Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-68/2023 27.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı, onun vəkili X4, Cavabdeh1, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə qarşı mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsinin, çıxarışların, alqı-satqı müqavilələrinin və sərəncamın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iş üzrə Göygöl Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(066)-258/2021 saylı qətnaməsindən İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi (vəkil) X5 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elman oğluna, Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə qarşı iddia ərizə ilə ünvan 1 ünvanda yerləşən mülkə dair Cavabdeh1 adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, digər hüquqverici sənədlərin, xx.xx.2005-ci il tarixli 4Ə/3/499 saylı 53.3 kv.m əl damının satılmasına dair alqı-satqı müqaviləsinin, Xanlar Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 139 saylı tikintiyə dair sərəncamının, Cavabdeh2 Elman oğlunun adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2009-cu il tarixli 4Ə/3/545 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh X1 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia həcminin artırılması barədə ərizə təqdim edərək Xanlar rayon İcra hakimiyyəti başcısının 22 yanvar 1993-cü il tarixli,42 saylı sərəncamının və ünvan 2 ünvanda yerləşən mülkə dair Cavabdeh1 adına verilmiş xx.xx.2005-ci il tarixli,6/1192 saylı qeydiyyat vəsiqəsinin və texniki pasportun etibarsız hesab edilərək ləvğ edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə tələbini məqsədəuyğun hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 a-da yerləşən əmlak hal-hazırda qardaşı, yəni cavabdceh Cavabdeh1 mülkiyyətindədir. Daha öncə həmin mənzil qardaşının, yəni cavabdehin adına dəyişmə orderi ilə olmuşdur. Həmin mənzil 06 iyun 1991-ci il tarixdə 629 saylı orderlə onların Ermənistan SSR-də Vardenis rayonu Zod kəndində olan şəxsi evləri ilə dəyişdirilmə müqaviləsi əsasında dəyişdirilmişdir. Lakin həmin dəyişdirilmə onun razılığı olmadan həyata keçirilmiş və heç bir etibarnamə və rəsmi sənəd olmadan mənzillərin dəyişdirilməsi həyata keçirilmişdir. Onlar 1988-ci ildə Ermənistandan ailələri ilə birlikdə Samux rayonunun Nəbiağalı qəsəbəsində yaşayan qohumları Nəbinin evində ailəlikcə məskunlaşmışlar. Mərhum atası Musa Süleymanova qəsəbədə ev tikmək üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaqda atası bir otaqlı ev tikdirmiş və həmin evi və torpaq sahəsini qardaşının təklifı ilə 1700 ABŞ dollarına satıb həmin pula Xanlar şəhəri R.Nəsibov məhəlləsi bina 4 mənzil 13 saylı ünvanda yerləşən 3 otaqlı mənzili almış və hazırda ailəsi ilə orada yaşayırlar. Lakin cavabdeh həmin vaxtı atasını da aldatmış və mənzili öz adına keçirmişdir. Həmçinin Cavabdeh1 Xanlar şəhəri M.Ə.Rəsulzadə küçəsi 36a saylı ünvanda bir otaqlı evi də, yəni hazırda mübahisə predmeti olan evi onalr Ermənistanda olan evlərilə dəyişmişlər və həmin evi də cavabdeh dəyişdirəndə öz adına dəyişdirmiş və dəyişmə orderini öz adına almışdır. Halbuki, qardaşı Cavabdeh1 özü söz vermişdir ki, X10 küçəsi 36 a saylı ünvanda yerləşən və adına olan mənzili onun və ya mərhum anasının adına dəyişdirəcəkdir. Çünki onun da və mərhum anasının da haqqı həmin evdə vardır və onların razılığı olmadan Ermənistandakı evi dəyişərk öz adına sənədləşdirmişdir. O və mərhum anası X2, Ermənistan SRR Vardenis rayonu Zod kəndində yerləşən evlərində pasport qeydiyyatında olmuşlar və həmin ev dəyişdirilərkən onların mütləq razılığı olmalı idi və belə bir razılıq onlardan alınmamışdır. Ona görə də, Cavabdeh1 adına olan Xanlar şəhəri, M.Ə.Rəsulzadə küçəsi 36 a saylı ünvanda yerləşən bir otaqlı mənzilə dair verilmiş 06 iyun 1991-ci il tarixli 629 saylı dəyişmə orderinin etibarsız hesab edilməsi, ləğv edilməsi barədə Göygöl rayon Məhkəməsində iddia qaldırmış və Göygöl rayon Məhkəməsinin 122/2018 saylı iş üzrə 07 iyun 2018-ci il tarixdə qəbul etdiyi qətnamə ilə iddiası təmin edilmiş və order etibarsız hesab edilərək ləğv edilmişdir. Həmin dəyişmə orderində hər ikisinin adı və ya digər ailə uzvlərinin adı icarəçi kimi göstərilməli olduğu halda bu prosedura nəinki əməl edilməmiş, həmin orderin və dəyişmə müqaviləsinin məhkəmə araşdırması zaman saxta olduğu üzə çıxmışdır. Belə ki, Gəncə Apellyasiya Məhkəməsi dəyişmə orderinin əslini və digər sənədlərın əslini Cavabdeh1 və vəkilindən tələb etsə də onlar məhkəməyə sənəd təqdim edə bilmədilər və ədalət mühakiməsini aldatmağa və yanıltmağa çalışdılar. Ailə üzvlərindən o və cavabdeh hazırda sağdırlar. Əslində həmin mübahisəli mənzildə o yaşayır, cavabdeh və ailə üzvləri həmin mənzildə yaşamırlar. Hal-hazırda ev orderi etibarsız hesab edildiyinə görə həmin evə dair verilmiş, yəni Daşınmaz Əmlak tərəfindən verilmiş bütün çıxarışlar və bağlanılmış alqı-satqı müqavilələri etibarsız hesab edilməli və ya ləğv edilməlidir. Cavabdeh Süleymanov Əİi həmin bir otaqlı evə çıxarış aldıqdan sonra mübahisə predmeti olan mənzilə aid əl damını digər cavabdehə alqı satqı etmişdir və nəticədə əl damı başqa şəxsin mülkiyyətinə keçmişdir. Həmin cavabdeh isə həmin əl damını üçüncü bir şəxsə, digər cavabdehə alqı-satqı etmişdir. Hesab edir ki, həmin alqısatqı müqavilələri və mülkiyyət hüqüquna dair qeydlər də etibarsız hesab edilərək ləğv edilməlidir. Göygöl Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(066)-258/2021 saylı qətnaməsi ilə (hakim Q.Abbasov) iddia tələbi qismən təmin edilmiş, Xanlar Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 42 nömrəli sərəncamı, həmin sərəncam əsasında ünvan 3 ünvanda yerləşən Cavabdeh1 adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, həmin qeydiyyat vəsiqəsi əsasında verilmmiş xx.xx.2005-ci il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilərək ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mülki iş üzrə iddianın təmini tədbiri barəsində Cavabdeh3 məxsus olan Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 ünvanında yerləşən mağaza tikilisi (xx.xx.2009-cu il tarixli, ********** saylı çıxarış) üzərinə qoyulmuş həbsin qətnamə qanuni qüvvəsini aldıqdan sonra götürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(066)-258 /2021 saylı mülki iş üzrə qətnaməsinin iddianın təmin edilməyən hissəsində dəyişdirilməsi və ya iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin həmin qətnamədən Cavabdeh1 və onun nümayəndəsi (vəkil) X5 apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(066)- 258 /2021 saylı mülki iş üzrə qətnaməsinin ləğv edilərək, iddianın ümumilikdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 Elman oğlu və Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinin müvafiq surətdə nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X7 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və özü tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edib, iddiaçının apellyasiya şikayətinə etiraz edərək Göygöl Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(066)-258 /2021 saylı mülki iş üzrə qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X5 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, məruzəçi hakimi dinləyərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə qarşı iddia tələbinin Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 saylı ünvanda yerləşən mülkə dair Cavabdeh1 adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, digər hüquqverici sənədlərin, Xanlar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 139 saylı tikintiyə icazə verilməsinə dair sərəncamının ləğv edilməsi hissəsində tələb mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respubilkası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. İddiaçı isə iddia ərizəsində Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 saylı ünvanda yerləşən mülkə dair Cavabdeh1 adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin (həmin qeydiyyat vəsiqəsi keçmiş Xanlar rayon İcra Hakimiyyəti başçısının 22 yanvar 1993-cü il tarixli, 42 nömrəli “Xanlar şəhərində yaşayan bir qrup BVM-si iştirakcıları və ailələrin, müharibə zamanı arxa cəbhədə işləyən, az təminatlı ailələrin, qacqınların, xalq təhsili sistemində calışan pedoqoji işçilərin və dövlət evlərinin və mənziləri alan vətəndaşların şəxsi mülkiyyətlərinə kecirilməsi haqqında” sərəncamı əsasında verilmişdir), digər hüquqverici sənədlərin, Xanlar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 139 saylı tikintiyə dair sərəncamının verilməsinə dair inzibati orqanların hərəkətini qanunsuz hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 saylı ünvanda yerləşən mülkə dair Cavabdeh1 adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, digər hüquqverici sənədlərin, Xanlar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 139 saylı tikintiyə icazə verilməsinə dair sərəncamının ləğv edilməsi hissəsində işi icraata götürüb mahiyyəti üzrə baxmaqda səhvə yol vermiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin: 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyasının gəldiyi qənaətə görə apellyasiya şikayəti qismən təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(066)-41/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddianın Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 saylı ünvanda yerləşən mülkə dair Cavabdeh1 adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, digər hüquqverici sənədlərin, Xanlar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 139 saylı tikintiyə icazə verilməsinə dair sərəncamının ləğv edilməsi hissəsində tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin həmin hissəsi üzrə icraata xitam verilməli, iddiaçıya inzibati orqanın həmin hərəkətini qanunsuz hesab etdiyi halda müvfaiq iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 385.1.1, 391, 403.1 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2(066)-258/2021 saylı qətnaməsi iddianın təmin edilmiş - Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 saylı ünvanda yerləşən mülkə dair Cavabdeh1 adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, digər hüquqverici sənədlərin, Xanlar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 139 saylı tikintiyə dair sərəncamının ləğv edilməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elman oğluna, Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 4 ünvanda yerləşən mülkə dair Cavabdeh1 adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, digər hüquqverici sənədlərin, Xanlar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 139 saylı tikintiyə icazə verilməsinə dair sərəncamının ləğv edilməsi hissəsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin həmin hissəsi üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, inzibati orqanın həmin hərəkətini qanunsuz hesab etdiyi halda müvafiq iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan rəsmi təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-68/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-68/2023
27.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver