar 2017-ci il tarixli ekspert rəyinə əsaslanaraq qətnamə ilə ünvan 2 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus olan 2/4 hissəsinin naturada ayrılması üçün torpaq sahəsində yerləşən (texniki pasportda öz əksini tapmayan) tikilinin bir hissəsi söküldükdən sonra əlavə giriş-çıxış qapısının açılmasını qət edilmişdir ki, icra zamanı sökülməsi qət edilən tiklinin Maraqlı şəxs mülkiyyətində olması müəyyən edilmişdir. Buna görə də Maraqlı şəxs tərəfindən apellyasiysa şikayəti verilmiş, apellyasiya icraatı zamanı isə əlavə ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2022-ci il tarixli 10/1154 saylı rəyi ilə ünvan 9 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus 2/4 hissədə payının ayrılmasının, Maraqlı şəxs mülkiyyətində olan ünvan 10 ünvanında olan daşınmaz əmlakın bütövlüyünə təsir etməsi müəyyən edilmişdir. Buna baxmayaraq ekspert rəyi ilə ünvan 3 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus 2/4 hissədə payının ayrılması başqa qaydada mümkün olması, bunun üçün tədqiq olunan həyətyanı torpaq sahəsinin sağ küncündən qonşu sərhəd hasarın 9 metr uzunluğunda hissə saxlanılmalı olması və həmin hissədən İddiaçı1 məxsus yaşayış evi ilə Maraqlı şəxs mülkiyyətində olan yaşayış evi arasında olan sərhəd hasarına bitişik şəkildə 14.0 m uzunluğunda sərhəd hasarı çəkilərək bölünməli olması və Maraqlı şəxs mülkiyyətində olan yaşayış evinə dalandan əlavə giriş-çıxış qapısının quraşdırılmalı olmasına dair rəy verilmişdir ki, məhkəmə kollegiyası həmin rəylə razılaşmamışdır. Belə ki, ekspert, rəyini Maraqlı şəxs mülkiyyətində olan ünvan 6 ünvanında, 0,0081 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 45,6 kv.m yaşayış sahəsinə və ünvan 3 ünvanda yerləşən mülkün torpaq sahəsinin İddiaçı1 məxsus 2/4 hissədə payına münasibətdə vermişdir. Lakin, ekspert nəzərə almamışdır ki, ünvan 3 ünvanda yerləşən 0,0272 ha torpaq sahəsi və onun üzərində yerləşən 18,6 kv.m sahədən ibarət fərdi yaşayış evinin 2/4 hissəsi İddiaçı1, 1/4 hissəsi X5, 1/4 bir hissəsi isə X8 məxsusdur. Rəy verilərkən isə həmin şəxslərin payların mövcudluğu nəzərə alınmamışdır. Bundan başqa ekspert rəyinə əlavə edilmiş plansxemdə naturada ayrılmadan sonra mülkiyyətçilərin torpaq sahələrinin ölçüləri qeyd olunmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 21 noyabr 2022-ci il tarixli 10/6894 nömrəli rəyi ilə də Maraqlı şəxs mülkiyyətində olan ünvan 6 ünvanında, 0,0081 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 45,6 kv.m yaşayış sahəsinə, o cümlədən ünvan 3 ünvanda yerləşən 0,0272 ha torpaq sahəsi və onun üzərində yerləşən 18,6 kv.m sahədən ibarət fərdi yaşayış evinin X5 məxsus 1/4 hissəsinə və X8 məxsus 1/4 hissəsinə münasibətdə İddiaçı1 2/4 payının naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək mümkün deyildir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəməl kollegiyası hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)-33/2017 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)-33/2017 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməli və iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ : Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)-33/2017 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli, 2(044)-33/2017 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 200 (iki yüz) manat İddiaçı1 alınaraq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.