Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-884/2025 19.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X2 Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əmlakların natura şəklində qaytarılması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(015)-1080/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 1 dekabr 2022-ci il tarixli 2022/ÖM/14538 müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (2-3.5 yaş aralığında sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 1 dekabr 2022-ci il tarixli 2022/ÖM/14538 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Xırdabuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 1 dekabr 2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “Xırdabuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilibedilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-cü il 8 fevral tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Xırdabuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 20 (iyirmi) baş qoyun və 1 (bir) baş qoç aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 15 may tarixli 3-17-2/2-N-27152/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(015)-1080/2024 nömrəli qətnaməsi ilə (hakim H.Mürsəlova) iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra -Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 1 dekabr 2022-ci il tarixli 2022/ÖM/14538 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “qoyunçuluq” zərfinə daxil olan aktivlər, yəni sağlam 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 1 dekabr 2022-ci i tarixində aktla vətəndaş Cavabdeh “qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olubolmamasının yoxlanılması ilə bağlı monitorinqlər keçirilmiş və 2024-ci il 08 fevral tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “qoyunçuluq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç və 400 kq qarışıq yem aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-2/2-N-27152/2024 xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyi və ona verilən aktivlər aşkar edilmədiyi üçün aktivlər onun mülkiyyətinə verilməmişdir. Bundan əlavə olaraq müqavilə şərtləri yenə də pozulmuşdur, belə ki, cavabdeh 1 il ərzində ona verilmiş aktivlərdən düzgün istifadə etməmiş və ona yaradılmış bu şəraitin genişləndirilməsi istiqamətində heç bir addım atmamış, elektron kabinetində heç bir dəyişiklik etməmişdir. Cavabdehin ilk başdan aktivləri satmaq niyyəti aşkar surətdə ortadadır. 1 ilin tamam olması isə ona heç bir hüquq vermir ki, dövlət əmlakını öz mülkiyyətinə keçirmədən yəni mülkiyyətə verilmə aktını əldə etmədən satsın və ya 3-cü şəxsin istifadəsinə versin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinqlər keçirilmiş və 2024-ci il 08 fevral tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç və 400 kq qarışıq yem aşkar edilməmişdir. Bu barədə akt tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, sözügedən əmlaklar cavabdeh tərəfindən 1 (bir) il müddətindən sonra satılmışdır. Ancaq cavabdeh əmlakların onun tərəfindən 1 (bir) il müddətindən sonra satıldığını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Eyni qəbildən olan bir başqa iddia ərizəsi Sumqayıt şəhər məhkəməsi tərəfindən təmin edilməsə də verilən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında mübahisəyə baxılmasının məhkəmə aidiyyəti məsələsi müzakirə olunarkən izahatında bildirdi ki, apellyasiya şikayəti verilən zaman Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2025-ci il tarixli qərardadı mövcud olmamamışdır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məsələnin aydınlaşdırılmasını məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(015)-1080/2024 nömrəli qətnaməsi ləğv olunmalı və iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2025-ci il tarixli qərardadı qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2025-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, müqavilənin inzibati və ya mülki hüquqi müqavilə olması, tərəflər arasında yaranan münasibətlərin xarakteri mübahisənin mülki mühakimə icraatı qaydasında, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması, yəni məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İnzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələr subyekt və predmet baxımından digər məhkəmə icraatı növlərindən fərqlənir. Ona görə də məhkəmə təcrübəsində mübahisələrin aidiyyəti məsələsi həll edilərkən iddianın subyekti, mübahisənin predmeti müəyyən edilməli, habelə məhkəmə aidiyyətinə dair prosessual normaların tətbiqində vahid mövqe formalaşmalıdır. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyrimüəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair 2013-cü il 13 iyun tarixli Qərarı). Göstərilənlər nəzərə alınmaqla Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, inzibati hüquq münasibətlərinin, mülki və inzibati müqavilələrin, eləcə də inzibati mübahisələrin xarakterik xüsusiyyətlərinin aydınlaşdırılması müraciətdə qaldırılmış məsələnin həlli baxımından vacib əhəmiyyətə malikdir. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətləri digər hüquq münasibətlərindən başlıca olaraq subyekt tərkibinə və predmetinə görə fərqlənir. İnzibati, yəni publik hüquq münasibətlərinin obyektini məhz dövlət idarəçiliyi və yerli özünüidarəetmənin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər təşkil edir. Bu münasibətlərdə tərəflərdən biri qismində mütləq şəkildə inzibati orqan və ya qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyekt çıxış edir. İnzibati hüquq münasibətlərini yaradan hüquqi faktlardan biri qismində inzibati müqavilələr çıxış edir.Qeyd olunmalıdır ki, müqavilə mülki hüququn ənənəvi institutu olsa da, dövlətin idarəetmə funksiyalarını daha çevik və səmərəli həyata keçirməsi məqsədilə, eləcə də inzibati hüququn inkişafı nəticəsində müqavilə anlayışı inzibati hüquqa da daxil olmuşdur. İnzibati müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyində konkret anlayış verilməsə də, belə müqavilələr bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir ki, bununla da onlar mülki hüquqi müqavilələrdən fərqlənir. İlk növbədə nəzərə alınmalıdır ki, inzibati müqavilələrin tərəflərindən ən azı biri qismində məqsədi konkret inzibati hüquq münasibətlərini yaratmaq, dəyişdirmək və ya sona çatdırmaq olan inzibati orqanlar (publik hakimiyyət daşıyıcıları) çıxış edir. Lakin tərəflərdən birinin inzibati orqan olması özlüyündə həmin müqavilənin inzibati müqavilə hesab olunması üçün kifayət qədər əsas təşkil etmir. Müqavilənin inzibati müqavilə hesab edilməsi üçün onun tərəfləri ilə yanaşı, müqavilənin obyektinin, məqsədinin, müqavilə münasibətlərinə şamil olunan qanunvericiliyin xüsusiyyətlərinin nəzərə alınması mütləqdir. İnzibati müqavilələrin obyekti, yəni bu müqavilə ilə tənzimlənən münasibətlər dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə əlaqədardır. Bu müqavilələr ictimai faydaya əsaslanmaqla ictimai və ya dövlət maraqlarının təminatına xidmət edir. Eyni zamanda inzibati müqavilələrin obyektini məhz inzibati hüquq normaları ilə tənzimlənməli olan münasibətlər təşkil edir. Belə ki, mahiyyətcə daha çox dispozitiv xarakterli olan, şərtləri tərəflərin azad iradə ifadəsi ilə müəyyən edilən mülki hüquqi müqavilələrdən fərqli olaraq, inzibati müqavilələrin bağlanma qaydası, bir sıra mühüm şərtləri və s. məsələlər inzibati hüquq normaları ilə müəyyənləşdirilir. İnzibati müqavilələrin məzmunun müəyyənləşdirilməsində tərəflər tam sərbəst olmamaqla, belə müqavilələrin müəyyən şərtləri inzibati qanunvericiliyin imperativ müddəalarına tabedir. İnzibati orqan inzibati müqavilənin məcburi tərəfidir. İnzibati müqavilə inzibati orqanın ictimai-hüquqi səlahiyyətlərinin həyata keçirilməsinə yönəldilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qeyd olunanları ümumiləşdirməklə inzibati müqavilələrin əsas səciyyəvi xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər: müqavilə tərəflərindən ən azı birinin inzibati orqan olması; müqavilənin predmetinin dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı olması; müqavilənin məqsədinin ictimai və ya ümumdövlət maraqlarının təmin olunmasına, ictimai ehtiyacların ödənilməsinə və ya birbaşa ictimai xidmətlərin icra edilməsinə yönəldilməsi; müqavilənin bir sıra şərtlərinin inzibati hüquq normaları ilə tənzimlənməsi; müqavilə tərəflərinin qeyri-bərabərliyi və s. Mülki müqavilələrlə bağlı isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həm mülki, həm də inzibati müqavilələr tərəflərin iradə azadlığı ilə bağlansa da, mülki hüquq münasibətləri inzibati münasibətlərdən fərqli olaraq istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir. Mülki hüquqda müqavilə azadlığı prinsipi daha geniş tətbiq edilməklə, seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını özündə ehtiva edir. Məhz bu səbəbdəndir ki, mülki müqavilə münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab etmişdir ki, inzibati münasibətlər tərəflərin qeyri-bərabərliyinə əsaslandığından fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin daha səmərəli müdafiəsini təmin etmək məqsədilə qanunvericiliklə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrəixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən olunmuşdur. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsi ilə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatınıinzibati məhkəmələrin və inzibati kollegiyalarınhəyata keçirildiyi təsbit edilmişdir. İnzibati ədliyyənin əsas məqsədlərindən biri isə dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. “Özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilələrlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyanın 35-ci maddəsinin Vİİİ hissəsinə əsasən, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Konstitusiyasının 35-ci maddəsinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dövlətin işsizliyin aradan qaldırılması ilə bağlı funksiyalarının icrasından irəli gələrək “Məşğulluq haqqında” Qanunun 24-cü maddəsində özünüməşğulluğa kömək göstərilməsi ilə əlaqədar münasibətlər tənzimlənmişdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə, işsiz, habelə bu Qanunun 4.1.3cümaddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlıtorpaq payıolub, digər məşğulluğu olmayan işaxtaranşəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir:özünüməşğulluğun təşkili ilə bağlıməsləhətlərin və məlumatların verilməsi;təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi; əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir)il müddətinə müqavilə əsasında verilməsi; özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi. Beləliklə, “Məşğulluq haqqında” Qanunun 24.1-ci maddəsi ilə natura şəklində material, avadanlıq və digər əmlakın verilməsi ilə bağlı müqavilənin bağlanması nəzərdə tutulmuş, bu müqavilənin bağlana biləcəyi xüsusi subyektlərin konkret dairəsi (işsiz, mülkiyyətində kənd təsərrüfatına yararlıtorpaq payıolan, digər məşğulluğu olmayan işaxtaranşəxs) göstərilmiş, müqavilənin bağlanacağı subyektin müəyyənləşdirilməsi üçün xüsusi prosedurlar və müqavilənin müddəti müəyyənləşdirilmişdir. Həmin Qanunun 24-cü maddəsində özünüməşğulluğun təşkilinə dair müqavilə əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin məsuliyyəti ilə bağlı, habelə müqavilə münasibətlərini tənzimləyən bir sıra normalar müəyyən olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğuntəşkili Qaydası”nın 7 və 8-ci maddələri ilə özünüməşğulluğun təşkili üçün əmlakın verilməsi, bununla bağlı, özünüməşğulluğa cəlb olunmuş şəxslə X2 müvafiqyerli qurumları və ya DOST mərkəzləri arasında müqavilənin bağlanması, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin həmin qurumlar və ya mərkəzlər tərəfindən dövri monitorinqinin aparılması ilə bağlı müddəalar öz əksini tapmışdır. Göründüyü kimi inzibati orqanlar özünüməşğulluğa cəlb olunmuş şəxs hakimiyyəttabeçilik münasibətlərində olmasalar da, müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmişdir. Həmin şərtlər isə tərəflər üçün məcburi xarakterə malikdir. O da göstərilməlidir ki, “Məşğulluq haqqında” Qanunda həmin Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar da öz əksini tapmışdır. Belə ki, bu Qanunun 33.3-cü maddəsinə əsasən, məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Qeyd edilən norma “Məşğulluq haqqında” Qanundan irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli mübahisələr olduğuna dəlalət edir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilə inzibati müqavilə hesab olunduğundan tərəflər arasında hazırki münahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədəvə ya mülki məhkəmə icraatı qaydasındabaxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. 402.2.4-cü maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(015)-1080/2024 nömrəli qətnaməsi ləğv edilməli və mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263-266, 398, 399-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(015)-1080/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 1 dekabr 2022-ci il tarixli 2022/ÖM/14538 müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (2-3.5 yaş aralığında sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş qoyun, 1 (bir) baş qoç və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi” tələbinə dair iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-884/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-884/2025
19.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver