Məhkəmə qərarları › İş №2(104)-689/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-689/2025

25.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-689/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(045)-1686/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1686/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, mülki iş apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-864/2024 saylı qərardadı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1686/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Goranboy Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)-1686/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qətnamədən Cavabdeh tərəfindən müddəətin bərpası barədə ərizə vermiş və ərizəyə apellyasiya şikayətini əlavə etmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)-1686/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qətnamədən Cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)-1686/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh tərəfindən şikayət və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verilmiş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(045)-1686/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Qətnamədən Cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-1686/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh boş dayanmamış, ard-arda apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə versə də, məhkəmə tərəfindən araşdırılmamışdır. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-1686/2023 saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin mümkünlüyünə baxılması üçün Goranboy Rayon Məhkəməsinin göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cəfərli X2 Rayon Məhkəməsinin e-2(045)- 1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini xx.xx.2023-cü il tarixdə qəbzlə almışdır. xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş apellyasiya şikayətindən görünür ki, Cavabdeh tərəfindən Goranboy Rayon Məhkəməsinin e-2(045)-1686/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və həmin şikayət xx.xx.2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-864/2024 saylı qərardadı ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(045)-1686/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Goranboy Rayon Məhkəməsinə qaytarılması qərara alınmış, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(045)-1686/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Şikayətin dəlilində cavabdeh boş dayanmadığını, ard-arda apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə verdiyini və məhkəmə tərəfindən araşdırılmadığını göstərsə də, kollegiya cavabdehin qeyd olunan dəlilini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə artıq baxılmış və münasibət bildirilmişdir. Lakin eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə müddətin bərpası barədə ərizə verilsə də, birinci inctansiya məhkəməsi həmin ərizəyə baxmadan şikayəti geri qaytarmışdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-1686/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-1686/2023 saylı qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin mümkünlüyünə, həmçinin Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş müddətin bərpası barədə ərizəyə baxılması üçün Goranboy Rayon Məhkəməsinin göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar