Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-585/2025 28.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3834/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh BOKT ASC–yə qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığına Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 manat məbləğində pulun və 70 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti b265 ünvanında yerləşən qeyri–yaşayış sahəsi xx.xx.2021–ci il tarixli icarə müqaviləsi əsasında ofis binası kimi təmir olunmuş vəziyyətdə Cavabdeh BOKT ASC–nin icarəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti bitdikdən sonra cavabdeh sözügedən qeyri–yaşayış sahəsini ofis binası kimi istifadə etməyəcəyini və xx.xx.2024–cü il tarixdə qeyri–yaşayış sahəsini necə qəbul etmişdirsə, həmin vəziyyətdə təhvil–təslim aktı ilə ona təhvil verəcəyini bildirmişdir. Lakin qeyri– yaşayış sahəsi heç bir təhvil–təslim aktı olmadan ona təqdim edilmişdir. Sonradan həmin qeyri– yaşayış sahəsinə baxış keçirərkən məlum olmuşdur ki, cavabdeh orada bunker düəltmiş, arakəsmələr dağıdılmış, vitrin şüşəsinin biri çatlamış, təmir korlanaraq digər rəngə boyanmış və yararsız vəziyyətə salınmışdır. Nəticədə cavabdeh tərəfindən ona 5.000 manat dəyərində maddi ziyan vurulmuşdur. Odur ki, cavabdehdən 5.000 manat məbləğində pulun və 70 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3834/2024 nömrəli, xx.xx.2024–cü il tarixli qərardadı ilə cavabdeh X3 əsl Cavabdeh BOKT ASC ilə əvəz edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3834/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçının iddia etdiyi hallar icarə müqaviləsi əsasında Cavabdeh BOKT ASC–nin istifadəsinə verilmiş, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti b265 ünvanında yerləşən qeyri–yaşayış sahəsində baş verdiyindən, tərəflər arasında bağlanmış xx.xx.2021–ci il tarixli icarə müqaviləsinin 7.3–cü maddəsinə əsasən, mübahisələr danışıqlar yolu ilə nizama salınmadıqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq mübahisənin baş verdiyi ərazi üzrə məhkəmədə həll olunması nəzərdə tutulduğundan, həmin mülki iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2(125)-1403/2025 nömrəli (hakim X.Səfərli) qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)- 3834/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh BOKT ASC–yə qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki iş məhkəmələr arasında yaranmış fikir ayrılığının aradan qaldırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti b265 ünvanında yerləşən qeyri–yaşayış sahəsi xx.xx.2021–ci il tarixli icarə müqaviləsi əsasında ofis binası kimi təmir olunmuş vəziyyətdə Cavabdeh BOKT ASC–nin icarəsinə verilmişdir. Qeyd olunan icarə müqaviləsində tərəflər arasında yaranmış mübahisənin mübahisənin yarandığı ərazi üzrə məhkəmədə baxılması şərtləndirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; 35.1-ci maddəsi, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Azərbaycan Respbulikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mülki işə ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1 və 45.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh BOKT ASC–yə qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə verilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-585/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-585/2025
28.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver