Məhkəmə qərarları › İş №2(104)-64/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-64/2025

05.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-64/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma; subyektiv hüquq Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı maddi ziyanın əvəzinin ödənilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2(058)-820/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 05 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Sərkar kəndindəki 0.12 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 175.2 kv.m fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir;

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu Sərkar kəndindəki 0.16 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış evi 1/6 pay hissələrlə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2 və X1 adlarına qeyd edilmişdir;

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5512 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə **********68 nömrəli mütəxəssis rəyinə əsasən **********70-10301 reyestr nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinin hüdudları yerində müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən iddiaçı Nümayəndə faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 0.16 ha torpaq sahəsinin 0.11 ha hissəsinin, **********70-1030 reyestr nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən mülki iş materiallarında olan JN-1075F nömrəli (kod-********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X6 və ailə üzvləri olan X2, Cavabdeh2, X10, X11 və X7 (hazırda Cavabdeh5) mülkiyyətinə verilmiş Samux rayonu, Sərkar kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinin hüdudları yerində müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən cavabdehlərdən Cavabdeh5 faktiki istifadə sahələri olaraq təqdim etdiyi 0.29 ha torpaq sahəsinin 0.1577 ha hissəsinin, JN-1075F nömrəli (kod-********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X6 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən iddiaçının mübahisələndirərək naturada təqdim etdiyi 25.26 metr uzunluğunda, ümumi sahəsi 28.11 kv.m olan torpaq sahəsinin 14.86 kv.m hissəsi JN-1075F nömrəli (kod-********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə, 13.25 kv.m hissəsi isə cavabdehlərin faktiki istifadə sahəsində yerləşir. İddiaçı tərəfindən inşa edilmiş hasarın üzərində olan armatur dirəkləri, profil dəmirləri, 6 metrlik dam örtüklərinin quraşdırılması üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümümi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1385 manat məbləğində müəyyən olunmuşdur;

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli 10/8277 nömrəli ekspert rəyindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********70-10301 reyestr nömrəli Çıxarışa əsasən Samux rayon Sərkar kəndində İddiaçı xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti müəyyən edilmişdir. İddiaçı faktiki istifadəsində olan 0.16 ha torpaq sahəsinin 0.12 ha hissəsi, **********70-10301 reyestr nömrəli çıxarış və həmin çıxarışın texniki pasportuna əsasən İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsidir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0.04 ha hissəsi isə, mülkiyyətində olan 0.12 ha torpaq sahəsi iiə üst-üstə düşmür və bu hissə, texniki pasport sənədində, mülkiyyətində olan torpaq sahəsindən əlavə faktiki istifadə sahəsi olaraq ştrixlənmiş sahə şəklində göstərilmişdir. **********76-10301 reyestr nömrəli çıxarışa əsasən Samux rayonu Sərkar kəndində Cavabdeh2 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan 0.16 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti müəyyən edilmişdir. Cavabdehiərin faktiki istifadəsində 0.29 ha (2900.0 kv.m torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmin faktiki istifadə sahəsinin 1577.0 kv.m issəsi, **********76- 10301 reyestr nömrəli Çıxarışa əsasən Samux rayonu Sərkar kəndində, Cavabdeh2 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan 0.16 ha (1600.0 kv.m) torpaq sahəsinin 1577.0 kv.m hissəsi ilə üst-üstə düşür. **********76-10301 reyestr nömrəli çıxarışa əsasən Samux rayon Sərkar kəndində Cavabdeh2 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan 0.16 ha (1600 kv.m). cv.m) torpaq sahəsinin 14.86 kv.m hissəsi, tərəflər arasında mübahisəli sahə olduğundan faktiki olaraq tərəflərin heç biri tərəfindən istifadə edilmir. Cavabdehlərin faktiki istifadələrində olan 0.29 ha torpaq sahəsinin 0.13 ha hissəsi **********76-10301 reyestr nömrəli çıxarışın texniki pasport sənədində, mülkiyyətlərində olan torpaq sahəsindən əlavə faktiki istifadə sahəsi olaraq ştrixlənmiş sahə şəklində göstərilmişdir. **********70- 10301 reyestr nömrəli Çıxarışa əsasən Samux rayonu Sərkar kəndində İddiaçı xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə **********76-10301 reyestr nömrəli çıxarışa əsasən Samux rayonu Sərkar kəndində Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərində olan 0.16 ha torpaq sahəsi üst-üstə düşmür. Tərəflərin mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışlara dair tərtib olunmuş texniki pasport sənədlərində göstərilən tikililərə və torpaq sahələrinə dair araşdırma aparılarkən, İddiaçı adına qeydə alınmış **********70-10301 reyestr nömrəli Çıxarışın texniki pasport sənədində, mülkiyyətdən əlavə faktiki istifadə olunan sahə olaraq göstərilən sahənin (ştrixlənmiş sahənin) 14.86 kv.m hissəsinin, **********76-10301 reyestr nömrəli Çıxarışa əsasən Samux rayon Sərkar kəndində Cavabdeh2 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan 0.16 ha torpaq sahəsi ilə üst-üstə düşmə halı müəyyən olunmuşdur. Faktiki olaraq sökülmüş vəziyyətdə olan 25.26 metr uzunluğunda, ümumi sahəsi 28.11 kv.m olan torpaq sahəsinin 14.86 kv.m hissəsi Samux rayonu Sərkar kəndində Cavabdeh2 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan 0.16 ha torpaq sahəsinə dair tərtib olunmuş texniki pasport sənədinə əsasən cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində, 13.25 kv.m hissəsi isə cavabdehlərin faktiki istifadə sahəsində yerləşir.

5. Samux rayonu Sərkar bələdiyyəsinin 25 fevral 2025-ci il tarixli 62 nömrəli məktubuna əsasən müəyyən olunur ki, hazırkı iş üzrə mübahisə premeti olan 13.25 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, yaşayış məntəqələrinin torpaqlarına və perspektiv inkişaf üçün cəlb olunan torpaqlara aiddir;

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona vurduğu zərərə görə 2100 manat pulun və ödədiyi dövlət rüsumunun alınıb verilməsi və hasarın sökülən yerindən onun hesabına yenidən inşa edilib bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 1385 manat pulun alınıb iddiaçıya verilməsi və cavabdehin həmin zəbt etdiyi 13.25 kv.m torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdeh qismində işə cəlb edilmişlər.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Samux rayonu Sərkar kəndində cavabdehlə qonşuluqda yaşayır. Cavabdeh1 onun əmisi qızının həyat yoldaşıdır. Onun mülkiyyətində 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Cavabdehin yaşadığı ata evi və həyəti ilə onun mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsi qonşu olmaqla həmsərhəddir. O, cavabdehlə torpaq sərhədlərinə 2019-cu ilin payız ayında hasar çəkmiş, təxminən 30 metr uzunluğunda yerdən 30 metr mişar daşı hündürlüyündə hörgü, hörgünün üstündən qalın armaturlarla dirəklər qoyaraq profil dəmirlərlə qaynaq edilmiş və həmin profillərin üzərindən 6 metrlik dam örtükləri ilə hasar tamamlanmışdır. O, ailəsi ilə evdə olmayanda evə nəzarəti Xəyyam adlı qonşuya tapşırmış, 09 may 2021-ci il tarixdə onlar evdə olmayanda qonşu Xəyyam atası Faiqə zəng edərək bildirmişdir ki, Cavabdeh1 onun çəkdiyi hasarın laqonda ilə dəmir dirəklərini kəsmiş, hörgünü isə külünglə dağıdaraq hasarı tamamilə söküb dağıtmışdır. O, gəlib baxanda görmüşdür ki, həqiqətəndə cavabdeh tərəfindən onun çəkdiyi hasar tamamilə dağıdılaraq, sökülərək, dəmirlər laqonda ilə kəsilərək tamamilə yararsız hala salınmışdır. Ona görə atası Faiq bu barədə Samux rayon Polis şöbəsinə şikayət etmiş və bu şikayətlə əlaqədar tədqiqat aparılan zaman mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh onun hasarını söküb dağıtmaqla ona materiallar üzrə 1586 manat zərər vurmuşdur. O, həmin materialları bazardan almış, maşınla həyətə daşıtdırmağa, fəhlələrə yemək və əmək haqqı verməyə görə əlavə 514 manat xərc çəkməklə ümumilikdə Cavabdeh1 ona 2100 (iki min yüz) manat zərər vurmuşdur. Bundan əvvəl atası Nümayəndə bu zərəri cavabdehdən tələb etməsi ilə bağlı məhkəmədə iddia qaldırmış, lakin onun etibarnaməsi olmadığından və atası öz adından iddia qaldırdığından, buna subyektiv hüququ olmadığından, Gəncə Apellyasiya Məhkəməsi atasının iddiasını rədd etmişdir ki, mülkiyyətçi kimi iddianı o, qaldırmalıdır. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər

10. Samux Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2(058)-820/2023 nömrəli qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddia təmin edilərək, Cavabdeh1 1385 (min üç yüz səksən beş) manat məbləğində pul və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu alınaraq, İddiaçı xeyrinə ödənilməsi; Cavabdeh1 İddiaçı məxsus Samux rayonu, Sərkar kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 13.25 kv.m hissəsindən çıxarılması və həmin torpaq sahəsinin boşaldılması; İş üzrə məhkəmə ekspertiza xərcinin 100 (yüz) manat Cavabdeh1 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ34CTRE********************, SFİFT BİK: CTREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 152.1, 157.2, 157.4, 170.2 və 1097.1-ci maddələrinə, o cümlədən Torpaq Məcəlləsinin 111.1 və 111.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı torpaq sahəsinin sərhədi boyu özbaşına hasar çəkmişdir. Özbaşına dedikdə, yəni iddiaçı hasarı çəkərkən qonşu torpaq sahəsinin mülkiyyətçiləri ilə həmin sərhədi razılaşdırılmış qaydada çəkməli idi, lakin iddiaçı qonşu torpaq sahəsinin mülkiyyətçilərinin razılığını almadan, onların evdə olmadığından istifadə edərək birtərəfli, özünə xeyir edən istiqamətdə hasar çəkərək özbaşınalıq etmişdir. Bununla da iddiaçı çəkdiyi hasarın öz mülkiyyəti hesab etmişdir. Onun da həmin hasarı sökmək ixtiyarı yaranmışdır. Buna görə də qanunsuz və özbaşına çəkilmiş hasara görə heç bir maddi məsuliyyət daşımır və iddiaçıya buna görə 1385 manat dəyərində dəymiş ziyan ödəməli deyil. İşin faktiki halından göründüyü kimi onunla iddiaçı arasında qonşu sərhədlərlə bağlı mübahisə vardır. İş materiallarında olan ekspert rəyindən görünür ki, həm iddiaçıya, həm də cavabdehlərə məxsus torpaq sahələrinin hüdüdları yerində müəyyən olunmuşdur. Belə olan halda iddiaçıya məxsus torpaq sahəsinin 13.25 kv.m hissəsi cavabdehlərin faktiki istifadəsində yerləşdiyinin ekspert neçə müəyyən etmişdir. 13.25 kv.m torpaq sahəsi sxem cizgizisi niyə qətnamədə göstərilməmişdir. Nəzərə alınmamışdır ki, qonşu torpaq mülkiyyətçilərinin sərhədləri dövlət reyestrinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin sənədlərdə qonşuların sərhədləri düz cizgi ilə müəyyən olunmuşdur. Lakin iddiaçı özbaşına sərhəd çəkərkən cavabdehlərə məxsus torpaq sahəsinə bir metr girərək hasarı sənəd üzrə yox, cavabdehlərin torpaq sahəsində bir metr paralleli ilə çəkmişdir. Bu da cavabdehlərin 30 kv.m torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi ilə nəticələnmişdir. Hesab edir ki, məhkəmə qeyd olunan prosessual normanın pozaraq məhkəmə icraatı işə baxılan zaman normanın pozaraq məhkəmə icraatı işə baxılan zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparmamışdır. Belə ki, məhkəmə işə baxılan zaman köhnə redaksiyada olan MPM-nin 53-cü madddəsini tətbiq etmişdir. MPM-nin 53-cü maddəsi 09 iyul 2021-ci il tarixdən yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: “iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddiatələbinin həcminiartırmağa və yaazaltmağa haqlıdır.” Hesab edirəm ki, məhkəmə qeyd olunan prosessual normanın köhnə redaiksiya ilə tətbiq etməkdə səhvə yol verərək iddiaçının xx.xx.2023-cü il tarixdə iddia tələbinin artırılması barədə ərizəsinin qəbul etməməli idi. Belə ki, yeni redaksiyaya görə iddiaçı iddia tələbinin həcmini artırmağa işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verə bilərdi, lakin iddiaçı sözügedən ərizəni məhkəmə baxışı zamanı vermişdir. Ərizənin hansı tarixdə verilməsi də şübhə yaradır. Belə ki, iddiaçının iddia tələbinin artırılması barədə ərizəsi cavabdehə rəsmi göndərilməmişdir. Həmin ərizədə iddiaçı digər cavabdehləri xaric edərək yalnız bir cavabdehə qarşı iddia tələbini dəyişmişdir. Belə olan halda məhkəmə sözügedən ərizəni bütün cavabdehlərə göndərməklə onları bu barədə məlumatlandırmalı idi. Əgər ki, iddianın artırılması bir cavabdehə qarşı yönəlmişsə digər cavabdehlər məhkəmə bildirişi ilə məhkəməyə niyə dəvət olunurlar. Belə ki iddia tələbindən görünür ki, iddiaçı ona məxsus torpaq sahəsinin 13.25 kv.m torpaq sahəsindən Cavabdeh1 çıxarılmasını tələb etmişdir və iddia həmin hissədə təmin olunmuşdur. Lakin cavabdeh tələbin həmin hissədə cavab verməli olan şəxs deyil. Çunki cavabdehin mülkiyyətində iddiaçı ilə həmsərhəd olan torpaq sahəsi yoxdur və onun iddiaçıya məxsus torpaq sahəsinin zəbt etməsi mümkün deyil. Birinci instansiya məhkəməsi sübut növü kimi xx.xx.2023-cü il tarixli ekspert rəyini qiymətləndirmişdir. Həmin ekspert rəyindən görünür ki, ekspert öz rəyini xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsaslanaraq vermişdir. Mütəxəssis rəyi isə başqa məhkəmənin predmeti ilə təyin olunan məsəsələr üzrə rəy vermişdir. Bundan başqa, həmin mütəxəssis rəyindən görünür ki, mütəxəssis mülki iş materiallarında olan JN-1075F nömrəli (kod- ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçıya məxsus torpaq sahəsinə dair çıxarışla müqayisə aparmışdır. Halbuki, qeyd etdiyi kimi həmin mütəxəssis rəyi başqa tərəflər arasında olan mübahisə ilə aparılımışdır və həmin işdə olan sənədllər öz qüvvəsini itirmişdir. Belə ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-1075F nömrəli (kod********) şəhadətnamə ilə Samux rayonu Sərkar kəndində yerləşən 0.16 ha torpaq sahəsi X6 və ailə üzvləri olan X2, Cavabdeh2, X10, X11 və X7 (hazırda X3) mülkiyyətinə olmuşdur. Həmin şəhadətnamə öz qüvvəsini itirmişdir və hazırda şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə **********76-10301 reyestr nömrəli çıxarış verilmişdir və həmin torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair texniki pasport işlənmişdir. Həmin texniki pasportda torpaq sahəsinin planı müasir cihazlarla ölçülərək dəqiq göstərilmişdir. Qeyd olunan sənədlər məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunması zəruridir, tərəflərə məxsus torpaq sahələrinin sərhədləri dəqiq müəyyən olunmalı və ekspertiza daşınmaz əmlakın dövlət reyestrinin mülkiyyətçilərə verdiyi sənədlər üzrə aparılmalıdır. Məhkəmə qətnaməsinə görə, iddiaçıya məxsus torpaq sahəsinin 13.25kv.m hissəsindən onun çıxarılması qət edilmişdir. Lakin tələbə həmin hissədə cavab verməli olan şəxs deyil. Çunki onun mülkiyyətində iddiaçı ilə həmsərhəd olan torpaq sahəsi yoxdur və onun iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi mümkün deyil. Bundan başqa, cavabdehin 13.25 kv.m torpaq sahəsindən çıxarımasını hissəsi də işin halların uyğun gəlmir. Birincisi, cavabdehin həmin torpağa heç bir aidiyyatı yoxdur, digər tərəfdən isə iddia tələbinə görə zəbt edilmiş torpaq sahəsinin 13.25 kv.m hissəsi torpağın hansı hissəsində yerləşdiyi müəyyən olunmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (həmçinin digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) Cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, onlara məxsus torpaq sahəsinə dair şəhadətnamə əsasında ekspert rəyi verilmişdir. Halbuki həmin tikinti onlara məxsus ərazidə inşa edilmişdir. O və ailə üzvləri iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişlər. İşə baxılarkən nəzərə alınmamışdır ki, ekspertiza keçirilməmişdən əvvəl torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişlər. Həmçinin ekspertiza rəyi başqa iş üzrə əldə olunmuş mütəxəssis rəyinə əsasən verilmişdir. Lakin iş bu halları nəzərə alınmamışdır.

16. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehlər nümayəndəsi olduğu oğluna məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Oğlu İddiaçı özünə məxsus torpaq sahəsində hasar inşa etdirmiş, lakin həmin hasar qanunsuz olaraq Cavabdeh1 tərəfindən sökülmüş və nəticədə nümayəndəsi olduğu şəxsə maddi zaiyan dəymişdir.

17. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi 13.25 kv.m torpaq sahəsi cavabdehin faktiki istifadəsində olsa da, lakin həmin torpaq sahəsi iddiaçıya məxsus deyildir. Yəni, həmin torpaq sahəsinin iddiaçıya məxsus olması öz təsdiqini tapmır.

18. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi 13.25 kv.m torpaq sahəsi üzərində hər hansı tikili yoxdur, həyətyanı torpaqdır. 13.25 kv.m torpaq sahəsi mübahisəli ərazidir. Mütəxəssis rəyindən də görünür ki, iddiaçı həmin ərazini zəbt etmişdir. Bu səbəbdən də Cavabdeh1 həmin yerdə olan mişar daşından olan hasarı sökmüşdür.

19. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil əlavə olaraq bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi 13.25 kv.m torpaq sahəsinə hər hansı hüququ yoxdur. Belə ki, həmin torpaq sahəsi Samux rayonu Samux rayon Sərkar bələdiyyəsinin mülkiyyətində olmaqla növü ümumi mülkiyyətə aid olan torpaq sahəsi deyildə, prespektiv inkişaf fonduna aid torpaq sahəsidir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (həmçinin digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) Cavabdeh5 digər nümayəndə Vəkil izahatına əlavəsi olmadığını bildirərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

32. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh1 İddiaçı məxsus Samux rayonu, Sərkar kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 13.25 kv.m hissəsindən çıxarılması və həmin torpaq sahəsinin boşaldılması» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Samux rayonu Sərkar kəndindəki 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 175.2 kv.m fərdi yaşayış evi İddiaçın mülkiyyətindədir. Eyni zamanda, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Samux rayonu Sərkar kəndindəki 0.16 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 378.8 kv.m olan fərdi yaşayış evi 1/6 pay hissələrlə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2 və X1 paylı mülkiyyətindədir. İddiaçı ona məxsus torpaq sahəsinin 13.25 kv.m hissəsinin cavabdehlər tərəfindən zəbt edildiyini, habelə torpaq sahələrinin sərhədində yerləşən hasarın cavabdehlər tərəfindən qanunsuz sökülməsi nəticəsində maddi ziyana məruz qaldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

39. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən – torpaq sahəsindən çıxarılma və maddi ziyanın əvəzinin ödənilməsindən ibarətdir. Kollegiya hesab edir ki, iddia tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə torpaq sahəsindən çıxarılma tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

40. Torpaq sahəsinin zəbt edilib-edilməməsinin araşdırılması xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

41. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.

42. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli 10/8277 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********70-10301 reyestr nömrəli Çıxarışa əsasən Samux rayon Sərkar kəndində İddiaçı xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti müəyyən edilmişdir. İddiaçı faktiki istifadəsində olan 0.16 ha torpaq sahəsinin 0.12 ha hissəsi, **********70-10301 reyestr nömrəli çıxarış və həmin çıxarışın texniki pasportuna əsasən İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsidir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0.04 ha hissəsi isə, mülkiyyətində olan 0.12 ha torpaq sahəsi iiə üst-üstə düşmür və bu hissə, texniki pasport sənədində, mülkiyyətində olan torpaq sahəsindən əlavə faktiki istifadə sahəsi olaraq ştrixlənmiş sahə şəklində göstərilmişdir. **********76-10301 reyestr nömrəli çıxarışa əsasən Samux rayonu Sərkar kəndində Cavabdeh2 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan 0.16 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti müəyyən edilmişdir. Cavabdehiərin faktiki istifadəsində 0.29 ha (2900.0 kv.m torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmin faktiki istifadə sahəsinin 1577.0 kv.m issəsi, **********76- 10301 reyestr nömrəli Çıxarışa əsasən Samux rayonu Sərkar kəndində, Cavabdeh2 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan 0.16 ha (1600.0 kv.m) torpaq sahəsinin 1577.0 kv.m hissəsi ilə üst-üstə düşür. **********76-10301 reyestr nömrəli çıxarışa əsasən Samux rayon Sərkar kəndində Cavabdeh2 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan 0.16 ha (1600 kv.m). cv.m) torpaq sahəsinin 14.86 kv.m hissəsi, tərəflər arasında mübahisəli sahə olduğundan faktiki olaraq tərəflərin heç biri tərəfindən istifadə edilmir. Cavabdehlərin faktiki istifadələrində olan 0.29 ha torpaq sahəsinin 0.13 ha hissəsi **********76-10301 reyestr nömrəli çıxarışın texniki pasport sənədində, mülkiyyətlərində olan torpaq sahəsindən əlavə faktiki istifadə sahəsi olaraq ştrixlənmiş sahə şəklində göstərilmişdir. **********70-10301 reyestr nömrəli Çıxarışa əsasən Samux rayonu Sərkar kəndində İddiaçı xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə **********76-10301 reyestr nömrəli çıxarışa əsasən Samux rayonu Sərkar kəndində Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətlərində olan 0.16 ha torpaq sahəsi üstüstə düşmür. Tərəflərin mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışlara dair tərtib olunmuş texniki pasport sənədlərində göstərilən tikililərə və torpaq sahələrinə dair araşdırma aparılarkən, İddiaçı adına qeydə alınmış **********70-10301 reyestr nömrəli Çıxarışın texniki pasport sənədində, mülkiyyətdən əlavə faktiki istifadə olunan sahə olaraq göstərilən sahənin (ştrixlənmiş sahənin) 14.86 kv.m hissəsinin, **********76-10301 reyestr nömrəli Çıxarışa əsasən Samux rayon Sərkar kəndində Cavabdeh2 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan 0.16 ha torpaq sahəsi ilə üst-üstə düşmə halı müəyyən olunmuşdur. Faktiki olaraq sökülmüş vəziyyətdə olan 25.26 metr uzunluğunda, ümumi sahəsi 28.11 kv.m olan torpaq sahəsinin 14.86 kv.m hissəsi Samux rayonu Sərkar kəndində Cavabdeh2 və ailə üzvlərinin paylı mülkiyyətlərində olan 0.16 ha torpaq sahəsinə dair tərtib olunmuş texniki pasport sənədinə əsasən cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində, 13.25 kv.m hissəsi isə cavabdehlərin faktiki istifadə sahəsində yerləşir.

43. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.

44. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

45. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahələrindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. İş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə hər hansı arqumenti olmamışdır.

46. Beləliklə, iş üzrə alınmış ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi 13.25 kv.m torpaq sahəsi faktiki olaraq cavabdehlər tərəfindən istifadə edilir. Lakin, sözügedən 13.25 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə aid deyildir. Apellyasiya baxışı zamanı Samux rayon Sərkar bələdiyyəsinə verilmiş sorğuya alınmış cavab məktubu ilə də müəyyən edilmişdir ki, sözügedən 13.25 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətindədir, yaşayış məntəqələrinin torpaqlarına və perspektiv inkişaf üçün cəlb olunan torpaqlara aiddir.

47. Göründüyü kimi, iddiaçının zəbtdən azad edilməsini tələb etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Bu tələbin hüquqi əsası kimi aşağıdakı normaları nəzərdən keçirmək zəruridir.

48. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.

49. Torpaq Məcəlləsinin 47-ci maddəsinin üçüncü hissəsində göstərilmişdir ki, bələdiyyənin ümumi istifadədə olan torpaqlarına bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və ahilinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

50. Torpaq Məcəlləsinin 47-ci maddəsinin beşinci hissəsində isə göstərilmişdir ki, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar bələdiyyə ehtiyat fondunun torpaqlarıdır.

51. Şərh olunanlara istinadən məhkəmə kollegiyası hesab edir ki, işin düzgün həlli üçün iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında da deyilir ki, «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır».

52. MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

53. Göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Bu baxımdan araşdırılmalı olan hallardan biri də iddiaçının müvafiq iddia ilə çıxış etməyə subyektiv hüququnun olub-olmamasıdır. İşin halları əsasında müəyyən olunmuşdur ki, iddiaçının zəbtdən azad edilməsini tələb etdiyi torpaq sahəsi yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar bələdiyyə ehtiyat fondunun torpaqlarıdır. Yəni, mübahisələndirilən torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olmamaqla hər hansı ictimai maraqlara toxunmur. O cümlədən, həmin sahə Torpaq Məcəlləsinin 56-cı maddəsi ilə müəyyən edilmiş qaydada iddiaçının icarəsinə də verilməmişdir. Bir sözlə, iddiaçının həmin torpaq sahəsinə hər hansı hüququ yaranmamışdır. Sözügedən torpaq sahəsi bələdiyyə ehtiyat fondunun torpağı olduğundan həmin torpaq sahəsi ilə bağlı sahiblik, istifadə və sərəncam hüquqları da bələdiyyəyə məxsusdur. Çünki, Torpaq Məcəlləsinin 47-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər.

54. Yuxarıda aparılan təhlilin yekunu olaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, İddiaçı Samux rayonu Sərkar kəndindəki 13.25 kv.m torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etməkdə subyektiv hüquqa malik deyildir. Odur ki, həmin hissədə iddiaçının tələbi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə bu hissədə qanunu səhv təfsir etməklə və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gələrək həmin hissədə iddia tələbini təmin etmişdir. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul eidlərək iddia tələbi həmin hissədə təmin edilməməlidir.

55. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin maddi ziyanla bağlı hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, həmin hissədə iddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir.

56. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

57. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

58. Hazırkı işin müəyyən edilmiş və faktiki hallarından görünür ki, İddiaçı tərəfindən inşa edilmiş hasar Cavabdeh1 tərəfindən sökülmüşdür. Cavabdeh1 da bu halı etiraf etmişdir (bax apellyasiya şikayətinin dəlilləri). Kollegiyanın qənaətinə görə, Cavabdeh1 bu hərəkətinə haqq qazandıracaq hər hansı əsas olmamışdır. Çünki, cavabdeh tərəfindən sökülən iddiaçı tərəfindən inşa edilmiş ümumi sahəsi 28.11 kv.m olan torpaq sahəsinin 14.86 kv.m hissəsi cavabdeh tərəfin paylı mülkiyyətlərində olan torpaq sahəsində, 13.25 kv.m hissəsi isə cavabdehlərin faktiki istifadə sahəsində yerləşsə də, mübahisə predmeti olan hasarın sökməsi qanunsuz olmuş və iddiaçının maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Bununla belə birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəyi ilə hasarın bərpası üçün 1385 manat xərc çəkilməli olduğu müəyyən edilmişdir.

59. Dəymiş ziyanın əvəzi olaraq müəyyən olunmuş 1385 manatla bağlı cavabdeh tərəfin arqumenti olmadığından məhkəmə kollegiyası hesab edir ki, həmin hissə üzrə hüquqi dəyərləndirmə aparılmasına zərurət yoxdur. («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). 60.Yuxarıda şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin maddi ziyanın təmin olunması ilə bağlı gəlinən nəticə əsaslı hesab edilməlidir.

61. Həmçinin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əli) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əli) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 2(058)-820/2023 nömrəli qətnaməsi «Cavabdeh1 İddiaçı məxsus Samux rayonu, Sərkar kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 13.25 kv.m hissəsindən çıxarılması və həmin torpaq sahəsinin boşaldılması» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar