Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-682/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(023)-1057/2024 nömrəli qərardadından cavabdehlər X5 və X1 qanuni nümayəndəsi (himayəçisi) Qanuni nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 25 iyun 2024-cü il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 0.024 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yarımçıq tikili üçün ödənilmiş 28000 manat və həmin torpaq sahəsində aparılmış əsaslı təmir-tikintiyə sərf edilmiş 30072,86 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 265 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi Qazax Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərardadı ilə icraata götürülərək, məhkəmənin hazırlıq iclası 25 iyul 2024-cü il tarixə təyin olunmuş, tərəflərə həmin tarixdə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə bildiriş, həmçinin cavabdehə iddia ərizəsinin surəti göndərilmişdir. Cavabdehlər X5 və X1 qanuni nümayəndəsi (himayəçisi) Qanuni nümayəndə məhkəməyə qarşılıqlı iddia ərizəsi vermişdir. Qazax Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(023)-1057/2024 nömrəli qərardadı ilə (hakim Elçin Mansırov) İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki iş üzrə X2 nümayəndəsi, X5 və X1 qanuni nümayəndəsi (himayəçisi) Qanuni nümayəndə İddiaçı qarşı əldən çıxmış faydanın, vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Qanuni nümayəndə şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə iddia ilə müraciət etdikdə Cavabdeh artıq vəfat etmiş idi. Yəni, İddiaçı ölmüş şəxsi məhkəməyə vermişdir. Məhkəmə isə bu vacib və əhəmiyyətli halı araşdırmamışdır. Bildirir ki, mülki işlə bağlı mərhum Cavabdeh vərəsəlik işi Qazax rayon notariat ofisində xx.xx.2024- cü il tarixdə yekunlaşaraq, V-461/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında mərhumun vərəsələri - X4, X5 və X3 müəyyən edilmişdir. Aqil və Xumar Qazax RİHB-nın 31 oktyabr 2024-cü il tarixli, 9-23/373 nömrəli Sərəncamı əsasında onun himayəsinə verilmişlər. Həmin şəhadətnaməni aldıqdan sonra məhkəmə ilə bərabər Qazax rayon icra və probasiya şöbəsinə də Qazax rayon Məhkəməsinin 2(023)-101 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar Cavabdeh vərəsələri X4, X5 və X3 ilə əvəz edilmişdir. Ancaq, məhkəmə bu halları, əsasları və ən əsası qarşılıqlı iddianın prosessual əsası kimi MPM-nin 155.2-ci maddəsini qətiyyətlə nəzərə almamışdır. Qazax Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(023)-1057/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytarmış və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin hüquqi varislərinin qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin surətini aldıqdan sonra məhkəmə baxışı iclasında qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. İş materaialları əsasında müəyən edilir ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli bildirişi ilə mrhum cavabdein hüquq varisləri X5, X3 və qeyrilərinə iddia ərizəsinin surəti göndərilməklə işə baxılmasının vaxtı və yeri barədə onlara məlumat verilmişdir. O cümlədən, SMS xəbərdarlıq da adları qeyd olunan şəxslər işə baxılması barədə məlulatlandırılmışlar (bax mülki iş İ cild 137-141-ci səhifələr). Buna baxmayaraq, qarşılıqlı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə, yəni MPM-nin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Şərh olunan halları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddia ərizəsini geri qaytarmışdır. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri əsassız sayılmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən və MPM-nin 155-156, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(023)-1057/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-682/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-682/2025
25.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver