Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-762/2025 15.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: əsassız varlanma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dаir mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(062)-53/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 15 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X2 ipoteka saxlayan "xxxx" ASC və alıcı Cavabdeh1 Boğlu arasında bağlanmış 06 dekabr 2018-ci il tarixli (müqavilə saat 12:19 radələrində bağlanmışdır) alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Sumqayıt şəhəri 9-cu mikrorayon (təzə) ev 30-da yerləşən ümumi sahəsi 64.4 kv.m olan 3 saylı mənzilin dəyəri 70000 manat pulun 21000 manat məbləğində olan hissəsini alıcı - ipotekaya qoyanın özü tərəfindən, 49000 manat məbləğində olan hissə isə kreditoripoteka saxlayan tərəfindən, 05 dekabr 2018-ci il tarixli 380 saylı kredit müqaviləsinə əsasən alıcıipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödəməlidir. Kredit müqaviləsi 264 ay müddətinə 05 dekabr 2040-cı il tarixədək kredit üzrə illik 4 faiz dərəcəsinə əsasən hesablanan faizdir;
2. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində etibar edən Cavabdeh1 tərəfindən etibar edilən İddiaçı 1 il müddətinə etibar edəni bütün idarə və təşkilatlarda, dövlət və qeyri-dövlət orqanlarında, həmçinin notariat ofislərində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi idarələrində , “ASAN” Xidmət mərkəzlərində, MİS-də təmsil etmək, adından bütün sənədləşdirmə işləri aparmaq, səlahiyyətli nümayəndəsi olaraq bütün lazımi işləri görmək, idarələrə sorğu ilə müraciət etmək, zəruri arayış və sənədləri toplamaq, bütün şəxslərdən müəssisələrdən idarələrdən təşkilatlardan ona çatası arayışları, istənilən sənədin dublikatını almaq, aldığına dair imza etmək, dövlət rüsumlarını və digər ödənişləri ödəmək, onun adından ərizə yazmaq, eləcə də ona məxsus ünvana qeydiyyata salma və qeydiyyatdan çıxarma ərizələri yazmaq, sənədləri imza etmək, zəruri sənədləri təqdim etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etmək etibar edilmişdir;
3. xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri 9-cu mikrorayon (təzə) ev 30-da yerləşən 3 saylı mənzil Cavabdeh1 adına qeydə alınmışdır;
4. xx.xx.2019-cu il tarixdə İddiaçı, Cavabdeh1 və şahidlər X5 və X3 iştirakı ilə tərtib edilmiş əlyazma aktdan görünür ki, İddiaçı bütün xərcləri özü ödəmək şərtilə Cavabdeh1 adına ev götürmək istəmiş, sonuncunun banka olan 4000 manat borcunu və bu işə görə Bakı şəhərinə getmək üçün yol pulu xərclərini ödəmək, həmçinin ipoteka kreditinin ilkin ödənişi üçün 21000 manat alqı-satqı və notarius xərci üçün 1200 manat ödəmək və aylıq 320 manat krediti sonuna kimi ödəyib evi öz adına keçirmək barədə Cavabdeh1 ilə razılığa gəlmişlər;
5. "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1110, 1111 və 1112 nömrəli, xx.xx.2019-cu il tarixli 1087, 1088 və 1090 nömrəli və xx.xx.2019-cu il tarixli 1084 və 1089 nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən mədaxil qəbzləri verilən tarixlərdə "xxxx" ASC nin Sumqayıt filialından İpoteka və Kredit Zəmanət Fondunun hesabına 06 dekabr 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə müxtəlif məbləğdə ödənişlər edilmişdir (ödənişlər 111158 nömrəli kredit kodu üzrə həyata keçirilmişdir);
6. Məhkəmənin sübutların təmin edilməsi barədə xx.xx.2025-c il tarixli qərardadı əsasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 12-3/2-3094/2025 nömrəli məktubdan görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 380 nömrəli kredit müqaviləsi üzrə ödənişlər borcalana verilmiş 111158 nömrəli kredit kodu üzərindən aparılır. Qərardadda göstərilən "xxxx" ASC-nin ödəniş qəbzləri 111158 nömrəli kredit kodu göstərilməklə həyata keçirilmişdir;
7. Tovuz regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AR-İİ seriyalı 991116 nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 tərəfindən Sumqayıt şəhəri 9-cu mikrorayon (təzə) ev 30-da yerləşən 3 saylı mənzilə dair sərəncam, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, istifadə etmək, özəlləşdirmək, sənədləşdirmək, tikinti işləri aparmaq və s səlahiyyətlər 20 il müddətinə İddiaçı verilmişdir;
8. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-469/2024 nömrəli qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-2126/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni Cavabdeh1 ilə iddiaçı X1 birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 30, 3 saylı mənzilə ½ hissədə payının müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı X4 ilə Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş Seriya RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 30, 3 saylı mənzilə ½ hissədə payları müəyyən edilməklə, iddiaçı X4 ilə Cavabdeh1 nikahının pozulması barədə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən ipoteka müqaviləsi üzrə öhdəliyin icrası müddətinin başa çatdığı xx.xx.2040-ci il tarixə kimi ipoteka müqaviləsi üzrə öhdəlikləri bərabər qaydada icra edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 44800 manat və ödənilmiş 226 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddianın həcminin artırılması barədə ərizə verərək, cavabdehlərdən müştərək qaydada 48140 manat əsas borcun və 15000 manat əldən çıxmış faydanın və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ikinci qrup hərbi əlildir. 2018-ci ilin dekabr ayında güzəştli əsaslarla ipoteka qaydasında mənzil almağa qərar vermiş, lakin onun hərbi xidmət müddəti 3 ildən az olduğu üçün güzəştli mənzil ona verilməmişdir. Bu səbəbdən də o, Cavabdeh1 ilə danışmış və sonuncu ona bildirmişdir ki, əgər onun banka 4000 manat borcunu və bu işlə bağlı Sumqayıt şəhərinə gediş-gəliş xərclərini ödəyərsə o, öz adına ona mənzil almağına icazə verəcəkdir. O, Cavabdeh1 şərtlərini qəbul etməklə mənzili bəyənmiş və Sumqayıt şəhəri 9-cu mikrorayon ev 30-da yerləşən 3 saylı mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı bütün işləri həyata keçirtmişdir. Həmin mənzilin dəyərini onun sahibinə o, ödəsə də yalnız sənədlərdə cavabdehin adı yazıldığı və bununla da onun vəsaiti ilə alınmış və hazırda da ona məxsus bu mənzilə dair ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarış Cavabdeh1 adına rəsmiləşdirilmişdir. O, gələcəkdə hər hansı problemin yaranmaması üçün 2 nəfər şahidlərin iştirakı ilə Cavabdeh1 yazılı iltizam almış və həmin iltizamda o, bu mənzilə dair ilkin ödənişin, notariat xərclərinin, aylıq 320 manat ödənişin onun tərəfindən aparılmasını etiraf etməklə yanaşı kredit sona çatandan sonra mənzili onun adına keçirəcəyini və mənzillə bağlı hər hansı bir iddia və tələbinin olmayacağını qeyd etmiş və onun adına etibarnamə də vermişdir. O, da onun bu sözlərinə güvənərək faktiki olaraq ona məxsus olan bu mənzillə bağlı aylıq ödənişləri həyata keçirmiş və nəticədə bu mənzilə görə aşağıdakı ödənişlər tərəfindən olmuşdur: Mənzilə dair ilkin ödəniş 21000 manat, cavabdehə verdiyi pul 4000 manat, notariat, bank və sövdələşmələr 1200 manat, 2019-cu yanvar 2023-cü ilin iyul ayına kimi ödənilmiş 17600 manat, cavabdehin gediş-gəliş xərcləri 500 manat-cəmi 44300 manat. Bu mənzilin onun vəsaiti ilə alınmasına və cavabdehlərin bu ödənişlərə 1 manat da olsun vəsait sərf etməmələrinə baxmayaraq hazırda ona məlum olmuşdur ki, cavabdehin həyat yoldaşı olan Cavabdeh2 məhkəmədə bu mənzilin birgə nikah dövründə əldə edildiyinə əsaslanaraq iddia qaldırmışdır. Halbuki, hər iki cavabdeh tərəfindən bu mənzilə 1 manat vəsait qoyulmamış və mənzil onun vəsaiti ilə alınmış, ödənişlər də onun tərəfindən həyata keçirilmişdir. Hazırda bu mənzilə görə qalan ipoteka borcu 42000 manat təşkil edir və son ödəmə müddəti 2041-ci ildə başa çatır. Bu evin faktiki sahibi o, olduğu üçün evə dair bütün sənədlərin əsli müqavilələr və ödəniş qrafiki də onda olmuş və o da bu illər ərzində yaşadığı Sumqayıt şəhər terminalları və banklar vasitəsilə ödəmələri həyata keçirmişdir. Ödəmələrin onun tərəfindən aparılması həmin ərazidə olan terminalların kamera görüntüləri ilə də sübuta yetir.
12. Tovuz Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(062)-53/2024 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 23.151,46 (iyirmi üç min yüz əlli bir manat qırx altı qəpik) manat pul və 114 manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi; Cavabdeh1 23.151,46 (iyirmi üç min yüz əlli bir manat qırx altı qəpik) manat pul və 114 manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.2, 6.2, 6.3, 18, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 385.1, 386, 391 və 394cü maddələrinə, Ailə Məcəlləsinin 37.3 və 41.2-ci maddələrinə, həmçinin “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 1/2024 saylı Qərarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun xəbəri və iştirakı olmadan cavabdeh kimi cəlb edildiyi məsələ ilə bağlı məhkəmə qətnaməsi qəbul edilmişdir. Prosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə qəbul edilmiş məhkəmə qətnaməsi həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə verilmiş məhkəmə təminatı hüququnun kobud surətdə pozulması ilə nəticələnmişdir. Eyni zamanda, qanunvericilikdə lazımi qaydada xəbərdar edilməmənin hüquqi nəticələri aydın şəkildə əks olunmuşdur. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Birinci instansiya məhkəməsi öz qətnaməsi ilə Mülki Məcəllənin 394-cü maddəsinə əsaslanaraq Cavabdeh1 və İddiaçı arasında olan sadə yazılı şəkildə tərtib edilmiş iltizamı etibarsız hesab etmişdir. Həmin etibarsızlığın nəticəsi olaraq isə tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmasını qət etmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan əqd Əliyeva (Abbasova) Təranə Cahangir qızının xəbəri və razılığı olmadan bağlanmışdır. Buna görə də, həmin əqdin etibarsızlığının nəticələrinə görə onun məsuliyyət daşıması tamamilə qanunsuz və əsassız nəticədir. Cavabdeh1 və İddiaçı arasında bağlanmış iltizam yalnız onlar arasında olan münasibətlərə təsir etmişdir. Həmin iltizamın imzalanmasından və onun nəticələrindən və ya əldə edilən hər hansı mənfəətdən Əliyeva (Abbasova) Təranə Cahangir qızının məlumatı olmamışdır. Həmin münasibətlər Əliyeva (Abbasova) Təranə ilə Cavabdeh1 arasında olan birgə təsərrüfat ilə əlaqəli olmamış və həmin iltizamdan əldə edilmiş mənfəət ailə məqsədləri üçün istifadə edilməmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh1 ilə İddiaçı arasında olan münasibətlərə əsaslanaraq Əliyeva (Abbasova) Təranə Cahangir qızından hər hansı vəsaitin tutulması tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli №1/2024 saylı Qərarında əksini tapmış hüquqi mövqeyə görə, “hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.” Əlavə olaraq həmin Plenum Qərarında qeyd edilmişdir: “Məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün uydurma borc müqaviləsinin bağlanması, bununla bağlı məhkəmədə qaldırılmış iddianın və ya iddiaçının əsaslandığı faktların etiraf edilməsi hallarına rast gəlinir”. Birinci instansiya məhkəməsi Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış iltizamın ər-arvad arasında olan birgə əmlakın pay bölgüsünə təsir etmək üçün onlar arasında əvvəlcədən razılaşdırılmış bir oyun olması məsələsini tam araşdırmamış və sadəcə iddia olunanlarla razılaşmışdır. Bununla da, Əliyeva (Abbasova) Təranə Cahangir qızının hüquqları kobud şəkildə pozulmuşdur. Əliyeva (Abbasova) Təranə Cahangir qızının mübahisələndirilən məhkəmə işinə qədər Tovuz Rayon Məhkəməsində bir sıra mülki işləri olmuş və hər birində bildirişlər müvafiq olaraq çatdırıldığı üçün Əliyeva (Abbasova) Təranə Cahangir qızı həmin işlərin hər birində iştirak etmişdir. Lakin, 2(062)-53/2024 saylı mülki işdə bildiriş Əliyeva (Abbasova) Təranəyə çatdırılmamış, buna görə də işdə iştirakı mümkün olmamışdır. İddiaçı mənzilin əslində onun mülkiyyəti olduğunu bildirsə də, bu haqda əsaslı və tam sübutlar təqdim edə bilməmişdir. Belə ki, Tovuz Rayon Məhkəməsi tərəfindən işin faktiki halları olaraq qəbul edilmiş hissədə qeyd edilmişdir ki, “O, gələcəkdə hər hansı problemin yaranmaması üçün 2 nəfər şahidlərin iştirakı ilə Cavabdeh1 yazılı iltizam almış və həmin iltizamda o, bu mənzilə dair ilkin ödənişin, notariat xərclərinin, aylıq 320 manat ödənişin onun tərəfindən aparılmasını etiraf etməklə yanaşı kredit sona çatandan sonra mənzili onun adına keçirəcəyini və mənzillə bağlı hər hansı bir iddia və tələbinin olmayacağını qeyd etmiş və onun adına etibarnamə də vermişdir.” Lakin bu qeyd edilənlərin harada və nə zaman baş verməsi, şahidlərin kimlər olması və onların ifadələri, qeyd edilən iltizamın hansı şəraitdə bağlanılması və ümumiyyətlə deyilənlərin baş vermiş olmasının reallığı barədə heç bir sübut təqdim edilməmişdir. Mənzilə dair iddiaçı tərəfindən 21000 manat miqdarında ilkin ödəniş və digər ödənişlər daxil olmaqla 2019-cu il yanvar ayından 2023-cü ilin iyul ayına kimi 44300 manat vəsaitin ödənildiyini bildirsə də, həmin vəsaitlərin ona aid olması və ödənişləri şəxsən gerçəkləşdirməsi barədə heç bir sübut yoxdur. Qeyd edilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçıdan üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirməyi tələb etməmiş, sadəcə dediklərinə inanaraq olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Aylıq ödənişlərin iddiaçı tərəfindən edilməsinə dair sübut olaraq ödənişlərin gerçəkləşdirildiyi Sumqayıt şəhər terminallarının kamera görüntüləri qeyd edilmişdir. Lakin bu sadəcə fikir olaraq səsləndirilsə də, edilmiş ödənişlər barədə terminalların təhlükəsizlik kameralarından görüntülər təqdim edilməmişdir. Həmin görüntülərin olduğunu fərz etsə belə, aylıq ödənişlərin bəzi aylarda İddiaçı tərəfindən gerçəkləşdirilməsi həmin pulun onun mülkiyyətində olmasına və həmin pulu iddia etdiyi kimi məhz “öz” mənzilinin aylıq ipoteka ödənişi üçün etdiyini sübut etməməkdədir. Ümumiyyətlə, digər Cavabdeh1 İddiaçı mövqeyi ilə birbaşa razılaşması və hətta bir çox epizodlarda onu dəstəkləməsi onlar arasında əvvəlcədən olan razılaşmanın varlığı barədə əsaslı şübhələr yaratmaqdadır. Belə ki, qeyd edilən mənzil Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında ½ pay hüquqları ilə bölünmüşdür. Bununla barışa bilməyən Cavabdeh1 digər yollarla həmin əmlakı keçmiş həyat yoldaşı Əliyeva (Abbasova) Təranə Cahangir qızının əlindən almağa çalışmaqdadır. Cavabdeh1 ilə İddiaçı arasında bağlandığı iddia edilən iltizamın boşandıqdan və əmlakın keçmiş ər-arvad arasında bölünmə məsələləri yarandıqdan sonra bağlanması ehtimal olunandır. Lakin, məhkəmə sübutları tam araşdırmamış və sadəcə işdə iştirak edən iddiaçı və cavabdeh ilə razılaşmışdır. Əliyeva (Abbasova) Təranə Cahangir qızının işdə iştirakı təmin edilmədiyindən qeyd olunan iltizam ilə tanış olmaq və onu mübahisələndirmək imkanı olmamışdır. Məhkəmə isə həmin iltizamı birbaşa tərəflər arasında heç bir mübahisə yaratmayan hal olaraq qəbul etmişdir. Həmin iltizam yuxarıda qeyd edilən səbəblərdən heç bir reallığı əks etdirməməkdədir və yalnız Cavabdeh1 və İddiaçı tərəfindən qurulmuş oyundur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı tanımır və aralarında hər hansı münasibətləri olmamışdır. Keçmiş əri Cavabdeh1la birgə nikah dövründə əldə edilmiş mənzil üzərində payların müəyyən edilməsi barədə məhkəmədə iddia qaldıran kimi keçmiş əri Cavabdeh1 hazırkı iş üzrə iddiaçı ilə əlbir olub bu iddianı qaldırmışlar. İpoteka krediti üçün nəzərdə tutulmuş ilkin ödəniş keçmiş əri və onun tərəfindən ödənilmişdir. Hər ikisi işləyib ilkin ödəniş üçün pul yığmışlar. Keçmiş əri hərbçi işləmişdir, ərinin borcları, sələmi olub, lakin onun bundan məlumatı olmayıb. Mübahisəsi gedən mənzili alana qədər ərinin borcu olmamışdır, borcu evə görə götürmüşlər. Mənzil 2018-ci ildə alınmış, əri ilə aralarındakı nikah isə 2022-ci ildə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Əri ilə aralarındakı razılaşmaya görə ipoteka gpötürlünən mənzili kirayəyə veriləcəkdi və kirayədən əldə ediləcək gəlirlə də ipoteka kreditinin aylıq ödənişini həyata keçirəcəkdilər. Belə də olmuş, mənzili kirayəyə vermişlər və keçmiş əri kirayə haqqını kirayəçidən götürərək ipoteka kredtinin ödənişini həyat keçirtmişdir. Hazırda da mənzil kirayədədir. İddiaçının o evə heç bir aidiyyəti yoxdur. İddia ərizəsinə əlavə edilmiş əlyazma akt da saxtadır.
18. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ipoteka kredtinin ödənişi onlar tərəfindən həyata keçirilmişdir. Evin ipotekası üçün 320 yox, 288 manat pul ödənilməli olmuşdur. İddiaçının qeyd etdiyi 4000 manat pulu da, hazırda tələb etdiyi pulu da onun keçmiş əri Zülfüqarla qurma qurub ondan almaq istəyirlər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh2 bildirmişdir ki, mənzildə kirayəçilər yaşayır. Məhkəmə qətnaməsinə əsasən mənzil üzərində ½ hissə payları müəyyən edildikdən sonra ipoteka kreditinin ödənişi onun tərəfindən həyata keçirilmişdir. Mənzil keçmiş əri Cavabdeh1 adına olduğundan ödənişləri onun adından vermişdir.
19. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hərbiçidir. İpoteka ilə ev almaq istəmişdir, lakin 2 il 6 ay hərbi stajı olmuşdur. 3 il stajı olmadığından ona güzəştli şərtlərlə ipoteka krediti şamil edilməmişdir. Bu səbəbdən 2 nəfər tanışı onu hazırkı Cavabdeh1la tanış etmişlər və bildirmişlər ki, ipoteka müqaviləsi sonuncunun adına rəsmiləşdirilə bilər. Zülfüqarla görüşdükdə ipoteka götürməsinə razı olduğunu, lakin bunun üçün adına olan 4000 manat borcun ödənilməli olduğunu bildirmişdir. O da bu təkliflə razılaşmış və cavabdehin 4000 manat borcunu ödəmişdir. Daha sonra ipoteke krediti üçün 21000 manat ilkin ödəniş etmiş və 56 ay müddətinə hər ay 320 manat ipoteka krediti ödəmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, ödənişləri həm "xxxx" ASC-yə, həm də "xxxx" ASC-yə etmişdir. Lakin, "xxxx" ASC-yə olan ödəniş qəbzlərində ödəyicinin adı qeyd olunmadığından onun tərəfindən ödənildiyi görsənmir. Ümumilikdə, 56 ay ödəniş etmişdir. Sonuncu dəfə 2023-cü ilin avqust ayında ödəniş etmişdir. Həmin vaxtdan sonra ödənişləri dayandırmışdır. Çünki, məhkəmə tərəfindən ona həmin əmlakın ər-arvad arasında bölünəcəyi bildirilmişdir. İpoteka kreditinin bəzi ödənişləri arvadı tərəfindən Leobank vasitəsilə ödənilmişdir. Hərbiçilərə 4 faizlə ipoteka krediti verildiyinə görə ipoteka müqaviləsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bunun müqabilində isə Cavabdeh1 4000 manat borcunu bağlamışdır. Mübahisəli ev Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşir. Həmin ev onun əmisi oğluna məxsus olmuşdur. Evdə 1993-cü ildən bu günə qədər qaçqınlar yaşayır, oradan köçürülənə qədər onları heç kim o evdən çıxara bilməz. Özü isə kirayədə yaşayır. Özü Sumqayıt şəhərində kirayədə yaşayır, işləmir, əvvəl evi olmuşdur, evini satmış və satışdan əldə edilmiş vəsaiti Türkiyə Respublikasında müalicə xərclərinə sərf etmişdir. Qalan pulla yeni ev almaq istəmişdir, lakin əlində az pul qaldığına görə həmin pulla ilkin ödəniş edərək ipoteka krediti ilə ev almaq qərarına gəlmişdir.
20. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ipoteka kreditinin aylqı ödənişləri keçmiş əri Zülfüar Abbasovla ümumi ailə gəlirləri hesbaına ödəmişlər. Ola bilər ki, onlar boşandıqdan sonra İddiaçı ipoteka kreditinin ödənişlərini öz adından həyata keçirtdiyi üçün ödəniş qəbzlərində onun adı qeyd edilmişdir.
21. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, əgər ev cavabdehlərə məxsus idisə, evə dair bütün sənədlər, ödəniş qəbzləri niyə ondadır. Həmçinin məhkəməyə təqdim etdiyim arayışdan da göründüyü kimi 1993-cü ildən bu günə qədər həmin mənzildə məcburi köçkünlər yaşayır. Yəni, həmin mənzil kirayəyə verilməmişdir. Əgər cavabdehlərin Sumqayıt şəhərində öz evləri var idisə, özləri niyə 2 il Bakı şəhərində kirayədə qalırdılar. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, Cavabdeh2 tanımamışdır. İddia qaldırarkən cavabdehlər nikahda olduğundan onların hər ikisini cavabdeh qismində qeyd etmişlər. Cavabdehlərin ona cəmi 46800 manat borcu vardır: 21000 manat ilkin ödəniş, 4000 manat cavabdeh Zlfüqar Abbasovun kreditinin ödənişi və 56 ay müddətində hər ay 320 manat ödənilmiş kredit ödənişi. 2019-cu ilin yanvar ayından ödənişlərə başlamış, axırıncı ödənişi 2023-cü ilin avqust ayında ödəmişdir.
22. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, Tovuz rayonunda anasına məxsus evi olmuşdur. Anası həmin evdən cavavdeh Cavabdeh2 pay vermədiyi üçün o da hazırkı mübahisəli mənzilin bölünməsi barədə məhkəmədə iddia qaldırmışdır. Halbuki, Cavabdeh2 həmin evin onlara aid olmadığını bilirdi. Hətta mediasiya prosesi zamanı da ona evin onlara məxsus olmadığını bildirmişdir. Əslində, həmin mənzil iddiaçıya məxsusdur. Belə ki, evə dair bütün xərcləri İddiaçı çəkmişdir. Sadəcə o, hərbiçi olduğuna görə ona güzəştli şərtlərlə ipoteka verildiyindən ipoteka müqaviləsi onun adına rəsmiləşdirilmişdir. İpoteka üçün tələb olunun 21000 manat ilkin ödəniş, habelə ipoteka kreditinin aylıq ödənişləri 2023-cü ilin avqust ayınadək Ceyhun tərəfindən ödənilmişdir. Sadəcə mənzillə bağlı keçmiş arvadı ilə aralarında məhkəmə mübahisəsi yarandıqda Ceyhun ipoteka kreditinin ödənişlərini dayandırmışdır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh1 bildirmişdir ki, kemiş arvadı Cavabdeh2 ilə birgə nikah dövründə Embawood mebel mağazasından kreditlə mebel almışlar. İpoteka götürmək üçün onun adına olan bütün borclar bağlanmalı idi. Həmin vaxt İddiaçı mağazaya olan 4000 manat kredit borcunu ödəmişdir. Əgər onların 21000 manat ilkin ödəniş etmək üçün pulları olsaydı, 500 manat dəyərində olan mebeli 900 manata kreditlə almazdılar. Mənzil İddiaçı və ailəsinin haqqıdır. Əgər razılaşarsa ev onda qalsın ödənişlərini davam etdirsin, yaxud onun ödədiyi pulu ona qaytarsınlar və ev onlarda qalsın.
23. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatlarına əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv edilməsini və həmin hissədə iddia tələbininin rədd olunmasını xahiş etmişdir.
24. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2019-cu il yanvar ayından başlayaraq 2023-cü ilin sentyabr ayınadək mübahisəsi gedən mənzilin aylıq ipoteka krediti onun tərəfindən ödənilmişdir. Bundan başqa, mənzilin ipotekaya götürülməsinə görə 21000 manat ilkin ödəniş etmişdir. İpoteka krediti götürülən zaman Cavabdeh1 adına 4000 manat başqa kredit borcu olmuş, həmin borcu o bağlayaraq ödəmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
25. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını və işin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından iş üzrə qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
27. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
29. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
39. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdehlərdən isə yalnız Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Belə olan təqdirdə, apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın təmin edilmiş hissəsində Cavabdeh2 münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh2 23.151,46 (iyirmi üç min yüz əlli bir manat qırx altı qəpik) manat pul tutularaq İddiaçı verilməsi» hissədə dəyişdirilməli, Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı məbləğ 19683,15 manat müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
41. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2002-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Sonradan onlar arasındakı ailə münasibətləri pozulmuş və 2022-ci ildə məhkəmə qətnaməsi əsasında nikahları pozulmuşdur. Bununla yanaşı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında sonuncunun adına güzəştli şərtlərlə ipoteka krediti götürülməsi barədə şifahi razılaşma olmuş, həmin razılaşmaya görə, İddiaçı bütün xərcləri (ilkin ödəniş, notariat xərcləri, kreditin aylıq ödənişi) özü ödəmək şərtilə bankdan Cavabdeh1 adına ipoteka krediti götürməklə Sumqayıt şəhəri 9-cu mikrorayon (təzə) ev 30-da yerləşən ümumi sahəsi 64.4 kv.m olan 3 saylı mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsinə nail olur, sonuncunun banka olan başqa bir 4000 manat borcunu ödəmək məqsədilə həmin məbləğdə vəsaiti ona hədiyyə edir, həmçinin ipoteka kreditinin ilkin ödənişi üçün 21000 manat və notarius xərcləri üçün 1200 manat ödəyir; Cavabdeh1 isə ipoteka krediti sonuna kimi ödənilib bitdikdə evi İddiaçı adına rəsmiləşdirir. Bu barədə xx.xx.2019-cu il tarixdə İddiaçı, Cavabdeh1 və şahidlər X5 və X3 iştirakı ilə əlyazma akt tərtib edilmişdir. Razılaşmaya uyğun olaraq Cavabdeh1 güzəştli şərtlərlə ipoteka krediti götürülməsi məqsədilə banka müraciət etmiş, X2 ipoteka saxlayan "xxxx" ASC və alıcı Cavabdeh1 arasında 06 dekabr 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış (müqavilə saat 12:19 radələrində bağlanmışdır), həmin müqaviləyə görə Sumqayıt şəhəri 9-cu mikrorayon (təzə) ev 30-da yerləşən ümumi sahəsi 64.4 kv.m olan 3 saylı mənzilin dəyəri 70000 manat pulun 21000 manat hissəsi alıcı - ipotekaya qoyanın özü tərəfindən, 49000 manat məbləğində olan hissə isə kreditor-ipoteka saxlayan tərəfindən, 05 dekabr 2018-ci il tarixli 380 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrası 264 ay müddətə (xx.xx.2040-cı il tarixə) müəyyən edilmişdir. Həmin gün (müqavilə bağlandıqdan təxminən 1 saat sonra) Sumqayıt şəhəri 4 saylı notariat ofisində etibar edən Cavabdeh1 tərəfindən etibar edilən İddiaçı 1 il müddətinə etibar edəni bütün idarə və təşkilatlarda, dövlət və qeyri-dövlət orqanlarında, həmçinin notariat ofislərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi idarələrində, “ASAN” Xidmət mərkəzlərində, MİS-də təmsil etmək, adından bütün sənədləşdirmə işləri aparmaq, səlahiyyətli nümayəndəsi olaraq bütün lazımi işləri görmək, idarələrə sorğu ilə müraciət etmək, zəruri arayış və sənədləri toplamaq, bütün şəxslərdən müəssisələrdən idarələrdən təşkilatlardan ona çatası arayışları, istənilən sənədin dublikatını almaq, aldığına dair imza etmək, dövlət rüsumlarını və digər ödənişləri ödəmək, onun adından ərizə yazmaq, eləcə də ona məxsus ünvana qeydiyyata salma və qeydiyyatdan çıxarma ərizələri yazmaq, sənədləri imza etmək, zəruri sənədləri təqdim etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etmək etibar edilmişdir. Bundan sonra İddiaçı tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun hesabına 06 dekabr 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə ödənişlər edilmişdir (ödənişlər 111158 nömrəli kredit kodu üzrə həyata keçirilmişdir). Bununla belə, cavabdehlər Cavabdeh2 keçmiş əri Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-469/2024 nömrəli qətnaməsinə əsasən Sumqayıt şəhəri 9-cu mikrorayon ev 30, 3 saylı mənzilə ½ hissədə Cavabdeh2 payı müəyyən edilməklə, X4 ilə Cavabdeh1 nikahının pozulması barədə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən ipoteka müqaviləsi üzrə öhdəliyin icrası müddətinin başa çatdığı xx.xx.2040-ci il tarixə kimi ipoteka müqaviləsi üzrə öhdəliklərin bərabər qaydada icra edilməsi qət edilmişdir. Ona görə də İddiaçı sözügedən mənzilə görə sərf etdiyi vəsaitin cavabdehlərdən tutulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
43. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər (MM maddə 385.1).
44. Baxılan işdə İddiaçı Cavabdeh1la aralarında sonuncunun adına güzəştli şərtlərlə ipoteka krediti götürülməsi barədə şifahi razılaşma olduğunu, həmin razılaşma əsasında Sumqayıt şəhəri 9-cu mikrorayon (təzə) ev 30-da yerləşən ümumi sahəsi 64.4 kv.m olan 3 saylı mənzilin ipotekaya götürülməsinə görə 21000 manat ilkin ödəniş və digər zəruri məsrəflər sərf etdiyini, sonra isə 2019cu ilin yanvar ayından 2023-cü ilin sentyabr ayına qədər olan dövr üzrə ipoteka kreditinin aylıq ödənişini həyata keçirtdiyini iddia etmiş; Cavabdeh1 da iddianı qəbul etmişdir. Digər Cavabdeh2 isə iddiaya etiraz edərək, mənzilin ipotekaya götürülməsinə görə 21000 manat ilkin ödənişin, habelə ipoteka kreditinin aylıq ödənişlərinin onlar (əri Cavabdeh1) tərəfindən həyata keçirildiyini bildirməklə iddia etiraz etmişdir.
45. İddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar, daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.
46. Qanunvericiliyin tələbinə görə, əvvəlcə məhkəmə baxılan iş üzrə hansı halların sübuta yetirilməli olduğunu təsbit etməli, daha sonra isə həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda, iddia edilən halın mövcud olduğuna və ya olmadığına (baş verib-vermədiyinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir.
47. Kollegiyanın qənaətinə görə, iddianın əsaslılığı işin müəyyən edilmiş və faktiki hallarının əlaqəli tədqiqi yolu ilə obyektiv araşdırıla bilər.
48. İşin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, İddiaçıla Cavabdeh1 arasında sonuncunun adına güzəştli şərtlərlə ipoteka krediti götürülməsi barədə şifahi razılaşma olmuş, həmin razılaşma əsasında İddiaçı Sumqayıt şəhəri 9-cu mikrorayon (təzə) ev 30-da yerləşən ümumi sahəsi 64.4 kv.m olan 3 saylı mənzilin ipotekaya götürülməsinə görə 21000 manat ilkin ödəniş etmiş, sonra isə 2019-cu ilin yanvar ayından 2023-cü ilin sentyabr ayına qədər olan dövr üzrə ipoteka kreditinin aylıq ödənişini həyata keçirtmişdir. Göstərilən hallar xx.xx.2019-cu il tarixdə İddiaçı, Cavabdeh1 və şahidlər X5 və X3 iştirakı ilə tərtib edilmiş əlyazma aktla, habelə Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatla (bax qətnamənin 22-ci bəndi) öz təsdiqini tapmışdır.
49. Bununla belə, iş materiallarında olan "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1110, 1111 və 1112 nömrəli, xx.xx.2019-cu il tarixli 1087, 1088 və 1090 nömrəli və xx.xx.2019-cu il tarixli 1084 və 1089 nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən mədaxil qəbzləri verilən tarixlərdə "xxxx" ASC nin Sumqayıt filialından İpoteka və Kredit Zəmanət Fondunun hesabına 06 dekabr 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə müxtəlif məbləğdə ödənişlər edilmişdir (ödənişlər 111158 nömrəli kredit kodu üzrə həyata keçirilmişdir). Həmin ödəniş qəbzlərinin 06 dekabr 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə aparılıb-aparılmamasının müəyyən edilmısi məqsədilə sübutların təmin edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardad əsasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan buna dair məlumatlar tələb edilmişdir. Qərardad əsasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan əldə edilmiş xx.xx.2025-ci il tarixli 12-3/2-3094/2025 nömrəli məktubla müəyyən edilmişdir ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 380 nömrəli kredit müqaviləsi üzrə ödənişlər borcalana verilmiş 111158 nömrəli kredit kodu üzərindən aparılır. Qərardadda göstərilən "xxxx" ASC-nin ödəniş qəbzləri 111158 nömrəli kredit kodu göstərilməklə həyata keçirilmişdir. Xüsusilə nəzərə almaq lazımdır ki, ipoteka kreditinin aylıq ödənişi elə ilk aydan, yəni 2019-cu ilin yanvar ayından başlayaraq iddiaçı tərəfindən ödənilmişdir. O cümlədən, sözügedən ödəniş qəbzlərindən məlum olur ki, ipoteka kreditinin aylıq ödənişləri "xxxx" ASC-nin Sumqayıt filialında (iddiaçının yaşadığı şəhər) həyata keçirilmişdir. Cavabdeh isə mənzilin ipotekaya götürüldüyü vaxtdan hazırkı vaxtadək Tovuz şəhərində yaşamışdır.
50. İşin obyektiv tədqiqi baxımından diqqət yetirilməli hallardan biri də odur ki, mübahisəsi gedən mənzilin alqı-satqı və ipoteka müqaviləsi 06 dekabr 2018-ci il tarixdə saat 12:19 radələrində bağlanmışdır. Müqavilə bağlandıqdan dərhal sonra saat 13:08 radələrində Sumqayıt şəhəri 4 saylı notariat ofisində Cavabdeh1 tərəfindən İddiaçı 1 il müddətinə onu (etibar edəni) bütün idarə və təşkilatlarda, dövlət və qeyri-dövlət orqanlarında, həmçinin notariat ofislərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi idarələrində, “ASAN” Xidmət mərkəzlərində, MİS-də təmsil etmək, adından bütün sənədləşdirmə işləri aparmaq, səlahiyyətli nümayəndəsi olaraq bütün lazımi işləri görmək, idarələrə sorğu ilə müraciət etmək, zəruri arayış və sənədləri toplamaq, bütün şəxslərdən müəssisələrdən idarələrdən təşkilatlardan ona çatası arayışları, istənilən sənədin dublikatını almaq, aldığına dair imza etmək, dövlət rüsumlarını və digər ödənişləri ödəmək, onun adından ərizə yazmaq, eləcə də ona məxsus ünvana qeydiyyata salma və qeydiyyatdan çıxarma ərizələri yazmaq, sənədləri imza etmək, zəruri sənədləri təqdim etmək və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etmək hüquqları verilmişdir.
51. Həmçinin nəzərə alınmalıdır ki, həmin etibarnamədə Cavabdeh1 tərəfindən İddiaçı mənzilə qeydiyyata salma və qeydiyyatdan çıxarma ərizələri yazmaq barədə səlahiyyətlər verilmişdir. İşin bu halı da ağlabatanlıq meyarları əsasında həmin etibarnamənin məhz mübahisəsi gedən mənzilə görə İddiaçı verildiyi qənaətinə gəlməyə əsas verir. Apellyasiya şikayətində göstərilən «Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış iltizamın ər-arvad arasında olan birgə əmlakın pay bölgüsünə təsir etmək üçün onlar arasında əvvəlcədən razılaşdırılmış bir oyun olması» barədə dəlil isə məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nikahları 2022-ci ildə pozulmuşdur. Mübahisəli mənzilə dair İddiaçı tərəfindən ipoteka kreditinin aylıq ödənişləri isə 2019-cu ildən (ilk aylıq ödəniş vaxtından) etibarən ödənilmişdir. Habelə, mənzilə dair Cavabdeh1 tərəfindən İddiaçı etibarnamə xx.xx.2018-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsi bağlandığı gün verilmişdir. İşin bu halları da göstərilən hərəkətlərin əvvəlcədən razılaşdırılmış olması ehtimalını aradan qaldırır. Çünki, qeyd edilən hadisələr cavabdehlərin ailə münasiblətləri pozulmamışdan 3 il əvvəl baş vermişdir və həmin vaxt onlar arasında ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə mübahisələri də yaranmamışdı.
52. Digər tərəfdən, Cavabdeh2 mənzilin ipotekaya götürülməsinə görə 21000 manat ilkin ödənişin, habelə ipoteka kreditinin aylıq ödənişlərin onlar (əri Cavabdeh1) tərəfindən həyata keçirildiyini bildirsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Diqqət yetirilməli haldır ki, Cavabdeh2 ipoteka kreditinin aylıq ödənişlərinin özü tərəfindən deyil, məhz keçmiş əri Cavabdeh1 tərəfindən ödənildiyini bildirmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi Cavabdeh1 ipoteka müqaviləsinin bağlandığı aydan 2023-cü ilin sentyabr ayınadək ipoteka kreditinin aylıq ödənişlərinin iddiaçı tərəfindən həyata keçirildiyini bildirmişdir.
53. Məhkəmə kollegiyası mübahisəli mənzilə dair alqı-satqı və ipoteka müqaviləsi bağlandığı gün Cavabdeh1 tərəfindən İddiaçı mənzilə qeydiyyata salma və qeydiyyatdan çıxarma ərizələri yazmaq barədə səlahiyyətlər nəzərdə tutan etibarnamə verildiyini, ipoteka kreditinin aylıq ödənişinin ilk aydan (2019-cu ilin yanvar ayı) başlayaraq iddiaçı tərəfindən ödənildiyini, cavabdehlərin yaşayış yeri Tovuz şəhəri olduğu halda ipoteka kreditinin aylıq ödənişlərinin iddiaçının yaşadığı Sumqayıt şəhərindən ödənilməsi barədə işin hallarını ağlabatan mühakimə əsasında tədqiq edərək iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlir. Belə ki, işin faktiki halları ilə iddia tələbinin əsaslandırıldığı hallar öz təsdiqini tapır. Cavabdeh2 irəli sürdüyü dəlillər isə işin müəyyən edilmiş və faktiki halları ilə birmənalı şəkildə təkzib edilir.
54. İddiaçı tərəfindən mübahisəsi gedən mənzilə sərf edilmiş vəsaitlə bağlı qeyd edilir ki, iddiaçı tərəfindən Sumqayıt şəhəri 9-cu mikrorayon (təzə) ev 30-da yerləşən ümumi sahəsi 64.4 kv.m olan 3 saylı mənzilin ipotekaya götürülməsinə görə 21000 manat ilkin ödəniş edilmiş, sonra isə 2019-cu ilin yanvar ayından 2023-cü ilin sentyabr ayına qədər olan dövr üzrə ipoteka kreditinin aylıq ödənişi həyata keçirilmişdir. Bu xüsusda qeyd edilməlidir ki, xx.xx.2025-ci il tarixli sübutların təmin edilməsi barədə qərardad əsasında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan əldə edilmiş 111158 kredit kodlu hesabdan çıxarışla müəyyən edilmişdir ki, xx.xx.2018ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə 2019-cu ildə 4304,61 manat, 2020-ci il üzrə 3839,52 manat, 2021-ci ildə 3738,24 manat, 2022-ci ildə 3908,69 manat, 2023-cü ildə isə həmin ilin sentyabr ayınadək 2549,95 manat, ümumilikdə 18341,01 manat vəsait sərf edilmişdir. İddiaçı mənzilin rəsmiləşdirilməsinə görə notariat və bank əməliyyatlarının həyata keçirilməsinə 1200 manat sərf etdiyini iddia etsə də, alqı-satqı və ipoteka müqaviləsində qeyd edilmişdir ki, müqavilənin bağlanması üçün 25.3 manat haqq tutulmuşdur.
55. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, İddiaçı «Cavabdeh1 verdiyi 4000 manat pul» barədə tələbi digər Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Belə ki, İddiaçı hazırkı məhkəmə iclasında verdiyi izahatında «ipoteka krediti götürülən zaman Cavabdeh1 adına 4000 manat başqa kredit borcu olmuş, həmin borcu bağlayaraq 4000 manat vəsaiti ona hədiyyə etmişdir» deyə bildirmişdir. Bir sözlə, iddiaçı tərəfindən Cavabdeh1 verilmiş 4000 manat vəsait mübahisəsi gedən mənzilin ipotekaya götürülməsi ilə bağlı olmamış, həmin vəsait Cavabdeh1 başqa kredit öhdəliyinin icrasına görə ona iddiaçı tərəfindən verilmişdir. Bununla belə, Cavabdeh1 sözügedən kredit öhdəliyindən əldə etdiyi pul vəsaitinin keçmiş arvadı Cavabdeh2 ilə birgə ailə ehtiyacları üçün istifadə etməsi müəyyən edilmir. Halbuki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərardakı hüquqi mövqeyi). Hazırkı işdə isə, bu hal öz təsdiqini tapmadığından kollegiya iddiaçının «Cavabdeh1 verdiyi 4000 manat pul» barədə tələbini Cavabdeh2 münasibətdə əsassız saymışdır.
56. Beləliklə, müəyyən edilmişdir ki, İddiaçı tərəfindən mənzilin Cavabdeh1 adına ipotekaya götürülməsinə 21000 manat ilkin ödəniş verilmiş, 2019-cu ilin yanvar ayından 2023-cü ilin sentyabr ayınadək ümumilikdə 18341,01 manat aylıq kredit ödənişi həyata keçirilmiş, alqı-satqı və ipoteka müqaviləsinin bağlanmasına görə 25,30 manat notariat xərci ödənilmiş, cəmi (21000+18341,01+25,30=39366,31) 39366,31 manat vəsait sərf edilmişdir.
57. Şərh edilənləri ümumiləşdirərək kollegiya qeyd edir ki, İddiaçı Cavabdeh1la aralarındakı razılaşmaya uyğun olaraq ipoteka krediti ödənilib bitdikdə evin onun adına rəsmiləşdiriləcəyi barədə vədə inanaraq mübahisəli mənzilə görə ümumilikdə 39366,31 manat vəsait sərf etmişdir. Lakin, Cavabdeh2 keçmiş əri Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-469/2024 nömrəli qətnaməsinə əsasən Sumqayıt şəhəri 9-cu mikrorayon ev 30, 3 saylı mənzilə ½ hissədə Cavabdeh2 payı müəyyən edilməklə, X4 ilə Cavabdeh1 nikahının pozulması barədə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən ipoteka müqaviləsi üzrə öhdəliyin icrası müddətinin başa çatdığı xx.xx.2040-ci il tarixə kimi ipoteka müqaviləsi üzrə öhdəliklərin bərabər qaydada icra edilməsi müəyyən edilmişdir. Beləliklə, mövcud nəticə İddiaçı Cavabdeh1 arasındakı münasibət üzrə gözlənilən məqsədə uyğun olmamış, nəticə etibarı ilə İddiaçı həm mənzildən, həm də mənzilə görə ödəmiş olduğu 39366,31 manat vəsaitdən məhrum olmuşdur. Bununla belə, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)- 469/2024 nömrəli qətnaməsinə əsasən mübahisəli mənzil cavabdehlərin birgə nikah dövründə ümumi öhdəlik yaradan pul vəsaiti hesabına əldə edildiyi qəbul edilmiş və onların mənzilə bərabər payları müəyyən edilməklə ipoteka müqaviləsi üzrə öhdəliyin də bərabər qaydada icra edilməsi qət edilmişdir. Ona görə də kollegiya hesab edir ki, İddiaçı tərəfindən mənzilə sərf edilmiş vəsaitin Cavabdeh2 tutulması qanuni əsaslara söykənir.
58. Belə ki, ər-arvadın ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.
59. Yuxarıda qeyd olunduğu kimi, cavabdehlər arasındakı əvvəlki məhkəmə mübahisəsi üzrə cavabdehlərin birgə nikah dövründə əldə etdikləri mənzilin hüquqi statusuna aydınlıq gətirilmiş, əmlakda payların və əmlak üzrə öhdəliyin (ipoteka borcu) bölünməsi ilə bağlı qətnamə artıq qanuni qüvvəsini almışdır.
60. Kollegiya qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
61. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə əsas tələb iddiaçının ödəmiş olduğu pulun cavabdehlərdən tutularaq özünə (iddiaçıya) qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir.
62. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
63. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlananın əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.
64. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış şəxsdən əmlak və ya dəyəri alınaraq məhrum olana verilməlidir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər.
65. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur.
66. Şərh olunanların yekunu olaraq kollegiya, iddiaçının ödədiyi 39366,31 manat manat pul vəsaitini sonradan aradan qalxmış əsasla vermiş olduğu qənaətinə gəlir və hesab edir ki, iddiaçının ödəmiş olduğu həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Gəldiyi qənaətə uyğun olaraq kollegiya qeyd edir ki, Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı məbləğ (39366,31 : 2=19683,15) 19683,15 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən isə Cavabdeh2 iddiaçının xeyrinə tutulan məbləğ 23151,46 manat müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməli və Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı məbləğ 19683,15 manat müəyyən edilməlidir.
67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli 2(062)-53/2024 nömrəli qətnaməsi «Cavabdeh2 23.151,46 (iyirmi üç min yüz əlli bir manat qırx altı qəpik) manat pul tutularaq İddiaçı verilməsi» hissədə dəyişdirilsin. Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı məbləğ 19683,15 (on doqquz min altı yüz səksən üç manat on beş qəpik) manat müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.