Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-69/2025 19.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: torpaq sahəsinin naturada ayrılması, giriş-çıxış yolunun açılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılması və girişçıxış yolunun açılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2018-ci il tarixli qətnaməsi ilə Tovuz rayonu Əyyublu kəndində yerləşən X2 mülkiyyətində olan JN1439 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,25 ha və JN **** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 0,21 ha pay torpaq sahəsinin 1/10 hissəsi üzərində İddiaçı payı müəyyən olunmuşdur.
2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən 0.25 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 8/10 hissəsi Cavabdeh, 1/10 hissəsi İddiaçı və X1 paylı mülkiyyətindədir.
3. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************ nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən 0.2074 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 8/10 hissəsi Cavabdeh, 1/10 hissəsi İddiaçı və X1 paylı mülkiyyətindədir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023-cü il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/10 payının naturada bölünməsi texniki cəhətdən mümkün deyildir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli **/***** nömrəli rəyindən görünür ki, ************ reyestr nömrəli çıxarışla tərəflərin adına qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri torpaq islahatı zamanı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə xüsusi mülkiyyətə verilmiş və kiçik ailə təsərrüfatı yaradılması üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 5-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilər arasında bölünəcəyi təqdirdə bölgünün ölçülərinə və konfiqurasiyasına uyğun olaraq torpaqdan öz məqsədinə və təsərrüfat təyinatına görə səmərəli iştifadəsinin mümkün olmayacağı, torpaq sahəsinin yararsız hala düşəcəyi səbəbindən texniki cəhətdən naturada real bölgüsü mümkün deyildir. Tovuz rayonu Əyyublu kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən 1/10 payının naturada ayrılmasının Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının”-nın küçə və yol şəbəkələri bölməsinin 8 və * saylı cədvəllərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2026cı il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının 1/10 payının naturada ayrılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının”-nın küçə və yol şəbəkələri bölməsinin 8 və * saylı cədvəllərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Həyatyanı torpaq sahəsi ümumi istifadədə saxlanılmaqla iddiaçıya məxsus olan evin bünövrəsi (tikili) yerləşən sahə nəzərə alınmaqla iddiaçının payına düşən 252,67 kv.m torpaq sahəsinə giriş-çıxış yolunun açılması mümkündür (torpaq sahəsinin ayrılma sxemi rəyə əlavə edilmişdir).
Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Tovuz rayonu Əyyublu kəndində yerləşən mülkiyyətində olan ************ və ************ saylı çıxarışda göstərilən torpaq sahəsinin naturada ayrılmasına, naturada torpaq sahəsi ayrılarkən inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin ona ayrılmasına, dəmir qapının açılmasına, əvvəllər gediş-gəliş kimi istifadə olunan ərazidə tikilmiş daş hasarın sökülməsinə, fərdi yaşayış evinə əvvəllər giriş üçün olan qapının və gediş-gəliş yolunun açılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2018-ci il tarixli qətnaməsi ilə mərhum anası X2 miras qalmış 0,25 ha həyətyanı və 0,21 ha pay torpaq sahəsindən 1/10 hissədə payı müəyyən olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış, icra olunmuş və qətnaməyə əsasən DƏDRXnin ** saylı Tovuz Ərazi Idarəsi tərəfindən ## #### 2021-ci il tarixdə reyestr nömrəsi ************ və ************ saylı çıxarışla adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Anasının sağlığında və mübahisə olunan torpaq sahəsində cavabdehin iştirakı ilə eni 12 metr, uzunluğu 16,5 metr olan kürsülü yarımçıq tikili inşa etdirmişdir. Giriş-çıxış yolu Məhərrəmin razılığı ilə açılmışdır. Həmin yolun anasına məxsus ona ayırdığı və sonradan inşa etdiyi tikili üçün nəzərdə tutulmuşdur. Həmin otaq 1986-cı ildən onun istifadəsində olmuş, özünə məxsus əşyaları da həmin otağa yerləşdirmişdir. Anasına məxsus torpaq sahəsinin gediş-gəliş yoluna bitişik olan sərhəddini daş hasarla əhatəyə almışdır. Anasının vəfatından sonra mübahisə yarandığından giriş-çıxış üçün nəzərdə tutulan yolu cavabdeh daş hasarla bağlamışdır. Bundan başqa onun istifadəsində olan otağın girişini cavabdeh bağlamışdır. Ona məxsus olan əşyalarda həmin evdədir. Cavabdehin təqsiri ucbatından mülkiyyətində olan torpaqdan istifadə edə bilmir. Qarşılıqlı razılaşma əsasında reyestrdə qeydə alınmış torpaq sahəsini bölə bilmir. Ona görə də məhkəmə qaydasında pay, həm də həyətyanı torpaq sahəsi naturada bölünməlidir. Həyətyanı torpaq sahəsi naturada bölünərkən öz şəxsi vəsaiti hesabı ilə tikili nəzərə alınmalıdır. Həmin tikilinin yerləşdiyi torpaq sahəsinin naturada ayrılıb ona verilməsi 3-cü şəxslərin hüquqlarını pozmur. Bundan başqa qeyd etdiyi qaydada torpaq sahəsi naturada ayrılıb ona verilməsi hər iki tikili üçün yoldan istifadə etməsinə mane olmur. Cavabdeh tərəfindən giriş-çıxış yolunda tikilmiş hasar sökülməli, giriş-çıxış yolu açılmalıdır. Ata evində əvvəllər istifadə etdiyi otağın giriş qapısı da açılmalıdır. Cavabdeh özü tərəfindən onun həyətdə inşa etdiyi fərdi yaşayış evində yaşayır. Köhnə ev valideyinlərinə məxsusdur və qəzalı vəziyyətdə olmaqla amortizasiyaya uğramışdır.
9. Tovuz Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, göndərdiyi ərizənin məhkəməyə çatmadığı ona bildirilmişdir. Həmçinin, məhkəmə tərəfindən ona göndərilmiş qətnamə ona təqdim olunmamışdır. Məhkəməyə ərizə ilə müraciət etdikdə ona məlum olmuşdur ki, qətnamə göndərilməsinə baxmayaraq xəbərnamədə guya göstərilir ki, qətnamə ona şəxsən təqdim olunmuşdur. Halbuki, onun imzası tamamilə fərqlidir. Yəni, ona qətnamənin surəti təqdim olunmamışdır. Bu səbəbdən də o qətnamənin surətini əldə etmək üçün məhkəməyə şəxsən ərizə ilə müraciət edərək qətnamənin surətini 2023-cü ilin iyul ayında əldə etmişdir. Bu hal isə prosessual hüquqlarımın pozulması anlamına gəlir. Əslində ekspertiza məhkəmə tərəfindən qoyulan sualların cavablandırılması üçün məhkəmə də özü təşəbbüs göstərə bilərdi ki, bu da işə ədalətli şəkildə baxılması ilə nəticələnə bilərdi. Məhkəmə ümumilikdə səhv nəticəyə gəlmişdir. Mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolunu da zəbt edən cavabdehə qarşı heç bir tədbirin görülməməsi onun mülkiyyətindən sərbəst istifadəni məhdudlaşdırır ki, bu da mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Bu hal isə məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin, qeyd etmək istəyir ki, iş üzrə təkrar ekspertiza təyin olunmalı və bu suallar dəqiq araşdırılmalıdır. Məhkəmə tərəfindən təqdim olunan sübutların mötəbərliyi düzgün araşdırılmayıb. Belə ki, cavabdehin izahatı əsas olaraq götürülmüş, ekspert qarşısında suallar tam cavablandırılmadığı halda belə məhkəmə bununla bağlı qətnamə çıxarmışdır. Halbuki, onun mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə hüququ tamamilə məhdudlaşdırılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, mübahisə predmeti olan torpaq sahələrinin paylı mülkiyyətçisidir və torpaq sahələrindəki payının naturada ayrılmasını tələb edir. Mübahisə predmeti olan həyatyanı torpaq sahəsi ata yurdlarıdır və cavabdeh icazə vermir ki, o, öz ata yurdunda inşa edilmiş evinə daxil olsun. Belə ki, həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikiliyə gedən yol cavabdeh tərəfindən bağlanmışdır. Iddiaçı İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında cavabdeh Cavabdeh oglu apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının həyatyanı torpaq sahəsindən istifadə etməsinə razı deyildir. Ona görə də sonuncunun həmin torpaq sahəsindən istifadə etməsini istəmir. Cavabdeh Cavabdeh oglu sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.
17. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
20. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
21. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 30. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar.§
22. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
23. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
24. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33 Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Tovuz rayonu Əyyublu kəndində yerləşən ************ reyestr nömrəli 0.25 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindəki dəmir qapının açılması, əvvəllər gediş-gəliş kimi istifadə olunan ərazidə tikilmiş daş hasarın sökülməsi, həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə əvvəllər giriş üçün olan qapının və gediş-gəliş yolunun açılması» barədə iddia tələbinin təmin edilməməsi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Tovuz rayonu Əyyublu kəndində yerləşən ************ reyestr nömrəli 0.25 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindəki dəmir qapı cavabdeh Cavabdeh tərəfindən açılmalı, həmin torpaq sahəsinə əvvəllər gediş-gəliş kimi istifadə olunan ərazidə tikilmiş daş hasar cavabdeh Cavabdeh tərəfindən sökülməli, sözügedən torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə əvvəllər giriş üçün olan qapı və gediş-gəliş yolu cavabdeh Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyinə əlavə edilmiş plan sxemə uyğun açılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən 0.25 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və Tovuz rayonu Əyyublu kəndində yerləşən 0.2074 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 8/10 hissəsi Cavabdeh, 1/10 hissəsi İddiaçı və X1 paylı mülkiyyətindədir. Paylı mülkiyyətçi İddiaçı daşınmaz əmlaklardakı payının naturada ayrılması, eləcə də əmlaka sahiblik və istifadəsinə yaradılan manein aradan qaldırılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
41. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
42. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
43. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
44. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
45. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı Fərhat Hüseynov paylı mülkiyyətdə olan torpaq sahələrindəki payının naturada ayrılmasını, habelə əmlaka sahiblik və istifadəsinə yaradılan manenin aradan qaldırılmasını tələb edir.
46. Kollegiyanın qənaətinə görə, iddiaçının tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə, daşınmaz əmlaklardakı payın naturada ayrılması tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.
47. Nəzərə alınmalıdır ki, daşınmaz əmlakdakı payın naturada ayrılması tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
48. Tələbin əsaslılığı baxımından isə ilk növbədə əmlaka tənasübsüz zərər vurmadan onun naturada bölünməsinin mümkünlüyü araşdırılmalıdır. Ona görə ki, daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bunun üçün də aydın bir bölgü planının tərtiblənməsi zəruridir. Əks halda, payın naturada ayrılması tələbi təmin oluna bilməz. Daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxsin (ekspertin) rəyi ilə müəyyən oluna bilər.
49. Mübahisə predmeti olan torpaq sahələrindən iddiaçının payına düşən hissənin naturada ayrılmasının mümkünlüyünün araşdırılması məqsədilə apellyasiya baxışı zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və alınan rəylə iddiaçının payına düşən hissənin naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir.
50. Məhkəmə kollegiyası alınmış rəyin mötəbərliyini və əsaslılığını qəbul edir. Çünki ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmişdir. Iş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə hər hansı arqumenti olmamışdır.
51. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq, daşınmaz əmlaklardakı payın naturada ayrılması barədə iddiaçının tələbini təmin etməmişdir.
52. Iddiaçının digər tələbi isə, ona və cavabdehə paylı mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən istifadə etməsinə yaradılan manelərin aradan qaldırılması ilə bağlıdır.
53. Bu cür əşyalara aid hüquq münasibətləri mülki qanunvericiliyin daşınmaz əşya üzərində mülkiyyət hüququ ilə bağlı ümumi normaları əsasında tənzimlənir.
54. Belə ki, torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır (Mülki Məcəllə, maddə 135.4, ikinci cümlə).
55. Əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər.
56. Iddiaçı Fərhat Hüseynov iddia edir ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən 0.25 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə gedən yol cavabdeh Cavabdeh tərəfindən dəmir qapı ilə bağlanmış, həmin torpaq sahəsinə əvvəllər gediş-gəliş kimi istifadə olunan ərazidə daş hasar tikilmişdir.
57. Qeyd edilən halı məhkəmə prosesində iştirak edən cavabdeh Cavabdeh da inkar etməmiş, iddiaçının həyatyanı torpaq sahəsindən istifadə etməsinə razı olmadığını bildirmişdir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Fərhat Hüseynov yol açılmasını tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçisi olmaqla, onun həmin əmlaka qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan sahiblik, istifadə və sərəncam hüquqları vardır. O, bu hüquqların ona tanıdığı imkandan istifadə edərək, əmlaka sahiblik və istifadəsinə yaradılan manelərin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Cavabdeh hər hansı qanuni əsas olmadan iddiaçının paylı mülkiyyətində olan evə sahiblik və istifadə hüquqları həyata keçirtməsinə mane olur ki, bu da sonuncunun həmin əmlaka dair mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Eyni zamanda, fərdi yaşayış evinə yol açılması texniki cəhətdən də mümkündür. Belə ki, apellyasiya baxışı zamanı alınmış tikinti-texniki ekspertizası rəyi ilə 0.25 ha torpaq sahəsinin ümumi istifadədə saxlanılmaqla iddiaçıya məxsus olan evin bünövrəsi (tikili) yerləşən sahə nəzərə alınmaqla iddiaçının payına düşən 252,67 kv.m torpaq sahəsinə giriş-çıxış yolunun açılmasının mümkün olduğu təsbit edilmişdir (plan sxem rəyə əlavə edilmişdir).
59. Birinci instansiya məhkəməsi isə bu hissədə mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı yanlış nəticəyə gələrək həmin hissədə iddianı təmin etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Tovuz rayonu Əyyublu kəndində yerləşən ************ reyestr nömrəli 0.25 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindəki dəmir qapının açılması, əvvəllər gediş-gəliş kimi istifadə olunan ərazidə tikilmiş daş hasarın sökülməsi, həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə əvvəllər giriş üçün olan qapının və gediş-gəliş yolunun açılması» barədə iddia tələbinin təmin edilməməsi hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Tovuz rayonu Əyyublu kəndində yerləşən ************ reyestr nömrəli 0.25 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindəki dəmir qapı cavabdeh tərəfindən açılmalı, həmin torpaq sahəsinə əvvəllər gediş-gəliş kimi istifadə olunan ərazidə tikilmiş daş hasar cavabdeh tərəfindən sökülməli, sözügedən torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə əvvəllər giriş üçün olan qapı və gedişgəliş yolu cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyinə əlavə edilmiş plan sxemə uyğun açılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Azərbaycan Respublikasının MPM-in 119.1.-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
61. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 510 (beş yüz on) manat tərəflərdən tutulmalıdır.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi qismən, yəni «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Tovuz rayonu Əyyublu kəndində yerləşən ************ reyestr nömrəli 0.25 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindəki dəmir qapının açılması, əvvəllər gedişgəliş kimi istifadə olunan ərazidə tikilmiş daş hasarın sökülməsi, həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə əvvəllər giriş üçün olan qapının və gediş-gəliş yolunun açılması» barədə iddia tələbinin təmin edilməməsi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Tovuz rayonu Əyyublu kəndində yerləşən ************ reyestr nömrəli 0.25 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindəki dəmir qapı cavabdeh Cavabdeh tərəfindən açılsın, həmin torpaq sahəsinə əvvəllər gediş-gəliş kimi istifadə olunan ərazidə tikilmiş daş hasar cavabdeh Cavabdeh tərəfindən sökülsün, sözügedən torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə əvvəllər giriş üçün olan qapı və gediş-gəliş yolu cavabdeh Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyinə əlavə edilmiş plan sxemə uyğun açılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 510 (100+50+360=510) manat - 255 (iki yüz əlli beş) manatı iddiaçı İddiaçı, 255 (iki yüz əlli beş) manatı isə Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWIFT BIK CTREAZ 22, büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.