Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-666/2023 06.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(062)-1301/2022 saylı qərardadından iddiaçı X6 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı X6 cavabdehlər X1, Cavabdeh2, X2 və Cavabdeh5 qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakdakı payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyətdə olan 0,35 ha torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 183,8 kv.m olan fərdi yaşayış evində olan payların naturada bölünərək ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh5 məhkəməyə vəsatətlə müraciət edərək, mövcud tikilinin hazırda uçaraq məhv olduğunu və çıxarışın ləğv edilməsi ilə bağlı iddia qaldırdıqlarını əsas gətirərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(062)-1301/2022 saylı qərardadı ilə (hakim Z.Hünmətov) iş üzrə icraat Cavabdeh5 cavabdehlər X3 və qeyrilərinə qarşı mülkiyyət hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırlımışdır. Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(062)-1301/2022 saylı qərardadından narazı qalan X6 şikayət verərək, Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(062)-1301/2022 qərardadının ləğv edilməsini və iddia tələbi üzrə işə baxılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(062)-1301/2022 saylı qərardadı tam qanunsuz və əsassız bir qərardaddır. Həmin qərardad onun Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını tam pozur. Naturada bölünməsini tələb etdiyi torpaq sahəsi və fərdi yaşayış evi 26 aprel 2019-cu il tarixli ********** qediyyat nömrəli, **********96-10301 reyestr nömrəli Hüquqların Dövlət qediyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətindədir. Tovuz Rayon Məhkəməsinin mübahisə predmeti olan evlə bağlı mülkiyyət hüquqlarının itirilməsi tələbinə dair hər hansı iddianı mümkün sayıb qanunsuz olaraq icraata götürülməsi onun həmin evə mülkiyyət hüquqlarını poza bilməz. Buna görə də şikayətin təmin edilməsi xahiş edilmişdir. Tovuz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(062)-1301/2022 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(062)-1301/2022 saylı qərardadı və onunla bağlı Tovuz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(062)-1301/2022 saylı qərardadı ləğv edilməli və vəsatətə yenidən baxılması üçün mülki iş Tovuz Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə icraatının davam etməsinə mane olan hallar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər əsaslandırılmamaqla yanaşı, qərardadda işə aidiyyəti müəyyən olunmayan əsaslar qeyd olunmaqla, həmin əsaslar qərardadın nəticə hissəsi ilə ziddiyyət təşkil etmişdir. Belə ki, mülki iş materiallarında müvafiq ekspert rəyləri əlavə olunmuşdur ki, həmin rəylərlə mübahisəli əmlakların iddiaçının payına münasibətdə bölünməsinin mümkünlüyü qeyd olunmuşdur. Yəni, ekspert rəyləri ilə mübahisəli daşınmaz əmlakların naturada mövcudluğu müəyyən edilməkdədir. Lakin, cavabdeh mübahsəli daşınmaz əmlakın məhv olduğunu iddia etməkdədir ki, bu fakt təsdiq olunduğu təqdirdə məhv olmuş daşınmaz əmlak üzrə payın naturada ayrılması da mümkünsüz hesab olunur. Bu hal isə daşınmaz əmlakın qeydiyyatının ləğvinə dair iddia qaldırılmasından asılı olmayaraq iddiaya baxılmasına maneə yaratmır. Halbuki, birinci instansiya məhkəməsi bunula bağlı tərəflərin ətraflı izahatını almaqla, yerində müayinə etməklə daşınmaz əmlakın mövcud olub-olmamasını müəyyən edə bilər. Lakin, iş materialları ilə tərəflərin bununla bağlı təfərrüatlı izahatlarının olması və məhkəmə tərəfindən yerində müayinə aparılması müəyyən edilməməkdədir. Digər tərəfdən fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın məhv olması, yəni mövcud olmaması halında həmin fərdi yaşayış evinin əvvəllər yerləşdiyi paylı mülkiyyətdə olan torpaq sahəsi üzrə payın naturada ayrılması ilə bağlı tələbə baxılması da mümkün olan haldır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(062)- 1301/2022 saylı qərardadı və onunla bağlı Tovuz Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 2(062)-1301/2022 saylı qərardadı ləğv edilməli, mülki iş həmin məhkəməyə geri qaytarılmalı, birinci instansiya məhkəməsi isə qərardadda qeyd olunan mövqeyə uyğun olaraq müvafiq araşdırma aparmaqla, iş üzrə icraatın dayandırılmalı olub-olmaması məsələsinə yenidən baxmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadında hazırki iddia tələbinin əsasını təşkil edən torpağın alqı-satqı müqaviləsinin cavabdeh tərəfindən məhkəmədə mübahisələndirildiyini qeyd etməklə, həmin mübahisə həll edilənədək hazırkı mübahisəyə baxıla bilməməsini qeyd etmişdir ki, həmin əsasın hazırkı işə aidiyyətini təsdiq edən hər hansı bir sübut iş materiallarında mövcud olmamışdır. Belə olduğu təqdirdə isə qeyd olunan əsas qərardadın nəticə hissəsi ilə ziddiyyət təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 254.1.4.-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 254, 263-264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(062)-1301/2022 saylı qərardadı və həmin qərardadla bağlı 20 oktyabr 2022-ci il tarixli, 2(062)-1301/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş Tovuz Rayon Məhkəməsinə qaytarılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-666/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-666/2023
06.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver