Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-856/2024 10.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı vəkili X1, cavabdehlər Cavabdeh2, X20 və Cavabdeh4 iştirakları ilə, Daşkəsən Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh X9 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X20, Gəncə “ASAN xidmət” Mərkəzinin xüsusi notariusu X16 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə atası X10 adına qeyd edilən 102,1 kv.metr sahəli yaşayış evinin onunla anası X21 birgə əmlakı hesab edilib, onun anasının 1/2 payının 1/3 hissəsinə, yəni ümumi evin 1/6 hissəsinə qanun üzrə vərəsə tanınması, həmin evə dair Cavabdeh2 ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, müqavilədən sonra evin X17 adına aparılmış qeydiyyatın ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun X13 aid edilib onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə atası Cavabdeh2 adına qeyd edilən 102,1 kv.metr sahəli yaşayış evinin onunla anası X21 birgə əmlakı hesab edilib, onun anasının 1/2 payının 1/3 hissəsinə, yəni ümumi evin 1/6 hissəsinə qanun üzrə vərəsə tanınması, həmin evə dair Cavabdeh2 ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, müqavilədən sonra evin X22 adına aparılmış qeydiyyatın ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun X13 aid edilib onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia qismən təmin edilmiş, Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə X10 adına qeydə alınmış 102,1 kv.metr sahəli yaşayış evinin Cavabdeh2 ilə X21 birgə əmlakı hesab edilməsi, Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə qeydə alınmış 102,1 kv.metr sahəli yaşayış evinə dair Cavabdeh2 ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli bağışlanma müqaviləsi X21 payına münasibətdə, yəni, 1\2 hissəsində etibarsız hesab edilmiş və həmin hissədə Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X22 adına xx.xx.2021-ci il tarixdə aparılmış **********79-10301 reyestr qeydiyyatı ləğv edilmiş, həmin evin X18 miras qalmış 1\2 hissəsinin əri Cavabdeh2, qızları X20 və Cavabdeh4, oğlu İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilmiş, onların miras əmlakda payları 1\4 olmaqla Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə Cavabdeh2 adına qeydə alınmış 102,1 kv.metr sahəli yaşayış evində Cavabdeh2 payı 1\8, X9 payı 5\8, Cavabdeh4 payı 1\8 və İddiaçı payı 1\8 hissədə müəyyən edilmiş, ödənilmiş dövlət rüsumunun 80 (səksən) manatı cavabdeh X5 tutulub İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatının İddiaçı aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh X20 həmin qətnamədən apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin ev iddiaçının anası ölən günü və ondan sonra iddiaçının anasının mülkiyyətində olmamışdır. Bundan başqa həmin əmlak eyni zamanda Cavabdeh2 da mülkiyyətində olmamışdır. İş materiallarından görünür ki, X39 vəfat etdikdən sonra həmin ev həyat yoldaşının adına rəsmiləşdirlmişdir. Eyni zamanda iddiaçı tərəfindən əmlakın qəbul edilməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən müəyyən edilməli hal iddiaçının həmin əmlakı qəbul edib-etməməsidir. Mülki Məcəllənin tələblərinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Lakin iddiaçı həmin əmlakı qəbul etməmişdir. Miras kütləsinə daxil olmayan əmlak vərəsəlyinin predmeti ola bilməz. Yəni miras açılana qədər şəxsin mülkiyyətində olmayan əmlak miras payı hesab edilə bilməz. Məhkəmə bağışlama müqaviləsini etibarsız hesab edən zaman etibarsızlığa səbəb olan hər hansı bir hal göstərməmişdir. Bundan başqa məhkəmə tərəfindən bağışlama müqaviləsi ləğv edilərkən əmlakın azyaşlı şəxsin adına olmasını nəzərdən qaçırmışdır. Həmin prosesə qəyyumluq və himayəçilik orqanınln nümayəndəsi dəvət edilməmişdir. Müqavilənin etibarsızlığına səbəb olacaq heç bir hüquqi əsas olmamışdır. Əmlak bağışlayan şəxsin müıkiyyətində olmuş və o öz iradə ifadəsi əsasında şəxsi əmlakını öz yaxınına bağışlamışdır. Cavabdeh Gəncə “ASAN xidmət” Mərkəzinin xüsusi notariusu X11 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X20 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, atası Cavabdeh2 ilə anası X32 arasında 01 aprel 1988-ci il tarixdə nikah bağlanmışdır. Birgə nikahlarından 1990-cı ildə o, 1991-ci ildə Cavabdeh4 və 1994-cü ildə İddiaçı anadan olmuşdur. Atası Cavabdeh2 2003-cü il tarixdə Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evini ******* AZM-ə satın almışdır. Yaşadığı müddətdə evdə artırmalar edərək təmir işləri aparılmışdır. O, 2009-cu ildə ərə getmişdir. İddiaçı doğma qardaşı, Cavabdeh2 doğma atasıdır. Anası xəstə olduğu üçün ailəsi ilə birlikdə atasına məxsus olmuş Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Atası qardaşını ailəsi ilə birlikdə evdən çıxarmışdır. Anası xəstə olduğu üçün uzun müddət anasının qayğısına qalmış, qulluğunda durmuşdur. Anası vəfat etdikdən sonra da, atası ilə birlikdə qeyd edilən evdə yaşamaqda davam etmiş, ev bərbad vəziyyətdə olduğu üçün əsaslı təmir etdirmişdir. Evin ilkin sənədi olmamışdır. Əvvəlcə müvafiq xərcləri çəkərək evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən atası Cavabdeh2 adına Çıxarış almışdır. Bundan sonra atası Cavabdeh2 Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 03 fevral 2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 102,1 kv.metr-dən ibarət fərdi yaşayış evini oğlu X25 bağışlamışdır. İsmayıl, Polad və Günelin hər birinin ayrıca evi vardır. Onun isə evi yoxdur. Mübahisəli evdə hazırda atası yaşayır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Daşkəsən Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı vəkili X14 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdeh İsmayıl qızı Günayın təkidi və öyrətməsi ilə birgə mülkiyyətdə olan evi vərəsələrə xəbər vermədən 13 fevral 2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli bağışlama müqaviləsi ilə yetkinlik yaşına çatmamış nəvəsi-qızı Günayın oğlu X25 bağışlamışdır. Hesab edir ki, məhkəmənin bu iş üzrə qətnaməsi qanuni və əsaslıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Daşkəsən Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, onunla X32 arasında 01 aprel 1988-ci il tarixdə nikah bağlanmışlar. Birgə nikahlarından qızı 1990-cı il təvəllüdlü X20, 1991-ci il təvəllüdlü Cavabdeh4 və 1994-cü il təvəllüdlü İddiaçı adlı üç övladları olmuşdur. O, 2003-cü il tarixdə Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evini ******* AZM-ə satın almışdır. Qızı Cavabdeh3 2008-ci ildə ailə qurmuş və həmin vaxtdan ailəsi ilə birlikdə Göygöl rayonunun Qızılca kəndində yaşayır. X7 uzun illər onkoloji xəstəlikdən əziyyət çəkmişdir. Arvadının səhhətinin ağırlaşdığı vaxt Cavabdeh3 gəlib anasına baxmışdır. X7 02 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Arvadının vəfatından sonra qızı Günay onunla birlikdə qalmaq istədiyini, ona tək qalmağın çətin olacağını bildirərək evi nəvəsi Yusifin adına keçirməsini bildirmişdir. O, isə evdən oğlunun da, payı olduğunu bildirərək dəfələrlə bundan imtina etsə də, Cavabdeh3 onun arvadının vəfatından sonra keçirdiyi dərin stresdən, kədərdən istifadə edərək evi azyaşlı oğlu X25 bağışlamağa razı salmışdır. Arvadının qırx mərasimindən 20 gün sonra Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 03 fevral 2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan ümumi sahəsi 102,1 kv.metrdən ibarət fərdi yaşayış evini nəvəsi X25 bağışlamışdır. Bu müqaviləyə əsasən, X22 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Həmin vaxt artıq oğlu da, ailəsi ilə birlikdə onun evində yaşamışlar. Əmlak üzrə nəvəsinin adına hüquq müəyyənedici sənəd alındıqdan sonra cavabdehlərin ona və oğluna qarşı rəftarları tamamilə dəyişmişdir. O, qızının əsil məqsədinin, yəni onu aldatmaqla evi ələ keçirmək və onu oradan çıxarmaq olduğunu başa düşmüşdür. Cavabdeh3 məqsədli şəkildə onun keçirdiyi ağır stresdən sui istifadə etmiş və onu aldadaraq evi oğlunun adına keçirtmişdir.Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Daşkəsən Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, anasının ölümündən sonra mirası faktiki qəbul etmiş və məhkəmə qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Daşkəsən Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Daşkəsən Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh X9 apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, Daşkəsən Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etsə də, əslində iddianın təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin iddianın təmin edilməmiş hissəsi mübahisələndirilmədiyindən həmin hissə ilə bağlı araşdırma aparılmır. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Daşkəsən rayon Qeydiyyat şöbəsinin 15 mart 2023-cü il tarixli 3- 16-5/8-69- 123/2023 saylı arayışından görünür ki, Cavabdeh2 ilə X32 arasında 01 aprel 1988-ci il tarixdə nikah bağlanmış və Daşkəsən rayon İcra Hakimiyyəti başçısının Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Əsgərova” soyadı verilmişdir. nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X26 arasında 03 iyun 2016-cı il tarixdə nikah bağlanmış və Daşkəsən rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 42 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Əsgərova” soyadı verilmişdir. doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 04 yanvar 1990-cı ildə Daşkəsən rayonunda anadan olmuşdur. Atası Cavabdeh2, anası X27r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsinin doğum haqqında akt qeydləri kitabında 10 yanvar 1990cı il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 11 avqust 1991-ci ildə Daşkəsən rayonunda anadan olmuşdur. X3, anası X29r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsinin doğum haqqında akt qeydləri kitabında 06 sentyabr 1991-cı il tarixdə 268 nömrə ilə qeyd edilmişdir. doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1994-cü ildə Daşkəsən rayonunda anadan olmuşdur. Atası Cavabdeh2, anası X27r. Bu barədə Daşkəsən rayon VVAQ şöbəsinin doğum haqqında akt qeydləri kitabında 07 iyun 1994-cü il tarixdə 110 nömrə ilə qeyd edilmişdir. ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X39 02 dekabr 2020-ci ildə ölmüşdür. Bu barədə Gəncə “ASAN xidmət”mərkəzi Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 15 dekabr 2020-ci il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X40 24 oktyabr 2018-ci ildə Gəncə şəhəri Nizami rayonunda anadan olmuşdur. X8, anası X15r. Bu barədə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 30 noyabr 2011-ci il tarixdə 523 nömrə ilə qeyd edilmişdir. Daşkəsən rayon X37 Qrupunun baş təhqiqatçısı, polis mayoru X2 cinayət işinin başlanmasının rədd olunması haqqında 06 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, 28 noyabr 2021-ci il tarixdə saat 11 radələrində Daşkəsən rayonu Quişçu qəsəbəsində yaşayan X20 ilə qardaşı X23 arasında mülkü mübahisə yaranmış, mübahisə zamanı onlar qarşılıqlı olaraq birbirini vuraraq fiziki ağrılar yetirməklə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən müxtəlif bədən xəsarətləri yetirmiş və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilən əməl törətmişlər. Qərarın təsviri hissəsində göstərilənlərə və müraciətlər əsasında toplanmış material üzrə X9 və İddiaçı əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş, onların barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən barələrində inzibati icraayt açılaraq məsuliyyətə cəlb edilmələri üçün və aralarında belə narazılıqların gələcəkdə baş verməməsi, baş verə biləcək neqativ hallarının qarşısının alınması üçün onlar münaqişəli ailə kimi profilaktiki qeydiyyata alınmalarına görə, qəbul edilmiş qərarın surəti RPŞ-nin X4 göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Daşkəsən rayon Qeydiyyat şöbəsinin 03 mart 2023-cü il tarixli 3-165/8-Ə-xx-xx/2023 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 03 mart 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumat aşkar edilmişdir. xx xxxxxxx 1967-ci il təvəllüdlü Cavabdeh2 ailə üzvüləri - arvadı 11 fevral 1963- cü il təvəllüdlü X34 02 dekabr 2020-ci ildə ölmüşdür. Oğlu – 20 noyabr 1988-ci il təvəllüdlü X30 08 fevral 1989-cu ildə ölmüşdür. Qızları – 04 yanvar 1990-cı il təvəllüdlü X20, 11 avqust 1991-ci il təvəllüdlü Cavabdeh4, oğlanları – 24 dekabr 1992-ci il təvəllüdlü X31 və xx xxxxx 1994-cü il təvəllüdlü İddiaçı. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli “Çıxarış”ın surətindən görünür ki, Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 03 fevral 2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99- 10301 reyestr nömrəli, “Çıxarış”a əsasən mülkiyyətində olan Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evini X25 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99-10301 reyestr nömrəli “Çıxarış”ın və 10 mart 2021-ci il tarixli **********99- 10301 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasport”un surətlərindən görünür ki, Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evi X22 adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinin 07 mart 2023-cü il tarixli 3-21-3-33/2-1966/2023 saylı məktubundan görünür ki, Daşkəsən rayonu Quşçu-Körpü qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102,1 kv.m olan fərdi yaşayış evi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən verilmiş TŞ-1940 nömrəli(A329790 nömrəli), xx.xx.2011-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü, Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Aşağı Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 315 nömrəli arayışı və Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 65 nömrəli arxiv çıxarışına əsasən Cavabdeh2 adına qeydiyyata alınmış, ona xx.xx.2020-ci il tarixli **********72-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesytrindən çıxarış verilmişdir. Daha sonra vətəndaşın müraciətinə əsasən ünvana düzəliş edilərək Cavabdeh2 adına əmlakın ünvanı Daşkəsən rayonu Quşçu qəsəbəsi göstərilməklə xx.xx.2020-ci il tarixli, **********079-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Fərdi yaşaış evi Gəncə “ASAN xidmət” mərkzəində notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən X25 (xx.xx.2018-ci il təvəllüdlü olduğu üçün müqavilə anası: X20, atası: X33 tərəfindən imzalanmışdır) bağışlanmışdır və X22 adına əmlakın ünvanı Daşkəsən rayonu Quşçu- Körpü qəsəbəsi göstərilməklə xx.xx.2021-ci il tarixli, **********79-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. X22 anası X6 müraciəti əsasında əmlakın ünvanına düzəliuş edilmiş X22 adına fərdi yaşayış evinin ünvanı Daşkəsən rayonu Quşçu körpü qəsəbəsi (Yeni qaydalarla: Daşkəsən rayonu Quşçu qəsəbəsi) qeyd edilməklə xx.xx.2021-ci il tarixli **********79- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş 03 fevral 2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanma müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********99- 10301 reyestr nömrəli, “Çıxarış”a əsasən mülkiyyətində olan Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evini nəvəsi X25 bağışlamışdır. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandılrmışdır ki, Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evi Cavabdeh2 ilə X19 birgə nikahı dövründə birgə vəsait hesabına əldə edilmişdir. X39 02 dekabr 2020ci ildə vəfat etmiş və Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evinin 1\2 hissəsi miras qalmışdır. xx.xx.2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Daşkəsən rayonu Quşçu qəsəbəsində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan 102.1 kv.metr fərdi yaşayış evi Cavabdeh2 tərəfindən nəvəsi X25 bağışlansa da, X22 adından müqaviləni imzalayan qanuni nümayəndələri anası X20 və X8 mübahisəli əmlaka hüquqların miras hissəsində qeydiyyatının əsassız olduğunu bilmişlər.Ona görə də, iddia qismən təmin edilərək, Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə Cavabdeh2 adına qeydə alınmış 102,1 kv.metr sahəli yaşayış evi X24 ilə X21 birgə əmlakı hesab edilmiş, Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə qeydə alınmış 102,1 kv.metr sahəli yaşayış evinə dair Cavabdeh2 ilə X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-242 reyestr nömrəli bağışlanma müqaviləsi X21 payına münasibətdə, yəni, 1\2 hissəsində etibarsız hesab edilmiş, həmin hissədə Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində X22 adına xx.xx.2021-ci il tarixdə aparılmış **********79-10301 reyestr qeydiyyatı ləğv edilmiş, həmin evin X18 miras qalmış 1\2 hissəsinin əri Cavabdeh2, qızları X20 və Cavabdeh4, oğlu İddiaçı miras əmlakda payları 1\4 olmaqla, Daşkəsən rayonu Quşçu qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən, xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** dövlət nömrə ilə X10 adına qeydə alınmış 102,1 kv.metr sahəli yaşayış evində Cavabdeh2 payı 1\8, X9 payı 5\8, Cavabdeh4 payı 1\8 və İddiaçı payı 1\8 hissədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X39 02 dekabr 2020-ci ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqim mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər mərhumun qanun üzrə birinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlili qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Daşkəsən Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385,392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh X9 apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-856/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-856/2024
10.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver