Məhkəmə qərarları › İş №2(104)-61/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-61/2023

12.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-61/2023 12.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi) İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh3 iştirakları ilə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(044)- 111/2019 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən onların evinə baxan eyvanın sökülməsi, onlar tərəfindən edilən qeyri-qanuni hərəkətlərə son qoyulması və onların xərclərinin qonşunun ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı X7 və X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişlər. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(044)- 111/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Gündüz Şirinov) iddia tələbi təmin edilməməmiş, iş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat İddiaçı1 tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməsi qət edilmişdir. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(044)-111/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2019-cu il tarixli, 2(104)- 2837/2019 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim R.Muradov, hakimlər F.Mehtiyev və Ç.Məmmədov) İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(044)-111/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2019-cu il tarixli 2(102)-8071/19 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim V.İbayev, hakimlər A.Kalbalıyev və Ə.Əliyev) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2020-ci il tarixli, 2(104)-1583/2020 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim L.Süleymanov, hakimlər Ş.Rzaquliyev və A.Hüseynzadə) İddiaçı1 apelyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(044)- 111/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin açıq eyvanının onun öz vəsaiti hesabına sökülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən İddiaçı1 həyətinin və dam örtüyünün yun, zibil, heyvan ifrazatları və s. ilə çirkləndirilməsi, it və pişik səsləri ilə, ağır qoxularla narahat edilməsi və s. bunun kimi digər qeyri-qanuni hərəkətlərinə son qoyulması, iddianın “onların xərclərinin qonşunun ödəməsi” tələbinə dair hissədə təmin edilməməsi, ekspertiza xərcinin cavabdehlərə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı1 kassasiya şikayəti vermişdir. Həmçinin həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 may 2021-ci il tarixli, 2(102)-2734/21 saylı qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2020-ci il tarixli, 2(104)-1583/2020 saylı qətnaməsi zərərin ödənilməsi tələbinin təmin edilməyən hissəsində dəyişdirilməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2020-ci il tarixli, 2(104)-1583/2020 saylı qətnaməsinin iddianın təmin edilmiş ləğv edilərək, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. İşin halları İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "tikilinin sökülməsi və qeyriqanuni hərərkətlər son qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onların evinə baxan eyvanın sökülməsi, onlar tərəfindən edilən qeyri-qanuni hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun həyətinin və evinin pəncərəsinin qarşısına eyvan düzəltdirmiş və onların bütün rahatlıqlarını pozmuşlar. Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən qeyri-qanuni qonşuda yaşayan cavabdeh Mehriban adlı şəxsə baş planda hamının bir cərgədə evlərinin olduğu yerdən söküb üzbə-üz ev tikmiş, onlar üçün böyük problemlər yaratmış ki, bu da dava-dalaşa səbəb olmuşdur. Hər gün bir hadisə baş verir, artıq onlar bezmişlər. Cavabdehlər onların evinin içini, hamamın içini, yataq otağının içini müşahidə edirlər, onların həyəti və evləri günəş işığından və havadan məhrum edilmişdir. Cavabdehlər tualetini küçə tərəfdə deyil, onun aynasının altında tikmiş, üfunətdən otura bilmirlər, pəncərəsinin qarşısında itini hürdürür, əks sədası evin içində olur, səs-küydən, gecəgündüz otura bilmirlər, damın üstünə pişikləri buraxırlar, özlərinə məxsus evdə sərbəst hərəkət edə, otura-yata bilmirlər. Gəncə şəhəri Memarlıq İdarəsinin bu qeyri-qanuni verdiyi icazəsi nəticəsində onlar öz evlərində narahatlıq və əziyyət çəkirlər, onlar əsəb sarsıntısı keçirir və dava-dalaşda qalıblar, öz evlərində dustaq kimi yaşayırlar, öz evlərində gizlənəgizlənə hərəkət edirlər. Onların evinin pəncərəsi öz həyətlərinə çıxdığı üçün onların evinə işıq təkcə öz həyətlərindən gəlir, o, Öz pəncərəsini bağlamağa məcburdur ki, kənar insanlar onun evinin içini görməsinlər. Mülki iş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 23 sentyabr 2017-ci il tarixli, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 evin 1/9 hissəsi X6, 4/9 hissəsi İddiaçı1 və 4/9 hissəsi X1 adlarına qeyd edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 19 fevral 2016-cı il tarixli, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 23158 saylı rəyindən görünür ki, tikinti norma və qaydalarında fərdi yaşayış evlərinin açıq eyvanların texniki göstəriciləri o cümlədən evi, uzunluğu, hündürlüyü barədə hər hansı tələblər nəzərdə tutulmamışdır. Lakin, mübahisəli ünvan 1 ünvanda yerləşən yaşayış evinə aid eyvan tikilisinin texniki göstəricilərinin texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmişdir. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair işığı və hava axınını qismən məhdudlaşdırdığı müəyyən olunmuşdur. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin eyvanının ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən sərbəst istifadəsinə maneçilik törədib-törətməməsi məsələsi hüquqi xarakter daşıdığından, göstərilən məsələ məhkəmə tərəfindən qiymətləndirilə bilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/335 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış evinə aid eyvan tikilisinə baxış keçirilən zamanı müvafiq ölçü işləri aparılmış və həmin ölçülər texniki pasportun məlumatları ilə müqayisə olaraq texniki pasportun məlumatlarına uyğun olduğunu nəzərə alaraq tikililərin tikinti normalarına uyğun olduğu müəyyən edilir. ünvan 1 ünvanda yerləşən yaşayış evinə aid eyvan tikilisi evin ikinci mərtəbəsi səviyyəsində inşa olunduğundan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə maneyə yaratmadığı müəyyən edilir. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evin hamamının və dəhliz tikilisinin həyətə baxan divarları pəncərədən olduğundan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin eyvanından iddiaçıya məxsus evin hamamının və dəhliz tikilisinin içinin göründüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4331 saylı rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin planda yerləşməsini nəzərə alaraq (üç tərəfdən qonşu sahələrə bitişik vəziyyətdə yerləşdiyindən) yaşayış evinin digər hissəsindən əlavə pəncərələrin açılmasının və havalandırılmasının mümkün olmadığı müəyyən edilir. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hamamının və dəhliz tikilisinin pəncərələrin şəffaf şüşaləri, buzlu (mat) şüşə ilə əvəz olunduqda görüntünü məhdudlaşdırmaq mümkün olduğu müəyyən edilir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun həyətinin və evinin pəncərəsinin qarşısında eyvan düzəltdirmiş və bununla da onların rahatlığını pozmuşdur. Cavabdehlər baş planda hamının bir cərgədə evlərin olduğu yerdən söküb üzbəüz ev tikmişdir. Cavabdehlər onun evinin içini, hamamın içini, yataq otağının içini müşahidə edirlər, eləcə də onların həyətini və evlərini günəş işığından və havadan məhrum etmişlər. Cavabdehlər tualeti küçə tərəfdə deyil, onun aynasının altında tikmişdir və buna görə də üfunətdən otura bilmirlər. Cavabdeh pəncərəsinin qarşısında itini hürdürür, itin səsinin əks-sədası evin içində olur, səs-küydən gecə-gündüz otura bilmirlər. Cavabdehlər pişiklərini onun damının üstünə buraxırlar, zir-zibili, qoyun yununu, siqaret küllərini onun həyətinə tökürlər. Onlar özlərinə məxsus evdə sərbəst hərəkət edə bilmirlər. Gəncə şəhəri Memarlıq İdarəsinin tikintiyə qeyri-qanuni verdiyi icazə nəticəsində onlar öz evlərində narahatlıq və əziyyət çəkirlər və öz evlərində dustaq kimi yaşayırlar. İşdə iştirak edən şəxslərin apelyasiya məhkəməsində verdiyi izahatlar İddiaçı1 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətinin təmin edilməsini, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(044)-111/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin olunmamasını və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(044)-111/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki və torpaq qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkməsi qərarında qeyd etmişdir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında eyvanın texniki norma və tələblərə uyğunluğunun texniki pasportun göstəricilərinə əsasən deyil, texniki norma və tələblərə əsasən müəyyən edilməli olması göstərilsə də, apellyasiya məhkəməsi Ali Məhkəmənin bu göstərişi üzrə hər hansı araşdırma aparmayıb. Halbuki qanunuvericliyin tələbinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İddia tələbinin hüquqi əsasları kimi aşağıdakı hüquq normaları nəzərdən keçirilməlidir. Məlumdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri). Mülkiyyət hüququnun mahiyyətini daha geniş açıqlayan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunveriliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak üzərində öz mülahizələri ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İş materiallarından da görünür ki, iddiaçının hər hansı hüququnun pozulması müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkməsinin qərarında qeyd olunan halları araşdırmaq üçün məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/335 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən yaşayış evinə aid eyvan tikilisinə baxış keçirilən zamanı müvafiq ölçü işləri aparılmış və həmin ölçülər texniki pasportun məlumatları ilə müqayisə olaraq texniki pasportun məlumatlarına uyğun olduğunu nəzərə alaraq tikililərin tikinti normalarına uyğun olduğu müəyyən edilir. ünvan 1 ünvanda yerləşən yaşayış evinə aid eyvan tikilisi evin ikinci mərtəbəsi səviyyəsində inşa olunduğundan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə maneyə yaratmadığı müəyyən edilir. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evin hamamının və dəhliz tikilisinin həyətə baxan divarları pəncərədən olduğundan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin eyvanından iddiaçıya məxsus evin hamamının və dəhliz tikilisinin içinin göründüyü müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4331 saylı rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin planda yerləşməsini nəzərə alaraq (üç tərəfdən qonşu sahələrə bitişik vəziyyətdə yerləşdiyindən) yaşayış evinin digər hissəsindən əlavə pəncərələrin açılmasının və havalandırılmasının mümkün olmadığı müəyyən edilir. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin hamamının və dəhliz tikilisinin pəncərələrin şəffaf şüşaləri, buzlu (mat) şüşə ilə əvəz olunduqda görüntünü məhtudlaşdırmaq mümkün olduğu müəyyən edilir. Həmçinin məhkəmə kollegiyası tərəfindən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evlərinə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 2 metr hündürlüyündə hasarı vardır və qeyd olunan eyvan həmin hasarın üzərində inşa edilmişdir. ünvan 1 ünvanda yerləşən yaşayış evinə aid eyvan tikilisi evin ikinci mərtəbəsi səviyyəsində inşa olunduğundan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə maneyə yaratmadığı müəyyən edilir. Göründüyü kimi cavabdehlər tərəfindən inşa edilmiş eyvan tikinti normalarının tələblərinə uyğun inşa edilmişdir. Belə ki, cavabdehlər tərəfindən inşa edilmiş eyvan İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinə hər hansı maneəçilik yaratmır. Cavabdehlər tərəfindən inşa edilmiş həmin eyvan hasarın üzərində inşa edilmişdir. Cavabdehlər tərəfindən inşa edilmiş eyvanın həmin ərazidə yerləşməsi iddiaçının mülkiyyət hüququnu pozmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallara əsasən birinci instansiya məhkəməsi iddia tələbini qismən etməkdə haqlı olmuşdur və apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Qətnamənin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən 200 manat ekspertiza xərcləri iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 404 və 405-ci maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(044)- 111/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. İş üzrə 200 manat ekspertiza xərcləri iddiaçıya aid edilsin. 200 manat pul iddiaçıdan tululub SAP (XİİS), X4, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar