Məhkəmə qərarları › İş №2(104)-577/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-577/2023

02.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-577/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1, onun vəkili X5 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(125)-1339/2022 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia ərizəsinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 adına ünvan 1 ünvanda yerləşən mülkün 1/3 hissəsinə, AZ20T-222 dövlət qeydiyyat nişanlı «Hidromek HMK 102B» markalı ekskavador yükləyicinin ½ hissəsinə miras payının müəyyən edilməsi və onların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(125)-1339/2022 saylı qətnaməsi ilə (sədrlik edən Camal Quliyev) İddiaçı1 və İddiaçı2 miras əmlakda payların müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı1, Cavabdeh2 və Cavabdeh1 hər birinin X1 miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 1/3 hissəsinə, həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin ½ hissəsinin 1/3 hissəsinə (yəni həmin əmlakın 1/6 hissəsinə), AZ20T- 222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı ekskavator yükləyicinin ½ hissəsinin 1/3 hissəsinə (yəni həmin əmlakın 1/6 hissəsinə) payının müəyyən edilməsi, İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, İddiaçı1 və İddiaçı2 iddiasının qalan hissədə təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 16(125)-5/2022 saylı qərardadı ilə tətbiq edilmiş Cavabdeh1 mülkiyyətində olan AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı (zavod: 35B113651, mühərrik: 4455345) ekskavator yükləyicinin özgəninkiləşdirilməsinin qadağan edilməsi növündə müvəqqəti təminat tədbirinin məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlaması qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(125)-1339/2022 saylı qətnaməsinin AZ20T- 222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı (zavod: 35B113651, mühərrik: 4455345) ekskavator yükləyicinin bölünməsi və evə köçürülmə hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən yalnız oğlu Eminin izahatını əsas götürərək onun iddiasını təmin etmişdir. Halbuki o, məhkəmədə İddiaçı1 və onun arvadı İddiaçı2 hələ mülk sahibi Həqiqət Şahverdiyevanın sağlığında yola getmədiklərinə görə kirayə haqqını ödəmək şərti ilə kirayəyə çıxartdıqlarını göstərmişdir. Hesab edir ki, İddiaçı1 miras əmlak üzrə payının naturada müəyyən edilmədiyindən, onun evə köçürülməsi düzgün deyildir. Bundan başqa, ekskovator yükləyicisi onun adına rəsmiləşdirilsə də, əslində o, digər oğlu Cavabdeh2 məxsusdur. Belə ki, AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı (zavod: 35B113651, mühərrik: 4455345) ekskavator yükləyici 2014-cü ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən onun adına rəsmiləşdirilsə də, həmin ekskavator yükləyicisinin dəyəri onun tərəfindən deyil, digər oğlu Cavabdeh2 özünəməxsus torpaq sahəsini satması, eləcə də, borc alması hesabına ödənilmişdir. Məhkəmə isə, həmin halları nəzərə almamışdır. Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(125)-1339/2022 saylı qətnaməsinin AZ20T- 222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı (zavod: 35B113651, mühərrik: 4455345) ekskavator yükləyicinin bölünməsi və evə köçürülmə hissəsində ləğv edilərək, həmin hissələrdə iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh1 vəkili X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(125)-1339/2022 saylı qətnaməsinin AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı ekskavator yükləyicinin bölünməsi və evə köçürülmə hissəsində ləğv edilərək, həmin hissələrdə iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh1 onun atası, Cavabdeh2 qardaşı, X12 isə arvadıdır. Mərhum anası X2 vəfatından sonra, ünvan 1 fərdi yaşayış evi və AZ20T-222 dövlət qeydiyyat nişanlı «Hidromek HMK 102B» markalı ekskavador yükləyici miras qalmışdır. 2020-ci ilin dekabr ayının 25-dən evdən münaqişə zəminində onlar evdən çıxarılmışlar. Məhkəmənin bu iş üzrə qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(125)- 1339/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(125)- 1339/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkli dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(125)-1339/2022 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(125)-1339/2022 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş, AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı (zavod: 35B113651, mühərrik: 4455345) ekskavator yükləyicinə payaların müəyyən edilməsi və iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri hissələrini mübahisələndirmişdir. Qətnamənin iddianın qismən təmin edilmiş digər hissələri mübahisələndirilmədiyindən həmin hissələrlə bağlı araşdırma aparılmır. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına olan: nikahın bağlanması haqqında İİİ-JQ seriyalı 453544 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və X7 arasında olan nikah 11 may 1985-ci ildə Gəncə nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 511 nömrəsi ilə qeydə alınmışdır. Xİİ-JQ seriyalı 456356 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 08 avqust 1987-ci ildə anadan olmuşdur. Onun atası Cavabdeh1, anası X3r. X-JQ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 25 yanvar 1986-cı ildə anadan olmuşdur.Onun atası Cavabdeh1, anası X3r. AZ-İİ seriyalı 246418 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 16 yanvar 2022-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli daşınmaz əmlaka dair arayışdan görünür ki, Kirovabad şəhər X13 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli iclasının 6 saylı protokolu, Kirovabad şəhər Sovetinin Tikinti və Memarlıq işləri şöbəsinin xx.xx.1989cu il tarixli layihəsinə əsasən X4 fərdi yaşayış evinin tikintisi üçün Kirovabad şəhəri, Sadıllı ərazisi, məhəllə Q-1, 23 saylı sahədə yerləşən 400 kvadrat metr torpaq sahəsi ayrılaraq layihə verilmişdir. Göstəilən əmlakın hazırda ünvanı ünvan 2aşçısının təsdiq etdiyi xx.xx.1998- ci il tarixli fərdi yaşayış evinin qəbulu aktı və xx.xx.1998-ci il tarixli 5468 saylı sərəncamına əsasən bu ünvanda inşa edilmiş 22.5 kvadrat metr, 23.4 kvadrat metr yaşayış otaqları, 39.9 kvadrat metr xidmət otaq, 33.6 kvadrat metr açıq eyvan, 11.5 kvadrat metr mətbəx, 105.8 kvadrat metr y/zirzəmi, 11.8 kvadrat metr toyuq damından ibarət tikililər istismara qəbul edilərək X6 adına qeydiyyata alınmışdır və mülk sahibinə İmran Qasımov küçəsi, 48 saylı fərdi yaşayış evinə xx.xx.1998-ci il tarixli 17163 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin 19 iyul 2022-ci il tarixli 411 nömrəli qərarından görünür ki, İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, İmran Qasımov küçəsi, 48 yaşayış evi XDS-nin İcraiyyə Komitəsinin 11 noyabr 1987-ci il tarixli qərarı əsasında X2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli arayışın surətindən görünür ki, AZ20T- 222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı ekskavator yükləyici (zavod:35B113651, mühərrik: 4455345) Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində fiziki şəxs Cavabdeh1 adına xx.xx.2014-cü ildə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X7 16 yanvar 2022-ci il tarixdə vəfat etdiyindən, onun Cavabdeh1 ilə birgə nikah müddətində əldə etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı (zavod: 35B113651, mühərrik: 4455345) ekskavator yükləyicinin ½ hissəsinə və torpaq sahəsinə miras açılması ilə bağlı mübahisəyə birinci instansiya məhkəməsi düzgün olaraq, xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq etmişdir. xx.xx.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1., 1159.1.1. və 1159.1.2.-ci maddələrinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar: övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İş materiallarından görünür ki, mübahisə tərəfləri mirası qəbul etmişlər və bu işin mübahisə edilməyən halıdır. Qətnamənin mübahisələndirilməyən hissəsi ilə İddiaçı1, Cavabdeh2 və Cavabdeh1 hər birinin X1 miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 1/3 hissəsinə, həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin ½ hissəsinin 1/3 hissəsinə (yəni həmin əmlakın 1/6 hissəsinə) payları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyanın hər bir mülkiyyətçisi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1 və 30.2-ci maddələrinə görə Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisi olduğundan və digər İddiaçı2 onun arvadı olmaqla, ailə üzvü olduğundan və onun razılığı ilə həmin evə köçürüldüyündən, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın evə köçürülmə hissəsini təmin etmiş və həmin hissədə apellyasiya dəlilləri əsassızdır və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilmişdir. Apellyasiya şikayətinin AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı ekskavator yükləyicinin ½ hissəsinin 1/3 hissəsinə (yəni 1/6 hissəsinə) İddiaçı1 payının müəyyən edilməsi hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı ekskavator yükləyici (zavod:35B113651, mühərrik: 4455345) Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində fiziki şəxs Cavabdeh1 adına xx.xx.2014-cü ildə dövlət qeydiyyatına alınmışdır. Həmin əmlak Cavabdeh1 ilə X2 birgə nikah dövründə əldə olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin ekskovator yükləyicisinin onun adına rəsmiləşdirilsə də, əslində onun digər oğlu Cavabdeh2 məxsus olması barədə apellyasiya dəlilinə hüquqi qiymət verərək, qeyd edir ki, həmin dəlil öz təsdiqini tapmır və iş materialları ilə təkzib olunur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi AZ20T- 222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı ekskavator yükləyicinin ½ hissəsinin 1/3 hissəsinə (yəni 1/6 hissəsinə) onların həri birinin paylarının müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, həmin hissədə mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyən edilmişdir. Qətnamənin həmin hissələrdə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(125)-1339/2022 saylı qətnaməsi mübahisələndirilən, AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı (zavod: 35B113651, mühərrik: 4455345) ekskavator yükləyicin üzərində payların müəyyən edilməsi və iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(125)-1339/2022 saylı qətnaməsi mübahisələndirilən, AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı (zavod: 35B113651, mühərrik: 4455345) ekskavator yükləyicinə payların müəyyən edilməsi və iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar