Məhkəmə qərarları › İş №2(104)-627/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-627/2024

21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-627/2024 21.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X9 Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və "xxxx" KB ASC cəlb edilməklə) “İcra qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2*.11.2*23-cü il tarixli, 2(125)-5411/2*23 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin 2*.11.2*23-cü il tarixli, 2(125)-5411/2*23 saylı qətnaməsi ilə (hakim F.Fərhadov) İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və "xxxx" KB ASC cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2*.11.2*23-cü il tarixli, 2(125)-5411/2*23 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin Notariat ofisinin 16.*3.2*22-ci il tarixli, 8İ-58*3 nömrəli reyestrlə təsdiq olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17.*7.2*21-ci il tarixdə bağlanmış **7mki/21 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 12* ünvanda yerləşən fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə yüklü edilmişdir. İcbari tibbi sığortadan istifadə etmək istəyərkən şəxsiyyət vəsiqəsinin qeyri-aktiv olduğu aşkar olunmuşdu. Şəxsiyyət vəsiqəsinin qeyri-aktiv olmasına səbəb Gəncə İnzibati Məhkəməsinin 17.*4.2*23-cü il tarixli, 2-1(114)-1553/2*23 saylı qərarı ilə Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, ev 12*-dən qeydiyyatdan çıxarılması olmuşdur. Bundan sonra araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 16.*3.2*22-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 12* ünvanında, istifadədə olan *.*5168 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112,5 kv.m sahəli fərdi yaşayış evinə tutma yönəldilmişdir. Qeyd olunan icra sənədi qanunsuz və əsassızdır. Ona görə də, məhkəmədə həmin icra qeydinin ləğv edilməsinə dair iddia qaldırır. İddia tələbinin əsaslı olmasını təsdiq edən xüsusatlar aşağıdakılardan ibarətdir. İlk öncə məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdehdən vəkil sorğusu əsasında 16.*3.2*22-ci il tarixli, 8İ-58*3 reyestrlə təsdiq olunmuş icra qeydi işinin içərisində olan sənədlərin təsdiq edilmiş surətlərini almışdır. İcra qeydi işinin içərisində olan sənədləri tədqiq etdikdə müəyyən olunur ki, icra qeydinin verilməsinin hüquqi əsası 17.*7.2*21-ci il tarixli, **7mki/21 nömrəli ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş və onun sifarişli poçtla ipoteka qoyana göndərilməsinə dair sənəd və icra qeydinin aparılacağı barədə bildirişin surəti və onun sifarişli poçtla göndərilməsinə dair sənəd olmuşdur. Qeyd olunan sənədlərlə icra qeydi verilməsi kobud pozuntudur. 17.*7.2*21-ci il tarixli, **7mki/21 saylı ipoteka müqaviləsində ipoteka predmetinə tutmanın icra qeydi əsasında aparılmasına dair hər hansı müddəa yoxdur. Həmin müqavilənin 7.1-ci maddəsində göstərilir ki, bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr fikir ayrılıqları və tələblər tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Tərəflər arasında olan mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Belə çıxır ki, notarius icra qeydi verərkən o qənaətə gəlib ki, tərəflər arasında mübahisə yoxdur. Onda belə bir sual yaranır. Notarius tərəflər arasında mübahisə olmamasına hansı əsasla gəlmişdir. Sənədlərlə, yoxsa şəxsi mülahizələri ilə. Cavab sadədir - şəxsi mülahizələri ilə. Çünki, icra qeydi işində bununla bağlı olaraq hər hansı sənəd yoxdur. Notarius tərəfindən icra qeydi hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslar üzrə borcun alınması ilə bağlı verildikdə notarius tərəfindən ilk öncə “Notariat haqqında” Qanunun 76-cı maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Təlimat”ın 161, 162, 17*-1-ci bəndlərinin tələblərinə riayət etməli idi. İcra qeydinin verilməsinə əsas olmuş bildirişlərin məzmunu notariusun gözündən qaçmışdır. İcra qeydi işinin 14-cü səhifəsində olan 17.*2.2*22-ci il tarixli bildirişin 4-cü bəndində göstərilir ki, borc 2* gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Qeyd olunan bildirişdən açıq-aşkar görünür ki, ipoteka predmeti ilə bağlı notarius icra qeydi verə bilməz. Çünki 17.*7.2*21-ci il tarixli, **7mki/21 saylı ipoteka müqaviləsinin 1.1-ci maddəsində göstərilir ki, ipoteka predmeti Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 12*-dir. İcra qeydi işinin 18-ci səhifəsində olan İddiaçı ünvanlanmış ipoteka predmetinə tutma yönəldilməsi barədə 17.*4.2*22-ci il tarixli bildirişdə borc öhdəliyinin 21 gün ərzində icra edilməməsinə görə icra qeydi verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Bildirişin 6-cı abzasında göstərilir ki, “borc 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 12* ünvanında yerləşən *,*5168 ha torpaq sahəsi və onun üzərində yerləşən 112,5 kv.m sahəsi olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi proseduru başlanılacaqdır. Göründüyü kimi, icra işində olan bildirişlərlə icra qeydinin verilməsi qeyri-mümkündür. İcra işində olan İddiaçı adına ünvanlanan ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ona çatmamışdır. Həmin bildirişin ona çatmamasını icra işində 11-ci səhifəsində olan ərizə və 17-ci səhifəsində olan poçt sənədi təsdiq edir. Belə ki, 11-ci səhifədə olan 223318***58*2 saylı ərizəyə əlavə olunmuş sənədlər siyahısının 5 və 7-ci bəndlərində bildirişin sifarişli poçtla göndərilməsi göstərilir. Əslində isə göndərilməsi yox, çatmasını təsdiq edən sənədi əlavə etməli idi. Elə bir sənəd isə iş materiallarında yoxdur. İcra işinin 17-ci səhifəsində olan poçt sənədində isə heç bir imza yoxdur. “Notariat haqqında” Qanunun 76-cı maddəsində göstərilir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyənedən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Birinci instansiya məhkəməsində X5 və "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməsinin mövqeyi ilə qətiyyən razı deyil, həmin mövqe özündə maddi və prosessual hüquq normalarının pozulmasını ehtiva edir. Belə ki, İcra qeydinin içərisində olan sənədləri tədqiq etdikdə müəyyən olundu ki, icra qeydinin verilməsinin hüquqi əsası 17.*7.2*21-ci il tarixli, **7mki/21 nömrəli ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş və onun sifarişli poçtla ipoteka qoyana göndərilməsinə dair sənəd və icra qeydinin aparılacağı barədə bildirişin surəti və onun sifarişli poçtla göndərilməsinə dair sənəd olmuşdur. Qeyd olunan sənədlərlərə icra qeydi verilməsi kobud pozuntudur. 1) 17.*7.2*21ciil tarixli, **7mki/21 saylı ipoteka müqaviləsində ipoteka predmetinə tutmanın icra qeydi əsasında aparılmasına dair hər hansı müddəa yoxdur. Həmin müqavilənin 7.1-ci maddəsində göstərilir ki, bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr fikir ayrılıqları və tələblər tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Tərəflər arasında olan mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Belə çıxır ki, notarius icra qeydi verərkən o qənaətə gəlib ki, tərəflər arasında mübahisə yoxdur. Onda belə bir sual yaranır. Notarius tərəflər arasında mübahisə olmamasına hansı əsasla gəlmişdir. Sənədlərlə, yoxsa şəxsi mülahizələri ilə... Cavab sadədir-Şəxsi mülahizələri ilə çünki, icra qeydi işində bununla bağlı olaraq hər hansı sənəd yoxdur. Notarius tərəfindən icra qeydi hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslar üzrə borcun alınması ilə bağlı verildikdə notarius tərəfindən ilk öncə “Notariat haqqında” Qanunun 76-cı maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Təlimat”ın 161, 162, 17*-1-ci bəndlərinnin tələblərinə riayət etməli idi. 2) İcra qeydinin verilməsinə əsas olmuş bildirişlərin məzmunu notariusun gözündən qaçmışdır. İcra qeydi işinin 14-cü səhifəsində olan 17.*2.2*22-ci il tarixli bildirişin 4-cü bəndində göstərilir ki, borc 2* gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Qeyd olunan bildirişdən açıq-aşkar görünür ki, ipoteka predmeti ilə bağlı notarius icra qeydi verə bilməz. Çünki 17.*7.2*21-ci il tarixli, **7mki/21 saylı ipoteka müqaviləsinin 1.1-ci maddəsində göstərilir ki, ipoteka predmeti Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 12*-dir. 3) İcra qeydi işinin 18-ci səhifəsində olan İddiaçı ünvanlanmış ipoteka predmetinə tutma yönəldilməsi barədə 17.*4.2*22-ci il tarixli bildirişdə borc öhdəliyinin 21 gün ərzində icra edilməməsinə görə icra qeydi verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Həmin bildirişin 6-cı abzasında göstərilir ki, “borc 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 12* ünvanında yerləşən *,*5168 ha torpaq sahəsi və onun üzərində yerləşən 112,5 kv.m sahəsi olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi proseduru başlanılacaqdır. Göründüyü kimi icra işində olan bildirişlərlə icra qeydinin verilməsi qeyri-mümkündür. İcra işində olan İddiaçı adına ünvanlanan ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ona çatmamışdır. Həmin bildirişin ona çatmamasını icra işində 11-ci səhifəsində olan ərizə və 17-ci səhifəsində olan poçt sənədi təsdiq edir. Belə ki, 11-ci səhifədə olan 223318***58*2 saylı ərizəyə əlavə olunmuş sənədlər siyahısının 5 və 7-ci bəndlərində bildirişin sifarişli poçtla göndərilməsi göstərilir. Əslində isə göndərilməsi yox, çatmasını təsdiq edən sənədi əlavə etməli idi. Elə bir sənəd isə iş materiallarında yoxdur. İcra işinin 17-ci səhifəsində olan poçt sənədində isə heç bir imza yoxdur. Yuxarıda qeyd olunan xüsusatlar icra qeydinin qanunsuz verildiyini təsdiq etməklə, iddia tələbinin əsaslı olmasını sübut eləyir. Notarius tərəfindən icra qeydi verilməmişdən öncə aşağıdakı xüsusatlar araşdırılmamışdır. 1) Tərəflər arasında mübahisə varmı? Bunun üçün zəruri şərt notarius tərəfindən borcluya bildiriş göndərilməmişdir. 2) İddia müddəti ilə bağlı məsələ araşdırılmamışdır. 3) İcra qeydi verilərkən tələbkar tərəfdən notariusa yalnız bildiriş təqdim edilmiş, mübahisə olubolmamasını təsdiq edən kredit və ipoteka müqavilələri, hesabdan çıxarış, maliyyə arayışı və digər sənədlər təqdim edilməmişdir. Məhkəmə tərəfindən icra qeydinin verilməsi əsasları ilə bağlı hər hansı araşdırılma aparılmamışdır. Ən azından icra qeydinin verilməsinə səbəb olmuş sənədlər notariusdan sorğu verilərək götürülüb araşdırılmalı idi. Çünki notariusun icra qeydini yalnız tələbkarın təqdim etdiyi bildiriş vasitəsilə aparılması kobud pozuntudur. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən İddiaçı, cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin nümayəndəsi və üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üşüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC (bank) ilə X5 (borcalan) arasında 17.*7.2*21-ci il tarixli **7mk/21 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.*7.2*21-ci il tarixli **7mk-1/21 saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank borclana 24 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 25*** manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" KB ASC (kreditor-ipoteka saxlayan) ilə İddiaçı (ipoteka qoyan) arasında bağlanmış 17.*7.2*21-ci il tarixli, **7mki/21 reyestr nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi ev 12* ünvanında, istifadədə olan *.*5168 ha torpaq sahəsində yerləşən 112,5 kv.m sahəli fərdi yaşayış evini 17.*7.2*21-ci il tarixli **7mk/21 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 17.*2.2*22-ci il maliyyə arayışından görünür ki, X2 həmin kredit müqaviləsi üzrə bank qarşısında əsas kredit borcu üzrə 23237,87 manat, faiz borcu üzrə 914,5* manat, cərimə borcu üzrə 33,83 manat olmaqla, cəmi 24186,2* manat məbləğində kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2*1*11***3121-1*3*1 reyestr nömrəli, 25.*7.2*21-ci il qeydiyyat tarixli, 1521*2*391 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ üzrə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, 12* ünvanında, istifadədə olan *,*5168 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112,5 kv.metr olan fərdi yaşayış evi 17.*7.2*21-ci il tarixli **7mk/21 saylı kredit müqaviləsi üzrə (məbləği 75*** manat) 17.*7.2*21-17.*7.2*31 il müddətinə "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, "xxxx" KB ASC tərəfindən 17.*2.2*22-ci il tarixli bildiriş tərtib edilərək, X3 Bank qarşısında yaranmış borcunu 2* gün müddətində ödəməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə yaranmış borc məbləğinə dair notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan *68814 nömrəli, 18.*2.2*22-ci il tarixli poçt zərfindən görünür ki, qeyd edilən bildiriş X2 yaşadığı Gəncə şəhəri, X8 küçəsi, ev 12* ünvanına göndərilmiş, bildiriş 24.*2.2*22-ci il tarixdə “ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. İş materiallarından görünür ki, "xxxx" KB ASC tərəfindən 17.*2.2*22-ci il tarixli bildiriş tərtib edilərək, İddiaçı Bank qarşısında yaranmış borcu 21 gün müddətində ödəməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun başlanılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan *68815 nömrəli, 18.*2.2*22-ci il tarixli poçt zərfindən görünür ki, qeyd edilən bildiriş İddiaçı yaşadığı Gəncə şəhəri, X8 küçəsi, ev 12* ünvanına göndərilmiş, bildiriş 24.*2.2*22-ci il tarixdə “ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. İş materiallarından görünür ki, "xxxx" KB ASC-nin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə “bildirişin qeydə alınmasına dair” ərizə ilə müraciəti əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş dövlət qeydiyyatı orqanında qeydə alınmışdır. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd 17.*7.2*21- ci il tarixli **7mk/21 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.*7.2*21-ci il tarixli **7mk-1/21 saylı əlavə kredit müqaviləsi və 17.*7.2*21-ci il tarixli, **7mki/21 reyestr nömrəli ipoteka müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borcluların banka 23237,87 manat əsas borcu, 914,5* manat faiz borcu, 33,83 manat cərimə borcu olmaqla, cəmi 24186,2* manat məbləğində kredit borcu vardır. Qeyd olunanları nəzərə alaraq, ipoteka predmeti olan Gəncə şəhəri, X11 küçəsi ev 12* ünvanında, istifadədə olan *,*5168 ha torpaq sahəsində yerləşən 112,5 kv.m sahəli fərdi aşayış evinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparılması xahiş edilmişdir. İş materiallarından görünür ki, 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 16.*3.2*22-ci il tarixli, 8İ-58*3 nömrəli reyestrlə təsdiq olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi ilə ipoteka müqaviləsi üzrə ipoteka saxlayan "xxxx" KB ASC-nin tələbi ilə borc alan X1 ipoteka qoyan İddiaçı məxsus, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi ev 12* ünvanında, istifadədə olan *.*5168 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112,5 kv.m sahəli fərdi yaşayış evinə tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 23237.87 manat əsas borc, 914.5* manat faiz borcu, 33.83 manat dəbbə pulu və icra qeydinin aparılması üçün bank tərəfindən ödənilmiş 25.** manat dövlət rüsumu olmaqla cəmi tutulmalı məbləğ 24211.2* manat təşkil edir). İş materiallarında olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin 16.*3.2*22-ci il tarixli, 696 nömrəli məktubundan görünür ki, həmin Notariat ofisində 16.*3.2*22-ci il tarixdə təsdiq olunmuş 8İ-58*3 reyestr ilə qeydə alınmış icra qeydi icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı ilə "xxxx" KB ASC 17.*7.2*21-ci il tarixli, **7mki/21 reyestr nömrəli ipoteka müqaviləsi, o cümlədən borcalan X5 ilə bank arasında 17.*7.2*21-ci il tarixli **7mk/21 saylı əsas kredit müqaviləsinin çərçivəsində 23.*7.2*21-ci il tarixli **7mk-1/21 saylı əlavə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 25*** manat kredit verilmiş, eyni zamanda Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi ev 12* ünvanında, istifadədə olan *.*5168 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112,5 kv.m sahəli fərdi yaşayış evi iddiaçı tərəfindən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini 9* gündən artıq müddət ərzində icra etmədiyindən, bank qarşısında 24186,2* manat borcu yaranmışdır. Bank tərəfindən 18.*2.2*22-ci il tarixdə borcalana yaranmış borc öhdəliyini 2* gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə bildiriş göndərilmiş, həmçinin bank tərəfindən ipoteka qoyana borc öhdəliyi icra edilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi ev 12* ünvanına xəbərdarlıq bildirişi göndərilmiş, lakin borcalan, istərsə də ipoteka qoyan həmin ünvanda yaşamadıqlarına görə xəbərdarlıq bildirişinin təqdim olunması mümkün olmamışdır. Bununla belə "xxxx" KB ASC borcalanın kredit müqaviləsindən irəli gələn borcunun tutmanın ipoteka predmetinə yönəldilməklə ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən xəbərdarlıq bildirişinin borcalana və ipoteka qoyana çatdırılmaması nəzərə alınmadan 16.*3.2*22-ci il tarixdə müvafiq icra qeydi verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə X5 arasında 17.*7.2*21-ci il tarixli **7mk/21 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 23.*7.2*21-ci il tarixli **7mk-1/21 saylı əlavə kredit müqaviləsinə əsasən M.İsmayılovun müqavilənin qüvvədə olduğu müddət ərzində 23237.87 manat əsas borcu, 914.5* manat faiz borcu, 33.83 manat dəbbə pulu borcu olmaqla, cəmi 24186,2* manat məbləğində ödəməli olması, habelə iddiaçının və üçüncü şəxs qismində cəlb edilmiş borcalanın hazırkı məhkəmə iclasılarında bu halı inkar etməməsi icra sənədində qeyd edilən borc məbləğinin mübahisəsiz olduğunu sübut edir. Başqa sözlə, iş materiallarından da məlum olur ki, icra qeydi verilən vaxtı borcalan kredit müqaviləsi üzrə borcunu tam ödəməmişdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, "xxxx" KB ASC icra qeydinə əsasən borcludan və ipoteka qoyandan 23237.87 manat əsas borc, 914.5* manat faiz borcu, 33.83 manat dəbbə pulu borcu olmaqla, cəmi 24186,2* manat borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Digər bir şərt isə tələbin Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddəti çərçivəsində irəli sürülməsidir ki, iş materiallarından da göründüyü kimi, müqavilə 23.*7.2*21-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır ki, bu halda müqavilənin qüvvədə olma müddəti hələ başa çatmamış icra qeydi aparılmışdır. Bütün bunlarla yanaşı, məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunun mənasından da göründüyü kimi, tələbkarın borcluya icra qeydinin verilməsindən əvvəl bildiriş göndərməməsi icra qeydinin verilməsini istisna edən edən başlıca amildir. Yəni bu məlumatın göndərilmədiyi halda icra qeydinin aparılması mümkün deyil. Tələbkar bu məlumatın göndərilməsi ilə bağlı üzərinə düşən vəzifəni icra etmiş, icra qeydinin verilməsi ilə bağlı müraciət etməzdən əvvəl borcalana, habelə ipoteka qoyana müvafiq məlumatı göndərmişdir, həmin bildirişlərin sözügedən ünvandan “ünvanda yaşamır” qeydi ilə geri qaytarılması tələbkarın qanunun tələbinə riayət etmədiyini göstərmir, yaxud da bu hal icra qeydinin ləğv edilməsinə əsas ola bilməz. Digər tərəfdən, həm ipoteka qoyan iddiaçı, həm də borcalan üçüncü şəxs hazırkı məhkəmə iclaslarında sözügedən bildirişdən məlumatsız olmalarını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər. Həmçinin, kredit müqaviləsi üzrə borcun olduğunu inkar etməyən iddiaçı və borcalanın icra qeydindən əvvəl borclarının olmasından xəbərsiz olmalarını məhkəmə inandırıcı hesab etmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanununun 37.1-ci maddəsinə ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanununun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin Qanununun 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2***-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndində qeyd olunur ki, Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169- 1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Təlimatın 162-ci bəndinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Həmin Təlimatın 162-ci bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı” 1-1 bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Yuxarıda qeyd edildiyi kimi, Qanunvericiliyin tələblərinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi digər halların mövcudluğu ilə birlikdə, ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişin ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi, habelə bildirişin müvafiq reyestrdə qeydə alınması müəyyən edildiyi zaman aparıla bilər. Müvafiq bildiriş “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməmişdirsə, tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır İşin hallarından görünür ki, tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya bildiriş göndərilmiş olsa da, həmin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmamış, notarius isə qanunvericiliyin tələbini pozaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edildiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmuş, lakin birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mülki qanunvericilik normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti təmin edilərək məhkəmənin şikayətlə mübahisələndirilən həmin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.*.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.*.1, 392, 393 və 4*4-4*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2*.11.2*23-cü il tarixli, 2(125)-5411/2*23 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilərək 16.*3.2*22-ci il tarixli, 8İ-58*3 nömrəli reyestrlə təsdiq olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi ləğv edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçıya aid edilsin Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar