Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-637/2025 04.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X16 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin qeydiyyatda olduğu evə yaşayış və istifadə hüquqlarına xitam verilməsi tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-5497/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)- 349/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə Gəncə şəhəri Nikah evində 147 akt nömrəsi ilə bağlanmış nikah pozulmuşdur, tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək anaları Cavabdeh2 himayəsinə saxlanması qət edilmişdir.
2. xx.xx.1997-ci il tarixli, 7577 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Cavadxan küçəsi, 9-cu döngə, ev 4 ünvanında yerləşən 8 nömrəli mənzil İddiaçı adına qeydə alınmışdır.
3. xx.xx.2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş X12, xx.xx.2013-cü il tarixdə anadan olmuş X8, xx.xx.2012- ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1948-ci il tarixdə anadan olmuş X17, xx.xx.1981-ci il tarixdə anadan olmuş Cavabdeh2 və xx.xx.2007- ci il tarixdə anadan olmuş X4 şəhəri, Cavadxan küçəsi, 9-cu döngə, ev 4 ünvanında yerləşən 8 nömrəli mənzildə qeydiyyatdadırlar.
4. Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 13-37/2-8-28404/24 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 Gəncə şəhəri, Cavadxan küçəsi, 9-cu döngə, ev 4 ünvanında yerləşən 8 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları barədə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-21-3-33/2-11551/2024 nömrəli məktubunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Gəncə şəhər 6 saylı DNK-nun xx.xx.1992- ci il tarixli, 2-3-81 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə X1.Gəncə şəhər 6 saylı DNK-nun xx.xx.1992-ci il tarixli, 2-3-125 reyestr nömrəli alqı- satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak X2. Gəncə şəhər 1 saylı DNK-nun xx.xx.1997-ci il tarixli, 3M-3- 348 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı bağışlanmış və onun adına 77/7577 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Şəmilov X11 Günay Nadir qızına və Cavabdeh1 qarşı Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilindən yaşayış və istifadə hüquqlarının itirilmiş hesab olunması tələbi barədə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Şəmilov X11 Günay Nadir qızına və Cavabdeh1 qarşı iddianın dəqiqləşməsinə dair məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilindən yaşayış və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9- cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilini 1998-ci il tarixdə xalası X18 ona bağışlamışdır. Cavabdeh2 ilə nikahlarını xx.xx.2004-cü il tarixdə qeydə aldırdıqdan sonra sözügedən ünvanda yaşamağa başlasalar da, 3-4 ay həmin ünvanda yaşadıqdan sonra onun ailəsi ilə münasibəti pisləşdiyinə görə yaşamaq üçün kirayə mənzilə köçmüşlər. Daha sonra maddi vəziyyətləri pisləşdiyinə görə o və Cavabdeh2 ilə birgə təxminən 2004-cü ilin dekabr ayında ünvan 5 ünvanında yerləşən 4 nömrəli binanın 8 nömrəli mənzilinə geri qayıtmışlar. Bundan sonra onunla X22 arasında baş vermiş münaqişə nəticəsində X22 vəfat etmişdir. Həmin hadisə ilə əlaqədar Azərbycan Respublikasının Cinayət Məcəlləsinin 126- cı maddəsi maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının çəkib azadlığa çıxdıqdan sonra ailəsi ilə birgə kirayədə yaşamağa davam etmiş, ev inşa etmək üçün torpaq sahəsi və avtomobil almışdır. Gəncə Şəhər Məhkəməsinin 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ilə arasında olan nikah pozulduqdan sonra Cavabdeh2 birgə nikah dövründə inşa edilmiş evdə yaşamışdır, hazırda da həmin evdə yaşayır. Hazırda Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan Gəncə şəhəri, Cavadxan küçəsi, 9-cu döngə, ev 4 ünvanında yerləşən 8 nömrəli mənzilində qeydiyyatda olmaları bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Bununla bağlı, Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etsə də ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.Sonda İddiaçı ilk iddianı təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh2 İddiaçı qarşı onun Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilindən istifadə hüququnun həyata keçirilməsinə İddiaçı tərəfindən yaradılan maneənin aradan qaldırılmsı və azyaşlı qızı xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh1 ilə birlikdə həmin evə köçürülmələrinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ildə nikahlarını qeydə aldırmışdır. Onların birgə nikahlarından 2007-ci il tarixdə Zəhra, 2012-ci il tarixdə Məryəm, 2013-cü il tarixdə Əlihüseyn və 2018-ci il tarixdə Asiyə adlı uşaqları anadan olmuşdur. 2004-cü il tarixdə nikah münasibətlərinə daxil olduqdan sonra o, cehiz əşyaları ilə birgə İddiaçı məxsus olan Gəncə şəhəri, Cavadxan küçəsi, 9-cu döngə, ev 4 ünvanında yerləşən 8 nömrəli mənzilə köçmüşdür. O, uzun illər ərzində sözügedən ünvanda yaşamış və İddiaçı ilə birgə təsərrüfat aparmışdır. Lakin sonradan İddiaçı ilə münasibətləri pisləşdiyinə görə Gəncə Şəhər Məhkəməsinin 2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. O, azyaşlı övladları ilə birgə sözügedən ünvanda yaşasa da, İddiaçı buna imkan verməyərək daimi olaraq onu təhqir etmiş və həmin ünvandan çıxmağa məcbur olmuşdur. Lakin ona məxsus cehiz əşyaları bu günədək həmin mənzildədir. Sözügedən mənzildə faktiki yaşamasa belə formal olaraq qeydiyyatda orda qalmaq istəyir. Həmçinin azyaşlı uşağının həmin mənzildən qeydiyyatdan çıxması başqa rəsmi ünvan olmadığına görə qeydiyyata düşməyə problem yaradacaqdır. Buna görə də məcbur olub İddiaçı tərəfindən Gəncə şəhəri, Cavadxan küçəsi, 9-cu döngə, ev 4 ünvanında yerləşən 8 nömrəli mənzildən istifdə hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması və xx.xx.2012-ci il tarixdə anadan olmuş Cavabdeh1 ilə birlikdə sözügedən mənzilə köçürülməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin onun Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilində yaşamaq fikri yoxdur və heç vaxt həmin mənzildə yaşamayacaqdır. Sonda Cavabdeh2 qarşılıqlı iddianın təmin, ilk iddianın isə rədd olunmasını məhkəmədən xahiş etmişdir.
11. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-5497/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «cavabdehlərin qeydiyyatda olduğu evə yaşayış və istifadə hüquqlarına xitam verilməsi» tələbi barədə ilk iddiası qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Cavadxan küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «cavabdehlərin qeydiyyatda olduğu evə yaşayış və istifadə hüquqlarına xitam verilməsi» tələbi barədə ilk iddiası qalan hissədə təmin edilməməsi, Cavabdeh2 İddiaçı qarşı «yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə yaradılan maenənin aradan qaldırılması və mənzilə köçürülmə» tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 tərəfindən verilmiş izahatda və məhkəməyə təqdim edilmiş ərizədə Cavabdeh2 bundan sonra Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilində yaşamayacağını, yalnız başqa ünvana daimi qeydiyyata düşə bilmədiyi üçün Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsinə razı olmadığını bildirmişdir. Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilində yaşamayacağını bildirdiyinə, ilkin iddiaya etirazını yalnız qeydiyyatla əlaqədar əsaslandırdığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbi baxımından, İddiaçı Cavabdeh2 həmin mənzildə marağının qalmamasını sübut etmə vəzifəsindən azad olmuşdur. Göründüyü kimi, Cavabdeh2 və onun himayəsində olan Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilinə ehtiyacları aradan qalxmış, həmin şəxslər qeyd olunan mənzili könüllü tərk etmişlər.
13. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228, 255-ci və 262.2-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-5497/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı ilə 2004-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 30 sentyabr 2007-ci il tarixində X13, xx xxxxxx 2012-ci il tarixində Cavabdeh1, 26 aprel 2013-cü il tarixində X8, 19 yanvar 2018-ci il tarixində isə X12 dünyaya gəlmişlər. 2004-cü ildə ailə quran vaxt İddiaçı razılığı ilə ona məxsus olan və hal-hazırda pasport qeydiyyatında olduğu ünvan 6 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Cehiz əşyalarını da həmin evə gətirmiş və hazırda da oradadır. Gəlin köçdüyü gündən uzun illər ərzində sözügedən mənzildə cavabdehlə birlikdə ailə üzvü kimi yaşamış, onunla birlikdə ümumi təsərrüfat aparmışdır. Övladlarının dördü də bu evdə böyüyüb başa çatmışlar. Lakin sonradan münasibətlərinin kəskinləşməsi səbəbindən 2023-cü ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikah pozulan zaman böyük övladı X3 Süleyman Eldar oğlunun yanında, digər övladları isə onun yanında saxlanılmışdır. Lakin bununla bağlı məhkəmə qərarının artıq qanuni qüvvəsini almasına baxmayaraq, X8 və X12 bu günə kimi cavabdehdən alınıb ona verilməmişdir. Hələ bu azmış kimi cavabdehin onu tez-tez təhqir etməsi, evdən çıxmağını tələb etməsinə görə məcbur olub müvəqqəti evdən çıxmalı olmuşdur. Lakin cehiz əşyaları bu gün də həmin mənzildədir. Onların mənzilin yaşayış sahəsindən istifadə hüququları olmasına baxmayaraq, hazırda kirayədə yaşamaq məcburiyyətində qalmışlar. Bu səbəbdən də, onun 2004-cü ildən bəri yaşadığı ünvan 6 ünvanında yerləşən mənzilin yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması və xx xxxxxx 2012-ci il təvəllüdlü Cavabdeh1 ilə birlikdə həmin evə köçürülməyi üçün məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Hesab etmişdir ki, əgər mənzildə maneəsiz yaşamağı təmin olunarsa, ən azından İddiaçı qanunsuz olaraq yanında saxladığı övladları ilə birlikdə yaşamağı təmin oluna bilərdi. Lakin məhkəmə bütün bu qeyd edilənləri bilə-bilə tamamilə qanunsuz olaraq, onun və qızının sözügedən mənzildə olan istifadə hüququna xitam verilməsi (özü də heç bir kompansasiya vermədən) barədə qanunsuz və əsassız bir qətnamə çıxarmış, bununla da, onların konstitusiyon hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Belə müddəalar "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"nin 13-cü maddəsində, "İnsan Hüquqları və X15 haqqında" Avropa Konvensiyasına əlavə 4 №-li protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edildiyi kimi, aramızda olan mülki-hüquq münasibətləri 2009-cu il oktyabrın 1-dən əvvəl yarandığından hazırkı mübahisə həll edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, onun və qızının sözügedən mənzildə istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Buna baxmayaraq, məhkəmə sözügedən qətnaməni qəbul edən zaman qeyd edilən hüquq normalarına hər hansı bir əhəmiyyət verməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarının 2-ci bəndinə görə, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Lakin məhkəmə sözügedən qətnaməni çıxaran zaman bu qərarda qeyd edilənlərin tamamilə əksinə olaraq, ona hər hansı bir kompensasiya verilmədən yeganə yaşayış yeri olan və uzun illərdən bəri yaşadığı mənzildə olan istifadə hüququna xitam verilməsini qət etmişdir. Həmçinin, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərində müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Bundan başqa, məhkəmə sözügedən qətnaməni qəbul edən zaman belə bir absurd qənaətə gəlmişdir ki, guya o, 2004-cü ilin dekabr ayından sonra mübahisəli mənzili tərk etmiş və həmin ünvanda yaşamamış, ötən 20 il müddətində yaşayış sahəsindən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair məhkəmədə iddia qaldırmamış, eləcə də məhkəmədən kənar qaydada hər hansı hərəkət etməmişdir. Halbuki, belə bir hal baş verməmiş və o, yalnız nikahı pozulduqdan sonra İddiaçı ona hədə-qorxu gəlməsi, üstünə bıçaq çıxarması nəticəsində məcburiyyət qarşısında qalaraq evdən çıxmalı olmuşdur. Nəticədə məhkəmə öz qətnaməsində hansı əsasa və hansı sübuta istinad edərək belə bir qənaətə gəldiyini, belə bir sübutun olmadığı təqdirdə nə üçün ondan istifadə etdiyini əsaslandıra bilməmişdir. Məhkəmə tamamilə qanunsuz və əsassız olaraq sözügedən qətnaməni qəbul etməklə maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Bu səbəbdən də sözügedən qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Hesab etmişdir ki, məhkəmə sözügedən qətnaməni qəbul edən zaman işin yuxarıda qeyd edilən faktiki hallarını aydınlaşdırmamışdır ki, bu da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki haldır. Məhkəmə sözügedən qətnaməni qəbul edən zaman onun uzun illərdən bəri mübahisəli evdə yaşamağını, bununla da onun sözügedən evin yaşayış sahəsinə istifadə hüququnun olmasını, belə olan halda isə istifadə hüququna yalnız kompensasiya vermək yolu ilə xitam verilə bilməsini aydınlaşdırmamışdır ki, bu da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki haldır.
16. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
17. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzili 1998-ci il tarixdə xalam X18 tərəfindən ona bağışlanmış və Qeydiyyat vəsiqəsi (Çıxarış) verilmişdir. Cavabdeh2 ilə nikahları xx.xx.2004-cü il tarixdə Gəncə şəhər Nikah Evində qeydə aldırdıqdan sonra sözügedən ünvanda yaşamağa başlasalar da, 3-4 ay həmin ünvanda yaşadıqdan sonra valideynləri ilə münasibətləri pisləşdiyinə görə yaşamaq üçün kirayə mənzilə köçmüşlər. Daha sonra maddi vəziyyətləri pisləşdiyinə görə Cavabdeh2 ilə birgə təxminən 2004-cü ilin dekabr ayında ünvan 5 ünvanında yerləşən 4 nömrəli binanın 8 nömrəli mənzilinə geri qayıtmışlar. Bundan sonra, 14 dekabr 2004-cü ildə atası X22 ilə arasında baş vermiş münaqişə nəticəsində X22 vəfat etmişdir. Həmin hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum edildikdən sonra arvadı Cavabdeh2 köçüb atası evində yaşamağa başlamışdır. Cəzaçəkmə müəssisəsində olduğu müddətdə arvadı ilə 4 aydan bir görüş təyin edilmişdir. Bu münasibətdən xx.xx.2007-ci ildə övladı X13 dünyaya gəlmiş və arvadı ilə qızı qayınatasıgil ilə birgə yaşamağa davam etmişlər. xx.xx.2011-ci il tarixdə cəzanı çəkib azadlığa çıxdıqdan sonra o, kirayə mənzil tutaraq ailəsi, yəni arvadı Cavabdeh2 və qızı X13 ilə birgə həmin kirayə tutduğu mənzildə yaşamağa başlamışdır. 2011-ci ildən 2022-ci ilə qədər kirayədə yaşadığı müddət ərzində xx xxxxxx 2012-ci il təvəllüdlü Cavabdeh1, 26 aprel 2013-cü il təvəllüdlü X8 və 19 yanvar 2018-ci il təvəllüdlü X12 anadan olmuşlar. Birgə nikah dövründə olan müddətdə, yəni 2011-2022-ci il tarixlərdə, yəni ev inşa etmək üçün torpaq sahəsi və avtomobil almışlar. Buna əlavə sübut olaraq, Cavabdeh2 bildirmişdir ki, “...Hazırda o, cavabdeh və uşaqları ilə bir evdə yaşasa da, özü tikdirdiyi ev hazır olduqdan sonra uşaqları ilə birlikdə həmin evə köçəcəkdir. Sonda o, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir”. Aralarında olan nikah pozulduqdan sonra Cavabdeh2 və qızı Cavabdeh1 birgə nikah dövründə inşa etdiyi evdə yaşamışlar. Hazırda da həmin evdə yaşayırlar. Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan Gəncə şəhəri, Cavadxan küçəsi, 9-cu döngə, ev 4 ünvanında yerləşən 8 nömrəli mənzilində qeydiyyatda olmaları bir mülkiyyətçi kimi onun hüquqlarını pozulması səbəbindən məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin ona məxsus mülkiyyətindən istifadə hüquqlarına xitam verilməsi barədə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli İş № e-2(125)- 5497/2024 saylı qətnaməsi ilə iddia tələbi qismət təmin olunmuşdur. Sözügedən qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh apellyasiya şikayətində həqiqəti əks etdirməyən ifadələr yazaraq, qeyd etmişdir ki, guya sözügedən mənzildə uzun illər yaşamış və təsərrüfat işlərini idarə etmişdir. Bu azmış kimi yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması və mənzilə köçürülmə tələb etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edir və qətiyyətlə vurğulayır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli İş № e-2(125)-5497/2024 saylı mülki işə baxılarkən Cavabdeh2 tərəfindən verilmiş izahatda və məhkəməyə təqdim edilmiş ərizədə Cavabdeh2 bundan sonra Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilində yaşamayacağını, yalnız başqa ünvana daimi qeydiyyata düşə bilmədiyi üçün Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsinə razı olmadığını bildirmişdir. Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilində yaşamayacağını bildirdiyinə, ilkin iddiaya etirazını yalnız qeydiyyatla əlaqədar əsaslandırdığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbi baxımından, İddiaçı Cavabdeh2 həmin mənzildə marağının qalmamasını sübut etmə vəzifəsindən azad olmuşdur. Göründüyü kimi, Cavabdeh2 və Cavabdeh2 himayəsində olan qızı Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilinə ehtiyacları aradan qalxmış, həmin şəxslər qeyd olunan mənzili könüllü tərk etmişlər. 2011-2022-ci il tarixlərdə olan müddət ərzində, yəni 10 (on) ildən çox müddət ərzində ailəsi, yəni o, cavabdeh və övladları ilə birlikdə müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Bunu təsdiq edən fotoşəkillər və video çəkilişlər vardır. Həmin foto şəkilləri və video çəkilişləri məhkəməyə təqdim edə bilər. Həmçinin, məhkəmə üçün maraqlı olsa, onun himayəsində olan övladları da buna şahidlik edə bilərlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin müvafiq maddələrinə əsasən, məhkəmədən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli İş № e-2(125)-5497/2024 saylı qətnaməsini dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Cavabdeh2 mübahisəli mənzilə 2004-cü il tarixdə köçmüşdür, həmin vaxt mənzil iddiaçının mülkiyyətində olmuşdur. 2023-cü il tarixədək həmin mənzildə yaşamışlar. Cavabdeh2 mənzili könüllü deyil hədə-qorxunun təsiri altında məcbur tərk etmişdir.
19. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, 2004-cü ildə evlənmişlər. Evləndikdə evdə söh-söhbətlər olduğuna görə kirayəyə köçmüşlər. 2004-cü ildə evdə ata-anası yaşamışdır. 2004-cü ilin dekabrında həmin evə yenidən köçmüşlər. Sonra o, 9 il müddətinə məhkum edilmişdir. 2011-ci ildə rejim qaydasına əməl etdiyinə görə həbsdən azad olunmuşdur. Həbsdən çıxdıqdan sonra cavabdeh ilə birlikdə kirayədə yaşamışlar. Nikahları pozulanadək kirayədə yaşamışlar. Birgə nikah dövründə ev almış, tikdirmişlər və hazırda cavabdeh yaşamışdır. O, həbsdə olan müddətdə cavabdeh anası evində qalmışdır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsini cavabdeh rəfiqəsinin adına almışdır. Əgər həmin şəxs məhkəmə iclasına dəvət olunsa, o, etiraf etmiş olar. Uşaqların 3-ü onun himayəsindədir. O, yeni ailə həyatı qurmaq istədiyi üçün hesab etmişdir ki, Cavabdeh2 mübahisəli mənzildə yaşaması qeyri mümkündür.
20. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. O, nümayəndəsi olan vəkili vasitəsi ilə məhkəmə iclasında təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:
21. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 43-cü maddəsinə İ hissəsi:
22. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
26. Maddə 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir.
27. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-5497/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh2 nikahlarını xx.xx.2004-cü il tarixdə qeydə aldırmış, Cavabdeh2 qeyd olunan tarixdə həmin mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilində yaşamağa başladıqdan 4 ay sonra baş vermiş ailədaxili münaqişələrlə əlaqədar həmin mənzili əri ilə birlikdə tərk etmiş, 2004-cü ilin dekabr ayında Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilinə əri ilə birlikdə geri qayıtmışdır. Bundan sonra, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə təqsirli bilinib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2004-cü ilin dekabr ayından sonra Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilini tərk etmiş və həmin ünvanda yaşamamışdır. Həmçinin, 2004-cü il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixədək ötən 20 il müddətində müddətində yaşayış sahəsindən istifadəyə maneənin aradan qaldılması tələbinə dair məhkəmədə iddia qaldırılmamış, eləcə də məhkəmədən kənar qaydada hər hansı hərəkət edilməmişdir. Cavabdeh2 və himayəsində olan qızı, Cavabdeh1 ilə mübahisəli mənzili könüllü tərk etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli qərarında qeyd edilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi tərələr arsında münasibətlər 2004-cü ildə yarandığından həmin münasibətlərə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin normaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh2 mübahisəli mənzilə köçəndə mənzilin mülkiyyətçisi iddiaçı olan əri olduğu üçün həmin vaxt onun mübahisəli edən istifadə hüququ yaranmışdır. Lakin 2004-cü ilin dekabr ayından sonra Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilini könüllü olaraq tərk etmiş və həmin ünvanda yaşamamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin istifadə hüququna kompensasiya verilməklə xitam verilməsina dair dəlili ilə bağlı qeyd edir ki, Cavabdeh2 mübahisəli fərdi yaşayış evini könüllü tərk etmiş, daimi yaşamaq üçün başqa mənzilə köçmüş və bununla həmin mənzildən istifadə hüququnu itirmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsassız hesab edir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Gəncə Şəhər Məhkəməsinin e-2(125)-5497/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-5497/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.