Məhkəmə qərarları › İş №2(104)-632/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-632/2025

24.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-632/2025 24.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı, eyni zamanda X5 və X1 qanuni nümayəndəsi İddiaçı cavabdehlər X6, Cavabdeh1, X11, X7 və X8 qarşı mirasın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan payının müəyyən edilməsi və miras torpağın real bölgüsü tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(076)-1914/2019 nömrəli qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X6, Cavabdeh1, X11, X7 və X8 qarşı torpağın real bölgüsü tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonun Sabirkənd kəndində yerləşən JN 669A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.16 ha torpaq sahəsindən və Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən JN 0428 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mərhum ərinə və onun ailə üzvlərinə məxsus olan 0.58 ha torpaq sahəsindən müvafiq olaraq 0.04 ha və 0.145 ha torpaq sahələrinin naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(076)-1914/2019 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia tələbi qismən təmin edilməsi; iddiaçılar X5 və X1 və İddiaçı Şəmkir rayonun Sabirkənd kəndində yerləşən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 04 iyul 2002-ci il tarixli 93 saylı qərarı Jn 0428 (KOD ********) Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktı əsasında X9, Cavabdeh2, Cavabdeh1, X2 mülkiyyətinə v-erilmiş 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsindən, Şəmkir rayonunun Sabirknd kəndində yerləşən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 53 saylı qərarı ilə JN-669 (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Səhadətnamə əsasında X9, Cavabdeh2 Cavabdeh1, X2 mülkiyyətinə verilmiş 0.16 ha həyətyanı torpaq sahəsindən mərhum X20 oölundanmiras qalmış hissəsini, həmçinin X5 və X1 mərhum X10 çiras qalmış hissəni qabul etməsi faktı müəyyən edilsin və Şəmkir rayon Aqrar İslahat Komissiyasının 04 iyul 2002-ci il tarixli 93 saylı qərarı ilə X14, Cavabdeh2, Cavabdeh1 və X4 0.58 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün Torpağın Mülkiyyətə verilməsinə dair JN-669A (KOD ********) saylı Şəhadətnamə ilə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 53 saylı qərarl ilə X14, Cavabdeh2, Cavabdeh1, X4 məxsus 0.16 ha həyatyanı torpaq sahəsində İddiaçı payı 6/80 olmaqla müəyyən edilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi; Cavabdehlərdən müştərək qaydada aparılmış ekspertiza tədiqiqatının dəyəri olan 100 manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzininhesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh X11 apellyasiya şikayəti verərək iddianın təmin olunması hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünzülüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Şəmkir Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 06 fevral 2025-ci il tarixli məktubdan müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli 2(076)-1914/2019 nömrəli qərardadından iş üzrə iddiaçı X12 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Şəmkir Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 384.0.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya Şəmkir Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 06 fevral 2025-ci il tarixli məktubu nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyünə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2025-ci il tarixli 2(104)-632/2025 nömrəli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və iddiaçı X3 Şəmkir Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli 2(076)-1914/2019 nömrəli qərardadından verdiyi apellyasiya şikayətinə münasibətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357, 360-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılması üçün Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2025-ci il tarixli 2(104)-632/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı, eyni zamanda X5 və X1 qanuni nümayəndəsi İddiaçı cavabdehlər X13ə, Cavabdeh1, X11, X7 və X8 qarşı mirasın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan payının müəyyən edilməsi və miras torpağın real bölgüsü tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(076)-1914/2019 nömrəli qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2025-ci il tarixli 2(104)-632/2025 nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın. Şəmkir Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli 2(076)-1914/2019 nömrəli qərardadından iş üzrə iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357, 360-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar