Məhkəmə qərarları › İş №2(104)-628/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-628/2024

01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-628/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(045)-882/2023 tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus evdən Cavabdeh cehiz əmlaklarının – 2 ədəd güzgülü termo, 1 ədəd üçkünc divan, 2 ədəd serviz yığılması üçün termo, 1 ədəd 12 şamlıq lyustur, 1 ədəd (qabaq) stol, 8 ədəd oturacaq stul, 1 ədəd kuxna mətbəxi (əşyasız), 1 ədəd şvaner, 1 ədə iki nəfərlik çarpayı, 1 ədəd sandıq, 1 ədəd güldan, 2 ədəd xalça, 1 ədəd tuxovka, 1 ədəd ütü, 1 ədəd ütü masası, 1 ədəd tozsoran, 4 ədəd tək nəfərlik döşək, 4 ədəd təknəfərlik yorğan, 1 ədəd iki nəfərlik çarpayı döşəyi, 1 ədəd iki nəfərlik çarpayı yorğanı, 6 ədəd böyük yastıq, 6 ədəd balaca yastıq, 2 ədəd mütəkkə, 1 dəst yemək sevrisi (qab), 1 dəst çay dəsti, 1 ədəd iri şirniyyat qabi, 2 ədəd şirniyyat qabı, 2 ədəd ləğə qabı, 2 qutu armudu stəkan dəsti, 1 qutu çəngəl, qaşıq bıçaq dəsti, 1 ədəd ət çəkən maşın (elektron), 2 ǝdad padnus, 4 ədəd pərdə, 2 ədəd şirəli qazan, 2 ədəd yemək qazanının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(045)-882/2023 tarixli qətnaməsi ilə (hakim T.Mustafayev) iddia təmin edilərək, Cavabdeh məxsus cehiz əmlaklar – 2 ədəd güzgülü termo, 1 ədəd üçkünc divan, 2 ədəd serviz yığılması üçün termo, 1 ədəd 12 şamlıq lyustur, 1 ədəd (qabaq) stol, 8 ədəd oturacaq stul, 1 ədəd kuxna mətbəxi (əşyasız), 1 ədəd şvaner, 1 ədə iki nəfərlik çarpayı, 1 ədəd sandıq, 1 ədəd güldan, 2 ədəd xalça, 1 ədəd tuxovka, 1 ədəd ütü, 1 ədəd ütü masası, 1 ədəd tozsoran, 4 ədəd tək nəfərlik döşək, 4 ədəd təknəfərlik yorğan, 1 ədəd iki nəfərlik çarpayı döşəyi, 1 ədəd iki nəfərlik çarpayı yorğanı, 6 ədəd böyük yastıq, 6 ədəd balaca yastıq, 2 ədəd mütəkkə, 1 dəst yemək sevrisi (qab), 1 dəst çay dəsti, 1 ədəd iri şirniyyat qabi, 2 ədəd şirniyyat qabı, 2 ədəd ləğə qabı, 2 qutu armudu stəkan dəsti, 1 qutu çəngəl, qaşıq bıçaq dəsti, 1 ədəd ət çəkən maşın (elektron), 2 ǝdad padnus, 4 ədəd pərdə, 2 ədəd şirəli qazan, 2 ədəd yemək qazanının İddiaçı məxsus Goranboy rayonu, Azad kəndində yerləşən evdən çıxarılması qət edlmişdir. Goranboy Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(045)-882/2023 tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti Cavabdeh nümayəndəsi vəkil X1 tərəfindən imzalansa da apellyasiya şikayətinə vəkilin orderi əlavə edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən isə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin 361-ci maddənin tələbinə uyğun verilməsini yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir ki, bununla da işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmamışdır. Buna görə də Goranboy Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(045)-882/2023 tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Goranboy Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Goranboy Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(045)-882/2023 tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Goranboy Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar