Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-835/2025 29.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-127/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tovuz RPŞ-nin aparılmış araşdırmadan görünür ki, Cavabdeh həmkəndlisi İddiaçı aralarında olan pul mübahisəsi səbəbindən onu mütəmadi olaraq narahat etməsini bildirmişdir.
2. Məhkəmə kollegiyasının təqdim edilmiş bir ədəd diskdə olan səs yazısına münasibətdə qeyd edir ki, səs-yazısında Səməd Telmana 16000 manat pul verdiyini, həmin puldan 3000 qaytarıldığını, 13000 manat qaldığını bildirir, Telman isə borcu qaytardığını, Səmədə borcunun qalmadığını bildirir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat əsas borcun, illik beş faiz olmaqla 1200 manat faiz borcunun, 129,60 manat dövlət rüsumunun, ümumilikdə 13329.60 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə həmkəndli olmaqla qonşudurlar. Aralarında normal qonşuluq münasibətləri olmuş, heç bir ədavət və düşmənçilik olmamışdır. Cavabdeh ticarətlə məşğuldur və bir neçə ticarət obyekti vardır. 2022-ci ilin iyul ayında Cavabdeh ticarətin genişləndirilməsi ilə bağlı pula ehtiyacının olmasını bildirərək, ondan 16.000 manat məbləğində borc pul almış və iki ay ərzində qaytaracağını bildirmişdir. İki aydan sonra 1000 manat ödəmiş və pulun malda olmasını əsas gətirərək, ona vaxt verməyini xahiş etmişdir. Ondan sonra hissə-hissə 3000 manat pul və pulun dəyərində taxıl məhsulu vermişdir. Qalan 12.000 manat pulu isə müxtəlif bəhanələr gətirərək, ödəməkdən boyun qaçırmışdır. O, pulunu geri istədikdə onu hədələmişdir ki, ondan pulu istəsə canına qəsd edəcək və bununla bağlı 2024-cü ilin oktyabr ayında Tovuz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Məsələ ilə bağlı araşdırma aparılmış və məlumat böhtan xarakterli olduğundan təsdiqini tapmamışdır. Orada izahat verərkən borcunun olmasını da, etiraf etmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Tovuz Rayon Məhkəməsinin 2(062)-127/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın təmin edilməsi, Cavabdeh 12000 manat əsas borc, illik beş faiz olmaqla 1200 manat faiz borcu, cəmi 13200 (on üç miniki yüz) manat pul və 129 (yüz iyirmi doqquz) manat 60 (altmış) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh Tovuz rayon Polis şöbəsinə verdiyi izahatından görünür ki, o, Səməd adlı şəxsdən təxmini üç il bundan əvvəl 16.000 manat pul aldığını etiraf etmişdir. O, götürdüyü öhdəliyin yerinə yetirməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739, 740, 529.1-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Tovuz Rayon Məhkəməsinin 2(062)-127/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsinin qətnaməsi cavabdehin konstitusiya, maddi və prosessual hüquqlarına zidd olduğu üçün həmin qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətində qalmışlar. Hesab edirlər ki, məhkəmə mülki işə baxarkən yalnışlığa yol verərək əsassız qətnamə qəbuletmişdir. İddiaçı dəfələrlə cavabdeh Telmana hədə-qorxu gəlmiş, evinə hücum çəkmişdir. Telman dəfələrlə onu narahat etməməsini borcu olmadığını desə də, İddiaçı onu haqsız yerə məhkəməyə verəciyini ondan pul tələb edəcəyini demişdir. Telman dəfələrlə onu narahat etməməsini borcu olmadığını, pulunu qaytardığını desə də, İddiaçı onu haqsız yerə məhkəməyə verəciyini ondan pul tələb edəcəyini demişdir.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, orta məktəb bitirmişdir. Cədvəli o, verməmişdir. O, iddiaçıdan borc almamışdır. O, polisdə iddiaçıya borclu olması barədə izahat verməmişdir. Diskdə ki, səs yazısı ona və arvadına məxsusdur. Yadında deyil dəqiq nə vaxt almışdır. Təxminən 3 il olar. Polisdə də, demişdir ki, bəli, iddiaçıdan pul almış, ancaq geri qaytarmışdır. 10.000 faizi ilə qaytarmışam. Polisdəki imza ona məxsusdur. Pulun qaytarılması ilə bağlı müddət müəyyən edilməmişdir. Hər ay faizini qaytarmışdır.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Faizdən əlavə götürülən məbləğ qaytarılıb. Hazırda borcun qaytarılması ilə bağlı cavabdehin özünün qeydindən başqa heç bir sübutları yoxdur. İddiaçı cavabdehi narahat etdiyi üçün cavabdeh polisə müraciət etməli olmuşdur.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci ildə borca pul almışdır. 4000 hissə-hissə qaytarmışdır. Cavabdeh necə oxuyub yazmaq bilmir ki, mağaza işlədir? Əgər savadı yoxdursa, necə alver edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Maddə 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
16. Maddə 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
17. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
18. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
19. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
22. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
23. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
31. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
32. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
33. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
34. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-127/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, iş materialları və tərəflərin verdiyi izahatlar ilə müəyyən edilmişdir ki, tərəflər həmkəndli olmaqla qonşudurlar. 2022-ci ilin iyul ayında Cavabdeh iddiaçıdan 16.000 manat məbləğində borc pul almışdır. Sonra 1000 manat bir dəfə, 3000 manat hissə-hissə pul və pulun dəyərində taxıl məhsulu iddiaçıya vermişdir. Həmin məbləğdə pulun qaytarılması iddia ərizəsi və iddiaçının ifadələri ilə təsdir olunur. Yerdə qalan 12.000 manat pulun isə qaytarılması ilə bağlı heç bir mötəbər sübut iş materialları ilə müəyyən edilməmişdir.
40. Məhkəmə kollegiyası maddi hüquq normasının tətbiqi ilə bağlı qeyd edir ki, tərəflər arasında borc müqaviləsinin forması ilə bağlı MM-nin 740.2-ci maddəsinin tələblərinə riayət etməmişlər ki, bu da, MM-nin 337.1-ci maddəsinin tələblərinə əsasən əqdin etibarsızlığı üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nemətlərdən bəziləri (məsələn, özlərinə xas fərdi-müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz əşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq etibarsız əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması (Mülki Məcəllə, maddə 157.2), yaxud daşınmaz əşyaya dair dövlət reyestrində düzəlişin aparılması (Mülki Məcəllə, maddə 141) barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4). Bəzi maddi nemətlər isə (dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əvəzedilən əşyalar: pul, taxıl, düyü və s.) əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Mülki Məcəllə, maddə 1091). Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz ikinci halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş iddianın hüquqi əsasını əsassız varlanma təşki edir və həmin münasibətlərə mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməli idi.
41. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə borc münasibətlərindən irəli gələn normaları tətbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
42. Həmçinin məhkəmə kollegiya qeyd edir ki, iddiaçının cavabdehə 16000 manat verməsi iş materialları, o cümlədən cavabdehin izahatı ilə təsdiqini tapmışdır. Cavabdeh həmin borcu qaytardığını, iddiaçının ondan faiz tələb etdiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə biməmişdir. Lakin tərəflər əqdin formasına riayət etmədiyindən və bu baxımdan əqd etibarsız olduğundan tərəflər əqd üzrə aldıqlarını qaytarmalıdırlar.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin borcuna münasibətdə illik beş faiz olmaqla 1200 manat faiz borcunun olması qənaətinə gəlməsini əsaslı hesab etmir. Belə ki, iddiaçı cavabdehə 2022-ci ildə 2 ay müddətinə 16000 manatborc verməsini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı 2022-ci il tarixdə cavabdehə 2 ay müddətinə 16000 manat borc verməsini qeyd etsə də, sonradan cavabdeh pulun malda olduğunu qeyd etdiyini bildirdiyi üçün gözləmək qərarına gəldiyini qeyd etmiş, məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Bu baxımdan kollegiya qeyd edir ki, iddiaçı cavabdehin ona verdiyi pul məbləğini gecikdirməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, apellyasiya şikayəti illik beş faiz olmaqla 1200 manat faiz borcu hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-127/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən, yəni 12000 manat hissəsində təmin edilməli, qalabn hissədə iddia tələbi təmin edilməməlidir.
45. Həmçinin iddi tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 117,2 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Tovuz Rayon Məhkəməsinin 2(062)-127/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-127/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən edilsin. Cavabdeh 12000 (on iki min) manat pul və 117,2 (yüz on yeddi manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.