Məhkəmə qərarları › İş №2(125)-1339/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1339/2022

26.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1339/2022 26.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2, Cavabdeh1 Cavabdeh2 nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mərhum X3 adına ünvan 1 ünvanda yerləşən mülkün 1/3 hissəsinə, AZ20T-222 dövlət qeydiyyat nişanlı «Hidromek HMK 102B» markalı ekskavador yükləyicinin ½ hissəsinə miras payının müəyyən edilməsi və iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mərhum X3 adına ünvan 1 ünvanda yerləşən mülkün 1/3 hissəsinə miras payının müəyyən edilməsi və iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Nümayəndə iddia tələbinin həcminin artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 adına ünvan 1 ünvanda yerləşən mülkün 1/3 hissəsinə, AZ20T-222 dövlət qeydiyyat nişanlı «Hidromek HMK 102B» markalı ekskavador yükləyicinin ½ hissəsinə miras payının müəyyən edilməsi və iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı1 iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh1 onun atası, Cavabdeh2 qardaşı, X14 isə arvadıdır. Kirovabad şəhər X15 İcraiyyə Komitəsinin 23 mart 1989-cu il tarixli iclasının 6 saylı protokolu, Kirovabad şəhər Sovetinin Tikinti və memarlıq işlərinin şöbəsinin 04 aprel 1989-cu il tarixli layihəsinə əsasən onun mərhum anası X8 zavodda işlədiyinə görə fərdi yaşayış evinin tikintisi üçün Kirovabad şəhəri, Sadıllı ərazisi, məhəllə Q-1, 23 saylı sahədə yerləşən 400 kvadrat metr torpaq sahəsi ayrılaraq layihə verilmişdir. Göstərilən əmlakın hazırda ünvanı ünvan 2iq etdiyi 01 aprel 1998-ci il tarixli fərdi yaşayış evinin qəbul aktı və 24 aprel 1998-ci il tarixli 5468 saylı sərəncamına əsasən bu ünvanda inşa edilmiş 22,5 kvadrat metr, 23,5 kvadrat metr yaşayış otaqları, 11,8 kvadrat metr toyuq damından ibarət tikililər istismara qəbul edilərək, Həqiqət Şahverdiyevanın adına qeydiyyata alınmışdır və mülk sahibinə İmran Qasımov küçəsi, 48 saylı fərdi yaşayış evinə 30 aprel 1998-ci il tarixli, 17163 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan başqa, Cavabdeh1 və X3 birgə nikahı dövründə 28 iyul 2014cü ildə AZ20T-222 dövlət qeydiyyat nişanlı «Hidromek HMK 102B» markalı ekskavador yükləyici əldə edilmiş və həmin ekskavator yükləyici Cavabdeh1 adına qeydə alınmışdır. X8 16 yanvar 2022-ci ildə ölmüş və bundan sonra onunla digər vərəsələr arasında miras əmlakda payla əlaqədar mübahisə yaranmışdır. Hazırda da cavabdehlər onu və arvadı X9 ünvan 1 ünvanda yerləşən istifadə hüquqlarının həyata keçirilmələrinə mane olurlar. Sonda İddiaçı1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçı X.M.Bədirova iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, o və X8 11 may 1985-ci ildə nikaha girmiş, onların birgə nikahlarından İddiaçı1 və Cavabdeh2 anadan olmuşdur. X1 birgə nikahda olduğu dövrdə əvvəlcə 1989-cu ildə ünvan 1 ünvanda yerləşən torpaq sahəsini əldə etmiş, daha sonra isə həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikib, orada yaşamağa başlamışlar. AZ20T-222 dövlət qeydiyyat nişanlı «Hidromek HMK 102B» markalı ekskavador yükləyici isə 2014-cü ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən onun adına rəsmiləşdirilsə də, qeyd olunan ekskavator yükləyicinin dəyəri onun tərəfindən deyil, digər oğlu Cavabdeh2 özünə məxsus torpaq sahəsini satması hesabına ödənilmişdir. Qeyd olunan səbəbdən də AZ20T-222 dövlət qeydiyyat nişanlı «Hidromek HMK 102B» markalı ekskavador yükləyici ona deyil, Cavabdeh2 məxsusdur. İddiaçı1 onun övladı olduğuna görə o, daim İddiaçı1 maddi xərclərini ödəmiş və maddi köməklik göstərmişdir. Lakin İddiaçı1 nə maddi, nə də mənəvi olaraq ona və X4 heç bir fayda verməmişdir. Buna görə də iddianın təmin edilməsi qanunauyğun deyildir. Sonda Cavabdeh1 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh İddiaçı1 nümayəndəsi Z.F.Abdullayeva izahatında iddianın qismən təmin edilməsi və ünvan 1 ünvanda yerləşən miras əmlakın ½ hissəsinə İddiaçı1, Cavabdeh2 və Cavabdeh1 paylarının müəyyən olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçıları, Cavabdeh1 və digər Cavabdeh2 nümayəndəsi Z.F.Abdullayevanı dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında İİİ-ЖГ seriyalı 453544 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və X8 arasında olan nikah 11 may 1985-ci ildə Gəncə nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 511 nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Xİİ-ЖГ seriyalı 456356 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 08 avqust 1987-ci ildə anadan olmuşdur. İddiaçı1 atası Cavabdeh1, anası X5r. Mülki işə əlavə edilmiş X-ЖГ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 25 yanvar 1986-cı ildə anadan olmuşdur. İddiaçı1 atası Cavabdeh1, anası X5r. İş materiallarında olan AZ-İİ seriyalı 246418 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 16 yanvar 2022-ci ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli daşınmaz əmlaka dair arayışdan görünür ki, Kirovabad şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1989cu il tarixli iclasının 6 saylı protokolu, Kirovabad şəhər Sovetinin Tikinti və Memarlıq işləri şöbəsinin xx.xx.1989-cu il tarixli layihəsinə əsasən X4 fərdi yaşayış evinin tikintisi üçün Kirovabad şəhəri, Sadıllı ərazisi, məhəllə Q-1, 23 saylı sahədə yerləşən 400 kvadrat metr torpaq sahəsi ayrılaraq layihə verilmişdir. Göstəilən əmlakın hazırda ünvanı ünvan 3aşçısının təsdiq etdiyi xx.xx.1998-ci il tarixli fərdi yaşayış evinin qəbulu aktı və xx.xx.1998-ci il tarixli 5468 saylı sərəncamına əsasən bu ünvanda inşa edilmiş 22.5 kvadrat metr, 23.4 kvadrat metr yaşayış otaqları, 39.9 kvadrat metr xidmət otaq, 33.6 kvadrat metr açıq eyvan, 11.5 kvadrat metr mətbəx, 105.8 kvadrat metr y/zirzəmi, 11.8 kvadrat metr toyuq damından ibarət tikililər istismara qəbul edilərək X7 adına qeydiyyata alınmışdır və mülk sahibinə İmran Qasımov küçəsi, 48 saylı fərdi yaşayış evinə xx.xx.1998-ci il tarixli 17163 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı notariat ofisinin 19 iyul 2022-ci il tarixli 411 nömrəli qərarından görünür ki, İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşdə olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, İmran Qasımov küçəsi, 48 yaşayış evi XDS-nin İcraiyyə Komitəsinin 11 noyabr 1987-ci il tarixli qərarı əsasında X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli arayışın surətindən görünür ki, AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı ekskavator yükləyici (zavod:35B113651, mühərrik: 4455345) Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində fiziki şəxs Cavabdeh1 adına xx.xx.2014-cü ildə dövlət qeydiyyatına alınmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 və X8 arasında olan nikah 11 may 1985-ci ildə qeydə alınmış, tərəflərin birgə nikahından İddiaçı1 və Cavabdeh2 doğulmuşdur. Kirovabad şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli iclasının 6 saylı protokolu, Kirovabad şəhər Sovetinin Tikinti və Memarlıq işləri şöbəsinin xx.xx.1989-cu il tarixli layihəsinə əsasən X4 fərdi yaşayış evinin tikintisi üçün Kirovabad şəhəri, Sadıllı ərazisi, məhəllə Q-1, 23 saylı sahədə yerləşən 400 kvadrat metr torpaq sahəsi ayrılaraq layihə verilmişdir. Həmin əmlakın hazırda ünvanı ünvan 3aşçısının təsdiq etdiyi xx.xx.1998-ci il tarixli fərdi yaşayış evinin qəbulu aktı və xx.xx.1998-ci il tarixli 5468 saylı sərəncamına əsasən qeyd olunan ünvanda inşa edilmiş yaşayış evi istismara qəbul edilərək X3 adına qeydiyyata alınmış, buna dair xx.xx.1998-ci il tarixli 17163 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin Cavabdeh1 ilə X3 birgə nikahı dövründə əldə olunmuş AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı ekskavator yükləyici xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh1, İddiaçı1 və Cavabdeh2 miras qoyan X3 qanun üzrə vərəsələridir. 07 iyul 1970-ci ildə qüvvəyə minmiş və 09 noyabr 1991-ci il tarixədə qüvvədə olmuş Azərbaycan SSR-in Torpaq Məcəlləsinin 20-ci maddəsinə görə rayon və şəhər (respublika tabeliyində olan şəhərlər) xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələri istifadəyə verirlər. Şəhər və xalq deputatları Sovetləri icraiyyət komitələri bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə görə torpaq sahələri verirlər. Həmin Məcəllənin 107-ci maddəsinə görə şəhər torpaqlarından sahələr şəhər ərazisinin müəyyən edilmiş qaydada təsdiq edilmiş planlaşdırma və tikiliş layihələrinə və yer-təsərrüfat quruluşu planlarına uyğun olaraq, şəhər xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarı əsasında istifadəyə verilir. Dövlət, kooperativ və ictimai müəssisələrin, idarələrin və təşkilatların istifadəsinə torpaq sahələri sənaye müəssisələri, yaşayış binaları, kommunal, mədəni-məişət, ticarət müəssisələri, inzibati binalar, məktəblər, müalicəxanalar və idman qurğuları tikilməsi üçün köşklər, dükanlar, pavilyonlar, bazarlar və başqa ehtiyaclar üçün verilir. Həmin Məcəllənin 131-ci maddəsinə görə qüvvədə olan qanunvericiliyə görə, Azərbaycan SSR-in fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəhərlərin, şəhər tipli qəsəbələrin torpaqlarından və kolxozların, sovxozların və digər kənd təsərrüfatı müəssisələrin istifadə etdikləri torpaqların tərkibinə daxil olmayan kənd yaşayış məntəqələri torpaqlarından, habelə dövlət ehtiyatı torpaqlarından və şəhərlərin yaşıl zonasının hüdudlarından kənardakı dövlət meşə fondu torpaqlarından şəxsi mülkiyyət hüququ əsasında birmənzilli yaşayış binaları tikilməsi üçün torpaq sahələri verilir. Göstərilən məqsəd üçün torpaqlar bu Məcəllənin 128-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada verilir. Həmin Məcəllənin 142-ci maddəsinə görə nəqliyyat, meşə sənayesi, rabitə, su, balıqçılıq, ovçuluq təsərrüfatı, habelə bəzi başqa xalq təsərrüfatı sahələri işçilərinin ayrıayrı kateqoriyalarına xidməti məqsədlə torpaq ayılır. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 111-ci maddəsinə görə əmlak ümumi mülkiyyət hüququ əsasında iki və ya bir neçə kolxoza və kooperativ və ya sair ictimai təşkilatlara, yaxud iki və ya bir neçə vətəndaşa məxsus ola bilər. Ümumi mülkiyyətin paylar məlum olan (paylı mülkiyyət) və paylar məlum olmayan (birgə mülkiyyət) növləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətidir (ərarvadın hər birinin əmlakıdır). Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Kirovabad şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli iclasının 6 saylı protokolu, Kirovabad şəhər Sovetinin Tikinti və Memarlıq işləri şöbəsinin xx.xx.1989-cu il tarixli layihəsinə əsasən X4 fərdi yaşayış evinin tikintisi üçün Gəncə şəhəri, Kəpəz rayonu, İmran Qasımov küçəsi, 48 ünvanında 400 kvadrat metr torpaq sahəsi əvəzsiz olaraq verilmişdir. Bundan sonra Cavabdeh1 və X8 həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmiş, həmin yaşayış evi xx.xx.1998-ci ildə istismara qəbul edilərək, buna dair xx.xx.1998-ci il tarixli 17163 nömrəli qeydiyyat vəsiqəsi alınmışdır. Həmçinin Cavabdeh1 ilə X3 birgə nikahı dövründə əldə olunmuş AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı ekskavator yükləyici xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Buna görə də məhkəmə Gəncə şəhəri, Kəpəz rayonu, İmran Qasımov küçəsi, 48 ünvanında 400 kvadrat metr torpaq sahəsinin əvəzsiz əldə edilməsini və həmin torpaq sahəsi üzərində ər-arvadın birgə vəsaiti hesabına yaşayış evinin inşa olunmasını, eləcə də birgə nikah dövründə AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı ekskavator yükləyicinin alınmasını nəzərə alaraq, hesab edir ki, Gəncə şəhəri, Kəpəz rayonu, İmran Qasımov küçəsi, 48 ünvanında 400 kvadrat metr torpaq sahəsi üzərində yalnız mərhum X3 mülkiyyət hüququ mövcud olsa da, həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi və AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı ekskavator yükləyicinin ½ hissəsi üzərində Cavabdeh1, digər ½ hissəsi üzərində isə X3 mülkiyyət hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə miras (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürənlər) bərabər pay hüququna malikdirlər. Həmin Məcəllənin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Mülki işin məhkəmədə araşdırılması zamanı X3 öldüyü vaxtdan 6 ay ərzində, yəni 19 iyul 2022-ci il tarixdə İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edildiyi, digər vərəsələr Cavabdeh1 və Cavabdeh2 isə H.M.Şahverdiyevaya məxsus miras əmlakı faktiki qəbul etdikləri müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, H.M.Şahverdiyanın vərəsələri Cavabdeh1, İddiaçı1 və Cavabdeh2 miras əmlak üzərində bərabər pay hüquqları, yəni İddiaçı1, Cavabdeh2 və Cavabdeh1 hər birinin ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 1/3 hissəsinə, həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin ½ hissəsinin 1/3 hissəsinə (yəni 1/6 hissəsinə), AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı ekskavator yükləyicinin ½ hissəsinin 1/3 hissəsinə (yəni 1/6 hissəsinə) payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. İddiaçı1 və İddiaçı2 həm də Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə iddia irəli sürmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X3 vəfatından bir müddət sonra cavabdehlər tərəfindən iddiaçılar həmin evə buraxılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyanın hər bir mülkiyyətçisi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1 və 30.2-ci maddlərinə görə Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd olunan normaların tələblərinə uyğun olaraq, İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan İddiaçı1 və sonuncunun razılığı əsasında arvadı İddiaçı2 digər mülkiyyətçilər Cavabdeh1 və Cavabdeh2 ilə bərabər surətdə həmin yaşayış sahəsindən istifadə etmək (evdə yaşamaq) hüququ vardır. Bu hüququn həyata keçirilməsinə cavabdehlər maneə yaratdığından İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidirlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, işdə olan Gəncə Şəhər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 16(125)-5/2022 saylı qərardadından görünür ki, Cavabdeh1 mülkiyyətində olan AZ20T- 222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı (zavod: 35B113651, mühərrik: 4455345) ekskavator yükləyicinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə görə iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Buna görə də məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 16(125)-5/2022 saylı qərardadı ilə tətbiq edilmiş Cavabdeh1 mülkiyyətində olan AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı (zavod: 35B113651, mühərrik: 4455345) ekskavator yükləyicinin özgəninkiləşdirilməsinin qadağan edilməsi növündə müvəqqəti təminat tədbiri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 «miras əmlakda payların müəyyən edilməsi və evə köçürülmə tələbinə dair» iddiası qismən təmin edilsin. İddiaçı1, Cavabdeh2 və Cavabdeh1 hər birinin X2 miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 1/3 hissəsinə, həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin ½ hissəsinin 1/3 hissəsinə (yəni həmin əmlakın 1/6 hissəsinə), AZ20T- 222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı ekskavator yükləyicinin ½ hissəsinin 1/3 hissəsinə (yəni həmin əmlakın 1/6 hissəsinə) payı müəyyən edilsin. İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddiaçı1 və İddiaçı2 iddiası qalan hissədə təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 16(125)-5/2022 saylı qərardadı ilə tətbiq edilmiş Cavabdeh1 mülkiyyətində olan AZ20T-222 dövlət qeydiyyat nişanlı, HİDROMEK HMK 102B markalı (zavod: 35B113651, mühərrik: 4455345) ekskavator yükləyicinin özgəninkiləşdirilməsinin qadağan edilməsi növündə müvəqqəti təminat tədbiri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlasın. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar