Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-682/2024 28.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin *4.12.2*23-cü il tarixli, 2(125)-3388/2*23 nömrəli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbə qarşı iddia ərizəsi, sonradan isə həm də cavabdeh GəncəDaşkəsən Regional Təhsil İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 2*21-ci ilin sentyabr ayından hazırki dövrədək məcburi boşdayanmaya görə əmək haqqının hesablanması və ödənilməsi, həmçinin onun 2*23/2*24-cü tədris ilində ibtidai sinifdə dərs tədris etmək üçün sinif verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *6.*9.2*23-cü il tarixli, 2(125)-3388/2*23 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddia qismən təmin edilərək, İddiaçı boşdayanma vaxtı üçün 2*21-ci ilin sentyabr ayından hazırkı qətnamə qəbul edilən - *6.*9.2*23-cü il tarixədək, işçi İddiaçı üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqının hesablanıb ödənilməsi, cavabdehlər Cavabdeh2nə və Gəncə şəhər M.Ə.Sabir adına 5 saylı tam orta məktəbə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin 15.11.2*23-cü il tarixli, 2(125)-3388/2*23 nömrəli qərardadı ilə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada (elektron kabinet vasitəsilə) verilmədiyindən, həmçinin imzalanmadığından şikayətin geri qaytarılması qərara alınmışdır. Bundan sonra Cavabdeh2 nümayəndəsi yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin *6 sentyabr 2*23-cü il tarixli, 2(125)-3388/2*23 nömrəli qətnaməsindən şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *4.12.2*23-cü il tarixli, 2(125)-3388/2*23 nömrəli qərardadı ilə, ərizəçi Cavabdeh2 nümayəndəsi Nümayəndə2 Gəncə Şəhər Məhkəməsinin 2(125)-3388/2*23 nömrəli, *6 sentyabr 2*23-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxması üzürlü hesab edilərək bərpa edilmişdir. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, cavabdehin nümayəndəsinin ərizəsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3388/2*23 nömrəli, *6.*9.2*23-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti 14.11.2*23-cü il tarixdə verilmişdir. Cavabdehin nümayəndəsi ərizəsində qeyd etmişdir ki, elektron məhkəmə sistemidə yaranmış problem səbəbindən apellyasiya şikayətini vaxtında təqdim edə bilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi ilk öncə apellyasiya şikayətini elektron məhkəmə sistemi vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim etmişdir. Məhz, bu səbəbdən də cavabdehin nümayəndəsinin apellyasiya şikayəti haqlı olaraq Gəncə Şəhər Məhkəməsinin 15.11.2*23-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan başqa, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin vaxtında göndərə bilməməsinin səbəbinin elektron məhkəmə sistemində yaranmış problem olması ilə izah etməyə çalışmışdır. Halbuki, hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən elektron məhkəmə sistemi müasir formada tam təkminləşdirilmiş bir sistemdir. Həmin sistem üzərindən hər hansı sənədin göndərilməsində bu günki günədək heç bir problem yaranmamışdır. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəməyə qeyd etdiyi halları təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, şikayətdə Gəncə Şəhər Məhkəməsinin *4.12.2*23-cü il tarixli qərardadının ləğv edilməsi və ərizəçi Cavabdeh2 nümayəndəsinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 29.*1.2*24-cü il tarixli, 2(125)-3388/2*23 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 2* gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin *4.12.2*23-cü il tarixli, 2(125)-3388/2*23 nömrəli qərardadı və onun əsasında çıxarılmış 29.*1.2*23-cü il tarixli, 2(125)-3388/2*23 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalı, Gəncə Şəhər Məhkəməsinin *6.*9.2*23-cü il tarixli, 2(125)- 3388/2*23 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməli və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 36*-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 1*-1.1 və 1*-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 1*-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin *6 sentyabr 2*23-cü il tarixli, 2(125)-3388/2*23 nömrəli qətnaməsi cavabdehin nümayəndəsi tərəfindən 16.11.2*23-cü il tarixdə rəsmi olaraq qəbul edilmiş, həmin qətnamədən şikayət qanunla müəyyən edilmiş müddət ərzində, yəni 14.11.2*23-cü il tarixdə məhkəməyə təqdim edilsə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada (elektron kabinet vasitəsilə) verilmədiyindən, habelə imzalanmadığından şikayət Gəncə Şəhər Məhkəməsinin e-2(125)-3388/2*23 nömrəli, 15 noyabr 2*23-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra, Cavabdeh2 nümayəndəsi yenidən həmin qətnamədən şikayət vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin *6.*9.2*23-cü il tarixli qətnaməsindən şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh2 tərəfindən apellyasiya şikayətinin birinci dəfə bir aylıq müddətin bitməsinə 2 gün qalmış verildiyini nəzərə alaraq, ərizədə göstərilən müddətin ötürülməsi səbəbini üzürlü hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 nümayəndəsi qətnamədən apellyasiya şikayəti verməkdə israrlı olması, onun məhkəmə müdafiəsi hüququndan sonuna qədər istifadə etmək niyyətinin olması açıq-aşkardır. Nəticədə cavabdehin nümayəndəsi qətnamədən verdiyi apellyasiya şikayətini qanunla müəyyən edilmiş formada tərtib edilmiş, habelə buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının MPM-in 133.1-ci maddəsinə əsasən, prosessual müddətin buraxılmasının üzürlü səbəbləri dedikdə, tərəfin şikayəti tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən dərəcədə ağır xəstə olması, ezamiyyətdə olması, təbii fəlakət, fövqəladə vəziyyət və sair kimi hallar nəzərdə tutulur. Həm də bu cür üzürlü hallar, qətnamədən apellyasiya şikayəti vermə müddətinin axımı başlandığı dövrdə baş vermiş olmalıdır. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2**6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *8 may 2**8-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 nümayəndəsi qətnaməni əldə etdikdən sonra hərəkətsiz qalmaması, yəni keçən zaman kəsiyində apellyasiya şikayəti verməsi, lakin şikayət qanunvericiliyin tələbinə uyğun olmadığından geri qaytarılması, bir sözlə cavabdeh hesab etdiyi pozulmuş hüququnu üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək niyyətinin olmasını ifadə etməsi buraxılmış prosessual müddətin bərpasına əsasdır. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2**4-cü il tarixli X2 Hüquqları Məhkəməsinin «Delkurun Belçikaya qarşı işi üzrə» qərarına istinadla qeyd etmişdir ki, «ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir». Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 fevral 2**3-cü il tarixli «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Kontitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 6*-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» qərarında göstərilir ki, məhkəmə müdafiəsi hüququ mülki işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kassasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 6*-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Göstərilən müddəalar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. Məhkəmə qeyd etmişdir ki, demokratik cəmiyyətdə Konvensiyanın dərk olunması prizmasında ədalətli ədalət mühakiməsinə olan hüquq o qədər mühum əhəmiyyət kəsb edir ki, 6-cı maddənin 1-ci bəndinin məhdud şərh edilməsi həmin müddəanın məqsəd və təyinatına xidmət etməzdi («Delkur Belçikaya qarşı»). Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin *4.12.2*23-cü il tarixli, 2(125)-3388/2*23 nömrəli qərardadı və onun əsasında çıxarılmış 29.*1.2*23-cü il tarixli, 2(125)-3388/2*23 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalı, Gəncə Şəhər Məhkəməsinin *6.*9.2*23-cü il tarixli, 2(125)- 3388/2*23 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikasının MPM-in 398.*.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 133, 263, 264, 398 və 4*2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *4.12.2*23-cü il tarixli, 2(125)-3388/2*23 nömrəli qərardadı və onun əsasında çıxarılmış 29.*1.2*24-cü il tarixli, 2(125)-3388/2*23 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Gəncə Şəhər Məhkəməsinin *6.*9.2*23-cü il tarixli, 2(125)-3388/2*23 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-682/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-682/2024
28.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver