Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-635/2024 19.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(066)-1211/2024 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 (eləcədə iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsidir) və Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən Cavabdeh1 anası X1 payını miras kimi qəbul etdiyinə görə 5000 manat, cavabdehlərin hər birindən isə ondan aldıqları 2500 manat və ödənilmiş 97,40 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlərdən Cavabdeh1 anası X1 payını miras kimi qəbul etdiyinə görə 2500 manat, eləcədə cavabdehlərin hər birindən ondan aldıqları 2500 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(066)-1211/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 5000 (beş min) manat pul və ödənilmiş dövlət rüsumunun 64,90 manatı alınaraq İddiaçı verilməsi; Cavabdeh2 2500 (iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun 32,40 manatı alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narzı qalan cavabdehlər Cavabdeh1 (eləcədə iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsidir) və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli 2(104)- 2631/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2023-cü il tarixli 2(104)-2631/2023 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə 25 oktyabr 2023-cü il tarixli 2(104)- 2631/2023 nömrəli qərardadı ləğv edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Göygöl Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(066)-1211/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmiş, eləcədə apellyasiya şikayəti latın qrafikalı azərbaycan əlifbası ilə deyil, kiril əlifba ilə tərtib edilmiş və oxunması qeyri mümkündür. Göygöl Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(066)-1211/2024 nömrəli (hakim Ə.Kərimov) qərardadı ilə həmin məhkəmənin 19 sentyabr 2023-cü il tarixli 2(066)-1211/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdehlər Cavabdeh1 (eləcədə iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsidir) və Cavabdeh2 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişlər. Göygöl Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2(066)-1211/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 361 maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 363.1.1-1. maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2. maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 363.3. maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 363.4. maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilmədiyindən, eləcədə apellyasiya şikayəti latın qrafikalı azərbaycan əlifbası ilə deyil, kiril əlifba ilə tərtib edildiyinə və oxunması qeyri mümkün olduğundan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2023-cü il tarixli 2(104)-2631/2023 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə 25 oktyabr 2023-cü il tarixli 2(104)-2631/2023 nömrəli qərardadı ləğv edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Göygöl Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(066)-1211/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2023-cü il tarixli 2(104)-2631/2023 nömrəli qərardadındakı göstərişi əsas tutan Göygöl Rayon Məhkəməsi də 12 yanvar 2024-cü il tarixli 2(066)-1211/2024 nömrəli qərardadla apellyasiya şikayətini geri qaytarmışdır. Cavabdehlər Cavabdeh1 (eləcədə iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsidir) və Cavabdeh2 həmin qərardaddan şikayət versədə, sonuncuların şikayəti təmin edilməmişdir. Kollegiyada birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki Göygöl Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 2(066)-1211/2023 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 128, 130, 263-264, 357, 360, 398, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (eləcədə iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsidir) tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(066)-1211/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-635/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-635/2024
19.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver