Məhkəmə qərarları › İş №2(104)-664/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-664/2024

08.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-664/2024 08.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Gəncə Şəhər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e-2(125)-6891/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası Müəyyən etdı: İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçıya həbsdə qaldığı müddət ərzində maddi ziyana görə 13.455 manat pulun və dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 40.000 manat mənəvi ziyanın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Respublikasının Maliyyə Nazirliyinin X1 Cavabdeh ilə əvəz edilməsini, iddiaçıya həbsdə qaldığı müddət ərzində maddi ziyana görə 13.455 manat pulun və dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 40.000 manat mənəvi ziyanın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e-2(125)-6891/2023 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev), iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək azadlıq hüququnun məhdudlaşdırıldığı 2 il 03 ay 17 gün müddətində vurulmuş mənəvi zərərin əvəzi qismində 27.500 (iyirmi yeddi min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e- 2(125)-6891/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2(104)-664/2024 nömrəli qərardadı ilə, apellyasiya şikayətinə baxılması mümkün hesab edilməsi, apellyasiya şikayətinə 13 mart 2024-cü il tarixdə, saat 09:30-da Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında baxılması qərara alınmışdır. Bundan sonra Gəncə Şəhər Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e-2(125)- 6891/2023 nömrəli qətnaməsindən xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyünün yoxlanılması üçün e-2(125)-789/2023 nömrəli mülki işin məhkəməyə göndərilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, həmin şikayətin Azərbaycan Respublikasının MPM-in 363-364-cü maddələrinə uyğunluğunun yoxlanılması üçün icraata qəbul qərardadı ləğv edilməli və mülki iş apellyasiya baxışından çıxarılaraq Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Azərbaycan Respublikasının MPM-in 384.0.6-cı maddəsində göstərilmişdir ki, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası yüxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 364, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2(104)-664/2024 nömrəli qərardadı ləğv edilsin. Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-664/2024 nömrəli mülki iş, Cavabdeh Gəncə Şəhər Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e-2(125)-6891/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 363-364-cü maddələrinə uyğunluğunun yoxlanılması üçün apellyasiya baxışından çıxarılsın və Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar