Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-686/2025 14.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(066)-1205/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 09 fevral 2024-cü il tarixli aktdan görünür ki, Göygöl rayonu, Tülallar kəndində X5 miras qalmış yaşayış evinin Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair Göygöl Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(066)- 66/2023 nömrəli qətnaməsindən X4 və qeyriləri tərəfindən apellyasiya şikayətinin verilməməsi üçün Cavabdeh ilə İddiaçı Hüseynqulu oğlu arasında akt (razılaşma) tərtib olunmuş, hər iki tərəf, eləcədə Şahid2 akti imzalamışdır. Cavabdeh öhdəlik götürmüşdür ki, miras əmlak üzrə "xxxx" QSC tərəfindən miras əmlaka görə ödəniləcək konpessasiyadan 10000 (on min) manat İddiaçı ödəyəcək.
2. Göygöl Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(066)-66/2023 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh mərhum nənəsi X6 3-cü növbə qanun üzrə vərəsəsi olmaqla Göygöl rayonunun Tülallar kəndində yerləşən ümumi sahəsi 51.6 kv.m olan yaşayış evinə dair mirası qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh aralarında 09 fevral 2024-cü il tarixdə Şahid2 şahidliyi ilə bağlanmış müqaviləyə əsasən cavabdehdən akt əsasında 10000 (on min) manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlər İddiaçı Hüseynqulu oğluna, X1, X2, Məmmədova (İmanova) Zibər Hüseynqulu qızına, Məmmədova (Novruzova) Zərəngiz Hüseynqulu qızına, Məmmədova (Həsənova) Zöhrə Hüseynqulu qızına və Məmmədova (Xəlilova) Yaqut Hüseynqulu qızına qarşı vərəsəliyin açılması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün, yəni Cavabdeh mərhum nənəsi X6 3-cü növbə qanun üzrə vərəsəsi olmaqla Göygöl rayonunun, Tülallar kəndində yerləşən ümumi sahəsi 51,6 kvm. olan yaşayış evinə dair mirası faktiki olaraq qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(066)-66/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və həmin zaman Cavabdeh vəkil Şahlar Tağıyev ona müraciət edərək bildirmişdir ki, apellyasiya şikayətinin verilməməsi müqabilində kompensasiya ödəməyə və bu baradə akt tərtib olunmasına razıdırlar. Nəticədə 09 fevral 2024-cü il tarixdə, tələbkar İddiaçı Hüseynqulu oğlu, şahid qismində Şahid2 və borclu Cavabdeh aralarında müqavilə bağlanmış və "xxxx" QSC tərəfindən, miras əmlaka görə ödəniləcək kompensasiyaya görə 10000 manat borclu Cavabdeh tərəfindən İddiaçı Hüseynqulu oğluna ödəniləcəkdir. Borclu Cavabdeh 75000 manat kompensasiya alınmış, lakin ona verilməli olan 10000 manat kompensasiyanı verməmişdir. Sonradan məlum olmuşdur ki, borclu Cavabdeh və onun vəkili Şahlar Tağıyev onun etibarından sui istifadə etməklə və onu aldadaraq akt imza etdirmişdir.
5. Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(066)-1205/2024 nömrəli qətnaməsi ilə (hakim R.Mustafayev) iddia təmin edilərək, Cavabdeh 10000 (on min) manat alınaraq, İddiaçı Hüseynqulu oğluna verilməsi; Məhkəmə xərci 120 (bir yüz iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1, 442, 448.1, 881 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 191.3, 217, 218.3, 216-220, 357, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, Göygöl rayonu Tülallar kəndinda yerləșən ev 1971-ci ilədək babasının adına olmuşdur. Nənəsi gözdən əlil olduğu üçün 1984-cü ildən Tülallar kəndindən qeydiyyatdan çıxıb Gəncə şəhərinə köçmüş və daimi orada yaşamışdır. 1984cü ildə ailə qurmuş və 1995-ci ilədək həmin evdə heç kəs yaşamamışdır. 1995-ci ildə həmin evi nənəsindən almış və 1997-ci ildə adına iki șəhadətnamə çıxmışdır. Həmin evdə 28 il yaşamış və nənəsinin övladlarının heç biri vərəsəliyi qəbul etməmiş, eləcədə heç biri hüquqi varis olmamışdır. Göygöl rayonu, Tülallar kəndində qızıl yatağı aşkarlanmış və həmin ərazidə yerlər plana gedəsi olmușdur. "xxxx" QSC tərəfindən ona aprel ayında 70000 manat kompensasiya ödənilib. Kompensasiyadan İddiaçı xəbər tutmuş və ona qarşı inzibati məhkəmədə iddia qaldırmış, lakin iddiası təmin olunmamışdır. Göygöl Rayon Məhkəməsində vərəsəliyə dair iddia qaldırmış və iddiası təmin olunmuşdur. Həmin iş üzrə Şahlar Tağiyev vəkil olmuș və İddiaçıla razılıqlarının əldə olunması məhz onun təșəbüsü və təklifi ilə olmuşdur. Șahlar Tağıyev ona bildirmişdir ki, cavabdehlər qətnamədən apellyasiya șikayəti verər və nəticədə qətnamə ləğv oluna bilər. Şahlar Tağıyevə inanmış və qeyd olunan aktı məcburən imzalamışdır. Sonra Gəncə şəhərindəki vəkillərlə bu barədə məsləhətləșmiş və Göygöl Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(066)-66/2023 nömrəli qətnaməsinin təmamilə əsaslı olduğunu ona bildirmişlər. Ona görə də İddiaçı pul verməmək qərarına gəlmişdir. İddia ərizəsində yalnış olaraq 75000 manat alması göstərilmişdir. Əslində 70000 manat almış və həmin pulu 6 övladının arasında bölmüş, özünə çatan 10000 manatla evini təmir etdirmişdir. İddiaçı Göygöl rayonu Tülallar kəndində yerləşən ona məxsus evə heç bir subyektiv hüquqa malik deyil.. Hüquqlarının pozulmaması və pulu ala bilməsi üçün məcburiyyət qarşısında qalıb vəkilinin aldadılması nəticəsində aktı imzalamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək, şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izhahatında göstərmişdir ki, Göygöl Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(066)-66/2023 nömrəli qətnaməsi ilə iddiası təmin olunmuş, mərhum nənəsi X6 3-cü növbə qanun üzrə vərəsəsi olmaqla Göygöl rayonu, Tülallar kəndində yerləşən və ümumi sahəsi 51.6 kv.m olan yaşayış evinə dair mirası qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi qət edilmişdir. Vəkil Şahlar Tağıyev həmin qətnamədən iş üzrə cavabdeh İddiaçı yuxarı instansiya məhkəmələrinə şikayət verməməsi üçün ona 10000 manat verilməsini bildirmiş, o da razılaşmışdır. Bu barədə vəkilin köməkçisi Günayın yanında akt tərtib olunmuş və həmin akta imza etmişdir. Lakin aktı imzaladıqdan bir neçə gün sonra başqa vəkillərdən məsləhət almış və qətnamənin tamamilə qanuni və əsaslı olması ona bildirilmişdir. Ona görə də cavabdeh İddiaçı pulu ödəməyəcəyini bildirmişdir. "xxxx" QSC tərəfindən ona 70000 manat kompensasiya verilmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, aktın imzalanması ilə bağlı təklif cavabdeh və onun vəkili tərəfindən edilmişdir. Aralarında razılıq əldə olunduğundan qətnamədən apellyasiya şikayəti verməmişdir. Buna baxmayaraq cavabdeh miras əmlakla bağlı "xxxx" QSC-dən 70000 manat kompensasiya alsada, götürdüyü öhdəliyi yerinə yetirməmiş, 10000 manat ona verməkdən imtina etmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
14. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
17. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda:
18. 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin;
19. 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir.
20. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir.
21. Maddə 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı Cavabdehlər İddiaçı Hüseynqulu oğluna, X1, X2, Məmmədova (İmanova) Zibər Hüseynqulu qızına, Məmmədova (Novruzova) Zərəngiz Hüseynqulu qızına, Məmmədova (Həsənova) Zöhrə Hüseynqulu qızına və Məmmədova (Xəlilova) Yaqut Hüseynqulu qızına qarşı vərəsəliyin açılması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum nənəsi X6 3-cü növbə qanun üzrə vərəsəsi olmaqla Göygöl rayonunun, Tülallar kəndində yerləşən ümumi sahəsi 51,6 kv.m. olan yaşayış evinə dair mirası faktiki olaraq qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Göygöl Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(066)-66/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin iş üzrə tərəf olan cavabdeh İddiaçıla iddiaçı Cavabdeh arasında 09 fevral 2024-cü il tarixli akt tərtib olunur və İddiaçı öhdəlik götürür ki, Göygöl rayonu, Tülallar kəndində X5 miras qalmış yaşayış evinin Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair Göygöl Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(066)- 66/2023 nömrəli qətnaməsindən o, eləcədə qeyriləri tərəfindən apellyasiya şikayəti verilməyəcək, Cavabdeh isə öhdəlik götürür ki, qeyd olunan qətnamədən şikayət verilməzsə həmin miras əmlak üzrə "xxxx" QSC tərəfindən miras əmlaka görə ödəniləcək konpessasiyadan 10000 (on min) manat İddiaçı ödəyəcək. İddiaçı, eləcədə digərləri qətnamədən apellyasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh "xxxx" QSC 70000 manat kompensasiya alsada, lakin götürdüyü öhdəliyi yerinə yetirməmiş və ödəməli olduğu 10000 manatı ödəməkdən imtina etmişdir. Ona görədə iddiaçı hazırki iddia ilə məhkəməyə müarciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.
32. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır Cavabdeh apellyasiya şikayətində vəkil Şahlar Tağıyev tərəfindən aldadıldığı üçün 09 fevral 2024-cü il tarixli aktı imzaladığını qeyd etsədə, kollegiya onun bu dəlilini inandırıcı saymır və hesab edir ki, şikayətin qeyd olunan dəlil qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, Cavabdeh özü apellyasiya şikayətində qeyd etmişdir ki, 09 fevral 2024-cü il tarixli aktı imzaladıqdan bir neçə gün sonra Gəncə şəhərində yerləşən vəkil bürosuna müracət etmiş və həmin büroda vəkillər ona bildirmişlər ki, Göygöl Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(066)-66/2023 nömrəli qətnaməsin qanuni və əsaslıdır. Məhz bundan sonra Cavabdeh götürdüyü öhdəliyin icrasından imtina etmək qərarına gəlmişdir. Halbu ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq surətdə, hərəkət etməlidir.
33. Eləcədə, mülki prosessual qanunvericiliyə görə də, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(066)-1205/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.