Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-843/2025 19.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı “verilmiş etiraza rəsmi cavab verilməsi vəzifəsinin Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə olunması” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-504/2025 saylı qərardadından İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı “verilmiş etiraza rəsmi cavab verilməsi vəzifəsinin Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə olunması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-504/2025 nömrəli qərardadı ilə İddiaçı “verilmiş etiraza rəsmi cavab verilməsi vəzifəsinin Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə olunması barədə” iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı nümayəndəsi və vəkil Nümayəndə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-466/2023 saylı qətnaməsi ilə iddiaçının ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə İddiaçı Qəhrəman qızının ilk iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh X1 mülkiyyətində olan 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv. m. fərdi yaşayış evindən istifadə hüququna 7000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilib. Eyni zamanda onun X2 məxsus evə və torpaq sahəsinə olan istifadə hüququna xitam verilməsi iddiaçıya kompensasiya verilməsi ilə eyni vaxtda icra olunması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alıb və qətnamə icraya yönəlib. İcra işi Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynovun icraatındadır. Ərizəçi İddiaçı Qəhrəman qızı icra işinin Gədəbəy rayon İcra və Probasiya Şöbəsində icra olunmasına etiraz etmiş və bu barədə icra məmuruna 2 dəfə rəsmi qaydada etiraz ərizəsi təqdim etmişdir. Ona görə ki, istifadə hüququna xitam verilmiş mülkdə əri ilə birgə nikah müddətində yeni tikintilər aparmış və hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin ümumi sahəsi 270 kv.m-dən çoxdur. Qeyd olunan qətnamədə isə onun ilk iddia tələbi üzrə iddiaçı X1 mülkiyyətində olan 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv. m. fərdi yaşayış evindən istifadə hüququna xitam verilmişdir. Yəni həmin torpaq sahəsinin 270 kv.m ümumi sahəsindən 145.70 kv. m hissəsinə istifadə hüququna xitam verilmişdir. Torpaq sahəsinin geridə qalan hissəsinə isə münasibət bildirilməmişdir. Lakin buna baxmayaraq icra məmuru Səbuhi Hüseynov, icra və Probasya Şöbəsinin rəisi Elxan Abbasov onun və azyaşlı uşaqlarının əşyaları ilə birlikdə mübahisə predmeti olan ümumi sahəsi 270 kv.m əhatə edən torpaq sahəsindən və evdən çıxarmaq üçün tədbirlər görmüşdür. Halbuki, məhkəmə tərəfindən fərdi yaşayış evinin 145.70 kv.m hissəsinə münasibət bildirilmişdir və qiymət verilmişdir. Eyni zamanda onun və azyaşlı uşaqlarının əşyaları ilə birlikdə mübahisə predmeti olan evdən çıxarılmağı ilə bağlı məhkəmə qətnaməsində tələb yoxdur. Belə bir qərar məhkəmə qətnaməsində də qeyd olunmamışdır. Buna baxmayaraq, icra məmuru və icra Şöbəsinin rəisi qətnamədə göstərilməyən tələbin icra olunmasını ondan tələb etmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməli olmuşdur. Lakin məhkəməyə mötəbər sübutlar təqdim etməyinə baxmayaraq, məhkəmə sözü gedən qərardadı ilə onun ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Bununla da onun hüquq və qanuni mənafelərini pozmuşdur. İcra məmuru və icra Şöbəsinin rəisi onun haqlı etirazlarını və vəsatətlərini nəzərə almırlar. Belə ki, məhkəmə qətnaməsində onun iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin 145.70 kv.m. hissəsindən istifadə hüququna xitam verilib. Evin hazırkı vəziyyətində ərazisi 270 kv. m. çoxdur. Belə olan halda o, vəsatət verib, xahiş etmişdir ki, icra məmuru tərəfindən mütəxəsis dəvət olunsun, mübahisə predmeti olan 145.70 kv. m. hissəsi icra məmuru tərəfindən müəyyən olunsun. Təbii ki, məhkəmənin qəbul etdiyi qətnamədə həmin koordinatlar müəyyən deyildir. Qeyd etdiyi kimi o, əri ilə həmin mülkdə birgə nikah müddətdə yaxşılaşma aparmışdır. Əlavə tikililər inşa etmişdir. Həmin tikililərlə bağlı iddiaçının hüquqları dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda, icra məmurunun borcudur ki, mülkiyyətdə olan evin koordinatlarını müəyyən etsin. Bunun üçün mütəxəsis dəvət etsin. Lakin icra məmuru və icra Şöbəsinin rəsisi onun haqlı vəsatətlərinə məhəl qoymurlar. Məhkəmə qətnaməsində göstərilən tələbdən kənar çıxmaqla, məhkəmə qətnaməsində göstərilməyən icra tədbirləri icra etmək istəyirlər. Buna görə də hesab etmişdir ki, Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynov və icra Probasiya Şöbəsinin rəisi Elxan Abbasova vermiş olduğu etiraza rəsmi cavab verilməsinin vəzifə olaraq Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə olunması barədə qərar verilməlidir. Məhkəmə qərarlarının İcrası haqqında Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinə görə, icraatda tərəflərin icraçıya etiraz etmək hüququ vardır. O, da bu hüququndan istifadə edərək, qeyd olunan icra işinin icra məmuru Səbuhi Hüseynov tərəfindən, eyni zamanda ümumilikdə qeyd olunan icra işinin Gədəbəy rayon İcra və Probasiya Şöbəsində aparılmasına etiraz etmişdir. Çünki icra məmuru onun və uşaqlarının əşyaları ilə birlikdə evdən çıxarılmağı tələb edir. Halbuki, məhkəmə qətnaməsində belə bir qərar yoxdur. Eyni zamanda məhkəmə qətnamə qəbul edən də iddiaçının qızının biri artıq yetkinlik yaşına çatmışdır. Həmin qızla bağlı heç bir məhkəmə mübahisəsi olmadığı halda, məhkəmə qətnaməsində heç bir tələb olmadığı halda icra məmuru həmin qızın da evdən çıxmasını tələb etmişdir. O, məhkəmə qərardadını qanunsuz və əsassız hesab edir. Qərardad həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-504/2025 saylı qərardadı ilə şikаyətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-504/2025 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və iddiaçının nümayəndəsinin (vəkilin) şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı vermiş olduğu etiraza cavab verilməməsinə görə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin hərəkətindən (hərəkətsizliyindən) narazıdır. Belə olan halda Əliyeva X3 rayon İcra və Probasiya şöbəsinin məsul şəxsinin hərəkətindən (hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İcra məmurunun hərəkətindən (hərəkətsizliyindən) verilmiş şikayətlərə isə mülki məhkəmə icraatı qaydasında deyil, məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında baxılır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vermiş olduğu ərizəni elektron kabinet vasitəsi ilə ilə elektron qaydada göndərmiş və işin növünü, kateqoriyasını, icraata növünü düzgün şəkildə daxil etməməklə mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. “İcra haqqında” Qanunun: 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Kollegiya qeyd edir ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Odur ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan əsaslar üzrə düzgün nəticəyə gəlmişdir. Şikayətin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)- 504/2025 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-504/2025 saylı qərardadından İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-504/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-843/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-843/2025
19.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver